Cənab Adnan Oktarın ilk dəfə olaraq 2004-cü ildə nəşr etdiyi Sosial Silah Darvinizm adlı kitabında izah etdiyi daha sonralar isə yeni baş verən hadisələrlə birlikdə müxtəlif məqalələrin də dilə gətirdiyi mövzu illər sonra dünyaca məşhur Darvinist nəşrlərdə öz yerini tapdı. Bu mövzu, Darvinist fitnənin özü ilə birlikdə gətirdiyi məktəblərdə baş verən terror aktları idi. Həddindən artıq çox olan bu məktəb qırğınlarının ortaq xüsusiyyəti isə qırğınların gənc şagirdlər tərəfindən "təkamül üçün" və "təbii seleksiya" üçün edilməsi idi.
8 Noyabr 2009 tarixində Timesonline adlı internet saytı veb səhifəsində sözü gedən qırğınların Darvinizm ilə əlaqəsini açıqlayarkən, Türkiyədə də həmin xəbəri, 9 Noyabr 2009 tarixində "Məktəblərdə baş verən terror aktlarının səbəbkarı Darvin" başlığı altında Habertürk qəzeti nəşr etdi. Halbuki, həmin qırğınların ilk qeyd edildiyi vaxtlar 10 il bundan əvvəl olmuşdur. Bununla bərabər müxtəlif fasilələrlə illərdir reallaşan bu qırğınların hamısında, bu terror aktlarını törədən gənclər bunu Darvinizmə görə etdiklərini açıqca ifadə edirdilər. Bu şagirdlərin hər biri Darvinist ideologiyanın tətbiq etdiyi zəiflərin seçilməsi və yox edilməsinin lazım olduğuna inanırdılar. Elə bu səbəbdən də bir heyvan olaraq gördükləri dostları və müəllimlərini qətl etmək onlara heç də çətin gəlmirdi. Bunun tam əksi olaraq belə insanların yox edilməsi ilə cəmiyyətə və gələcəyə böyük bir fayda verəcəklərini düşünürdülər.
Darvinizm məhz bu cür azğın bir inanc tərzidir. Qədim Şumerlərdən bəri var olan və Darvinin “Növlərin Mənşəyi” adlı kitabından sonra masonların dəstəyi ilə bir diktatorluq şəklini alan Darvinizm, hər zaman cəmiyyəti və insanlığı həlaka doğru aparmışdır. Dünya müharibələri, Darvin pərəstişkarı faşist və kommunist diktatorların idarəsi altında, Darvinist ideologiyanın tam olaraq tətbiq edildiyi bir tətbiq sahəsi olmuşdur. 350 milyon insan bu müharibələr nəticəsində şəhid edilmiş və ya qətl edilmişdir. Bu böyük qırğın, azğın Darvinist ideologiyanın gətirdiyi ən qanlı nəticədir. Bu gün isə bu böyük müharibələri cinayətlər, qırğınlar, daxili münaqişələr, degenerasiya və irqçilik əvəz edir. Məktəb qırğınları isə Darvinizmin gətirdiyi bəlaların fərqli və son dərəcə tük ürpərdici bir təzahürüdür.
Əgər bir gənc ailəsini, dostlarını, müəllimlərini qısacası ətrafındakı hər kəsi bir heyvan olaraq görürsə, həyatında baş verən hər şeyin hətta özünün belə təsadüflər nəticəsində meydana gəldiyini düşünürsə, güclü olanın hər zaman yaşaya bilməsi üçün zəiflərin seçilməsi və yox edilməsi lazım gəldiyinə inanırsa o zaman belə bir gəncin "təbii seleksiyaya görə lazımsız və qiymətsiz gördüyü" şəxsləri qətl etməsi son dərəcə asandır. Bu qətl etdiyi şəxs anası da ola bilər, müəllimi də, ən yaxın dostu da. Onun üçün bunların heç bir fərqi yoxdur. Çünki sadaladığımız şəxslər onun üçün bir heyvan törəməsindən başqa bir şey deyil. Belə bir şəxsi əxlaq, ailə dəyərləri, vəfa, sevgi, şəfqət, mərhəmət kimi mövzularla razı sala bilmək Allahın diləməsi ilə qeyri mümkündür. Çünki belə bir insanın ideologiyası, dünyaya baxışı tamamilə fərqlidir. Belə bir insanın sevgi və şəfqət kimi hissləri başa düşə bilməsi üçün Allah sevgisinə, Allah qorxusuna və bu səbəbdən də insan sevgisinə sahib olması lazımdır. Lakin Darvinist düşüncədə bu iki inanca yer yoxdur. Bu səbəbdən də bu şəxsə əxlaq və sevgi dərsi verilməzdən əvvəl onun Darvinist düşüncədən xilas olması lazımdır.
