Məşhur təkamülçü bioloq Coel Duqlas Futuyma:
“Canlılar dünyada ya tamamilə mükəmməl və qüsursuz şəkildə ortaya çıxmışlar, ya da özlərindən əvvəl mövcud olan bəzi canlı növlərindən təkamül keçirərək meydana gəlmişlər. Əgər qüsursuz və mükəmməl şəkildə ortaya çıxmışlarsa, onda üstün ağıl tərəfindən yaradılmalıdırlar”.
Məşhur astroloq Fred Hoyle:
“Təsadüflər nəticəsində bir hüceyrənin meydana gəlməsi tullantı metal yığınının qasırğa ilə sovurduğu hissələrdən təsadüfən bir Boinq 747 təyyarəsinin əmələ gəlməsi qədər mümkünsüzdür”.
Ernest Haeckel:
“Etdiyim bu saxtakarlıq etirafından sonra özümü alçaldılmış və qınanmış hiss etməliyəm. Lakin mənim təsəllim budur ki, mənimlə bərabər günahkar olan bir çox adam, bir çox etibarlı müşahidəçi və məşhur bioloq da var ki, onların nərş etdirdikləri ən yaxşı biologiya kitablarında, tezislərində və jurnallarında mənimki qədər edilmiş saxtakarlıqlar, qeyri-dəqiq məlumatlar, az-çox təhrif edilmiş, sxemləşdirilərək yenidən qurulmuş şəkillər var.”
Təkamülçü düşüncə sahibləri ideologiyalarını, elmi əsaslara qarşı qoyaraq özləri də bilmədən çox vacib mesaj vermişlər: Təkamül elm deyil, elmi həqiqətlərə baxmayaraq, ayaqda tutulmağa çalışılan doqmadır.