ÜLFƏTƏ QARŞI ALLAHA DUA EDİLMƏLİDİR
Şeytan Peyğəmbər (s.ə.v) möcüzəsinə qarşı, insanda ülfət formalaşdırır. Yəni, normal görmə duyğusu formalaşdırır. Ülfət çox təhlükəlidir. Müsəlmanın ən çox diqqət edəcəyi şeylərdən birisi odur. Məsələn, hüceyrənin quruluşunu araşdırar, nəfəsi kəsilər. Amma, beyninin arxasındakı böyük ülfət dalğası udar həmişə gələn o məlumatı. Həmişə yox edər. Ülfət, müsibət bir şeydir. Məsələn, Peyğəmbər (s.ə.v)-in möcüzəsini eşidir. Gözləri dolur, heyrət edir. Amma, ülfət onu bir anda udub yox edər. İnsanın ülfət meyli vardır. Ülfətə dirənmək lazımdır.
Peyğəmbərlər ülfətə heç bir şəkildə aman verməzlər. Məsələn, hz. İsa Məsih (ə.s)-ın xüsusiyyətidir. Çox kəskin ağlı ilə bir şeyi analiz edir. Ülfət gələndə onun beynində təsirli ola bilmir. Ülfət, o məlumata zərər verə bilmir. Bu vərdişdir yəni, normal qarşılamadır. Ona qarşı Allaha dua edilməlidir. “Ya Rəbb, məni ülfətdən qoru. Möhtəşəm məlumatın təsirediciliyini qəlbimə hakim qıl, ruhuma hakim qıl. İmanıma vəsilə olan bu dəyərli məlumatı ülfət ilə yox olmaqdan məni qoru.”
Ülfət təbii ki, bəzi şeylərdə faydalı olur. İnsan, məsələn, kədərli bir hadisə ilə qarşılaşır, özünə görə; təvəkkül edər. Bəzi insanlar təvəkkül etməzlər, amma, bir müddət sonra ülfət formalaşar. Ülfət ilə o kədərdən narahat olmaz artıq. Və yaxud onu narahat edən hər hansı bir şey baş verir. Ülfət formalaşır, ona qarşı artıq müqavimət gücü qazanır. Amma, gözəl məlumata qarşı ülfət fəlakətdir. Buna çox diqqət etmək lazımdır.
Məsələn, böyrək qanda olan atomu, molekulu tək-tək tanıyır. Atomu və molekulu elektron mikroskop göstərmir, ona görə insan görə bilmir. Hüceyrənin gözü, burnu, əli, qolu yoxdur; heç bir şeyi yoxdur. Hüceyrə yəni, böyrək hüceyrəsi. Gəlir, İnsanın qanda olan zərərli maddələrinə baxır, “Bunlar zərərlidir” deyir. “Mən bunları götürürəm” deyir. Faydalı olan bəs? “O qalsın” deyir. Qardaşım, yüzlərlə, minlərlə faydalı molekul var. Yüzlərlə, minlərlə də faydasız var. Necə ayırd edə bilirsən? Gələn kimi başa düşürsən. “Sən mənə yarayarsan, keç. Sən ammonyaksan, sən yaramazsan. Səni atıram” deyir. “Sən? Başqa bir molekul, mənə yaramazsan. Bu? Faydalıdır, sən keç.” Bu dəhşətli bir şeydir. Və gecə-gündüz biz yatarkən də bunu edir, yeriyərkən də bunu edir. Səssiz-sədasız, gecəli-gündüzlü səbirlə bu təmizləmə əməliyyatını həyata keçirir. İndi bu nədir? Bu, insanın tək başına, tam mənası ilə yəni, kamil mənada Allaha iman etməsinə vəsilə ola biləcək bir məlumatdır. Amma, bunun üzərinə ülfət çökərsə, baş əldən gedər. Bir anda dağılıb gedər. Yəni, ülfət bu məlumatı udar, yox edər.
Digər tərəfdən ülfətin bu faydası ola bilər: Allah qorxusundan məhv olmamaları üçün Allah tərəfindən insanlara verilən bir xüsusiyyətdir. Çünki normal halda, Allahın varlığından, Allahın vahiməsindən yəni, Allah qorxusundan insan məhv olur, Allah əsirgəsin. Ölər yəni, dözə bilməz. Amma Allah ülfət ilə bunu rahatladır. Ülfət ilə bu şey gedər insanın üzərindən. Daha da sakit olmasını təmin edər. Yəni, bir əsəb dərmanı kimidir insana. Psixoloji bir sakitləşdirici kimidir ülfət.
HÖRMƏTLİ ADNAN OKTARIN HƏDİS ŞƏRHİ
Hz. Əli (ə.s) deyir ki: “Axırzamanda mənim soyumdan bir övladım çıxacaq. Onun rəngi ağ və qırmızı qarışığıdır. Geniş qarınlıdır, baldırları böyük, çiyinləri dik və genişdir. Kürəyində bir iz vardır ki, (s.ə.v)-in ləkəsinə bənzəyir.” Peyğəmbərimiz (s.ə.v)-də olduğu kimi bir xal vardır deyir. “Bayrağını yellədiyi vaxt onun üçün şərq və qərb arasındakı hər yeri aydınladacaq və qulların başlarını ələ keçirəcəkdir.” İnsanların başlarını ələ keçirəcəkdir. Bayrağı da televizor ekranlarını. Çünki bax, deyir ki; bu bayrağın xüsusiyyəti, şərq və qərb arasındakı hər yeri aydınladacaq. Aydınlıq verən bir bayraq necə olur? Televizor olur inşaAllah. Və şərq və qərb arasındakı hər yeri aydınlatdığına görə. Və bayraq dünyanın hər yerində. Buradakı ifadədə, hər kəsin evində var. Və evləri aydınladan bir bayraq. Bayraq demək ki, simvolik olaraq mehdiyyətin ruhunu anladan bəlkə bir televizor kanalı. Bəlkə bir internet saytı. Buna işarə edir. Bayrağın yellənməsi də o hərəkətliliyinə diqqət çəkir. Yəni, bayraq genişliyində bir ekrandır. Və orda da bir hərəkətlilik. “Hər yeri aydınladacaq” deyir. O zaman hər evə girən, hər evdə olan aydınlıq bir bayraq və hərəkətli olan bir bayraq. Televizoru bu şəkildə tərif etmiş. “Və qulların başlarını ələ keçirəcəkdir.” Yəni, beyinlərini ələ keçirəcək. Təbliğ edəcək. Qəlbi dəmir parçası kimi olmayan heç bir mömin qalmayacaq. Qəlbi elə güclənir ki, imandan dəmir parçası kimi olur qəlbi. “Allah Mehdiyə qırx kişinin qüvvətini vermişdir. Qəlbinə və qəbrinə rahatlıq dolmayan heç bir meyit qalmayacaq.” Ölülərin də qəlbləri rahatlanacaq, deyir.