Modernizm qərb mədəniyyəti və bu mədəniyyətə aid dəyərlərə sinonim kimi qəbul edilir. Modernizm Avropada, yəni qərb dünyasında formalaşan, əsasını maarifçilik dövründən götürən ideologiya və hərakatların meydana gətirdiyi sistemdir. 19-cu əsrdə inkişaf etməyə başlayan və güclənən bu sistemin “modern”, “müasir” adlandırılmasının səbəbi isə bu sistemlə birlikdə Avropanın öz ənənələrinə və keçmişinə aid hər şeyi kənara qoyaraq yeni dünya görüşünü mənimsəməsidir.
Bəs bu fəlsəfə hansı dünyagörüşünə sahibdir və qərb dünyasında nələri dəyişdirmişdir? Bu suallara verəcəyimiz cavablar postmodernizm ideologiyasının mənşəyini də qavramağımıza kömək edəcək.
Modernizm dövrü
Bu gün modernizm adlandırılan dövr maarifçilik dövrü ilə başlayan dövrdür. Maarifçilik dövrü qərbin həyata baxışını kökündən dəyişdirdi. Bu dövrə qədər din əxlaqı cəmiyyət həyatını istiqamətləndirən əsas faktor idi. İnsanın kim olduğu, həyatının mənası, nəyin doğru və nəyin səhv olduğu kimi suallarına cavablar Allah`ın insanlara öyrətdiyi şəkildə verilirdi. Din əxlaqı cəmiyyət həyatını formalaşdırırdı. Ancaq maarifçilik dövründən sonra əsaslı dəyişikliklər yaşanmağa başlandı. Bu dəyişikliyin başlanğıc nöqtəsini isə materialist düşüncə təşkil edir. Din əleyhdarı mütəfəkkirlərin fikirlərinin yayılması və bunların səbəb olduğu siyasi dəyişikliklərlə qərb dünyası din əxlaqından uzaqlaşmağa başladı. “Materialist” və insanı əsas götürən bu ideologiya insanlara həyatın bu dünyadan ibarət olduğunu, insanın özündən başqa heç kimə qarşı məsul olmadığını, hətta həyatın və bütün kainatın təsadüfən meydana gəldiyi
ni təlqin edirdi. Fəlsəfə, sosiologiya, iqtisadiyyat, psixologiya kimi müxtəlif elmi sahələrdə materialist və ateist inanca sahib olan nəzəriyyəçilər ortaya çıxırdı.
Modernizmin genişlənməsində materialist filosofların rolu
İlk olaraq 18-ci əsr Avropasında ortaya çıxan Diderot, Baron Holbax kimi materialistlər kainatın sonsuzdan bəri mövcud olan maddə yığını olduğunu və maddədən başqa heç bir şeyin olmadığını ortaya atdılar. 19-cu əsrdə materializm və ateizm daha da inkişaf etdi. Feyerbax, Marks, Engels, Nitsşe, Dyürkqeym, Freyd kimi mütəfəkkirlər ateist düşüncəni müxtəlif elm sahələrinə tətbiq etdilər.
Materializmə ən böyük dəstəyi verən isə yaradılışı inkar edən və buna qarşı təkamül nəzəriyyəsini ortaya atan Çarlz Darvin oldu. Darvinizm ateistlərin əsrlərdir cavab verə bilmədikləri “canlılar və insan necə yaranıb” sualına guya elmi cavab tapdı. Darvin təbiətdə cansız maddələri canlandıran və sonra da ondan müxtəlif canlı növləri əmələ gətirən mexanizmin məhz bu nəzəriyyə olduğunu iddia etdi və bir çox insanı da bu yalana inandırdı.
Elm materialist iddiaları təkzib etdi
19-cu əsrin sonlarında ateistlər hər şeyi açıqladıqlarını zənn etdikləri bir“dünyagörüşü” meydana gətirmişdilər: Kainatın yaradıldığını inkar edir, buna qarşı“kainat sonsuzdan bəri vardır, başlanğıcı yoxdur” deyirdilər. Kainatdakı nizam və tarazlığın kortəbii təsadüflərin nəticəsi olduğunu irəli sürür, kainatda heç bir məqsəd olmadığını iddia edirdilər. Canlıların və insanın necə yarandığı sualının darvinizmlə cavablandığını zənn edirdilər. Tarix və sosiologiyanın Marks və Dyürkqeym, psixologiyanın isə Freyd tərəfindən ateist əsaslarla açıqlandığını düşünürdülər. Halbuki bu iddiaların hər biri 20-ci əsrdə elmi, siyasi və sosial kəşflərlə rədd edildi. Astronomiyadan biologiyaya, psixologiyadan ictimai əxlaqa qədər bir çox fərqli sahədəki kəşflər, diaqnoz və analizlər ateizmin bütün fərziyyələrini kökündən dəyişdirdi.
Materialist ideologiyaların dağıcıdı təsiri
Ancaq materialist ideoloqların məğlubiyyətinin ən böyük sübutlarından biri baş verən qırğınlar oldu. Faşizm və kommunizm başda olmaqla materializmi əsas götürən ideologiyalar məhvedici güclər meydana gətirdilər. Bir tərəfdən də əxlaqi degenerasiya başladı.
Materialist fikir sisteminin hakim olduğu illərdə şəfqət, sədaqət, qürur, şərəf, səmimilik, fədakarlıq kimi gözəl əxlaqi keyfiyyətlər məhv olmağa başladı. Cəmiyyət daxilindəki əxlaqi degenerasiya bu gözəl əxlaqi keyfiyyətlərin bir növ “sadəlöhvlük” kimi göstərilməsi ilə nəticələndi. Eqoizm, mərhəmətsizlik, haqsızlıq, ədalətsizlik adi hal kimi qarşılanmağa başlandı. Yardımsevərliyin unudulduğu, hamının daha çox pul qazanmaq və daha çox xərcləmək istədiyi bu sosial darvinist mühitdə zəifləri əzmək, zəif insanlardan mərhəmətsizcə sui-istifadə etmək, əlilləri, qocaları və ehtiyac içində olanları cəmiyyətdən xaric etmək kimi zalımlıqlar normal hesab edilirdi.
Din əxlaqı olmazsa…
Modernizmlə birlikdə meydana çıxan ideologiyaların ən böyük səhvlərindən biri də din olmadan əxlaqın olacağını, insanların dinsiz də gözəl əxlaqlı olacaqlarını düşünmələri idi. Halbuki bu çox böyük yalandır. Din olmadan, Allah qorxusu yaşanmadan, axirət günündə etdiklərinin hesabını verəcəyinə inanmadan həqiqi mənada sevgi, hörmət və gözəl əxlaqın yaşanması mümkün deyil. Din əxlaqı olmayan yerdə insan sevgisi olmaz, dostluq olmaz, gözəl əxlaq olmaz. Çünki əgər din əxlaqı yaşanmırsa, deməli, Allah qorxusu da yoxdur. Bu isə insanın ancaq öz istək və arzularını ödəməyə çalışacağı, öz mənfəətinə zidd olan hər şeyi özündən uzaqlaşdıracağı mənasını verir. Belə bir insan sevgini, şəfqəti, mərhəməti ancaq öz mənfəətinə uyğun olduğu müddət ərzində göstərər. Özünə fayda verən insanı sevər, elə də faydalı olmayanı isə əzməkdən, ona pis davranmaqdan çəkinməz. Belə insanın ədaləti də ancaq öz mənfəətlərinə uyğundur. Özünə fayda verməyənlərə qarşı ədalətli olmağı da vacib bilməz. Əgər özü üçün qazanclı olacağını düşünərsə, yardımsevər olar. Hər hansı mənfəəti yoxdursa, aclıq çəkən insanlar, zülm görənlər, mərhəmətsizcə qətl edilən günahsızlar onun üçün heç bir məna kəsb etməz. Belə hallar onun vicdanına təsir etməz. Çünki din əxlaqını yaşamayan insan vicdanına görə deyil, öz nəfsinin istəklərinə görə hərəkət edir.
Tarix dinin insan ruhuna qazandırdığı həqiqi tərbiyəni və Allah`ın yol göstərici hökmləri olmadıqdan sonra heç bir həqiqi əxlaqdan söz gedə bilməyəcəyini sübut edən nümunələrlə doludur. Buna nümunə kimi, 1789-cu ildə Fransa inqilabında azadlıq, bərabərlik, qardaşlıq naminə meydana çıxanların minlərlə günahsız insanı öldürmələrini və ya sosial ədaləti təmin edəcəklərini iddia edən kommunist rejimlərin milyonlarla insanı qətl etməsini və s. göstərə bilərik.
Postmodernizm də çıxış yolu deyil
Modernizmi tənqid edən, “modernizmdən sonrakı dövr” kimi adlandırılan postmodernizm isə modernizm tərəfindən əsası qoyulan dəyər, meyar və hədəflərin mənasızlığını dərk edən, ancaq bu doğru diaqnozdan yola çıxaraq heç bir mütləq dəyər, meyar və hədəfin olmadığını iddia edən düşüncədir. Postmodernistlərin ən böyük səhvləri isə “relativizmə” aiddir. Yəni, bütün dəyər və inancların müxtəlif insanlara görə dəyişməsi, “relativ” (nisbi) olması.
Həll yolu
İnsanın dünyaya məqsədsiz yerə gəlməyib: İnsanı Allah yaratmışdır və insan bütün həyatını Ona borcludur. Modernizm bu həqiqəti tamamilə inkar edir və ya əhəmiyyət vermir. Postmodernizm isə bu həqiqəti “relativ fikir” kimi göstərməklə eyni səhvi təkrar edir.
Buna görə də, postmodernizm də cəmiyyət üçün çarə deyil. Cəmiyyəti heç bir mütləq dəyərin və məqsədin olmadığı xaosa aparan başqa yalandır. İnsanlar həm bu yalandan, həm də hələ də gücünü qoruyan modernist düşüncədən xilas ola bilmək üçün öz var olma məqsədlərini dərk etməlidirlər.