Darvinizm separatçı terrorizmin qaynağıdır. Buna görə də o, elmi mübarizə ilə məhv edilməlidir. Bunun yolu isə insanlara məsuliyyətsiz heyvan növü olmadıqlarını, Allah tərəfindən yaradıldıqlarını, axirətdə etdikləri əməllərdən hesab verməli olan fərdlər olduqları izah edilməlidir.
Darvinizmin yalanlarına görə həyat mübarizələrdən ibarətdir. Həyatda qala bilmək üçün bu mübarizədən qalib çıxmaq, yəni var gücü ilə mübarizə aparmaq lazımdır. Bəşəriyyət tarixinin münaqişələrdən ibarət olduğunu və inkişafın yalnız bununla mümkün olduğunu iddia edən kommunizm və faşizm öz əsasını darvinizmin bu əsassız iddialarından götürmüşdür.
Günahsız insanları öldürən, problemləri zor tətbiq edərək həll ediləcəyini düşünən, mübarizənin qaçılmaz olduğuna inanan separatçı terrorizm də darvinizmdən ilham alır. Darvinizm separatçı terrorizmin sanki qidasıdır. Bu zəhərli qida artdıqda, yəni darvinist iddialar dəstəklənib gündəmdə tutulduqda separatçı terrorizm daha da güclənir. Sona çatdıqdan sonra, yəni darvinizmin yalanları elmi cəhətdən ifşa olunduqda separatçı terrorizm də sona çatar.
Təkamül nəzəriyyəsi irəli sürüldükdən qısa bir müddət sonra biologiya və paleontologiya kimi elm sahələrinin hüdudlarını aşaraq insan münasibətlərindən tarixin açıqlanmasına, siyasətdən cəmiyyət həyatına qədər bir çox sahəyə təsir edə bilmişdir. Xüsusilə, darvinizmin "təbiətin mübarizə yeri olduğu" iddia etdiyi yalan məlumat cəmiyyətlərə tətbiq olunduqda
- Hitlerin üstün irq yaratmaq cəhdinə,
- Marksın "Bəşəriyyət tarixi sinfi münaqişələrin tarixidir" uydurmasına,
- Maonun milyonlarla insanı heyvan növü hesab edib ağlasığmaz vəhşiliklər törətməsinə,
- Mussolininin "müharibə insan enerjisini ən yüksək səviyyəyə çatdırır" iddiasına,
- Kapitalizmin "güclülərin zəifləri əzərək daha da güclənmələrini" nəzərdə tutmasına,
- Stalinin qəddar əmək düşərgələrinə,
- Üçüncü dünya ölkələrinin imperialist ölkələr tərəfindən istismar edilmələrinə, insanlığa sığmayan rəftarlara məruz qalmalarına
ELMİ DON GEYİNDİRİLMİŞDİR.
Darvinizm vəhşiliyi öz istədiyi kimi qanuniləşdirir
Kommunizm və faşizm bəşəriyyətin düşmənidir. Qırıb-dağıtmağı, insanlara qorxu, narahatlıq, əzablar yaşatmağı, öz ölkəsinin ordusuna, polisinə hücum etməyi, günahsızları göz qırpmadan öldürməyi əmr edir. Kommunist və faşist rejimlərə hakim olan psixologiya eynidir. Bu sistemdə şəfqət, vicdan kimi hisslər tamamilə məhv edilir. Cəmiyyətlər vəhşi heyvanların yaşamaq və qidalanmaq üçün döyüşdükləri mübarizə meydanlarına çevrilir. Vəhşi heyvan qida və məskən əldə etmək üçün necə ki, var gücü ilə mübarizə aparırsa, insanlar da eyni şəkildə "heyvanlar" kimi davranmağa məcbur edilir. Çünki Darvinin yalanı onlara, əslində, heyvan olduqlarını və heyvanlar həyat üçün necə mübarizə aparırlarsa, onların də elə davranmalı olduqlarını öyrədir.
