Qiyamətin qopacağı vaxta işarə edən hədislərə baxanda verilmiş vaxt baxımından hədislərdə birlik olmadığı görülür.
Belə bir vəziyyətdə hədislərdəki məlumatların birlikdə diqqət çəkdiyi ortaq nöqtəyə baxmaq lazımdır. Məsələn, dünyanın ömrünün 7000 il olduğuna dair əhli-sünnənin böyük alimlərindən Suyuti həzrətlərinin təsnif etdiyi 8 hədis araşdırıldığında da, bu hədislərin hamısında eyni mövzunun izah edildiyi, aralarında ortaq nöqtə olduğu aydın olur.
Hədislərdə izah edilən hadisələrin bənzərliyi, təkcə zaman baxımından ziddiyyətli olması hədislərin Peyğəmbərimiz (s.ə.v)-dən günümüzə qədərki nəql etmələrdə səhv edilə biləcəyini göstərir. Buna görə qiyamətin nə vaxt qopacağını izah edən hədislərdəki bu səhvləri normal hesab edərək hədislərdəki ortaq nöqtəyə diqqət verilməlidir.
1-Cİ ŞƏRH:
Qiyamətin vaxtını verən hədislərdən, Axırzamanın başlamasının ardınca qiyamətə qədər insanların təxminən 120 ilə qədər yaşayacaqları aydın olur. Bu müddətdə isə əvvəlcə dinsiz sistemlərin hakim olacağı, sonra hz. Mehdi (ə.s)-ın zühuru və hz. İsa (ə.s)-ın ikinci dəfə yer üzünə gəlişi ilə bərabər İslam əxlaqının bütün dünyaya hakim olacağı, ən son mərhələdə isə İslam əxlaqının dünyadan tamamilə zəifləyib silinəcəyi və dinsizliyin hakim olacağı dünyanın son dövrü olacaq. Yəni bu 120 illik müddətin əvvəlində və sonunda dinsizlik cərəyanı şiddətli olacaq, bu müddətin ortasında isə İslam əxlaqının dünya hakimiyyəti, yəni Qızıl dövr yaşanacaq.
Qiyamətin vaxtını uzaq göstərərək insanların qorxmasına mane olmağa çalışmaq da ağıllı və dürüst rəftar deyil. Qiyamət uzaq zamanda qopsa, onsuz da hər insan ölərkən qiyaməti görəcək. Peyğəmbərimizdən rəvayət edilən bir hədisdə:
Bu hədisdən də aydın olduğu kimi Peyğəmbərimizin, digər insanların da yaşadığı halda, hədisdə bəhs olunan münafiq ölmüş, sorğulanmış, cəhənnəmə getmişdir. Bütün hadisələr çox sürətlə həyata keçmişdir. Buna görə ölən hər kəs onsuz da öz qiyamətini görüb şahid olacağı üçün, sırf insanlar qorxarlar deyə qiyamət vaxtını uzaqlaşdırmaq həm dürüst hərəkət olmayacaq, həm də həqiqəti dəyişdirməyəcək.
2-Cİ ŞƏRH:
Günəşin qərbdən doğulması haqqındakı hədisin ikinci şərhi isə hz. Mehdinin qərb tərəfdən zühur edəcəyi ola bilər. Necə ki, Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən başqa bir hədisdə də hz. Mehdi (ə.s) günəşə bənzədilir.
Həmçinin, Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən bir hədisdə hz. Mehdi (ə.s)-ın "qərbdən" çıxacağı bildirilir.
Bilindiyi kimi Türkiyə İslam ölkələrindən ən qərbdə yerləşənidir. Hədisdəki məlumatlar, hz. Mehdinin Türkiyədən çıxacağına işarə edir. Bu hədis nəzərə alınarkən günəşin qərbdən doğulacağını xəbər verən hədisi-şərifdəki məlumatın da eyni şəkildə hz. Mehdi (ə.s)-ın qərb tərəfdən zühur edəcəyinə işarə etdiyi düşünülə bilər.
Belə olan təqdirdə, hz. Mehdi (ə.s)-ın zühuru üçün Peyğəmbərimiz (s.ə.v)-in digər hədislərinə əsaslanaraq hicri 1400-cü ili əsas götürsək, “günəşin qərbdən doğmasından 120 il sonra qiyamət başlayacaq” ifadəsi də hicri 1520-ci illərə uyğun gəlir. Səid Nursinin verdiyi tarixlərdə də hicri 1520-ci illər müsəlmanlığın zəifləməyə başlayacağı və küfr sisteminin dünyaya tamamilə hakim olacağı illərdir. Səid Nursinin izahlarına görə də bu illərdən iyirmi-iyirmi beş il sonra qiyamət gözlənilir. (Doğrusunu Allah bilir)