Türkiyə dörd ildir ki, təqribən 1000 km-lik sərhədimizdə baş verən, şiddətin şiddət gətirdiyi zalım bir müharibəni seyr edir. Bu müharibənin bir hissəsi olmamaq üçün hər cür təzyiqə müqavimət göstərdi. Mosuldakı konsulluğa edilən hücum, Reyhanlı partlayışı, təyyarəmizin vurulması kimi bir çox hadisə belə Türkiyəni bu çirkin müharibənin iştirakçısına çevirmədi.
Dərin Amerika isə daima Türkiyəni Suriyadakı bu müharibənin içində görmək istədi. Türkiyənin hərbi bazalarından həyata keçirəcəyi müharibə ABŞ-ın işini asanlaşdıracaq, xərclərini daha da azalacaqdı. Amerikan əsgərinin quruda İraqdakınıdan daha qorxunc bir hüsrana məruz qalacağını bilirdi. Belə ki, bu dəfə səhnədə İŞİD vardı. Üstəlik quru hərəkatı üçün xərclər artıq ABŞ-ın gücünün çatacağı kimi deyildi. Amma sərhəddəki türk əsgəri bu məqsədlə istifadə edilə bilərdi. NATO-nun ikinci böyük ordusu Türkiyəyə məxsusdu və Türkiyənin həm hərbi bazaları, həm də əsgərləri ilə müharibəyə daxil olması çox şeyi dəyişdirə bilərdi.
Bəhanə də Türkiyədəki terror hadisələrinin təkrar artması oldu. Lakin əslində ABŞ hər hansı bir formada Türkiyəni hərbi bazalar məsələsində razı salmışdı. Türkiyənin İncirlik daxil olmaqla dörd hərbi bazası koalisiyaya aid «reaper»lara açılmışdı. Pentaqonın təmsilçisi kapitan Ceff Devis isə gözlənilən fəlakət xəbərini verdi. «Həftə sonu pilotsuz uçan aparatlar silahlı uçmağa başladılar».
«Reaper»ların funksiyası nədir? Devisin bu qədər asanlıqla istifadə etdiyi bu cümlə hansı mənanı ifadə edir? Bunun mənasını Suriya və İraqa istiqamətli yaxın dövrdə edilən hücumlara geri qayıdaraq açıqlayaq. Müstəqil jurnalistlərin yaratdığı bir layihə olan Airwars çərçivəsində aparılan araşdırma bu bölgələrdə aparılan 52 hava hücumu nəticəsində 459 mülki şəxsin öldüyünü ortaya qoydu. Bunlardan 100-ü isə uşaqlardı. Beş il ərzində həyata keçirilən 5700 hava hücumu nəticəsində nə qədər mülki şəxsin öldüyü isə məlum deyil. Ancaq məlumatlar bu nisbətin çox yüksək olduğunu göstərir. Əlbəttə ki, bu rəqəmləri rəsmi məlumatlarda görmək mümkün deyil. Koalisiyanı idarə edən general Con Hesterman bu hücumların «edilən ən həssas və intizamlı hücumlar» olduğunu iddia etsə də yuxarıdan atılan bir bombanın kor hədəfə doğru getdiyi həqiqətini dəyişmir. Airwars layihə rəhbəri Kris Vuds verilən bu rəsmi məlumatların quruda hücum bölgəsindən əldə etdikləri həqiqi məlumatlarla üst-üstə gəlmədiyini bildirir. 3 iyunda həyata keçirilən təkcə bir hücumda bölgə xalqının Əl-Cəzirə və Reuters agentliyinə verdiyi məlumata görə 700 nəfər həyatını itirdi. 1
Bomba daşıyan pilotsuz uçan aparatların etdiyi budur. Bir hədəfə yönəlir və orada mülki şəxsləri, uşaqları, qadınları, qocaları hədəf alır. İşin acınacaqlı tərəfi isə «oyuncaqların pultunu» əlinə alanlar hər nə qədər «həssas və diqqətli» olduqlarını iddia etsələr də qeyd edilən itkiləri az və ya çox gözə alırlar. Suriya və İraqdakı azğın müharibəni daha azğınlaşdıran ən böyük səbəb budur.