Təkamülçü P. J. Darlinqton “Evolution For Naturalists” (Təbiətşünaslar üçün təkamül”) adlı kitabında vəhşiliyin təbiət qanunu olduğuna və hətta bunun qanuni hesab edilməsinin vacib olduğunu belə bildirir:
”Eqoizm və vəhşilik daxilən gələn təbii bir şeydir, ən qədim atamızdan bizə miras qalmışdır… Deməli, vəhşilik insanlar üçün normaldır, təkamülün bir məhsuludur.”1
Bu etirafından da aydın olur ki, Darvinin təkamül nəzəriyyəsindən qaynaqlanan ideologiyaların digər insanları heyvan hesab etməsi, onlara bu cür münasibət göstərməsi, zülm etməsi, onların fikrincə, çox təbii haldır. Çünki bu insan darvinist ideologiyanı mənimsəyərək bir Yaradıcının olduğunu, dünyada yaşamaq məqsədini və axirətdə dünyada etdiklərinə görə Allah qarşısında hesab verəcəyini unudur. Bununla da Allah qorxusunu itirən hər insan kimi yalnız öz mənfəətlərini düşünən eqoist, mərhəmətsiz, zalım, qatil bir şəxsə çevrilir.
Kommunizm darvinist ideologiyadır
Kommunizm iki alman mütəfəkkiri Karl Marks və Fridrix Engels tərəfindən irəli sürülmüşdür. Bu iki şəxs bəşəriyyət tarixinin ilk çağlarından bəri mövcud olan materialist zehniyyəti "dialektika" adı altında yeni üsulla izah etməyə çalışdı. Dialektika ümumi mənada kainatdakı bütün inkişafların münaqişə sayəsində əldə edilməsini iddia edir. Marks və Engels bu fərziyəyə söykənib dünya tarixini yazmağa başladı. Marks bəşəriyyət tarixinin münaqişələrdən ibarət olduğunu, mövcud münaqişələrinin işçilər və kapitalistlər arasında baş verdiyini və yaxın gələcəkdə isə işçilərin qiyam qaldıracağını iddia edirdi.
Kommunizmin banilərinin ən diqqətçəkən xüsusiyyətləri isə hər materialist kimi Allah inancına düşmən mövqedə olmaları idi. Hər ikisi də qatı ateist olan Marks və Engels dini inancın ləğv edilməsini kommunizm baxımından zəruri hesab edirdilər. Amma daha geniş kütlələrə təsir edə bilmək üçün ideologiyalarına elmi don geyindirməli idilər. Məhz 20-ci əsrdə yaşanan hərc-mərcliyə, xaosa, kütləvi qırğınlara, qardaşı qardaşa qırdıran hərəkatlara səbəb olan təhlükəli birlik meydana çıxdı. Darvinin “Növlərin Mənşəyi” adlı kitabında bildirdiyi təməl iddialar Marks və Engelsin axtardıqları izahlar idi. Darvin canlıların "həyat mübarizəsi" nəticəsində, yəni "dialektik münaqişə" yolu ilə yarandığımı iddia edirdi. Yaradılışı inkar edir, dini inancları rədd edirdi. Bu, Marks və Engels üçün böyük fürsət idi.
Darvinizm kommunizm üçün o qədər böyük əhəmiyyət daşıyırdı ki, Engels, Darvinin kitabı nəşr olunan kimi Marksa belə yazdı: "Hazırda kitabını oxuduğum Darvin bir sözlə möhtəşəmdir.” 2
Marks isə 19 dekabr 1860-cı il tarixdə Engelsə yazdığı cavabında belə deyirdi: "Bizim fikirlərimizin təbii tarixi təməlini ehtiva edən kitab məhz budur. " 3
Marks başqa bir sosialist dostu Lasalleyə 16 yanvar 1861-ci il tarixdə yazdığı məktubunda isə "Darvinin əsəri böyük əsərdir. Tarixdəki sinfi mübarizənin təbiət elmləri baxımından təməlini meydana gətirir."4 deyərək təkamül nəzəriyyəsinin kommunizm üçün mühüm olduğunu deyirdi.
Marks ən əsas olan əsəri “Das Kapital”ı Darvinə həsr edərək ona olan heyranlığını bildirmişdir. Kitabın almanca nəşrinə əl yazısı ilə belə yazmışdı:
"Çarls Darvinə əsl pərəstişkarı olan Karl Marksdan." 5
Engels Darvinə olan heyranlığını belə ifadə edirdi:
"Təbiət metafizik deyildir, dialektikdir. Bununla bağlı hər kəsdən əvvəl Çarls Darvinin adı xatırlanmalıdır." 6
Engels Darvini Marksa bərabər tutaraq tərifləyir və “Darvin necə ki, təbiətdəki təkamül qanununu kəşf edib, Marks isə bəşəriyyət tarixində təkamül qanununu kəşf etdi” deyirdi. 7
Marksizm-darvinizm əlaqəsi hazırda hər kəs tərəfindən qəbul edilən çox aşkar bir gerçəkdir. Karl Marksın həyatından bəhs edən kitablarda da bu əlaqədən tez-tez bəhs edilir. Məsələn, marksist kitabları nəşr edən Öncü nəşriyyatı tərəfindən verilən bir bioqrafiyada bu əlaqə belə təsvir edilir:
"Darvinizm -marksizm fəlsəfəsini dəstəkləyən, onu sübut edən və inkişaf etdirən bir sıra gerçəyi təqdim etdi. Darvinist fikirlərin yayılması cəmiyyətdə bütövlükdə marksist düşüncələrin xalq tərəfindən qavranılması üçün əlverişli zəmin yaratdı... Marks, Engels və Lenin Darvinin düşüncələrinə böyük dəyər verdilər, bunların daşıdığı elmi mövqeyə diqqət çəkdilər və beləliklə də bu düşüncələrin yayılmasını sürətləndirdilər." 8
Darvinizmlə marksizm arasındakı bu güclü əlaqəni müasir təkamülçülər də etiraf edirlər. Təkamül nəzəriyyəsinin dövrümüzdəki ən tanınmış müdafiəçilərinin biri olan bioloq Duqlas Futuyma (Douglas Futuyma) “Təkamül biologiyası”adlı kitabının ön sözündə belə yazırdı: "Marksın bəşəriyyət tarixini açıqlayan materialist nəzəriyyəsi ilə birlikdə Darvinin təkamül nəzəriyyəsi materializm zəminində böyük mərhələ idi." 9
Bolşevik inqilabının Lenindən sonrakı ən böyük qəhrəmanı hesab edilən Leon Trotski də Darvinə duyduğu heyranlığını bu sözlərlə ifadə etmişdi:
"Darvinin kəşfi maddə sahəsində dialektikanın ən böyük zəfəri oldu." 10
Kommunist diktatorlardan Stalinin "Gənc nəsillərin zehinlərini yaradılış düşüncəsindən təmizləmək üçün onlara tək bir şeyi öyrətməliyik: Darvinin təlimlərini" 11 sözləri Çində on milyonlarla insanı qəddarcasına öldürən, bir o qədərini də aclığa məhkum edən Maonun "Çin sosializminin təməli Darvinə və təkamül nəzəriyyəsinə əsaslanır" 12 etirafı darvinizmin qan tökən marksist, leninist, maoçu fikirlərin yaranmasında böyük rolunun olduğunu göstərir.
Separatçı terrorizm darvinist təlqinlərlə qidalanır
Cənub-şərqdə illərdir davam edən separatçı fəaliyyətlərin arxasında marksist-leninist-kommunist ideologiya durur. Bu ideologiyanın təməli isə yuxarıda dəlilləri ilə təqdim edildiyi kimi darvinizmə söykənir. Separatçı terror təşkilatları terrorist kimi yetişdirəcəyi şəxslərə əvvəlcə dialektik materializm və bu fəlsəfənin təməli olan darvinizm təhsili verir. Darvinizm olmadan separatçı terrorizmin təşəkkül tapması qeyri-mümkündür. Aşkar məsələdir ki, darvinizmin insanların şüuraltına yeritdiyi "İnsan, mübarizə aparan heyvandır" yalanı separatçı terrorizmin inkişaf etməsinə çox təsir edir. Darvinizm insanlara öz "ideologiyasını" və "qaydalarını" izah edir. Bu azğın ideologiyanın mahiyyəti isə "özündən olmayanlarla mübarizə aparmaq"dır.
Həyatın münaqişələrlərdən ibarət olduğunu göstərən darvinist təlqinlər nəticəsində separatçı dəstələr körpələri, qocaları, günahsız insanları öldürürlər. Ordunu, polisi qətl edir və hər cür terror üsullarına əl atırlar.
Özlərini və digər insanları Allah`ın yaratdığı ruh, ağıl və vicdana sahib varlıqlar hesab etmədikləri üçün heyvanın heyvana etdiyini, bir-birlərinə və digər insanlara edirlər. Bu bəlanın bitməsi üçün bu vəhşiliyin əsas dayağı, yəni darvinizm məhv edilməlidir. Hər gün şəhidlər verilir, amma bir tərəfdən də rəsmi qaydada təkamülü insanlara çatdırmaq böyük səhvdir. Bu, terrorun təməl qaynağını bəsləmək deməkdir. Darvinizmin yalanları gənclərə izah edilmədikcə terrorun qarşısını almaq mümkün deyil. Darvinist təbliğatın və ona söykənən dialektik materializmin təsirini məhv etmək üçün təxminən 150 ildir ki, dünyanı qana bulayan bu nəzəriyyənin əsassızlığını, saxtakarlıqlarını müasir elmlə türk gənclərimizə öyrətməliyik.
Bu cür təhsil verməklə birlik və bərabərliyə əngəl olan ideologiyaların qarşısını almaq olar.
Millətimizi darvinistlərin yalanlarına qarşı xəbərdar etmək və bu yalanın mənfi təsirini aradan qaldırmaq üçün aparılan fəaliyyətlər illərdir ki, materialistlərin hədəfi olmuşdur. Elmi mübarizəyə elmi cavab verilməlidır. Amma materialistlər sahib olduqları nəşriyyatlardan psixoloji mübarizənin hücum vasitəsi kimi istifadə edir, təkamül nəzəriyyəsinin darmadağın edilməsi barədə elmi nəşrlərə təhqir və böhtanlarla cavab verməyə çalışırlar. Materialistlər ara-keçid canlılara aid bircə fosil (daşlaşmış qalıqlar) belə irəli sürə bilməyiblər, Türkiyənin hər yerində davam edən “Yaradılış sərgiləri” qarşısında tamamilə səssizliyə qərq olublar.
Terror separatçı təşkilatların əvəzolunmaz vasitəsidir
Terror- əsası darvinizmə dayanan separatçı ideologiyaların məqsədlərinə çatmaları üçün istifadə etdikləri ən mühüm vasitədir. Kommunist liderlər terroru əvəzolunmaz silah kimi tərəfdarlarına tövsiyə edirdilər. Separatçı terrorist təşkilatların bütün qaydaları kommunist ideoloqlarının və liderlərinin fikirlərinə əsaslanır. Bu liderlərdən biri olan Leninin terror təlimatları olduqca təəccüblüdür:
“Polisləri, əsgərləri, dövlət məmurlarını öldürmək, dövlət təşkilatlarında yanğınlar törətmək... Dövlətin xəzinələrindən pullar götürmək... İnqilabçı kommunist qüvvələr məğlubedilməz silahlı qüvvə kimi meydana çıxmalı, insanları öldürərək, bombalayaraq, binaları havaya uçuraraq qorxu mühiti yaratmalıdır. Bu şəkildə cəmiyyət üzərində kommunist diktatorluğunu qurmaq hakimiyyətə çatmağımızın ən vacib ünsürlərindəndir.” 17
Kommunizm və faşizmin dayaq nöqtəsi eynidir: Darvinizm
Yuxarıda bir neçə nümunəsini verdiyimiz kommunist liderlərin fikirləri darvinizmin kommunizm üçün nə qədər əhəmiyyət daşıdığını göstərir. Eyni şəkildə faşist liderlərin fikirləri də faşizm üçün darvinizmin nə qədər əhəmiyyəti olduğunu göstərir. Faşist lider Adolf Hitler məşhur kitabı “Mübahisəm”də guya "Ari irqinə təbiət tərəfindən üstünlük verildiyini" iddia etmiş 18 , bu kitabın adını seçərkən də Darvinin" həyat mübarizəsi" fikrindən ilham almışdır. 19
Hitler 1933-cü ildəki məşhur Nürnberg mitinqində isə "yüksək irqin aşağı irqləri idarə etdiyini, bunun təbiətdəki ən məntiqli qanun olduğu" barədə darvinist fikrini dilə gətirmişdir. Məşhur təkamülçü Stefen Gey Quldun "Almaniyada darvinizmin müharibələrə səbəb olduğu" şəklindəki təsbiti isə olduqca əhəmiyyətlidir. 20
Hitlerin ən böyük müttəfiqi olan Benito Mussolini isə 1935-ci ildə başlatdığı Efiopiya işğalını Darvinin irqçi fikirlərinə və həyat mübarizəsi anlayışına söykəyəcək, Britaniya İmperiyasının zəifləməsinin səbəbi kimi "təkamülün ən əsas gücü olan mübarizədən qaçmağa çalışdığına görədir" fikrini deyəcək qədər qatı darvinist idi. 21
Mussolini bir zamanlar redaktorluğunu etdiyi “Sinfi mübarizə” adlı jurnalın ilk sayında Marks və Darvindən "Keçən əsrin ən böyük iki mütəfəkkiri" deyə bəhs etmiş və darvinizmi tərifləmişdir.22
Göründüyü kimi, kommunizm və faşizm eyni materialist təmələ əsaslanan azğın ideologiyalardır. Bu ideologiyalara tərəfdarlar toplamaq üçün ilk atılan addım "İnsanın təbiətin və təsadüflərin məhsulu olan bir heyvan növü olması" yalanlarını insanlara mənimsətməkdir. Darvinist təhsil verən cəmiyyətlərdə insanların bir hissəsi mənəvi və milli dəyərlərdən uzaqlaşdırılır. Belə cəmiyyətlərdə sədaqətin, şəfqətin və fədakarlığın heç bir mənası yoxdur. Gənclər bu təhsilin nəticəsində dünyada təsadüflər nəticəsində yarandıqlarını, bir gün yox olub gedəcəklərini zənn edirlər. Onlar üçün din, ailə, millət, bayraq kimi müqəddəs anlayışlar heç bir məna ifadə etmir. Onlar üçün insan həyatı dəyərsizdir. Onlar rahatlıqla insan öldürə bilir, öldürdükləri insanların da heyvan olduqlarını düşündükləri üçün də vicdanları narahat olmur.
Darvinizm imperializmin də silahıdır
Darvinizm dünya imperializminin istifadə etdiyi silahdır. İmperialist ölkələr işğal etmək istədikləri ölkələrdə "5-ci kolon fəaliyyəti" ilə mənəvi gücü qırmağa səy göstərirlər (Beşinci kolon- feli müdaxilə yolu ilə ələ keçirilə bilməyən bir kütləni və ya bir dövləti təbliğat, casusluq, təxribat və ya terrorla mənəvi təsir etməklə müdaxilə üçün münasib hala gətirmək və ya feli mübarizə əsnasında müharibəni daha asanlıqla qazanmaq üçün edilən hər cür mənəvi dağıdıcı işdir). Bu fəaliyyətdə darvinizm baş rolda oynayır. Çünki darvinist təlimləri mənimsəyən cəmiyyətlər rahatlıqla imperialist dövlətlərin asılılığına düşürlər.
Osmanlı son dövrlərində məktəblərdə tədris olunan darvinist fikirlər nəticəsində öz gücünü itirmiş, cəmiyyəti bir yerdə tutan mənəvi dəyərləri olmayan idarəetmə nəticəsində də süqut etməyə başlamışdı.
İmperialistlər darvinist fikirləri "cəmiyyətləri parçalayıb vuruşdurmaq" üçün istifadə edirlər. Dünyanın bir çox ölkəsindəki faşist-kommunist düşərgələri "mübarizənin təbiətin qanunu olduğunu" iddia edən darvinizmin məhsuludur. Bu təlqinlər inkişafın əsas şərti kimi göstərilir. Milyonlarla insanın ölümünə səbəb olan darvinizmin "həyat mübarizə yeridir”, "inkişaf mübarizə yolu ilə qazanıla bilər" yalanları imperializmi də gücləndirir.
Darvinist üsullarla gücsüz vəziyyətə düşən müsəlman ölkələrinin imperialist qüvvələrin təsiri altına düşməsi danılmaz həqiqətdir. SSRİ dövründə müsəlman-türk dövlətlərinin uzun illər darvinist-kommunist əsarətin altında qalması bunu aşkar göstərir.
İmperializm, kommunizm və faşizmin gizli gücü olan masonlar isə ideologiyalarını dəstəkləyən darvinizmi belə müdafiə edirlər:
“Bu gün artıq ən inkişaf etmiş ölkələrdən ən geridə qalan ölkələrədək tək etibarlı elmi qanun Darvinin və onun yolunu izləyənlərin elmidir.” 24
Gənclərini darvinist və materialist ideologiya ilə yetişdirən bəzi millətlər 150 ildir ki, kommunist, faşist və ya neonasist kimi tanınan təcavüzkar və mərhəmətsiz insanlar yetişdirirlər. Sonra da həmin insanların qan tökməsinin, dövlətinə və millətinə düşmən olmasının qarşısını ala bilmirlər. Bu ölkələrin ən böyük səhvi, əvvəlcə, darvinist təhsillə bu cinayətkarları yetişdirmək, sonra da onların qarşısını almaq üçün müxtəlif yollar axtarmaqdır.
Halbuki edilməli olan fəaliyyət aşkardır: Darvinizmin elmi mübarizə ilə ləğv edilməsi. Bunun yolu isə insanlara məsuliyyətsiz heyvan olmadıqlarını, Allah`ın yaratdığı, ruh sahibi olan, axirətdə etdiklərindən hesab verəcək insanlar olduqlarını izah etməkdir.
Zərərli ideologiyaların mənşəyi olan darvinizmin ifşa edilməsi ilə ortada yalnız bir həqiqət qalacaq: bütün insanları və kainatı Allah yaratmışdır. Bunu anlayan insanlar səmimi olaraq din əxlaqına yönələcəklər. İnsanların din əxlaqına yönəlməsi ilə dünyadakı çətinliklər, qırğınlar, bəlalar, ədalətsizliklər, yoxsulluqlar bitəcək, bolluq, bərəkət, rifah gələcəkdir.
Buna görə də bəşəriyyətə zərər verən hər batil fikir haqq olan, bəşəriyyətə əmin-amanlıq gətirən fikirlərlə məğlub edilməlidir. Yumruğa qarşı yumruqla cavab vermək, təcavüzkara qarşı təcavüzkar olmaq çıxış yolu deyil. Çıxış yolu bunları edənlərin fikirlərini çökdürmək və doğruları səbirlə və nəzakətlə onlara izah etməkdir.
Münaqişələrin, anarxiyanın, terrorun, qiyamların, zülmün, vəhşiliyin, mərhəmətsizliyin, məzlumları əzməyin həyatın qaçılmaz həqiqətləri olduğunu düşünənlər yanılırlar. İnsanlar arasında sülh, əmin-amanlıq, təhlükəsizlik, qardaşlıq, dostluq, səmimiyyət, insanpərvərlik, mehribanlıq, şəfqət, hörmət hissləri olmalıdır. Bu da ancaq darvinizmin fikri yolla məhv edilməsi və din əxlaqının hakim olması ilə mümkün ola bilər.
Müasir elm 1859-cu ildə Çarls Darvinin primitiv texniki imkanlarla və öz təxəyyülünün nəticəsi olaraq irəli sürdüyü nəzəriyyəni çürütmüşdür.
Nəzəriyyə irəli sürüldüyü gündən indiyə qədər keçən təxminən 150 ildə aparılan qazıntılarda 250 min növə aid, təxminən 100 milyon fosil (daşlaşmış qalıqlar) çıxarılmasına baxmayaraq, bunlardan heç biri Darvinin iddialarını dəstəkləməmişdir. Darvinin nəzəriyyəsinin sübutu üçün lazım olan keçid canlılara aid qalıqlar heç vaxt tapılmamışdır. Çünki belə canlılar, əslində, heç vaxt mövcud olmayıblar. Qarışqalardan ağaclara, yarasalardan köpək balıqlarına qədər müxtəlif növlərə aid milyon illik qalıqlar mövcuddur. Bunlar canlıların təkamül keçirmədiklərini qəti şəkildə sübut edən dəlillərdir.
Darvindən çox sonra yaranan biokimya, mikrobiologiya, bioriyaziyyat, molekulyar genetika kimi çoxsaylı elm sahələri canlılar aləminin təsadüfən yarana bilməyəcəyini və canlıların təkamül keçirmədiyini aşkar etmişdir.
Elm həyatın mənşəyində sonsuz sayda məlumat olduğunu, DNT-nin (insanın hər hüceyrəsinin nüvəsində yerləşən, milyardlarla məlumatı özündə saxlayan molekul) sanki hərf-hərf yazılmış cildlərlə dolu ensiklopediyaya bənzədiyini, hüceyrənin "molekulyar maşınlar"dan meydana gəldiyini kəşf etmişdir. Sübut edilmişdir ki, bunlar təsadüflərlə və yavaş-yavaş inkişaf edərək yarana bilməzlər.
Bioriyaziyyat sahəsində aparılan hesablamalar həyatın bu kompleks quruluşunun təsadüflə yaranma ehtimalının "0" olduğunu sübut etmişdir. Tək bir zülalın belə təsadüflərlə yarana bilmə ehtimalını 1/10950( 10 üstü 950-də 1) olaraq hesablayan riyaziyyatçılar darvinizmə ən böyük zərbələrdən birini vurmuşdur.
Məlum olmuşdur ki, Darvinin təkamül mexanizmi olaraq tanıtdığı təbii seleksiyanın, əslində, təkamül iddiaları ilə bir əlaqəsi yoxdur. Uzun illər boyunca dənizdən quruya keçid hekayəsi üçün dəlil olaraq göstərilən Selekant (Coelecanth) adlı canlının müasir dövrdə hələ də yaşayan normal balıq növü olması məlum olmuş, quşların əcdadı kimi göstərilən Arxeopteriksin (Archæopteryx) keçid canlı olmayıb, nəsli kəsilmiş quş olması sübut edilmiş, at ardıcıllığı deyə tanıdılan qalıqların, əslində, atlarla heç bir əlaqəsinin olmaması, fərqli dövr və ərazilərdə yaşayıb nəsli kəsilmiş canlılara aid olması aşkar olmuş, insanın əcdadı olaraq göstərilən kəllələrin və sümük hissələrinin həqiqətdə "ya nəsli kəsilmiş meymunlara, ya da normal insanlara" aid olması sübut edilmiş, canlıların başqa canlılara çevrilməsi üçün təməl mexanizm olaraq göstərilən mutasiyaların canlılar üzərindəki təsirinin yalnız "xəstəlik və ya ölüm" olması, nəinki canlıları təkmilləşdirən, onları məhv edən funksiyasının olması aşkar edilmişdir. Burada sayılan bir çox həqiqətlər nəticəsində təkamül nəzəriyyəsi süqut etmişdir.
Bir insanın terrorist olması üçün əvvəlcə qarşısındakının insan olmadığına, mübarizənin təbiət qanunu olduğuna, öldürmənin məqbul olduğuna, heç kimə qarşı məsuliyyət daşımadığına inanması, yəni darvinist olması lazımdır. “İllər boyu şüursuz atomların bir yerə toplanaraq canlı həyatı yaratmış”, “insan da bir maddə yığını, hətta heyvan növüdür”, “mübarizə olmadan inkişaf olmaz” yalanları ilə yaşayan bir insana sevgidən, insanpərvərlikdən, mərhəmətdən, sülhsevər olmaqdan bəhs etməyin heç bir mənası yoxdur. Yaxud da bu insanın "günahsız insanları qəddarlıqla necə qətlə yetirdiyini" sorğulamaq heç bir nəticə verməz. Bu insandan başqalarına hörmət bəsləməsini, qanunlara tabe olmasını, dövlətə itaət etməsini gözləmək də mənasızdır.
Kommunist separtçı terrorizm darvinizmdən qaynaqlanır. Terror ucbatından hər gün şəhidlər verilir. Buna baxmayaraq, bir tərəfdən də rəsmi qaydada təkamülü insanlara aşılamaq yanlış davranışdır. Bu, terrorun kökündən bəsləmək deməkdir. Darvinizm yalanları gənclərə izah edilmədiyi müddətcə terrorun qarşısını almaq mümkün deyil.
Türk düşmənçiliyinin təməli darvinizmdir
Darvin insanların meymunabənzər canlılardan təkamülləşdiyini irəli sürərək insan irqlərinin təkamülün müxtəlif pillələrində iştirak etdiklərini, Avropa irqlərinin "inkişaf etmiş" irqlər olduğunu müdafiə etmiş, digər bir çox irqi isə "meymunabənzər xüsusiyyətlər daşıdıqlarını" iddia edərək alçaltmışdır. Darvinin aşağı irq olaraq müəyyən etdiklərinin arasında türk milləti də vardır. Darvin W. Grahama yazdığı məktubunda bu irqçi düşüncəsini belə ifadə etmişdir:
“Təbii seleksiyaya söykənən mübarizənin mədəniyyətin inkişafına sizin zənn etdiyinizdən daha çox fayda verdiyini və verməkdə olduğunu sübut edə bilərəm. Düşünün ki, bir neçə əsr əvvəl Avropa türklər tərəfindən işğal ediləndə Avropa millətləri nə qədər böyük risk altında qalmışdı. Amma artıq bu gün Avropanın türklər tərəfindən işğalı bizə nə qədər gülünc gəlir. Avropa irqləri olaraq bilinən mədəni irqlər həyat mübarizəsində türk barbarlarına qalib gəlmişlər. Dünyanın çox da uzaq olmayan gələcəyinə baxanda bu cür aşağı irqlərin çoxunun mədəniləşmiş yüksək irqlər tərəfindən məhv ediləcəyini görürəm.” 23
Darvinin bu cür sayıqlamalarının Avropada uzun müddət davam edən türk düşmənçiliyinin təməli olması bilinən həqiqətlərdən biridir. Müxtəlif Qərb ölkələrindəki neonasist və faşist qruplar türklərə qarşı apardığı qaralama kampaniyalarında Darvinin bu sayıqlamalarına dəstək olmuşlar. İnternetdəki müxtəlif neonasist saytlarda Darvinin "ari irqinin üstünlüyü" haqqındakı sözləri ilə yanaşı, türk milləti haqqındakı böhtanlar da vardır. Almaniyadakı türk soydaşlarımızı qətl edənlər, evlərinə, iş yerlərinə hücum edənlər Darvinin bu ağılsız və elmdənkənar fikirlərindən ilham almağa davam edirlər.
Türk milləti təkamül nəzəriyyəsinə qarşı öz münasibətini bildirmişdir!
Bəzi mətbuat orqanları müxtəlif vasitələrlə türk xalqını aldatmaq üçün var gücü ilə çalışır. Ağıllı türk milləti isə bu bəsit yalanlara sadəcə gülür. Artıq həqiqətlər aşkardır. Türkiyədə təkamül yalanının davam etməsi Allah`ın izni ilə qeyri-mümkündür.
Harun Yəhyanın təkamül nəzəriyyəsini təkzib edən əsərləri 1980-ci illərin ortalarından etibarən ölkənin hər yerində yayılmış, bu əsərlərdən yararlanaraq hazırlanan sənədli filmlər, səs kasetləri, məqalələr, xəbərlər və sayı 2000-i keçən konfranslarla türk xalqı təkamül yalanına qarşı məlumatlanmışdır. Belə ki, ABŞ-dakı Miçiqan Dövlət Universitetinin 34 ölkədə apardığı araşdırmaya görə Türkiyə təkamül nəzəriyyəsinin etibarsız olduğunu düşünənlərin ən az olduğu ölkəyə çevrilmişdir. “Science” jurnalında nəşr olunan və 1985–2004-cü illər arasındakı dövrü əhatə edən bu araşdırma Türkiyədə aparılan elmi işlərin nə qədər təsirli olduğunu və türk millətinin digər millətlərdən fərqini ortaya qoyan sübutdur. Cəmi 45000 səhifə və 30000 şəkildən ibarət olan Harun Yəhya külliyyatı içərisində təxminən 6000 səhifə və 4500 rəngli şəkildən ibarət olan təkamül yalanını ifşa edən kitablar nəzəriyyənin etibarsızlığını sübut etmiş və darvinizmə qarşı qazanılan bu qələbəyə Allah`ın izni ilə vasitəçi olmuşdur.
Qaynaqlar:
1- P.J. Darlington, Evolution for Naturalists, 1980, səh. 243-244
2- Conway Zirkle, Evolution, Marxian Biology and the Social Scene, Philadelphia; the University of Pennsylvania Press, 1959, səh.527
3- Marx ve Engels, Mektuplar, səh.426
4- Marx Engels, Mektuplar,2-ci cild 2, səh.126
5- Conway Zirkle, Evolution, Marxian Biology, and the Social Scene (Philadelphia: University of Pennsylvania Press, 1959), səh.85-87
6- Engels, Ütopik Sosyalizm-Bilimsel Sosyalizm, Sol nəşrləri 1990, s.85
7- Gertrude Himmelfarb, Darwin and the Darwinian Revolution, London: Chatto & Windus, 1959, səh.348
8- Karl Marx Biyografi, Öncü nəşriyyatı, səh.368
9- Douglas Futuyma, Evolutionary Biology, 2nd ed., Sunderland, MA: Sinauer, 1986, səh.3
10- Alan Woods and Ted Grant. "Marxism and Darwinism", Reason in Revolt: Marxism and Modern Science, London, 1993
11- Kent Hovind, The False Religion of Evolution
12- K. Menhert, Kampf um Mao's Erbe, Deutsche Verlags-Anstalt
13- Marx Engels Mektuplar, 2-ci cild, səh.126
14- Robert M. Young, Darwinian Evolution and Human History, Radio talk given in an Open University course on Darwin to Einstein: Historical Studies on Science and Belief, 1980
15- Friedrich Engels, Ütopik Sosyalizm-Bilimsel Sosyalizm, səh.85
16- Alan Woods and Ted Grant. "Marxism and Darwinism", Reason in Revolt: Marxism and Modern Science, London, 1993
17- Vladimir Lenin, Teorik ve Pratik Terör Hakkında, Homizuri G.P., Moskova, 2005
18- L.H. Gann, Adolf Hitler, The Complete Totalitarian, The Intercollagiate Review, Sonbahar 1985, səh.24
19- Ben Macintyre, Forgotten Fatherland, səh.28
20- Paul Humber, Hitler's Evolution vs Christian Resistance
21- Robert Clark, Darwin: Before and After, Grand Rapids International Press, Grand Rapids, MI, 1958. səh.115
22- Denis Mack Smith, Mussolini, s. 18
23- Francis Darwin, The Life and Letters of Charles Darwin, 1-ci cild, 1888. New York:D. Appleton and Company, səh.285-286
24- Memar Sinan Jurnalı, say 80, səh.18