Elm həqiqətə çatmaqda əhəmiyyətli bir yoldur. Ancaq istifadə edilən üsulların tərəfsiz olması və elmi həqiqətlərin təhrif edilməməsi şərtilə... Halbuki, bir çox darvinist fəaliyyət və tədqiqatda, müxtəlif heyvan və insan növləri arasında müqayisə edilərkən əslində elmi həqiqətlərə deyil, kobud üsullara əl atılır. Məsələn, “Topoqrafik anatomiya” adlandırılan və darvinistlərə görə istifadə edilən bir üsulda, kəllə böyüklüyü, sümük uzunluğu və qalınlığı, sümüklərin əyri-düz olması, diş ölçüsü və yerləşməsi kimi müşahidə əsaslı faktlar qiymətləndirilərək, guya növlər arası qohumluq əlaqələri ortaya qoyulmağa çalışılır. Məsələn, insanın guya ortaq əcdadı kimi göstərilən meymunların kəllə sümükləri həcmlərinə görə kiçikdən-böyüyə sıralanaraq;
Bəzən tapılan tək bir diş və ya bir neçə sümük parçası, həqiqətlə əlaqəsi olmayan modellər yaradılaraq bütöv bir orqanizm halına gətirilmiş, hətta inandırıcılığın artması üçün o canlı xəyal məhsulu bir sosial həyat içində təsvir edilərək təqdim olunmuşdur. Eyni dövrdə yaşayan və tamamilə fərqli olan növlər, yenə kiçikdən-böyüyə düzülərək bir-birinin guya əcdadı kimi göstərilməyə çalışılmışdır. Hətta bunun uğrunda ideoloji baxımdan bəzi saxtakarlıqlar edilərək “itmiş halqa tapıldı” şəklində uydurma məlumatlar hazırlanmış, uydurma elmi məqalələr çap olunmuş, illərlə muzeylərdə saxta fosillər nümayiş etdirilmişdir.
Bütün bu yalana bəzi mətbuat orqanları da dəstək vermiş və hətta klassik bir darvinist taktikası kimi köhnə iddiaları yeni kimi əks etdirməkdə də bir eyib görməmişlər. Bunun son nümunəsi də 2013-cü ildə Cənubi Afrikada tapılan ancaq 2015-ci ildə dünyaya elan edilən bəzi fosilləri əsas alan bir qalıqdır. Keçdiyimiz günlərdə CNN, Scientific American, Dailymail kimi saytlarda bu mövzu yeni kimi təqdim edilmişdir.
Bəzi fosillərin yarı-insan yarı-meymun aralıq növ canlılarına aid olduğu şəklindəki darvinist iddianı zehinlərə qoymağı hədəfləyən bu kimi izahatlara bir çox dəfə cavab vermişik. Ancaq bu məqalədə də qısaca sözügedən fosilin əslində nə olduğu və iddiaların elmi əsasının olmadığı açıqlanacaq.
“KİÇİK BEYİNLİ İNSAN ƏCDADI TAPILDI” YALANI
2013-cü ildə Cənubi Afrikada bir mağarada 15 ayrı insana aid olduğu irəli sürülən 1500-dən çox sümük qalığı tapıldı. 2015-ci ildə “Homo Nale” adlandırılan bu canlı qalıqları ilə birlikdə darvinist dairələrdə “itmiş halqa” müzakirələri yenidən sürət qazandı və fosillər “yeni tapılmış uydurma insanabənzər aralıq növ” olaraq tanıdıldı.
Əldə bütöv bir kəllə sümüyü yox idi və dörd köhnəlmiş kəllə sümüyü parçası bir-birinə dəymədən havada dayanacaq şəkildə yerləşdirilmişdi. Buna baxmayaraq, canlının 500 qram ağırlığında bir beyinə və portağal böyüklüyündə bir başa malik olduğu iddia edildi. Bundan başqa, Homo Naledinin 2-2,5 milyon il əvvəl yaşamış ola biləcəyi qeyd olundu. Bunlarla yanaşı “canlının qıvrım barmaq sümükləri ilə ağaca dırmaşa bildiyi, əl biləyi və uzun sümüklərinin isə insanabənzər olduğu kimi təsvirlərlə, mozaik bir forma irəli sürüldü. Bununla da kifayətlənməyib onlarla parçaya ayrılmış şəkildə olan bud sümüyü montaj edildi və canlının dik yeridiyi iddia edildi.
