Darvinizmi sübut edən tək bir dəlil belə yoxdur. Buna görə də darvinistlər 150 ildir elmi dəlil göstərmək əvəzinə, tamamilə fərqli üsullar tətbiq edirlər: hay-küy və təbliğat
- Darvinistlər təkamül nəzəriyyəsinin saxtakarlıq olduğunu gizlətmək üçün hər yola əl atırlar. Nəzəriyyəni tənqid edən, anti-darvinist fikri müdafiə edən professor və elm adamlarını vəzifədən kənarlaşdırır və onları susdururlar.
- Darvinizm saxtakarlığını çox mürəkkəb elmi bir həqiqət kimi göstərməyə çalışırlar. Qatma-qarışıq düsturlarla, aydın olmayan sözlərlə insanları aldatmağa çalışırlar. Elmlə heç bir əlaqəsi olmasına baxmayaraq, elmin özünü və insanların elmə olan marağını istismar edirlər.
- Fikirləri istismar edir, əks fikirlərə elmi cavab vermək əvəzinə, şarlatanlıq edirlər. Gerçək elmi sübutlara cavab olaraq, heç vaxt həqiqi elmi dəlil göstərə bilmədikləri üçün rişxənd tərzində, lağlağı və nalayiq bir üslubla yaradılışı sübut edən dəlilləri etibarsız etməyə çalışırlar. Açıq dəlillər ortada olduğu halda, bu üsulla insanları aldadacaqlarını düşünürlər.
- İnsanların düşünmələrini və həqiqətləri tapmalarına maneə törətməyə çalışırlar. Ancaq bu şəkildə darvinizm saxtakarlığının gün üzünə çıxmayacağını zənn edirlər. Demaqoq üslubla danışaraq və qəribə düsturlarla boğulmuş, qarışıq, aydın olmayan yazılarla insanları düşündürməməyə çalışırlar.
- Əcnəbi darvinizm tərəfdarı olan nəşrlər bunun ən bariz nümunələridir. Bu nəşrlərin heç biri "bəli, Yaradılışı dəstəkləyən 100 milyon daşlaşmış qalıq var. Biz də buna bu şəkildə cavab veririk" deyə bilmir, canlıların milyonlarla il əvvəlki hallarının olduğu kimi saxlandığı ənbərlərdən heç bəhs etmirlər. Bunların dəlillərin darvinizmi yox etdiyini bildiklərindən bu mövzulardan heç söhbət açmaq belə istəmirlər. Yalnız elmi dəlillərdən uzaq, aydın olmayan üslubla demaqoqluq edirlər.
- Anti-darvinist fikirdə olan tələbələrin ali məktəblərdən atılması üçün təzyiq edirlər. Məsələn son vaxtlarda “The Observer “ qəzetində nəşr olunan mövzu ilə əlaqədar məqalədə darvinist alimlərin "əgər din, tələbələrin təkamülü qəbul etmələrinə maneə törədirsə, bu tələbələrin universitetdə qalmasının mənası yoxdur" dedikləri ifadə edilmişdir. Bu da arvinistlərin hədə-qorxu gəlmə üsulunun bariz nümunəsidir.
- Darvinistlərin ən cox istifadə etdikləri üsullarından biri, Harun Yəhyanın bütün dünyanı sarsıdan bənzərsiz əsərlərinin maddi qaynağının xarici ölkələrdən olduğu iddiasıdır. Son olaraq “ The Observer “qəzetində çıxan xəbərdə bu fəaliyyətlərin Səudiyyə Ərəbistanından dəstəkləndiyi iddia edilmişdi. Halbuki Səudiyyə Ərəbistanının təkamül mövzusuna heç əhəmiyyət vermədiyi, dövlətin təkamülə qarşı bir siyasətinin olmadığı açıq görünür. Əgər Səudiyyə Ərəbistanı hökuməti həqiqətən təkamülə qarşı bir iş icra etmək istəsə, şübhəsiz ki, bunu Türkiyədə etməyəcək. Bunun Səudiyyə Ərəbistanı nöqteyi nəzərindən bir mənası da yoxdur. Səudiyyə hökumətinin əlindəki pul da, imkan da öz ölkəsində əhatəli bir iş görməsi üçün kifayətdir. Darvinistlərin bu istiqamətdə etdikləri demaqoqluq çox məntiqsiz, hətta gülməlidir.
- Yenə eyni qəzetdə Türkiyədə kasıb məktəblərin Harun Yəhyanın kitablarına minnətdar olduqları iddia edilmişdir. Bu da başqa bir demaqoqluq üsuludur. Harun Yəhyanın kitabları elmi dəyəri olduğu üçün, həqiqətləri açıq göstərdiyi üçün bütün dünyada oxunur. Zəngin Avropa ölkələri və Amerika bu kitabları ən çox oxuyan ölkələrdir. İnsanlar, doğruları göstərdiyi üçün bu kitabları sevərək alırlar. Darvinistlər yalnız bu həqiqəti qəbul edə bilmirlər.
- Darvinist elm adamlarının debatlardan qorxduqlarının deyilməsi də yenə eyni saxtakarlığın bir hissəsidir. Əslində alimlər yaradılış müdafiəçiləri ilə danışmaqdan qorxmur. Onların qorxuları yaradılışı sübut edən milyonlarla dəlilə baxmayaraq, darvinizm lehində bir dəlil belə təqdim edə bilmədiklərinə görədir. Əllərində elmi dəlil olsa, şübhəsiz ki, bu cür müzakirələrə qatılmamaq üçün bir səbəb yoxdur. Həm yaradılış həqiqətini sübut edən 100 milyon daşlaşmış qalığa cavab verə, həm də zülalın təsadüfən meydana gələ bilməyəcəyini etiraf edə bilmirlər. Hər hansı bir müzakirə əsnasında açıq, qəti, elmi həqiqətlərlə qarşılaşacaqlarını bilirlər, ancaq bunlara verə biləcək heç bir cavabları yoxdur.
- Yenə “ The Observer” qəzetində nəşr olunan, Avropa Şurasının Yaradılış Atlasının məktəblərdə oxudulmamasına dair cəhdi də darvinistlərin təbliğat üsullarındandır. Kitabları qadağan edərək insanlara elmi həqiqətlərin çatmayacağını zənn edirlər. Halbuki, məktəblərdə yalnız darvinizmin izah edilməsi, əks fikirlərə imkan verilməməsi darvinistlər üçün rüsvayçılıqdır. Fəlsəfə məktəblərində belə, kommunizm izah edilərkən bunun əks fikirdə olan faşizm də izah edilir. Kainatın meydana gəlməsi ilə əlaqədar olaraq Big Bang nəzəriyyəsi izah edilərkən, bunun əksi olan iddialar da izah edilir. Burada isə vəziyyət daha da dəhşətlidir. Çünki yaradılış elmi dəlillərlə sübut edilmiş bir həqiqət olduğu halda, darvinizm sadəcə bir doqmadır.
Əgər darvinistlərin əllərində nəzəriyyələrini sübut edəcək dəlillər olsaydı və darvinistlər nəzəriyyələrinin doğru olduğuna səmimi olaraq inansaydılar, demaqoqluq etməyə, yaradılış dəlillərini gizlətməyə, alimləri və yaradılış müdafiəçilərini təsirsiz hala salmağa, şübhəsiz ki, ehtiyac hiss etməzdilər. Darvinistlərin qadağalarının, istehzalarının, saxta izahatlarının, müzakirələrinin əsas səbəbi darvinizmin böyük bir doqma, dünyanı 150 ildir aldatmış bir yalan olduğuna görədir.
Lakin bu qadağalar, təlaşlar və saxtakarlıqlar, dünyaya yaradılışı dəstəkləyən 100 milyon daşlaşmış qalığın var olduğunun açıqlanması ilə sona çatmışdır. Artıq insanlar Günəşi görmüşdür, "çöldə hələ qaranlıqdır" fikrini təlqin etməyə çalışmaq bir fayda verməyəcəkdir. Elmi həqiqətlər bütün dünyanın gözü önündədir. Darvinist yalan ifşa olunmuşdur. Darvinistlər hansı saxtakarlıqdan istifadə etsələr də, Allahın izni ilə mütləq məğlub olacaqlar.