Adnan Oktarın 5 yanvar 2010-ci il tarixli Mavi Qara dəniz və Kocaeli TV müsahibəsindən
Adnan Oktar: “De: “Mənim sizə bircə nəsihətim var;”” Şeytandan Allaha sığınıram, “Allah üçün iki-iki, bir-bir ayağa qalxın”, bayaq oxuduğum ayədir. “Sonra da bir düşünün. Sizin sahibinizdə”, yəni sahibi-zamanda “(Peyğəmbərdə) heç bir dəlilik əlaməti yoxdur”. O dövrün sahibi-zamanı Peyğəmbər, axırzamanın sahibi-zamanı Mehdi (ə.s)-dır. “... Heç bir dəlilik əlaməti yoxdur. O, şiddətli əzab gəlməzdən əvvəl sizi ancaq xəbərdar edəndir”. Yəni Qiyamətdən əvvəl sizi xəbərdar edir. Ölümdən əvvəl, cəhənnəmdən əvvəl xəbərdar edir. 46-cı ayə, o da xüsusi məna kəsb edir, məsələn bax (Səba surəsinin sıra nömrəsi) kod olaraq 34 İstanbulu xatırladan bir şeydir, simvoldur, elə deyilmi? 46 da ağıl xəstələri ilə əlaqədar qanun maddəsidir. 46 və 46-cı ayə. Əlbəttə, birinin İstanbula baxması, birinin 46-cı ayə olması, 46-cı maddəyə baxması ki, axırzamanda ortaya çıxan bir şeydir 46, elə deyil mi? Baxın nə deyir, “sahibinizdə” sahibi-zamanda “... heç bir dəlilik əlaməti yoxdur. O, şiddətli əzab gəlməzdən əvvəl sizi ancaq xəbərdar edəndir”. De: “Mən sizdən bir haqq istəmişəmsə, o artıq sizin olsun”. Mən pul üçün etmirəm bunu deyir, Allah rizası üçün təbliğ edirəm deyir. Allah yolunda təbliğ edənlər pul almazlar. Nə kitabından, nə əsərindən, nə fəaliyyətindən pul alınmaz. Allaha xidmətdən pul alınmaz, onunla dolanışıq təmin edilməz. Cübbəlidən dolanışığını nə ilə təmin etdiyini soruşurlar, kitablarımdan deyir. Olmaz, alimlərin həmişə əlavə işləri vardır, oradan qazanc əldə edərdilər. Osmanlı alimləri də həmişə elə idi. Heç kim o cür, yəni dini xidmətlərdən pul almamışdır Osmanlı dövründə də, İslam dövründə də, yəni Səhabə dövründə. "... artıq o sizin olsun ..." əgər aldığım elə bir şey varsa, o sizin olsun, mən geri qaytarıram deyir. “Mənim haqqım ancaq Allahdan olacaqdır”. Yəni, “mən Allah rizası üçün edirəm” -deyir. “O, hər şeyə Şahiddir” Nələrə? Məsələn, indiki söhbətə də, indi Allah bizi dinləyir. Əlbəttə. “De: “Rəbbim haqqı batilin yerinə istədiyi kəsin qəlbinə endirir. O, qeybləri biləndir””. Haqqı ürəklərə yerləşdirir Allah batil varkən onu yerləşdirir, ürək təmizlənmiş olur. “De: “Haqq gəldi. Batil ona qarşı nə ortaya bir şey çıxarar, nə də onu qaytara bilər””. Bax: “De: “Haqq gəldi ...”—bu eyni zamanda Mehdi (ə.s)-a da işarə edir. “Haqq gəldi ...” Mehdi (ə.s) gəldi mənasındadır, çünki Mehdi (ə.s)-ın gəlişi haqdır, inşaAllah. “... Batil ona qarşı ...”, yəni darvinizm, materializm, ateizm isə, “... nə ortaya bir şey çıxarar ...”, yəni heç bir dəlil ortaya qoya bilməz, heç nə izah edə bilməz, “... nə də onu qaytara bilər”. Yəni bir şeyi yenidən geri gətirə bilməz, edəcəyi heç bir şey yoxdur. “De: “Əgər mən haqq yoldan çıxsam, öz əleyhimə çıxmış olaram. Yox, əgər doğru yolla gedirəmsə,”” yəni Mehdi (ə.s) onsuz da hidayət mənşəli bir söz deyilmi, “... doğru yolla gedirəmsə, bu da Rəbbimin mənə nazil etdiyi vəhyə görədir. Həqiqətən, O, Eşidəndir, Yaxındır”. Bizi də islah edən, bizləri düzəldən Qurandır, Qurana tabe olmağımızdır, inşaAllah.