Sizi kim yaradıb?
Həyatınızı kimə borclusunuz?
Ətrafımızda gördüyünüz bütün canlılar, dünyamız və bu dünyanın yerləşdiyi kainat necə yaranıb, heç düşünmüsünüzmü?
Bəs bu dünya, kainat nə üçün yaradılıb, yaradılış məqsədi nədir?
Hər bir insan bu və buna bənzər suallar ətrafında düşünməli, cavab axtarmalıdır. Ancaq insanların böyük əksəriyyəti, bəlkə də, heç vaxt bu sualları düşünmədən ömrünü başa vurur. Təkcə yemək-içmək, pul qazanmaq, insanlarla münaisbətlər barədə düşünməklə keçən ömür bihudə və faydasızdır. Çünki qısa dünya həyatı bitib ölüm anı gəldikdə yaradılış məqsədinə uyğun yaşamayıbsa insan üçün böyük və sonsuz əzab başlayacaqdır.
Bu suallar ətrafında düşünən və cavabını tapmağa çalışan insan iki cavabla qarşılaşır:
Birincisibütün dünyanı və canlıları tək yaradan və hakim olan Allah yaratmışdır. Qüsursuz yaradanımız Allah bütün kainatı, mövcud olan hər şeyi yoxdan yaratmışdır. Mütləq, əbədi və əzəli olan tək varlıq Odur. Bütün maddi kainat isə Allah`ın əsəridir və Onun hakimiyyətinə boyun əymişdir. İnsan Allah`ın yaratdığı və Onun ruhunu daşıyan bir varlıqdır. Ruhumuz bu dünyada bir bədən geyinmişdir, ölümdən sonra da, Allah`ın izniilə, yeni bir bədəndə axirət həyatına başlayacaqdır.Bunu tarix boyu bütün peyğəmbərlər təbliğ etmişlər. Yəni insan bu suallara cavab axtararkən ilk cavabın din olduğunu anlayacaqdır.
İkinci cavab isə əbədi və əzəli olan mütləq varlıq Allah deyil, maddədir. Bu cavabda Allah`ın varlığı qəbul edilmir, kainatın bir sahibinin və hakiminin olması rədd edilir. Bu xaotik fəsləsəfəyə əsasən maddəməqsədsiz və təsadüflərlə hərəkət edir. Canlılar cansız maddələrdən təsadüflər nəticəsində əmələ gəlmişdir. Guya bu möhtəşəm, qüsursuz nizamlı və mürəkkəb canlılar təsadüfən yaranmış, inkişaf etmiş və müəyyən təkamül dövrü keçirərək insana çevrilmişdir. Nəticədə insan insan təsadüfən meydana gəldiyi üçün heç kimə qarşı məsuliyyət daşımır. Ruhu yoxdur və ölümündən sonra adi maddə yığını olacaqdır.
İkinci cavab qədim dövrlərdən bəri bəzi kütlələr tərəfindən dəstəklənən "materializm" adlandırılan fəlsəsəfədir. Materializmin ən böyük dayağı isə təkamüldür. Bu fərziyyəyə görə canlılar cansız maddələrdən təsadüflər nəticəsindəmeydan gəlmiş və təkamül keçirərək insana çevrilmişdir. Qədim yunan filosofları tərəfindən müdafiə olunan materializm və təkamül bu gün hələ də Allah`ın varlığını və diniinkar edən ideologiyaların təməlini təşkil edir.
Bəs bu iki cavabdan hansı doğrudur? Əbədi və əzəli mütləq varlıq Allah`dır cavabı, yoxsa maddə? Maddi kainat Allah tərəfindən yaradılan və anbaan idarə edilən olduqca nizamlı və qüsursuz bir sistemdir, yoxsa təsadüflərlə işləyən mənasız xaosdur? Canlılar yaradılıblar, yoxsa təkamül nəticəsində meydana gəliblər? Həqiqi varlıq ruhdur, yoxsa maddə?
Əgər cavabları vicdan və ağılla düşünsək birinci cavabın doğru olduğunu görərik. Çünki yaradan Allah Onu tanımağımız üçünbizə vicdan və ağılı da bəxş etmişdir. Bundan əlavəmaddi dünyanı araşdırdıqda da yenə birinci nəticəni doğr olduğunu görərik. Çünki Allah`ın varlğını sübuta yetirən dəlillər kainatın hər yerinə səpələnmişdir.
Maddi dünyanı daha dərindən araşdırdıqda, yəni suallara elmi cəhətdən yanaşdıqda yaradılışın möhtəşəmliyi sizi daha da təəccübləndirəcəkdir. Çünki müasir elm materialistlərin bütün iddialarının və saxta imiclərinin əksinə dini təsdiqləyir. Çünki müasir elm:
1) Əfsanə kimi və elm adı altında təbliğ edilən cəfəng təkamül ideologiyasını çürütmüşdür.
2) Əsrlərdir müdafiə olunan və həqiqət kimi qələmə verilən materializm fəlsəfəsinin əsl üzünü faktlarla ortaya çıxarmışdır.
Bir sözlə, materializm və təkamül fərziyyələri heç bir dəlilə əsaslanmadan müdafiə olunan doqmalardır. Gerçək mütləq varlıq isə maddə yox, Allah`dır.