Cənab Adnan Oktarın 2004-cü ildə nəşr etdirdiyi "Sosial silah - darvinizm" adlı kitabında və müxtəlif məqalələrində açıqladığı mövzu dünyada məşhur olan darvinist nəşrlərdə illər sonra yerini tutmağa başladı. Bu mövzu darvinist fitnənin səbəb olduğu məktəblərdə baş verən qətliamlar idi. Məktəb qətliamlarının ortaq cəhəti gənc şagirdlərin bu qətliamları "təkamül" və "təbii seçmə" naminə törətmələri idi.
“Timesonline” internet saytı şagirdlərin məktəblərdə törətdikləri qətliamların darvinizmlə əlaqəsini 8 noyabr 2009-cu ildə veb səhifəsində açıqlayarkən, Türkiyədə “Habertürk” qəzeti bu xəbəri 9 noyabr 2009-cu ildə “Lise Katliamlarında Fatura Darwin’e” başlığı altında nəşr etdi. Halbuki bu qətliamlar başladığı gündən indiyə qədər, 10 il ərzində, müxtəlif vaxtlarda baş vermişdi. Üstəlik, qətliamların hamısında gənclər bu təxribatları məhz darvinizmə görə etdiklərini açıq-aşkar ifadə edirdilər. Hər biri darvinist ideologiyanın tələbi olaraq zəiflərin mütləq kənarlaşdırılmasına və yox edilməsinə inanırdı. Bir heyvan kimi gördükləri yoldaşlarını və müəllimlərini elə bu səbəbdən qətl etmək onlara çətin olmurdu. Əksinə, bu insanların yox edilməsi ilə cəmiyyətə və gələcəyə faydalı olduqlarına inanırdılar. Darvinizm belə azğın inanc formasıdır.
Darvinizm tarix boyu qətliamların əsas mənbəyi olmuşdur
Qədim şumerlərdən bəri mövcud olan və Darvinin “Növlərin mənşəyi” adlı kitabından sonra masonların dəstəyi və təbliğatları ilə diktatura halına gələn darvinizm bütün cəmiyyətləri daim uçuruma aparmışdır. Məsələn, təbii seçmə Çarlz Darvinin təkamül nəzəriyyəsinin əsaslandığı anlayışdır və həyatda sağ qalmaq uğrunda mübarizəni davam etdirən heyvanlardan güclü olanların zəif olanları məhv etməsini ifadə edir. Təbii seçmə həm insanı təbiət hadisələrinin məhsulu kimi qəbul etdiyi üçün, həm də şiddətə əsaslandığı üçün ateist fəlsəfənin və şiddət tərəfdarı olan ideologiyaların əvəzedilməz dayağı olmuşdur. II dünya müharibəsində milyonlarla insanı ölümə aparan diktatorlar müharibəni təbii seçmənin bir gərəyi kimi görmüşlər, təbliğatlarında darvinizmə istinad etmişdilər. Beləliklə, dünya müharibələri Darvin pərəstişkarının, yəni faşist və kommunist diktatorların idarəsi altında təcrübə sahəsi olmuşdur. 350 milyon insan bu müharibələrdə şəhid edilmiş və ya qətl edilmişdir. Bu böyük qırğın azğın darvinist ideologiyanın gətirdiyi ən qanlı nəticədir. Hal-hazırda isə bu böyük müharibələrin yerini cinayətlər, qırğınlar, daxili qarşıdurmalar, degenerasiya və irqçilik tutmuşdur. Məktəb qətliamları darvinizmin səbəb olduğu fəlakətlərin olduqca qorxunc miqyasıdır.
Məktəb qətliamlarının əsasında niyə darvinizm durur?
Əgər bir gənc ailəsini, yoldaşlarını, müəllimlərini, bir sözlə, ətrafındakı hər kəsi heyvan kimi görərsə, həyatındakı hər şeyin, hətta özünün belə təsadüflərin əsəri olduğuna inanarsa, güclülərin həyatda qalmasının lazım olduğunu, bunun üçün də zəiflərin kənar edilməsi və yox edilməsini düşünərsə, belə gəncin insanları qətl etməsi adi bir şey olar. Bu insan anası da ola bilər, müəllimi də, ən yaxın yoldaşı da. Onun üçün hər biri heyvan növüdür.
Belə bir adamı əxlaq, ailə dəyərləri, vəfa, sevgi, şəfqət, mərhəmət kimi mövzularla razı salmaq Allahın diləməsi xaricində qeyri-mümkündür. Çünki bu insanın ideologiyası, dünyagörüşü tamamilə fərqlidir. İnsan sevgi və şəfqəti anlamaq üçün Allah sevgisinə, Allah qorxusuna sahib olmalıdır. Lakin darvinist zehniyyətdə buna yer yoxdur. Buna görə də belə gənclərə əxlaq və sevgi dərsi vermək üçün əvvəlcə onları darvinist düşüncə tərzindən xilas etmək lazımdır.
Sosial darvinizmin dağıdıcı təsiri ancaq Allah inancının yayılması ilə yox edilə bilər
Sosial darvinizmin təsiri altında olan bir gənc bütün varlıqların təsadüfən yaradılmadığını, onun özünü də, ətrafındakıları da yaradanın Uca Allah olduğunu biləndə normal düşünməyə başlayar. Beləliklə, Allahın onu bir məqsəd üçün bu dünyaya gətirdiyini, bir məqsəd üçün yaşadığını və ölümün mövcudluğunun hikmətlərini düşünər. Yaşadığı hər anın ona Allah tərəfindən fasiləsiz nemət olaraq verildiyinin fərqinə varar. Nə varlığının, nə də həyatındakı bir anın təsadüfən meydana gəlmədiyini anlayar. Yaşadığı hər ana görə Allah Qatında sorğu-sual olunacağını və ona verilən hər nemətə görə məsuliyyət daşıyacağını dərk edər. Çünki axirətdə onu gözləyən sonsuz bir həyat vardır. Bu, Allahın insanlara bəxş etdiyi cənnətə layiq olmaları, dünya həyatında Allahın bəyəndiyi gözəl əxlaqı göstərmələri üçün lazımdır. Belə bir insan ancaq o zaman bütün yaradılanların Allahın ruhunu daşıdığını, bütün varlıqların Allahın sonsuz gözəlliyinin bir təzahürü olduğunu, Allahın razılığını qazanmaq və axirətdəki sonsuz həyat üçün səy göstərməli olduğunu dərk edə bilər. Ancaq o zaman belə bir insana gözəl əxlaq, sevgi, şəfqət, vəfa, mərhəmət izah edilə bilər. Allah inancı belə bir insanın yenidən, tərtəmiz bir dünyagörüşlə var olmasını təmin edər. Darvinist ideologiyanın gətirdiyi fəsad, qorxu, kin, nifrətin yerini sevgi, şəfqət və dostluq hissləri tutar.
Məktəb cinayətlərində darvinizm
12 yanvar 2008-ci ildə “Times” qəzetində S. Peterburq bələdiyyə rəisi Bill Fosterin məktubu dərc edildi. Məktubda təhsildə darvinizmin elmi həqiqət olaraq oxudulmasının zərərlərinə sarsıdıcı dəlil olaraq Kolumbin qətliamı nümunə göstərilirdi. ABŞ-da Kolumbindəki bir məktəbdə 20 aprel 1999-cu ildə iki şagird tərəfindən reallaşdırılan silahlı hücumda 12 şagird və bir müəllim öldürülmüş, 23 şagird yaralanmış, sonra təcavüzkarlar intihar etmişdi. Foster təcavüzkarlardan birinin internet saytında "Nəyi sevirəm, bilirsinizmi? Təbii seçmə! Dünyadakı ən yaxşı şey budur. Bütün axmaq və zəif orqanizmlərdən təmizlənmək..." ifadəsinə yer verdiyini ifadə etdi. 1999-cu ildəki qətliamdan sonra Amerika nümayəndələr palatasının üzvü Tom Delay da bu qətl hadisəsini Darvinin nəzəriyyəsinin səbəblərdən biri olaraq gördüyünü demiş, konqresin qeydlərinə keçirilən məktubunda dövlət məktəblərinin şagirdlərə "ibtidai palçıq məhlulundan təkamül keçirmiş üstün bir meymundan başqa bir şey olmadıqlarını öyrətdiyini" yazmışdı. Kolumbin qətliamı adi hərəkət deyil. Finladiyada özünü sosial darvinist kimi tanıdan Pekka-Eric Auvinen Finlandiyanın paytaxtı Helsinkidən təxminən 40 mil aralıda yerləşən “Jokela” litseyinə silahlanaraq girmiş, səkkiz adamı öldürdükdən sonra intihar etmişdi. Auvinen manifestində bu qətliamı törətməsinə darvinist dünyagörüşünün səbəb olduğunu ifadə etmişdi: "İddiam üçün döyüşməyə və ölməyə hazıram… Mən təbii seleksioner olaraq, düzgün hesab etmədiklərimi insan irqinin və təbii seçmənin rüsvayçılıqlarını kənar edəcəyəm. Xeyr, həqiqət budur ki, mən yalnız bir heyvan, bir insan və bir müxalifəm… Artıq təbii seçmə və güclü olanın həyatda qalması qanununu yenidən yoluna qoymağın vaxtı gəldi!"
"Darvinizm keçmişdə qaldı, niyə təhlükə kimi qiymətləndirilir" deyə ortaya çıxanlar mətbuatda olan bu xəbərləri diqqətlə oxumalı və cəmiyyətlərin darvinizmə görə nə hala gəldiyini çox yaxşı anlamalıdırlar. Əgər darvinizm bu dünyadan tamamilə yox edilsə, dünyada müharibələrin, daxili qarşıdurmaların, terrorun, cinayətlərin, qırğınların qalmayacağını görəcəklər. Darvinizm və darvinizmin gətirdiyi dinsizliyin təzahürü olan kin, qəzəb və nifrət kimi pis əxlaq xüsusiyyətlərinin sona çatacağını anlamalıdırlar. İndi dünyada mövcud olan bütün bəlaların, bütün narahatlıqların əsl səbəbi darvinizmdir. Buna görə də darvinizm bu dünyada sona çatana qədər bu azğın dinlə fikri mübarizə aparmaq çox əhəmiyyətlidir.
Uca Allah ayələrində belə bildirir: