Son günlər müsəlmanlar Uca Allah`ın razılığını qazanmaq üçün Həcc ibadətini yerinə yetirdilər. Həcc ibadətinin yerinə yetirildiyi Məkkə və ətrafı Peyğəmbərimizin (səv) Allah yolunda mübarizə apardığı, qövmləri Allah`ın yoluna dəvət etdiyi, bir çox müqəddəs yerlərin olduğu mübarək torpaqlardır. Dünyanın hər tərəfindən gələn müsəlmanları bir yerə toplayan həcc ziyarətində etnik, dil və mədəniyyət cəhətdən fərqli olmaqlarına baxmayaraq müsəlmanlar hamısı ibadət edir və Allah`ı xatırlayırlar.
İbadət edən müsəlmanlar arasında sevgi və hörmətin yaşandığı bu müqəddəs məkanda eyni zamanda İslam dininin estetika və keyfiyyət anlayışı ən gözəl tərzdə nümayiş edilməlidir. Ancaq müsəlmanların müqəddəs məkanına ev sahibliyi edən, sevginin, sülhün əsasının qoyulduğu bu yerlər son memarlıq və incəsənət baxımından böhran içindədir. Hz. İbrahim (əs) və hz. İsmailin (əs) inşa etdiyi Peyğəmbərimizin (səv) bütün bəşəriyyətə nümunə olan gözəl həyatına şahid olan Kəbə dayanmadan yüksəldilən göydələnlər arasında öz tarixi görünüşünü itirir.
Şərəfli həyat yaşayan İslam dünyasının qabaqcıllarına ev sahibi olan binaların dağıdılmasını isə sadəcə müsəlmanlar deyil, bütün dünya heyrətlə izləyir. Hz. Ömərin (əs) evinin yerləşdiyi Ömər dağının düzləşdirilib yerində hündür otellərin tikilməsi, hz. Muhəmmədin (səv) zamanından qalan Bilal məscidinin uçurulması, incə naxışlı pəncərələri və göz qamaşdıran taxta qapıları olan Osmanlı evlərinin dağıdılıb yerinə estetikasız evlərin ucaldılması, 2012-ci ildə tamamlanan Məkkə Kraliyyət Saat Qülləsi otelinin təxminən 400 ədəd tarixi və mədəni əhəmiyyəti olan məzarların yerində tikilməsi, Məkkə otelinin hz.Əbu Bəkirin (rə) evinin yerində tikilməsi, Kəbənin lap yaxınlığında, Mövlüd küçəsində olan hz. Muhəmmədin doğulduğu evin yeri olduğu güman edilən ərazinin avtopark sahəsi kimi nəzərdə tutulması bunlardan hələ bir neçəsidir.
Müsəlmanların ən müqəddəs məkanı olan Kəbənin bu gün sanki turizm məkanına bənzər görünüşü, yüksək, beton yığını otel və iş yerləri ilə əhatə olunmasının ardında da əslində eyni səbəblər var. Bu səbəblərdən biri də Quranla əlaqəsi olmayan estetika və keyfiyyətdən uzaq xurafatçı zehniyyətin İslam dini kimi təqdim edilməsidir.
Məhz bu zehniyyət Kəbənin korlanmasında hansısa bir məhdudiyyət görmür. Halbuki müsəlman qardaşlarımızın qorumaq məqsədi ilə lazım olanda canlarını belə verdikləri bu müqəddəs torpaqlar bütün İslam aləminə Peyğəmbərimizin (səv) əmanətidir.
Müsəlmanlar Peyğəmbərimizin (səv) əmanəti olan bu yerləri Qurandakı estetika anlayışı ilə uyğunlaşdırmalı, İslamın Avropadakı qızıl əsrini yaşayan Əndəlüs dövləti kimi ehtişamlı bir şəhərə çevirməyi öhdələrinə götürməlidirlər. Göydələnlərin uçurulması, ətrafında yerləşən binaların ən azı 50 km uzağa köçürülərək ətrafın genişlədilməsi çox estetik görünüşlü meyvə ağacları, çiçəklər və yaşıllıqlarla, hətta təbii bulaqlarla bəzədilməsi, tərtəmiz görüntüsünün olması üçün cəhd etmək lazımdır. Kəbə binası bir ulduz kimi parıldayan əsl, təbii halına yenidən qaytarılmalıdır.
Yenidənqurma planları ilə Kəbənin bu görünüşü əslində bütün İslam aləmində yaşanılan mənəvi boşluğu da əks etdirir. Bu mənəvi boşluğun Allah`ın əmri olsa da, İslam aləminin hələ də birləşməməsindən qaynaqlandığı həqiqətdir.
Peyğəmbərimizin (səv) əmanət etdiyi bu torpaqları qorumaq məsuliyyəti bütün İslam aləminin üzərinə düşür. Müsəlmanların İslam dininin müqəddəs hesab edilən bu məkanını yenidən nizamlamaq, İslam dininin xeyrinə olacaq bu mövzuda bir olub ortaq hərəkət etmələri çox təbii və zəruridir. Müsəlman cəmiyyətlər arasındakı münasibətin əsli Quranda bildirildiyi kimi, “birlik içində qardaş kimi” hərəkət etmək olmalıdır. Müsəlmanlar bir-birlərinin köməkçisi və vəlisidir. Buna görə də hər mövzuda həmrəy olmalı və bir-birlərinə kömək etməlidirlər. Kəbəni gözəlləşdirərək müsəlmanlar rahatlıqla ibadətlərini yerinə yetirəcək, İslam aləminin keyfiyyət və estetika anlayışını bütün dünyaya göstərəcəklər.
Adnan Oktarın Muslim Mirrorda nəşr edilən məqaləsi: