Bir çox insan Darvinin təkamül nəzəriyyəsini sadəcə biologiyanın bir mövzusu kimi başa düşür və üzərində bu qədər çox dayanılmasının əhəmiyyətini anlamır. Ancaq təkamül nəzəriyyəsinin iddiası biologiyadan sosiologiyaya, siyasətdən fəlsəfə və tarixə qədər bir çox sahəni əhatə edir. Çünki təkamül nəzəriyyəsi canlıların yaradılmadıqlarını və təsadüflər nəticəsində meydana gəldiklərini iddia edir və bu iddiası xüsusilə ateist, materialist fəlsəfə və dünyagörüşünə uyğundur. Heç bir elmi dəlilinin olmadığına, təkamülün olmadığını elmi məlumatların isbat etməsinə baxmayaraq, Darvinizm geniş kütlə tərəfindən qəbul edilərək təbliğ edilir.
Bu baxımdan, Darvinizmin yalnız elmi maraqlandıran hər hansı bir nəzəriyyə olmadığı, əksinə XIX və XX əsrdə bir çox ideologiyanı gücləndirərək dünyaya fəlakət gətirdiyi açıq-aşkar görünür. Bu yazıda imperializmin də Darvinizmdən güc aldığından, bir çox xalqların və irqin istismar edildiyi, alçaldığı və qətl edildiyindən, sanki "elmi qanunilik" donu geyindirildiyindən, haqq qazandırılmasından bəhs ediləcək.
İnsanın Mənşəyi və "Meşə Qanunları"
Darvin 1871-ci ildə nəşr olunan “İnsanın Mənşəyi” adlı kitabında öz nəzəriyyəsinin insan haqqındakı bölməsini açıqladı. Bu kitabda insanın meymunlarla ortaq bir əcdaddan meydana gəldiyinə dair nəzəriyyə irəli sürülürdü. Ancaq Darvinin maraqlı bir düşüncəsi vardı. Onun düşüncəsinə görə bəzi irqlər digər insanlara görə daha çox təkamülləşmiş və irəliləmişdir. Bəzi irqlər isə hələ də meymunlarla eyni səviyyədə idi.
Darvinin nəzəriyyəsinin başqa bir vacib tərəfi də vardı. Darvin canlıların və insanların inkişafını "həyat mübarizəsi" anlayışı ilə əsaslandırırdı. Onun fikrinə görə təbiətdə mərhəmətsiz bir həyat mübarizəsi, daimi bir qarşıdurma vardı. Güclülər hər zaman zəiflərə qalib gəlir və inkişaf da guya bunun sayəsində mümkün olurdu.
Darvin həyat mübarizəsi anlayışının insan irqləri arasında da mövcud olduğunu qarşıya qoydu. “Növlərin Mənşəyi” kitabına qoyduğu başlıq isə onun insanlığa qarşı olan irqçi baxışını bir daha sübut etdi: "Növlərin mənşəyi, təbii seçmə və həyat mübarizəsində qalib gəlmiş üstün irqlərin qorunması yolu ilə".
Darvinə görə üstün irq avropalı ağ adam idi. Asiyalı və ya afrikalı irqlər həyat mübarizəsində geri qalmışdılar. Darvin düşüncələrində daha da irəli gedərək bu irqlərin mübarizəni tamamilə itirəcəklərini də söyləyirdi:
"Bəlkə də yaxın bir gələcəkdə mədəni insan irqləri vəhşi irqləri tamamilə yer üzündən siləcəklər və onların yerinə keçəcəklər. Digər tərəfdən meymunabənzər insdanlar da yox ediləcəklər. Beləliklə insan ilə ən yaxın qohumları arasındakı boşluq daha da böyüyəcək. Bunun sayəsində ortada indiki Avropalı irqlərdən daha mədəni olan irqlər və indiki zəncilərdən, Avstraliya yerlilərindən və qorillalardan daha geridə olan babun növünə məxsus meymunlar qalacaq". 1
Bu sözlərdən aydın olur ki, Darvin irqçi idi. Avropalı ağ adamın dünyanın digər irqlərindən üstün olduğunu və onları zaman ərzində kölələşdirib yox edəcəklərini düşünürdü.
Darvinin nəzəriyyəsi özünə çox əlverişli bir zəmin tapdı. Çünki o dövrdə Avropalı ağ adamın öz cinayətlərini qanuniləşdirmək üçün belə bir nəzəriyyəyə ehtiyacı var idi.
Darvinizmin qanuniləşdirdiyi müstəmləkəçilik
Avropa ölkələri XVI əsrdən etibarən dünyanın başqa ərazilərini müstəmləkəyə çevirməyə başladılar. İlk müstəmləkəçilər Xristofor Kolombun başçılığı altında Amerika qitəsinə gedən ispanlar idi. İspanlar Amerikanın cənubunu qısa müddət ərzində ələ keçirdilər. Burada yaşayan və əsasən sülhsevər təbiətə malik olan yerliləri köləyə çevirdilər.
Zor tətbiq edərək işlətdikləri bu insanlardan qitədəki zəngin qızıl və gümüş yataqlarını yağmalamaq üçün istifadə etdilər. Müqavimət göstərənləri isə qırğından keçirdilər. İspanlardan sonra portuqallar, hollandiyalılar və sonra da ingilislər müstəmləkəçilik yarışına qatıldılar. XIX əsrdə İngiltərə artıq dünyanın ən böyük müstəmləkəçi imperyasına çevrilmişdi. Hindistandan Latın Amerikasına qədər uzanan nəhəng bir ərazinin bütün təbii sərvətləri, İngilis imperiyası tərəfindən istismar edilirdi. "Ağ adam" öz mənfəəti üçün dünyanı yağmalayırdı.
Amma əlbəttə bu müstəmləkəçi ölkələr "soyğunçu" kimi görünmək və tarixə də bu cür düşmək istəmirdilər. Bu səbəbdən özlərini haqlı göstərmək üçün bəhanə axtarırdılar. Bu bəhanə istismar edilən insanları "primitiv insanlar", hətta "hayvanabənzər canlılar" kimi göstərmək idi.
Bu iddia müstəmləkəçiliyin hələ ilkin yaranma mərhələsində Xristofor Kolombun Amerika səfərlərində ortaya atılmışdı. İddiaya görə Amerikalı yerlilər insan deyil, inkişaf etmiş bir heyvan növü idilər. Bu səbəblə də İspan müstəmləkəçilərinə xidmət edə bilərdilər.
Ancaq müstəmləkəçilərin bu iddiası özünü doğrultmadı. Çünki o dövrdə Avropada bütün insanların Allah tərəfindən bərabər yaradıldıqları və hamının bir atadan- Hz. Adəmdən gəldikləri qəbul edilirdi.
XIX əsrdə vəziyyət dəyişdi. Materialist fəlsəfənin yayılması ilə birlikdə Allahın bütün insanları bərabər yaratdığı gerçəyi də göz ardı edilməyə başlandı. Bu, eyni zamanda irqçiliyin də yaranmasına səbəb oldu. Amerikalı elm adamı Ceyms Ferquson yaradılışın inkar edilməsi ilə irqçiliyin yüksəlişi arasındakı bu əlaqəni belə açıqlayır:
"XIX əsrdə Avropada inkişaf edən yeni antropologiya insanın mənşəyi haqqındakı iki zidd düşüncə məktəbinin döyüş meydanına çevrildi. Bunların daha əvvəl və əsaslı olanı - "tək mənşəlilik" idi. Bu, bütün insanların rəng və xüsusiyyət fərqi olmadan Hz. Adəmin soyundan gəlməsi və Allahın bir sözü ilə yaradılması inancına əsaslanırdı... Ancaq bu dövrdə "çox mənşəlilik" kimi məlum olan və dini inanca qarşı rəqib nəzəriyyə inkişaf etdi. "Çox mənşəlilik" fərqli insan irqlərinin fərqli mənşələri olduğunu müdafiə edirdi". 2
"Müxtəlif insan irqlərinin fərqli mənşələrinin olduğu" iddiasının, yəni irqçiliyin elmi təməli isə Darvinin təkamül nəzəriyyəsi idi. Hindi antropoloq Lalita P. Vidyarti bu gerçəyi belə açıqlayır:
"İnsanın mədəni bir təkamül müddətindən keçdiyinə və ən üst pillənin Ağ Adamın mədəniyyəti olduğuna inanan sosioloqlar tərəfindən Darvinin "güclülərin həyatda qalması" düşüncəsi coşqu ilə qarşılandı. Bunun nəticəsində XIX əsrin ikinci yarısında Qərb elm adamlarının böyük bir qismi irqçiliyi mənimsədilər". 3
Darvin irqçiliyi bu şəkildə dəstəkləyərək Avropanın müstəmləkəçi nizamına böyük bir dəstək vermiş olurdu. Kraliça Viktoriyanın adı ilə xatırlanan İngiltərənin Viktoriya Dövrü axtardığı elmi zəmini məhz Darvinizmdə tapdı.
Darvinin Türk Düşmənliyinə Verdiyi Dəstək
İngilis müstəmləkəçiliyinin XIX əsrin sonlarında özünə seçdiyi ən əsas hədəf Osmanlı İmperiyası idi. Ali-Osmaniyə dövləti o dövrdə Yəməndən Bosniya-Hersoqovinaya qədər uzanan nəhəng bir əraziyə malik idi. Ancaq əsrlər boyu sülh, əmin-amanlıq və sabitlik içində idarə etdiyi bu əraziyə nəzarət etməkdə çətinlik çəkirdi. Xristian azlıqlar müstəqillik məqsədilə qiyam qaldırır, Rusiya kimi böyük dövlətlər də Osmanlını təhdid edirdi.
Əsrin son dövründə Osmanlını təhdid edən qüvvələr arasına İngiltərə və Fransa da qatıldı. Xüsusilə İngiltərə Osmanlının cənub əyalətlərinə göz dikdi. 1878-ci ildə imzalanan Berlin Razılaşması Avropanın müstəmləkəçi güclərinin Osmanlını paylaşma qərarlarının bir ifadəsi idi. Beş il sonra 1882-ci ildə İngiltərə Osmanlı torpağı olan Misiri işğal etdi. İngilis müstəmləkəçiliyi sonra da Osmanlının Yaxın Şərqdəki əyalətlərini ələ keçirmə planlarına əl atdı. İngiltərə bu imperialist siyasətini hər zaman olduğu kimi irqçiliyə söykəyirdi. İngilis hökuməti qəsdən Osmanlını və xüsusilə Osmanlının əsl ünsürü olan Türk Millətini "geridə qalan" bir millət olaraq göstərməyə çalışırdı.
İngiltərənin Baş naziri William E. Gladstone açıqca "Türklər insanlığın insan olmayan nümunələridir. Mədəniyyətimizin davamlılığı üçün onları Asiya çöllərinə geri sürgün etməli və ya Anadoluda yox etməliyik" deyirdi. Bu və buna bənzər sözlər İngilis hökuməti tərəfindən on illər boyunca Osmanlıya qarşı bir təbliğat vəsaiti olaraq istifadə edildi. İngiltərə Türk Millətini Avropalı üstün irqlərə boyun əyməli olan geri qalmış bir irq olaraq göstərməyə çalışdı. Bu təbliğatın elmi dayağı isə Charles Darvin idi!...
Darvinin Türk Milləti haqqındakı şərhləri 1888-ci ildə nəşr olunan "The Life and Letters of Charles Darvin" (Çarlz Darvinin həyatı və məktubları) adlı kitabda yer alırdı. Darvin təbii seçmə nəticəsində "geridə qalmış irqləri"n məhv olaraq mədəniyyətin inkişafına töhvə verdiyini irəli sürür və sonra da Türk Milləti haqqında bunları söyləyirdi:
"Təbii seçməyə əsaslanan mübarizənin mədəniyyətin irəliləməsinə sizin zənn etdiyinizdən daha çox fayda verdiyini və verməyə davam etdiyini sübut edə bilərəm. Düşünün ki, bir neçə əsr əvvəl Avropa Türklər tərəfindən işğal edildikdə Avropa millətləri nə qədər böyük risk altında qalmışdı, amma artıq bu gün Avropanın Türklər tərəfindən işğalı bizə nə qədər gülünc gəlir. Avropa irqləri olan mədəni irqlər, həyat mübarizəsində Türk barbarlığına qalib gəlmişdilər. Dünyanın çox da uzaq olmayan bir gələcəyinə baxdıqda, bu cür aşağı irqlərin çoxunun mədəniləşmiş yüksək irqlər tərəfindən məhv ediləcəyini (yox ediləcəyini) görürük".2
Darwinin bu sarsaqlığı İngiltərənin Osmanlı İmperiyasını yıxma siyasətinə dəstək vermək üçün yazılmış bir təbliğat resepti idi. Belə ki, bu təbliğat resepti öz təsirini göstərdi. Darwinin "Türk Milləti yaxında yox olacaqdır: bu təkamülün qanunudur" mənasında işlədilən sözləri İngilislərin Türk düşmənçiliyi təbliğatı kampaniyalarına elmi dəstək verdi.