Yer altında 1450 metr dərinlikdə, çətinliklə içərisinə girilən bir mağarada olan bu fosillərin oraya necə gəldiyi də ayrı bir mübahisə mövzusu oldu. Yanlarında heç bir alət və ya başqa canlı qalığı olmaması səbəbiylə, qalıqların növün digər fərdləri tərəfindən şüurlu olaraq oraya atılmış və ya basdırılmış ola biləcəkləri deyildi.
Əlbəttə, yaddaşlara təkamül təlqinini yerləşdirmək üçün 3 ölçülü vizual və insanla aparılan müqayisələr də unudulmadı. Fosillərdə heç bir iz buraxmayan göz, qulaq, burun, dəri və saçlar kimi yumşaq toxumalar yenə xəyal məhsulu olaraq yaradıldı. Üst çənə və burun bölgəsi sümükləri əskik olmasına baxmayaraq, sümüklərin mövqeləri yenə fərziyyələrlə müəyyən olundu.
Bir araya gətirilən sümük parçalarının eyni şəxsə mi, ayrı-ayrı fərdlərə mi aid olduğu, eyni dövrdə yaşayıb-yaşamadıqları, qalıqların arasına başqa bir növə aid parçaların qarışıb qarışmadığı da Homo Nale haqqında aydınlaşdırılmağı gözləyən məsələlərdən biridir.
Göründüyü kimi darvinistlər həm fosillərin təqdimat mərhələsində, həm də tapıntıların şərh verilərkən elmdən uzaq bir mövqedən və ideoloji əsaslı yanaşmalarına davam edirlər.
YAŞI BİLİNMƏYƏN FOSİLLƏR İTMİŞ HALQA SSENARİSİNİ MƏNASIZLAŞDIRIR
Tapılan fosillər haqqında bu qədər mübahisə mövcud ikən, bu fosillərin yaş təyini də 2013-cü ildən bu yana qəribə bir şəkildə aparıla bilmədi. “Scientific American”da bu barədə belə bir fikir yer alır:
“Əskik olan çox mühüm bir həqiqət Naledinin yaşı idi. Bu məlumat olmadan növlərin təkamülçü sxemdə harada olduğunu tam olaraq bilmək çətindir”.
(http://edition.cnn.com/2016/05/03/health/homo-naledi-human-species-lee-berger/)
2013-cü ildəki çalışmanı şəxsən aparan Amerikalı paleontoloq Li Berqer (Lee Berger) isə məsələ ilə əlaqədar olaraq, “Naledi haradan gəlir, əcdadları kimdir, onun nəsli necədir - təbii ki, varsa – bilmirik” -deyir. (http://edition.cnn.com/2016/05/03/health/homo-naledi-human-species-lee-berger/)
Bunun mənası da budur; Əgər fosillər təxmin edildiyindən daha yaşlı və ya gəncdirsə bu günə qədər darvinistlər tərəfindən yazılan itmiş halqa ssenariləri tamamilə mənasızlaşacaqdır.
Bütün bunlar göstərir ki; Homo Naledi haqqında danışılan hekayələr elmi dəlillərə deyil, darvinist qərəzli fikirlərə əsaslanır.
BİR ŞİMPANZENİ ZORLA İNSANA OXŞATMAĞA CƏHD GÖSTƏRMƏK
Homo Naledi ilə bağlı araşdırmanın başında duran Li Berqerin etirafına görə bu fosillər məlum olan bir insan irqi ilə uyğun gəlmir. Bu da darvinist elm adamlarının qalıqları dərhal “yeni bir növ” kimi adlandırmasına bir yol olmuşdur. Məsələn, Berqer, “Avstrolopitekuslar ilə insan arasındakı boşluğu dolduran aralıq insanabənzər (hominid) növdür” iddiasını irəli sürmüşdür, ancaq bu yanaşmanın tərəfli və qərəzli olduğu sümüklər araşdırılarkən aydın olur.