Son üç ildir Türkiyənin haqlı tələbi olan təhlükəsiz zona qarşılığında hazırda bu azğın müharibəyə Türkiyəni də daxil etmək istəyirlər. Təhlükəsiz zona Türkiyənin istədiyi mənada bir təhlükəsiz zona olmasa da, Türkiyənin istəklərini müəyyən mənada qarşılayır. Türk və koalisiya təyyarələrinin Azes və Cerablus arasında təqribən 110 km uzunluğunda, 40 km enindəki bölgəni qoruması planlaşdırılır. Bölgəyə mülayim müxaliflərin yerləşdirilməsi, bölgənin eyni zamanda Suriyada qalmaq istəyən qaçqınlar üçün sığınacaq və qorunma yeri olması nəzərdə tutulur.
Plan bura qədər müsbətdir. Ancaq bölgədə Türkiyə baxımından olduqca böyük əhəmiyyət kəsb edən YPG problemi var. ABŞ Dövlət Departamentinin təmsilçisi Con Kirbinin bu açıqlamaları isə dəhşətli ssenarinin miqyasını göstərir:
"(YPG) Hal-hazırda onsuzda koalisiya qüvvələrinin hava dəstəyini alır. İndi Türkiyədəki hərbi hava bazalarına da daxil ola bilməyimiz bu dəstəyin daha zamanlı və hətta daha təsirli olmasına imkan yaradacaq".
Daha əvvəl də bu sətirlərdə dəfələrlə açıqladığımız kimi, Suriyada kürd bölgəsinə nəzarəti ələ keçirmiş YPG PKK-ın bir qoludur. Türkiyənin isə tək müharibəsi 40 il boyunca sadəcə PKK ilə olmuşdur. Hazırda PKK-ın Kandil dağlarındakı qərargahlarının Türk Silahlı Qüvvələri tərəfindən vurulmasının tək səbəbi bu kommunist terror təşkilatının heç bir uzlaşamaya yanaşmaması, sadəcə terror və anarxiyanı bilməsidir.
Bu vəziyyətdə ABŞ-ın Türkiyənin hərbi bazalarından PKK-nı silahlandırmaq, onlara daha çox yer açmaq üçün istifadə etməsi qəbul edilməzdir. Əgər Türkiyə sərhəddi həqiqi mənada təhlükəsiz zona görüntüsü alacaqsa, o zaman bölgənin bütün terror təşkilatlarınan təmizlənməsi lazımdır. Buna YPG-də daxildir.
Hazırda ölkə daxilində və xaricində PKK ilə mübarizə aparan Türkiyə böyük əvəz ödəməyə məhkum edilmiş və məcburi Suriya müharibəsinə daxil edilməyə çalışılır kimi görünür. Türk təyyarələri Suriya hava sahəsinə girməyəcək və Türkiyə bu mənada Suriya müharibəsinə birbaşa daxil olmayacaq. Bu doğrudur. Lakin Türkiyə koalisiya təyyarələrinə hərbi hava bazalarını açması ilə əslində məzlumların vurulduğu bu kirli müharibəyə dolayı da olsa girmiş olacaq. Bu baş verdikdə həyatını itirən hər məzlum və müsəlmanın vəbalını bir müsəlman ölkə olaraq üzərimizə almağımızdan qorxmalıyıq. Bütün bunlardan əlavə Türkiyənin əsil dəhşətli bəlası olan PKK-nın bu yolla dəstəklənməsinə boyun əymək, Yaxın Şərqdə terror dövlətinin qurulmasına vasitəçi olmaqdan başqa bir məna verməyəcək.
Bunun əvəzini isə təkcə Türkiyə deyil, bütün Yaxın Şərq və buna zəmin hazırlayan Amerika çəkəcək. Nə kürdlərin, nə ölkəmizin, nə Yaxın Şərqin, nə də Amerikanın bu marksist bəla ilə üz-üzə gəlməsinə razılığımız yoxdur. Dolayısilə tədbir əvvəlcədən alınmalı, təhlükənin miqyasını çox yaxşı bilən Türkiyə qətiyyətli mövqeyini israrla nümayiş etdirməli və Suriyadakı PKK-ya verilən dəstəyə bütün gücü ilə qarşı çıxmalıdır. Bizimlə müharibə etməyən müsəlman ölkəyə bomba yağdırmağa isə əsla və əsla vasitəçi olmamalıdır.
1. http://www.theguardian.com/world/2015/aug/03/us-led-air-strikes-on-isis-targets-killed-more-than-450-civilians-report?CMP=twt_gu
Adnan Oktarın «Arab News»də dərc olunan məqaləsi: