Buxaridə, Müslimdə, Əbu Davudda göstərilən səhih bir hədisdə Axırzamandakı bəzi cahil alimlərin vəziyyəti belə xəbər verilir:
Peyğəmbərimiz (s.ə.v) bu hədisində Axırzamandakı cahil alimlərin xüsusiyyətlərini belə ifadə etmişdir:
1. Beyinləri çalışmayacaq, yəni ağılları zəyif olacaq,
2. Danışarkən gözəl danışacaqlar, yəni uzun danışacaqlar, saatlarla şərhlər edəcəklər amma izah etdikləri həyatlarında və əxlaqlarında əks olunmayacaq. İzah etdikləriylə yaşadıqları arasında uyğunlaşma olmayacaq. Məsələn, Quran ayələriylə möminlərin fədakarlığını izah edəcəklər amma öz rahatlıqlarına çox düşkün olacaqlar. Allah yolunda xidmət etmənin əhəmiyyətini izah edəcəklər, amma ailələriylə, işləriylə məşğul olduqları üçün elmən mübarizə içinə girməyəcəklər. Peyğəmbərimiz (s.ə.v) "İmanları qırtlaqlarından aşağıya keçməyəcək" deyərkən bu kəslərin səmimi bir rəftar içində olmayacaqlarını xəbər vermişdir.
Peyğəmbərimiz (s.ə.v) Axırzamanda Quranı çox yaxşı bilən, saçları təraş edilmiş, başları sarıqlı bəzi kəslərin ortaya çıxacağını da xəbər vermişdir. Ancaq bu kəslər etdikləri izahlar və şərhləriylə dini müdafiə edir kimi görünsələr də danışmaları, etdikləri şərhlər, dinə özlərinə görə əlavə bidətlər və əyri din anlayışları ilə, sanki yayın oxdan çıxması kimi, İslam dinindən uzaq olacaqlar. Bu anlayışlarıyla Qurana və səmimi müsəlmanlara qarşı mübarizə edən bir rəftar içərisində olacaqlar.
(Ramuz-ul Ehadis, Hədis No: 6294)
Bu kəslər hz. Mehdi (ə.s)-a qarşı dəccaliyyətin cərgəsində yer alacaqlar, hz. Mehdi (ə.s)-a qarşı mübarizə edəcəklər:
(Əbu Bəkir Abdurrazzak b. Hemmam, Abdurrazzak San'ani, Əl Musannəf, XI, səh. 393)
Bir başqa hədisdə isə bu cahil alimlərin özlərinə mənfəət əldə etmək məqsədində olduqları, səmimi olmadıqları belə xəbər verilir:
Axırzamanın bir başqa xüsusiyyəti də, insanların cahil alimləri özlərinə öndər etməsidir. Bu kəslərin cahil olduqlarını, səmimiyyətsiz açıqlamalar etdikləri halda bunlara itaət edənlər olacaq:
(Buxari, nr. 100, 7307; Müslim, Elm 13 (nr. 2673); Tirmizi, Elm 5 (nr. 2652); Nəsai, əs-Sünənül-Kübra, nr. 5907, İbn Macə, Müqəddimə 8 (nr. 52); Əhməd, əl-Müsnəd, 2/162, 190; Darəmi, əs-Sünən, Müqəddimə 26; İbn Hibban, əs-Səhih, nr. 4571, 6719, 6723. Hədis-i şərif Abdullah b. Ömərdən (r.a) rəvayət edilmişdir.)
İmam Rəbbani həzrətləri isə, müsəlmanlara cahil alimlərin arxasından getməməsi lazım olduğunu nəsihət etmişdir. Onların sözlərini dinləmək zəhər yemək kimi zərərlidir deyə müsəlmanları xəbərdar etmişdir. Bu kəslər Axırzamanda hz. Mehdi (ə.s) gəlməyəcək deyərək sanki insanları fikirlə zəhərləyəcəkdir.
İmam Rəbbani həzrətləri buyurur ki:
İmam Rəbbani həzrətləri bir başqa sözündə isə Axırzamanda, bəzi saxta cahil din adamlarının hz. Mehdi (ə.s)-a düşməncə rəftar göstərəcəklərini söyləmişdir:
İmam Rəbbani Həzrətləri bir qisim cahil din adamlarının xüsusiyyətlərini belə izah etmişdir:
1. Bidət (xurafat) əhli ilə əməli adət edən: Yəni dinin özündə olmayan, dinə sonradan daxil edilmiş bəzi batil inanclara görə davranan.