Yaradılan bu yığma skelet bütün xüsusiyyətləri ilə şimpanzelərə bənzəyir. Çiyin oynaqları və əyimli barmaq sümükləri budaqlardan sallanan meymunlarla eynidir. Geniş bud sümükləri və aşağı doğru genişlənən döş qəfəsi isə Avstrolopitekus meymunlarına xasdır. Hər nə qədər insanın ayağına bənzədiyi iddia edilsə də, ayaq sümükləri insandan fərqli olaraq, az qövsvarı olub, istiqamətinin də fərqli olduğu yenə eyni qrup tərəfindən qəbul edilir.
Darvinistlərə görə, Afarensis uydurma təkamül ağacında ilk əcdad qəbul edilməsinə baxmayaraq, canlının baş barmaqlarının dövrümüzdəki şimpanze və meymunlardan daha uzun olduğu müəyyən olmuşdur. Bu xüsusiyyət təkamül iddiasının tamamilə əksinədir. Homo Naledinin baş barmağı isə Avstrolopitekus Afarensisdən bir az daha uzundur. Bu da irəliyə doğru genişlənən xəyali təkamül ağacını çürüdən bir tapıntıdır. Bu halda insanın barmağına heç oxşamamaqla bərabər, Homo Nale qalıqları xəyali təkamül nəsil ağacında “insanabənzər” olaraq təbir edilən növlərdən də olduqca fərqlidir.
Homo Naledinin əli heç bir şəkildə insan əlinə bənzəmir, əyimli barmaq sümükləri və digər meymunabənzər xüsusiyyətləri bizə, canlının budaqdan-budağa sıçrayan bir meymun olduğunu göstərir. Darvinistlər hər nə qədər bir şimpanzeni insana bənzətməyə çalışsalar da bu əl quruluşunun hər hansı bir aləti insan kimi tutub istifadə etməsi imkansızdır. Bununla bərabər, sümüklərin tapıldığı mağarada insan mədəniyyətinə dair hər hansı bir alət və ya əşya da olmamışdır.
Üstəlik, Dinaledi mağarasında tapılan dişlər də insan dişlərinə heç bənzəmir. Bu dişlər Avstrolopitekus seriyası meymunlarda rast gəlinən dişlərdən daha kiçik bir meymun dişinə oxşayır və insana bənzərliyi yoxdur.
BEYİN ÖLÇÜSÜ İLƏ ZƏKA DÜZ MÜTƏNASİB DEYİL
İnsanın keçmişinə dair tapıntılar arxeoloji qazıntılardan əldə edilən məlumata əsaslanır. Halbuki, əksəriyyətlə əldə olan faktlar, təkamül nəzəriyyəsinin ön qəbullarına görə şərh olunduğu üçün elmi bir nəticədən danışmaq ümumiyyətlə mümkün deyil. Təkamül düşüncəsinə zidd bir tapıntı tapılsa belə bəzi elm adamları təkamül nəzəriyyəsini ayaqda tutmaq adına buna “Görəsən, təkamül bunu necə bacardı?” kimi ön mühakiməli suallarla və ya “Sıçrayışlı təkamül” kimi məntiqsizliklərlə yanaşırlar.
Nature jurnalı müəllifi Henri Ci (Henry Gee) darvinistlərin bu vəziyyətini belə diqqətçəkici ifadələrlə şərh edir:
“Baba-nəvə münasibətlərinə əsaslanan insan təkamülü sxemi, tamamilə həqiqətlərin sonrasında yaradılmış bir insan kəşfidir və insanların fikirlərinə görə formalaşmışdır... Bir qrup fosili almaq və bunların bir qohumluq zəncirini əks etdirdiklərini söyləmək, test edilə bilən bir elmi fərziyyə deyil, amma gecəyarısı nağılları ilə eyni dəyəri daşıyan bir iddiadır -əyləndirici və hətta bəlkə istiqamətləndiricidir-, amma elmi deyildir”.
(Henry Gee, In Search of Deep Time, New York, The Free Press, 1999, səhifə. 116-117)
Daha aydın olması üçün bunu bir misalla açıqlayaq:
Bu gün dünyada Allahın bir zənginlik olaraq bəxş etdiyi genetik müxtəliflik səbəbi ilə fərqli fiziki mənzərədə insanlar görürük. Məsələn, qısa-uzun boy, fərqli göz və dəri rəngi və daha bir çox fiziki xüsusiyyətlərimiz bir-birindən fərqlidir, amma hamımız əsasda eyniyik, yəni insanıq. Məhz bu kimi fərqliliklər keçmişdə də vardı. Təkamülçülər insanın təkamülü iddiası ilə bağlı bu həqiqəti təhrif edərək bir çox ziddiyyətlər nümayiş etdirirlər. Məsələn, insan kəllə sümüyü ölçülərini ziddiyyətli bir şəkildə sıralayır və özlərinə bir sxem yaradırlar. Necə ki, bir vaxtlar darvinistlər “insanın ibtidai əcdadı” olaraq iddia etdikləri Neandartalların kəllə sümüyü həcmi dövrümüzdəki insan kəllə sümüyündən böyükdür və buna görə də təkamül iddiaları ilə ziddir.
Müasi texnologiya ilə həm beyinin fiziki quruluşu və həcmi, həm də mikroskopik səviyyədə toxuma quruluşu ətraflı olaraq təhlil olunur. İnsan beyni müxtəlif fərdlərdə orta hesabla 1200-1400 qram arasında çəkiyə malikdir. Həmçinin kişi və qadın beyin çəkiləri fərqli olmasına baxmayaraq funksional fərq müəyyən olunmayıbdır. Yenə mikroskop altında aparılan təhlillərdə zəkalı insanların sinir əlaqələrində də bir fərq tapılmamışdır. Məsələn, məlum olan ən ağıllı insanlardan olan Albert Eynşteyn, normal beyin həcminə malikdir.
Bütün bu kimi ziddiyyətlər də göstərir ki, nə böyük beyin bir qeyri-adi inkişaf ölçüsüdür, nə də kiçik kəllə sümüyü həcmi bir nöqsandır. Bunların hamısı insanın gen hovuzundakı çeşidlilikdən ibarətdir. Sadəcə, sümüklərə aid fiziki ölçülər aparmaq və bununla bir canlıya dair ehtimal irəli sürmək elmdən uzaqlaşmaqdır və çox yanlış nəticələrə gəlməsinə səbəb olar.
CANLILARIN MİLYONLARLA İLDİR DƏYİŞMƏMƏSİ YARADILIŞIN DƏLİLLƏRİNDƏNDİR
Yaşayan canlıların beyinlərinə baxanda, beyin həcmi və toxumasının o insanların zəka və sosial inkişaf səviyyələri ilə mütənasib olmadığı aydın görünür. Elə isə, sırf anatomik ölçülərə əsaslı olaraq keçmişdə yaşayan canlılar haqqında şərh etmək də mənasızdır. Hətta tapılan fosillərin yaş təyini də etibarlı şəkildə keçirilmədiyi halda bunlara əsaslanaraq nəticə çıxarmağın və təkamül cəfəngiyyatını cəmiyyətə yerləşdirməyə çalışmağın ideoloji əsaslı bir yanaşma olacağı aydındır.
Fosillər araşdırılarkən gördüyümüz parlaq nəticə hər zaman Yaradılışdır. Hər bir canlı növü, fosil izlərində birdən-birə üzə çıxır. Həyatda qalması üçün lazımlı bütün xüsusiyyətlərə də ortaya çıxdığı ilk anda sahib olur. Bu, canlının həyatını davam etdirə bilməsi üçün bir zərurətdir. Fosil qeydlərinin bizə göstərdiyinə görə bütün canlılar növləri davam etdiyi müddət ərzində heç bir dəyişikliyə məruz qalmamışdır, amma bəzilərinin nəsli kəsilmiş bəziləri isə dövrümüzə qədər varlıqlarını davam etdirə bilmişdirlər.
Adnan Oktarın News Reskyuda nəşr olunan məqaləsi:
http://newsrescue.com/darwinist-tales-repeated-cnn-homo-naledi/