Əgər belə bir gənc özü də daxil olmaqla bütün varlıqların təsadüfən deyil də Uca Allahın diləməsiylə yaradıldığına inansa yalnız o təqdirdə normal düşünməyə başlayacaqdır. Allahın onu bir məqsəd üçün yaratdığını, yaşatdığını və ölümün var olmasının hikmətlərini düşünəcəkdir. Yaşadığı hər an davamlı olaraq Allahdan bir nemət verildiyini hiss edəcəkdir. Başa düşəcəkdir ki, nə varlığı nə də həyatındakı heç bir an təsadüfi deyil. Yaşadığı hər ana görə Allah qatında sorğuya çəkiləcək və ona verilən hər nemətə görə məsul olacaqdır. Çünki axirətdə onu gözləyən sonsuz bir həyat vardır. Məhz bu sonsuz həyatda ən böyük xoşbəxtliyə yəni cənnətə layiq ola bilməsi üçün dünya həyatında Allahın rizasını, Allahın bəyəndiyi gözəl əxlaqı yaşamaq yönündə böyük bir səy göstərməlidir. Belə bir insan yalnız o zaman bütün yaradılanların Allahın ruhunu daşıdığını, bütün varlıqların Allahın gözəlliyinin bir təcəllisi olduğunu, axirətdəki sonsuz həyat üçün səy göstərməsi lazım olduğunun fərqinə vara bilər. Ancaq o zaman belə bir insana gözəl əxlaq, sevgi, şəfqət, vəfa, mərhəmət kimi hislər izah edilə bilər. Allaha qarşı inam belə bir şəxsə yeni, tərtəmiz bir dünyagörüşü bəxş edəcəkdir və bu yeni dünya görüşüylə rahat və sevgi dolu bir insan olacaqdır. Darvinist ideologiyanın özüylə bərabər gətirdiyi kin, nifrət kimi hislər isə yerini sevgi, şəfqət və dostluqla əvəz edəcəkdir.
"Darvinizm keçmişdə qaldı, nə üçün bir təhlükə olaraq qiymətləndirilir" deyə ortaya atılanlar, mətbuatda yer alan bu xəbərləri, cəmiyyətin Darvinizm üzündən necə bir hala gəldiyini çox yaxşı anlamalıdırlar. Əgər Darvinizm bu dünyadan tamamilə yox edilərsə, bu dünyada müharibələrin, daxili münaqişələrin, terrorun, cinayətlərin, qırğınların heç qalmayacağını görə bilməlidirlər. Darvinizm və Darvinizmin gətirdiyi dinsizliyin bir təzahürü olan degenerasiya, kin, hirs və nifrət kimi əxlaqi xüsusiyyətlərin sona çatacağını anlamalıdırlar. Bu gün dünyada var olan bütün bəlaların, bütün narahatçılıqların əsas səbəbi Darvinizmdir. Elə buna görə də Darvinizm tamamilə yox edilənədək bu azğın bütpərəst din ilə fikri mübarizə aparmaq son dərəcə vacibdir.
Uca Allah ayələrində belə bildirir:
Allah sizin üçün özünüzdən zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün övladlar və nəvələr yaratdı və sizə pak ruzilər verdi. İndi onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər? Allahı qoyub onlara göylərdə və yerdə olan ruzidən heç bir şey verməyən və buna gücləri çatmayan (bütlərə) ibadət edirlər. Heç kəsi Allaha oxşatmayın. Həqiqətən, Allah bilir, siz isə bilmirsiniz.(Nəhl Surəsi, 72-74)
Cənab Adnan Oktarın, son illərdə çoxalan məktəblərdə baş verən terror aktlarının Darvinizm ilə əlaqəsi mövzusunda keçmiş illərə aid yazılarından saytlar:
http://www.harunyahya.org/sosyal/sosyal_darwinizm/sosyal_darwinizm9.html
http://www.darwininolumculmirasi.com/oneriler.htm
http://harunyahya.net/V2/Lang/tr/Pg/WorkDetail/Number/10192
http://us1.harunyahya.com/Detail/T/7EZU2FZ0164/productId/14702/_DARWINIST_EGITIM_FITNESI