Darvinizm “cadusu” insanları düşünməkdən uzaqlaşdırmaq üzərinə quruludur. Darvinistlər məhz bu səbəblə intensiv olaraq vizual və eşidilən təlqinlə, xitab etdikləri insanları əyləndirməyə çalışarlar. Üzərlərində sanki cadu təsiri meydana gətirərək, insanları gerçəklərdən uzaqlaşdırma əzmindədirlər. Darvinizmin bu intensiv cadulu təlqinləri qarşısında bir çox insan düşünməkdən, araşdırmaqdan, tədqiq etməkdən imtina edər və önlərinə təqdim edilən saxta elmi şərhlərə istər istəməz təslim olar.
Lakin maraqlı olan, insanları əyləndirən və düşünməkdən uzaqlaşdıran bəzəkli təlqinlər, əslində təməlində çox bəsit və ağılsız məntiq saxlayar. Darvinist yayınlar, bir hüceyrənin meydana gəlməsini saysız elmi və texniki termindən istifadə edərək yüzlərlə səhifə boyunca izah edə bilərlər. Halbuki, izah etmək istədikləri xülasəylə yalnız budur: palçıqlı su + təsadüflər + zaman = canlılıq! Bəzəkli sözlər, başa düşülməsi çətin Latınca təriflər, texniki mürəkkəb terminlər darvinist təlqini meydana gətirmək üçün bu yayınlara qəsdən daxil edilər. Yoxsa darvinist izahların ardında qarışıq, mürəkkəb, başa düşülməsi çətin məntiq və ya şərh qətiyyən yoxdur.
PBS Nova TV kanalının “The Miracles of Life” sənədli filmindən bir hissə bu mövzuya yaxşı nümunədir:
Dörd milyard 250 milyon il əvvəl yeni yaranan dünya, kosmik toz və parçacıqlar yığınından əmələ gəlirdi. Başlanğıcda var olan dənizlər tərəfindən az qala tamamilə udulmuş vəziyyətdə idi. Güclü küləklər atmosferdən təsadüfi molekulları yığdı. Bunların bəziləri dənizlərdə yığıldı. Qabarma-çəkilmələr və axıntılar molekulları bir yerə topladı. Və bu köhnə okeanın bir yerlərində həyat möcüzəsi reallaşdı... Primitiv həyatın ilk mütəşəkkil forması kiçik bir protozoan idi (tək hüceyrəli heyvan). Milyonlarla protozoan köhnə dənizlərdə bir araya gəldilər. Bu ilk orqanizmlər dəniz suyundan yaranan dünyaları içində öz-özlərinə yetirdilər. Sudan yaranan bu ortamlarda bakteriya və digər orqanizmlərlə bəslənərək hərəkət edirdilər... Bu tək hüceyrəli canlılardan yer üzündəki canlılıq təkamülləşdi.
Bu kəslər ehtimalla üzərində yaşadığımız möhtəşəm tarazlıq və ideallığa sahib planetdə, nizama təsir edəcək hər hansı bir dəyişikliyin və ya yaranmanın təsadüfi meydana gələ bilmədiyini, yəni nə qədər zaman verilərsə verilsin əsla belə dəyişmənin meydana gəlməsinin mümkün olmadığını da bilmirdi. Eynilə tamaşaçı bəhsi keçən “həyat möcüzəsinin” meydana gəlməsi üçün çox daha böyük ehtimalların reallaşması lazım olduğunu və bunun çox daha böyük qeyri-mümkünlüklər ehtiva etdiyini də bilmirdi ehtimalla. Məhz bu səbəblə bu xəyali ssenarini izləmək və ona inanmaq, mövzu haqqında məlumatı olmayan kəslər üçün çox da çətin olmur.
- Tək bir zülalın yaranması üçün DNT lazımdır
- Zülal olmadan DNT yarana bilməz
- DNT olmadan zülal yarana bilməz
- Zülal olmadan zülal yarana bilməz
- Tək bir zülalın yaranması üçün 60 ayrı zülal lazımdır
- Bu zülalların biri belə əskik olsa zülal mövcud ola bilməz
- Ribosom olmadan zülal yaranmaz
- RNT olmadan da zülal yaranmaz
- ATP olmadan zülal yaranmaz
- ATP-i çıxaracaq mitoxondri olmadan da zülal yaranmaz.
