İnsanlara hz. Mehdini tanıdacaq əlamətlərdən biri də hz. Mehdinin subay qalması və uşaq sahibi olmamasıdır. Gəlişindən əvvəlki dövrdə qiyamətin yaxın olmasından, Axırzamanın şərtlərinin çətinliyindən və hz. Mehdinin İslam əxlaqını bütün dünyaya hakim etmək üçün dünya səviyyəsində edəcəyi işlərin çoxluğu səbəbindən hz. Mehdi evlənməyəcəkdir.
Hz. İsa da Allahın Qatına yüksəldilmədən əvvəlki həyatında evlənməmişdi.
Bədiüzaman Səid Nursi də boynuna götürdüyü böyük vəzifələri və işlərin çoxluğu səbəbindən hz. Mehdinin vaxtının münasib olmayacağına diqqət çəkmişdir:
Bədiüzamanın bu şərhlərinə görə hz. Mehdi həm dünyasından, həm də hər şeydən keçəcək, yalnız Allahın razılığına yönələcək; bütün həyatını Allaha həsr edəcək. Necə ki, Quranda da müsəlmanların, hz. Mehdidə təcəlli edən bu əxlaqı, bir istiqamətiylə işarəli mənada belə xəbər verilmişdir:
Bədiüzaman Səid Nursi bir başqa sözündə isə "Mənim yolumda mübarizə edən xas tələbələrim evlənməsin" demişdir. Hz. Mehdi də Səid Nursinin tələbələrinin ən sadiqidir. Bu səbəblə, Bədiüzamanın bu tövsiyəsinə uyğun olaraq hz. Mehdi də evlənməyəcəkdir. İslam əxlaqı bütün dünyada hakim olub, yaşanan zülmlər, müsəlmanların yaşadığı çətinlik, zülm və təzyiqlər ortadan qalxana qədər hz. Mehdi bütün vaxtını bu istiqamətdəki fikri mübarizəyə ayıracaqdır.