2. Hüsnü zənni ilə dini qarışdıran: Dinin özündə olmayan şeyləri dinin əmri olduğunu zənn edən.
3. Bu kəslərin ən çox gündəmə gətirdikləri iddia isə, hz. Mehdi (ə.s)-ın dinlərini ortadan qaldırmaq istədiyi olacaq. Yəni hz. Mehdi (ə.s) onların batil dinlərinə, bidatlarına görə deyil Qurana görə, Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə görə davranacaq.
Muhyiddin Ərəbi Həzrətləri də hz. Mehdi (ə.s) dövründə dinin Peyğəmbərimiz (s.ə.v)-in dövründəki kimi saf halında yaşanacağını söyləmiş, hz. Mehdi (ə.s)-a ən çox müxalif edən kəslərin isə bəzi cahil sözdə din adamları olacağını belə xəbər vermişdir:
Muhyiddin Ərəbi həzrətlərinin şərhlərinə görə; Hz. Mehdi (ə.s)-ın elmi çox güclü olacaq, onun dövründəki cahil alimlər onun elminin gücü və təsiri qarşısında tamamilə təsirsiz hala gələcəklər. Hz. Mehdi (ə.s)-a qarşı çıxmalarının ən əhəmiyyətli səbəblərindən biri isə, xalq arasında bir imtiyazlarının qalmayacaq olmasıdır. Hz. Mehdi (ə.s)-a qarşı hirsləri o qədər şiddətli olacaq ki, az qala onun şəhid edilməsinə fətva verməyə cəhd etmək istəyəcəklər amma hz. Mehdi (ə.s)-ın elmi çox güclü olduğu üçün buna cəsarət edə bilməyəcəklər:
ONUN AÇIQ DÜŞMƏNLƏRİ FUKAHA (ŞƏRİƏT ALİMİ) OLACAQ. ÇÜNKİ XALQ ARASINDA BİR İMTİYAZLARI QALMAYACAQ. HƏTTA ƏHKAM (HÖKM, ƏMR, QANUN) XÜSUSUNDA ELMLƏRİ DƏ AZALACAQ. Hz.Mehdi (ə.s) –ın gəlişiylə alimlərin hökmlərindəki anlaşılmazlıqları da aradan qaldırılacaq. ƏGƏR ƏLİNDƏ QILINC (ELM) OLMASAYDI ŞƏRİƏT ALİMLƏRİ ONUN ÖLÜMÜNƏ FƏTVA VERƏRDİLƏR. Lakin Cənabı-Haqq, onu kərəmiylə və qılınc ilə təmizləyəcək, onlar da ona itaət edəcəklər. Çünki xalq arasında imtiyazları qalmayacaq, hətta ehkam (hökmlər) barəsində elmləri də azalacaq. Mehdinin gəlişi ilə alimlərin hökmlərindəki ixtilaflar da aradan qaldırılacaq. Ondan həm qorxacaqlar, həm də bir şeylər umacaqlar. QƏLBƏN ONDAN NİFRƏT EDƏCƏKLƏR. LAKİN BUNA BAXMAYARAQ İSTƏR İSTƏMƏZ HÖKMÜNÜ QƏBUL EDƏCƏKLƏR.
(Məhəmməd B. Rəsul Əl Hüseyn Əl Bərzənci, Qiyamət Əlamətləri, 186-187)
Peyğəmbərimiz (s.ə.v) bir hədisində isə, Axırzamanda bir qisim cahil alimlərin İslam aləminə böyük zərər verəcəyini belə ifadə etmişdir:
Peyğəmbər əfəndimiz (s.ə.v) qiyamət əlamətlərindən biri olaraq elmin ortadan qalxıb cəhalətin yerləşəcəyini söyləmişdir:
Bədiüzzaman Səid Nursi Həzrətləri də, ənaniyyəti güclü, imanı zəif, materialist görüşlərə batmış bir qisim cahil din alimlərinin hz. Mehdi (ə.s)-ın gəlməyəcəyi mövzusunda mübarizə edəcəklərini xəbər vermişdir. Bədiüzzaman "eqoist olan" sözləri ilə bu kəslərin ağlını bəyənən, özünü böyük, qüsursuz və üstün görən və sanki öz nəfsini bütləşdirən kəslər olduqlarına diqqət çəkmişdir (Allahı tənzih edirik). "İmanı zəif" sözləriylə isə, bu dünyagörüşlərinin, din alimlərinin Allah inanclarının zəif olmasından, dinə qarşı da şübhəli olmalarından, dini bir peşə, yaxud etibar vəsiləsi olaraq görmələrindən qaynaqlandığını ifadə etmişdir.