- Hüceyrə nüvəsi olmadan zülal yaranmaz
- Sitoplazma olmadan da zülal yaranmaz
- Hüceyrədəki orqanoidlərdən biri əskik olsa zülal yarana bilməz
- Hüceyrədəki bütün orqanoidlərin var olması və fəaliyyəti üçün də zülallar lazımdır
- Bu orqanoidlər olmadan da heç bir şəkildə zülal olmaz.
Bu sistem, bir yerdə çalışmaq məcburiyyətində olan iç-içə sistemdir. Biri olmadan digəri ola bilməz. Tək bir parçası var olsa belə, sistemin digər parçaları olmadan bu parça heç bir işə yaramaz.
Qısacası,
BİR ZÜLALIN VAR OLMASI ÜÇÜN HÜCEYRƏNİN HAMISI LAZIMDIR. Hüceyrə, bu gün araşdırdığımız və çox az bir qismini anlaya bildiyimiz mükəmməl kompleks quruluşu ilə var olmadığı müddətcə, TƏK BİR ƏDƏD BELƏ ZÜLAL MEYDANA GƏLƏ BİLMƏZ.
Bu PBS sənədli filmində dünyanın yaranması, ilk hüceyrənin meydana gəlməsinin xəyal məhsulu hekayəsi və bu xəyali ilk hüceyrənin başlatdığı canlı müxtəlifliyi elə bəsit bir hadisəymiş kimi izah edilir ki, bütün bunlar mövzu haqqında çox düşünmək istəməyən birini razı salmağa çatacaq qədərdir. Bu adamın önünə hazır məlumat gəlmişdir. Bu insan, nə də olsa;
Bu mərhələyə qədər hər şeyin çox sadə reallaşdığını zənn edən bu adam;
Çünki bu tamaşaçının qarşısında, özünə təqdim edilən məlumatları düşünmədən asanlıqla qəbul edə biləcək kəs üçün son dərəcə bəsit açıqlama vardır. Həm də bu şərhi elm adamı, sevilən sənədli film kanalında edir. Artıq onun verilən məlumatı mühakimə etməsinə, tədqiq edib araşdırmasına, zülalın möcüzəvi sistemi üzərində düşünməsinə ehtiyac yoxdur. Bu sənədli filmi izləyən adama, hüceyrənin yalnız sadə şar olduğu təlqini verilir. Bu elmdən kənar bəsit məntiqə görə, necə uzun zaman açıqda qalmış meyvə şirəsinin üzərində kif meydana gəlirsə, bəhsi keçən tamaşaçıya da hüceyrənin palçıqlı suyun içində qeyri-mümkün yaranmasının da bəsit və mümkün olduğu təəssüratı verilməyə çalışılır. Halbuki kiflər, tək hüceyrəli canlılardır və meyvə şirəsinin üzərinə çöldən gələn tək bir hüceyrənin çoxalması nəticəsində yaranarlar. Bu səbəbdən onlar da meyvə şirəsinin üzərində öz-özlərinə kor təsadüflər nəticəsində yoxdan var olmazlar. Bu arada bəhsi keçən sənədli filmdə, xəyali ilk hüceyrənin yaranması ilə yanaşı dünyanın yaranması, ilk atmosferin meydana gələcək xəyali ilk hüceyrəni dərhal yox etmə gücü, protozoanların necə olub da çox hüceyrəli canlılara çevrildiyi və hal-hazırda bakteriyalar varkən protozoanın necə bu xəyali primitiv həyatın “ilk canlıları” olduğu kimi həyati əhəmiyyət daşıyan mövzular darvinistlər tərəfindən açıqlanmağa ehtiyac duyulmamışdır. Bunlar, bu elmdən kənar bəsit açıqlama daxilində onsuz da guya “təfərrüat” mövzular olaraq qəbul edilir. Halbuki, bu təfərrüatların hər biri, təkamül nəzəriyyəsi məntiqi içərisində elmi olaraq açıqlanması əsla mümkün olmayan mövzulardır və darvinizmi sona çatdıran təməl mövzu olan “həyatın mənşəyi” mövzusudur. Növlərin necə yarandığı, meymunabənzər xəyali varlıqların guya insana necə çevrildiyi üzərinə kitablar dolusu nağıl izah edən darvinistlər, hələ həyatın mənşəyi sualı qarşısında cavabsızdırlar.