İngiltərənin Darwinin proqnozunu həyata keçirmə həvəsi I Dünya Müharibəsində reallaşdı. 1914-cü ildə başlayan bu böyük müharibə bir tərəfdə Almaniya və Avstriya-Macaristan, digər tərəfdə isə İngiltərə-Fransa-Rusiya ittifaqlarının arasındakı mənafe toqquşmasından doğmuşdu. Ancaq müharibə planındakı ən mühüm hesablaşmalardan biri Osmanlı İmperiyasını yıxma və paylaşma hədəfi idi.
İngiltərə iki ayrı istiqamətdən Osmanlı İmperiyasına hücum etdi. Birinci istiqamət Osmanlının Orta Şərqdəki torpaqlarını ələ keçirmək məqsədilə açılan kanal - Fələstin və İraq cəbhələri, ikinci istiqamət isə I Dünya Müharibəsinin ən qanlı müharibələrindən birinin yaşandığı Çanaqqala cəbhəsi oldu. Çanaqqaladakı Türk ordusu İngilislərin başçılıq etdiyi düşmən qüvvələrinə müqavimət göstərmək üçün 250 min şəhid verərək qəhrəmancasına vuruşdu. İngilislər isə "aşağı irq" olaraq gördükləri Türklərə qarşı vuruşmaq üçün öz əsgərlərindən çox Hindli əsgərləri, ya da Avstraliya, Yeni Zelandiya kimi müstəmləkələrdən topladıqları Anzak birliklərini göndərmişdilər.
Darwinin Türk düşmənliyinin təsiri I Dünya Müharibəsindən sonra da davam etdi. Bu gün Avropadakı soydaşlarımıza qarşı xain hücumlar edən Avropalı neo-Nasist qrupları hələ Darwinin Türk Milləti haqqındakı cəfəngiyyatlarından ilham alırlar. Türk düşməni olan irqçi qrupların internet səhifələrində Darwinin Türklər haqqındakı sözləri yerləşdirilib.
Darvinizmin dəstək verdiyi ideologiya təkcə imperializm deyil. Hitler, Mao, Stalin, Lenin kimi liderlərin hamısı milyonlarla insanın qətl edilməsindən, səfalət içində yaşamağa məhkum edilməsindən məsul olan qatı Darvinist idilər. İndiki zamanda Darvinizmin bütün insanlığa qarşı zərərləri bütün gücü ilə müxtəlif sahələrdə davam edir. Millətlərə dəstək olan milli və mənəvi dəyərləri kökündən qoparmağı hədəfləyən materializmin tək dayağı bilindiyi kimi Darvinizmdir. Bu səbəblə, Darvinizmi müdafiə edənlərin bir daha tərəfsiz və sağlamfikirli bir baxışla baxaraq, elmi olaraq heç bir isbatı olmayan bu nəzəriyyənin bütün insanlığa gətirdiyi dağıntı və fəlakətləri görmələri lazımdır. Əks halda, yaxın bir gələcəkdə belə bir ideologiyanın və batil bir inancın müdafiəçisi olmanın utancını yaşayacaqlar.
ƏDƏBİYYAT
1. Charles Darvin, The Descent of Man, 2. nəşr, New York, A L. Burt Co., 1874, s. 178
2. Ceyms Ferguson, "The Laboratory of Racism", New Scientist, vol. 103, 27 Eylül 1984, s. 18
3. (Lalita Prasad Vidyarthi. Racism, Science and Pseudo-Science. Unesco, France, Vendôme, 1983. s. 54)
4. Francis Darvin, The Life and Letters of Charles Darvin, Vol.I, 1888. New York D. Appleton and Company, s. 285-286