Memar çöl arısı
Çöl arısı memarlıq qabiliyyəti ilə diqqət çəkən bir canlıdır. Çöl arısının bir növü taxta parçalarını gəmirir və bunlardan istifadə edərək ağzında bir növ sellüloza, yəni kağız istehsal edir. Bu kağızdan istifadə edərək özünə yumru bir ev tikir. Tavana yapışdırdığı kağızdan istifadə edərək yuvanın içində eynilə bal arılarında olduğu kimi altıbucaqlı pətəklər düzəldir. Hər altıbucaqlı pətəyin tavanına bir yumurta yapışdırır.
Təxminən üç həftədən sonra yumurtalardan sürfələr çıxır. Edəcəkləri hər işi onlara Allah ilham etmişdir. Sürfələr heyrətləndirici bir hərəkət edir. Analarının açıq buraxdığı pətəklərin alt tərəfindəki ağız hissəsini hörürlər. Beləcə də ağır olduqlarına görə yerə düşmə təhlükəsindən xilas olurlar.
QURAN MÖCÜZƏLƏRİ
Sümüklərin əzələ ilə örtülməsi.
Quran ayələri ilə çatdırılan digər vacib məlumat isə insanın ana bətnində əmələ gəlmə prosesidir. Ayələrdə ana bətnində körpənin əvvəlcə sümüklərinin əmələ gəldiyi, daha sonra isə əzələlərin yaranaraq bu sümükləri örtdüyü xəbər verilir. Ayədə belə buyurulur:
Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa (yeni) bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur! ... (Müminun surəsi, 14)
Müasir texnologiyanın köməyi ilə aparılan araşdırmalar göstərir ki, ana bətnindəki inkişaf mərhələləri məhz ayədə izah edildiyi şəkildə, Quranda təsvir olunmuş ardıcıllıq üzrə gedir. İlk olaraq embriondakı qığırdaq toxuması sümüyə çevrilir. Daha sonra isə əzələ hüceyrələri sümüklərin ətrafındakı toxumadan ayrılaraq bir yerə yığışır və bu sümükləri əhatə edir.
Bu vəziyyət “Developing human”, (İnkişaf edən insan) adlı elmi jurnalda belə izah edilir:
"6-cı həftədə qığırdaqlaşmanın davamı olaraq ilk sümükləşmə körpücük sümüyündə başlayır. 7-ci həftənin sonunda uzun sümüklərdə də sümükləşmə başlayır. Sümüklər əmələ gəlməyə davam edəndə əzələ hüceyrələri sümüyü əhatə edən toxumalardan ayrılaraq əzələ kütləsini əmələ gətirir. Əzələ toxuması bu şəkildə sümüyün ətrafında ön və arxa əzələ qruplarına ayrılır."
Qısaca desək, insanın Quranda təsvir edilən əmələ gəlmə mərhələləri, müasir embriyologiyanın kəşfləri bir-birinə tamamilə uyğundur.
Uçan aparatlar: Cırcıramalar
Cırcırama böcəyi hansı sürətdə və hansı istiqamətə uçursa uçsun, birdən dayanıb tərs istiqamətə uçmağı bacaran qüsursuz bir uçuş qabiliyyətinə malikdir. Cırcırama, havada sabit dayanıb, ovuna hücum etmək üçün uyğun bir zamanı gözləyir. Eyni zamanda bu vəziyyətdə olmasına baxmayaraq cəld hərəkətlərlə ovuna yönələ bilir. Bunlar, cırcıramadan ilham alaraq müasir texnologiyanın məhsulu olan helikopterlərdə tətbiq edilən manevr qabiliyyətlərindən sadəcə bir neçəsidir.
Cırcıramanın bədəni, metalla örtülmüş təəssüratı verən halqalı bir quruluşa malikdir. Mavi rəngdən, tünd qırmızıya qədər müxtəlif rənglərə sahib olmağı bacaran cırcıramanın belində biri qabaqda digəri arxada olan iki cüt qanad var. Qanadların hərəkəti qarşılıqlı iki əzələ qrupunun hərəkəti ilə təmin edilir. Əzələlərin bir ucu gövdənin içində ling şəklindəki çıxıntılara bağlıdır. Bir əzələ qrupu sıxılaraq bir cüt qanadın yüksəlməsini təmin edir. O biri əzələ qrupu da eyni nisbətdə dartılaraq ikinci cütün alçalmasını təmin edir. Beləliklə, cırcıramalardan nümunə götürülərək düzəldilmiş helikopterlər də eyni şəkildə uçurlar.
Cırcıramalar ani manevrlər edə bilir, cəld şəkildə sürətini artıra bilir və saniyədə təxminən 10 metr kimi yüksək bir sürətlə uça bilirlər. Cırcıramanın bəsit bir kopyası olan helikopterlər isə bu möhtəşəm texnologiyanı təqlid etməyə çalışır. Cırcıramanın gözündəki fövqəladə dizayn sayəsində arxasında baş verən hadisələri belə müşahidə edə bilir.
Cırcırama böcəklərinin qüsursuz uçuşları bir-birindən ayrı işləyən dörd böyük qanad ilə mümkün olur. Bu xüsusiyyəti ilə cırcırama ani manevrlər edə bilir, cəld şəkildə sürətini artıra bilir və saniyədə 10 metr kimi yüksək bir sürətlə uça bilir.
Çox sürətli uçanda belə ani manevrlər edə bilən cırcıramanın görmə qabiliyyəti də qüsursuzdur. Cırcırama gözü alimlər tərəfindən dünyanın ən mükəmməl böcək gözü olaraq qəbul edilir. Cırcıramanın iki cüt gözü var və bu gözün hər birində 30.000-ə qədər ayrı büllur var. İki yarım kürəyə oxşayan və başının yarısını örtən gözlər böcəyin yaxşı görməsini təmin edir.
Cırcıramanın sahib olduğu mükəmməl qanad sistemi və fövqəladə göz quruluşu bütün xüsusiyyətləri ilə birlikdə qüsursuz şəkildə yaradılmışdır. Cırcırama böcəyi sahib olduğu bu bədənin köməkliyi ilə yaşaya bilir. Cırcıramadakı bu bənzərsiz dizayn uca Allaha aiddir. Allah hər şeyi yaradandır. Bir Quran ayəsində belə buyurulur:
Həqiqətən, Rəbbin (hər şeyi) yaradandır, biləndir! (Hicr suresi, 86)