İnsanların bir qismi, təfərrüatlara girməyib, doğrusunu araşdırmayıb yalnız eşitdiklərini qəbul etmə meylindədirlər. Darvinistlər də bəhsi keçən insanların bu zəifliyindən istifadə edərlər. İnsanların böyük əksəriyyəti, darvinistlərin bu hiyləli tələsinə düşərək, özlərinə məntiqli gəlməsə də, elmi dəlil görməmiş olsalar da birbaşa darvinizmi qəbul etməyə meyl edərlər. Buna görə darvinistlərin bəsit və məntiqsiz şərhləri, 150 ildir müəyyən seqment üzərində məqsədinə çatmış və insanlar aldadılmışlar.
Bu mövzuya başqa bir nümunə isə, uşaqlar üçün yazılmış olan Wonderful Egg (Möhtəşəm Yumurta) kitabındaki izahlardır. Kitabda, son dərəcə məntiqsiz ssenari daxilində hekayə izah edilmişdir. Buna görə ana dinozavr yumurta qoyar və maraqlı şəkildə bu yumurtanın içindən “ilk quş” çıxar. Dinozavr anadan doğan “quş” zamanla inkişaf edər, böyüyər və möcüzəvi şəkildə mükəmməl qanadlara və tüklərə sahib olar. Sonra uzun bir ağacın budaqlarına doğru xoşbəxt şəkildə uçmağa başlayar. Burada maraqlı olan və bəlkə də hadisənin darvinistlər baxımından ən faciəvi istiqaməti, bu heyrətverici axmaqlığı izah edən kitabın, American Association for the Advancement of Science (Amerikan Elmi İnkişaf Təşkilatı), the American Council on Education (Amerikan Təhsil Şurası) və Association for Childhood Education International (Beynəlxalq Uşaq Təhsili Təşkilatı) tərəfindən dəstəklənilməsi və tövsiyə edilməsidir.
Bəhsi keçən yayınlar, belə iddialarla ortaya çıxaraq və ya bunu dəstəkləyərək son dərəcə kiçik vəziyyətə düşürlər. Əlbəttə, bir sürünən yumurtasından tamamilə fərqli anatomik quruluşa, uçma kimi bir qabiliyyətə, buna uyğun üzvlərə, tük, qanad, istiqanlılıq, xüsusi ağciyər sistemi kimi tamamilə fərqli fizioloji strukturlara sahib quşun çıxa bilməyəcəyini ibtidai məktəb uşağı belə rahatlıqla bilər. Lakin buna baxmayaraq, darvinist ideologiyanın təqibçiləri, gülməli vəziyyətə düşəcəklərini bildikləri halda, bu məntiqsiz iddianı müdafiə etməkdən çəkinməzlər.
Elm redaktoru Darvinist Qordon Rateri Teylorun bu mövzudakı etirafı, darvinizmin təqdim etdiyi bəsit məntiqin səhvini çox doğru şəkildə açıqlayır:
Təkamül tarixi bu cür dəyişikliklərlə doludur, hətta tək bunlardan ibarət olduğu belə deyilə bilər. Pulcuqlar tüklərə çevrilir. Ayaqlar qanad olar. Mədələr hava kisələrinə çevrilər. Hətta biokimya prosesləri səviyyəsində dəyişdirmələr və tənzimləmələr meydana gəlir. Darvinizmin bu möcüzələr haqqında söyləyə biləcəyi tək şey isə bütün bunların təsadüf əsəri olduqlarıdır.
Missouri Universitetindən həkim Nikolas Kamninellisin kitabında yer verdiyi qəzet yazısında isə bu şərh yer alır:
Təkamül nəzəriyyəsi yetkinlər üçün pəri nağılıdır. Bu nəzəriyyə, elmin inkişafına heç bir töhfə verməmişdir. İşə yaramaz nəzəriyyədir.