Cənab Adnan Oktarın ABŞ-ın Türkiyədəki Səfiri cənab Con Bassa göndərdiyi məktub
ABŞ Səfiri cənab Con Bass,
Əvvəla Sizin və Sizin simanızda bütün Amerika xalqını Müstəqillik gününün 239-cu il dönümü münasibəti ilə təbrik edir, qiyamətə qədər Amerika xalqının və dövlətini müstəqil, güclü, etibarlı, xoşbəxt və firavan olaraq qalmasını səmimi qəlbdən arzu edirəm.
Müstəqillik günü münasibəti ilə ev sahibi olaraq verdiyiniz ziyafətdə Suriyada son günlərdə baş verən hadisələr haqqında verdiyiniz açıqlamanıza dair bəzi vacib məsələlərlə bağlı Sizi məlumatlandırır və yanlış anlaşılmağa uyğun bəzi kritik məqamları dəqiqləşdirməkdə fayda görürük. Belə ki,
1. Açıqlamanızda, «ABŞ rəhbərliyi və Türkiyə hökumətinin bu prinsiplərə çox tutarlı münasibəti var. Bu sahədəki gözləntilərimizi PYD-yə bildirmək məsələsində çox qətiyyətliyik. Son dövrlərdə PYD-nin İŞİD-i çıxardığı bölgədə bunlara bağlı qalması nöqtəsində bu gözləntiləri bildirməkdə çox qətiyyətliyik " deyə bildirirsiniz.
İlk öncə qeyd etmək istəyirik ki, PYD «gözlənti bildiriləcək» qanuni qurum deyil, beynəlxalq qurumlar tərəfindən də qəbul edildiyi kimi terror təşkilatıdır. Necə ki, Taliban, İŞİD və ya əl-Qaidəyə «gözlənti bildirmək» çox əbəsdirsə, eyni şəkildə PYD-ni də tərəf qəbul edib gözlənti bildirmək qəbuledilməzdir.
Hər kəsə məlumdur ki, PKK terror təşkilatının Suriyada fəaliyyət göstərən qoludur. 2003-cü ildə rəsmi olaraq qurulan PYD bəyannaməsində ideoloji lider olaraq Öcalanı qəbul etdiyini, qanuni idarəçilik olaraq isə Konqra-Gelə (Kürdüstan Xalq Konqresi) bağlı olduğunu açıqlamışdır.
PYD KCK-nın çətiri altında olan bir hərəkatdır. KCK isə Avropa və Yaxın Şərqdəki bütün PKK quruluşlarının üst qurumudur. PKK və PYD-ni də içinə alan «konfederal dövlət quruluşunun», yəni Müstəqil Kommunist Kürdüstan xəyalının planlaşdırılmış bütün dövlət orqanlarını təmsil edən təşkilatdır. KCK icra şurası bu «Müstəqil Kommnist Kürdüstan» dövlətinin icraedici hakimiyyətini təmsil edir, təşkilatın «hökuməti»dir. PKK və PKK-nın alt qrupları olan bütün silahlı qruplara və bölgədəki bütün təşkilatlanmalara rəhbərlik edir. Bu çətir altındakı təşkilatlardan biri də PYD-dir. Dolayısilə PYD təkcə ideoloji olaraq deyil, maddi olaraq da tam mənası ilə PKK-nın davamçısıdır, PKK-dan heç bir fərqi yoxdur.
Qısa xatırlatma etmək lazımdırsa, PKK 30 ildən çoxdur ki, ölkəmizdə həyata keçirdiyi 80 minə yaxın terror hadisəsi ilə aralarında körpə, uşaq və qadınların da olduğu on minlərlə türk vətəndaşının, əsgər və polisinin şəhid olmasına səbəb olan qanlı, separatçı terror təşkilatıdır. Tək məqsədi Türkiyənin cənub-şərqini, İranın bir hissəsi ilə İraq və Suriyanın şimalını əhatə edən «Kommunist Kürdistan»ın qurulmasından başqa bir şey deyil.
PKK Türkiyədən cənub-şərq bölgəsini qopararaq Kommunist Kürdüstanın şimal hissəsini formalaşdırmağı planlaşdırarkən, PYD də bölgədəki hakimiyyət boşluğundan istifadə edərək xarici qüvvələrin də dəstəyi ilə Suriya və İraq torpaqlarından qopararaq eyni Kommunist Kürdüstanın cənub hissəsini hazırlamaq niyyətini güdür. Hər ikisi də bu məqsəd istiqamətində hər cür terror, cinayət və insanlıq əleyhinə cinayət törətməkdən çəkinmir.
Qısası, PYD də, PKK da eyni qanunsuz terror quruluşunun, eyni təşkilatın fərqli bölgələrdə fəaliyyət göstərən orqanik vahidlərindən başqa bir şey deyil.
Bu baxımdan bir tərəfdən PKK-nı terrorist elan edib PYD-ni qanuniləşdirməyə çalışmaq ikili standart siyasətidir.
Nəticə etibarilə on illərdir daxildən və xaricdən Türkiyəni parçalamaq niyyətində olan bu qeyri-qanuni, separatçı, terrorist cinayətkar təşkilat ilə Türkiyə Respublikasının həmrəyliyi, yardımlaşması, əməkdaşlığı və birgə hərəkət etməsi qətiyyən mümkün deyil.
Hörmətli Bass,
Açıqlamanızın bir yerində "Türkiyə və ABŞ-ın Suriyanın şimalında və Türkiyə sərhəddində İŞİD-ə qarşı ortaq narahatlıqları olduğunu» bildirirsiniz və «Bizə görə çox önəmli bir şey var. O da Suriyada sərhəd bölgəsinə kim nəzarət edirsə, birincisi İŞİD-lə mübarizə aparmalı və İŞİD-in o bölgəyə nəzarət etməsinin qarşısını almalıdır" bildirmisiniz.
Hər şeydən öncə qeyd etmək lazımdır ki, İŞİD-in bölgədəki qanlı əməllərini heç bir şəkildə qəbul etmək və ya üzürlü hesab etmək mümkün deyil. Ancaq İŞİD-in bu günədək Türkiyənin təhlükəsizliyinə və ərazi toxunulmazlığına istiqamətli heç bir hücumunun olmadığı, Türkiyəyə qarşı heç bir hadisə törətmədiyi və törətmək niyyəti olmadığı həqiqətdir. Türkiyənin öncəliyi İŞİD deyil, qurulduğu gündən etibarən Türkiyənin unitar quruluşunu hədəf almış, «Kommunist Kürdüstan» qurmağa çalışan, bu yolda on minlərlə vətəndaşımızı qətl edən PKK-PYD və Kandil üçbucağıdır.
Əlbəttə ki, Türkiyə Respublikası öz torpaqlarını və milli bütünlüyünü müdafiə etmək məqsədilə bölgədəki münaqişə və qarışıqlıqlardan irəli gələn hər cür riskə qarşı cənub-şərq sərhədi boyunca hərbi və təchizata dair lazımi tədbirləri görür. Ancaq bundan əlavə, bir qisim beynəlxalq çevrələrin təkidlə təxribata çəkdikləri "Türkiyənin İŞİD-ə qarşı birbaşa müharibə elan etməsi" kimi bir təlqinlə ölkəmizin münaqişəyə və macəraya sürüklənməsini qəbul etməyimiz mümkün deyil. Türkiyə Respublikasının xarici siyasətini və hərbi qərarlarını konkret həqiqətlər və milli maraqlar çərçivəsində istiqamətləndirməsi ən təbii haqqıdır.
Suriyada sərhəd bölgəsinin əhəmiyyətli hissəsi terror təşkilatı olan PYD-nin nəzarətindədir. Burada əsas üzərində durulmalı mövzu radikalizmin şiddətini zərərsizləşdirmək üçün terror təşkilatının gücləndirilməsinin nə qədər yanlış bir strategiya olduğudur.
Bütün diqqət bütövlükdə İŞİD-in üzərinə yönəldiyi halda, PYD-nin işğal etdiyi bölgələrin yerli xalqı olan ərəb və türkmənlərə qarşı tətbiq etdiyi insanlıqdan kənar etnik təmizləmə siyasəti göz ardı edilir.
PYD qəsb etdiyi ərazilərdə özünə müxalif olan kürdlər də daxil olmaqla yerli xalqa gündən-günə artan zorakılıq tətbiq edir. Ərəb və türkmən xalqlarına qarşı təzyiq, terror və sürgün metodları ilə aşkar etnik təmizləmə siyasəti yeridir. Keçən il törətdikləri Qamışlı qətliamı yaddaşlardan silinməyib. Son olaraq ələ keçirdiyi Tel Abyad kəndindən yerli xalqı köç etməyə məcbur etmişdir. Türkiyəyə sığınan ərəb və türkmənlərin yaşadıqları yerlərə geri dönməsinə sərhəd qapılarını bağlayaraq mane olurlar.
PYD Cəzirə və Ayn əl Ərəb ilə bunların arasındakı dəhliz bölgədə kantonları yaradarkən buraların əhali tərkibini də sistematik şəkildə dəyişdirməyə çalışır. Köç etməyə məcbur etdiyi yerli xalqın yerinə öz tərəfdarlarını yerləşdirir. Öz ideologiyasına qarşı gələn kürdləri təsirsiz hala gətirməkdir. Bölgədə nə kürdlərin, nə də digər xalqların xoşbəxt və firavan yaşaya bilməyəcəyi «Kommunist Kürdüstan»ı qurmağa cəhd edir.
Belə olan halda, İŞİD terroru məsələsində bu qədər həssaslıq göstərildiyi halda, PYD-nin zülm və terror hadisələrindən heç bəhs edilməməsini ədalətli və qərəzsiz yanaşma olaraq qəbul etmək mümkün görünmür.
Cənab Bass,
İŞİD yanlış yoldadır və heç bir şəkildə qəbuledilməz əməllər edir. Ancaq İŞİD-i bu yoldan döndərmək silahla, bombayla mümkün olmaz. Cənab Obamanın axırıncı açıqlamasında da ifadə etdiyi kimi, «ideologiyalar ancaq daha yaxşı ideologiyalarla məğlub edilə bilər» .
İslam dininin tək mənbəyi olan Qurana görə, yanlış yolda olanı öldürmək deyil, öyüd və nəsihətlə doğru yola gətirməyə çalışmaq əsasdır. İslam aləminin bir hissəsi kimi İŞİD də böyük cəhalətə qapılaraq İslam adına radikalizmi mənimsəyib. Dolayısilə İŞİD-ə qarşı alınacaq ən böyük tədbir, onu durduracaq tək təsirli həll yolu radikalizm və fanatizmə qarşı geniş və hərtərəfli mədəni iş aparmaqdır.
Həm İŞİD, həm də radikal anlayışı mənimsəyərək səhv yola girmiş bütün digər müsəlman cəmiyyətlər üçün tək həll yolu budur. Radikalizm ancaq Qurandakı əsl din izah edilərək, fanatizmin İslamla təməldən əlaqəsinin olmadığı Qurandan dəlillərlə açıqlanaraq aradan qaldırıla bilər.
Bunun xaricində şiddəti şiddətlə yox etməyə əsaslanan hərbi üsulların şiddətin miqyasını genişləndirməkdən, bölgəyə fəlakət gətirməkdən və bu fəlakəti qarşısıalınmaz şəkildə bütün dünyaya yaymaqdan başqa bir şeyə xidmət etmədiyi təcrübələrdən məlumdur.
Bölgədə qurulacaq kommunist Kürdüstan dövləti nə Türkiyə, nə də dost və müttəfiq ABŞ üçün qazanc deyil, ciddi itki olacaq.
PKK-PYD terror təşkilatının marksist-leninist-stalinist bir kommunist quruluş olduğu başda Öcalan olmaqla, liderlərinin saysız bəyanatları, apardıqları siyasət, fəaliyyət metodları və əməllərindən məlumdur. Təşkilat üzvləri geniş şəkildə marksist-leninist-stalinist təlim siyasəti tətbiq edirlər. Təlqin və çıxışlarında bu kommunist fəlsəfəni dilə gətirir, tərəfdar və silahlılarına şiddəti əsas alan kommunist ideologiya yeridirlər.
Təşkilat on illərdir ki, ABŞ və Avropa ölkələrini kapitalist və imperialist istismar quruluşunun başında durduğu kimi klassik kommunist şablonlarla qınayarkən son dövrdə “müasir qərb və demokratiya aşiqi” maskası taxaraq təəssüf ki, bəzi ölkələrin maddi və hərbi dəstəyini öz tərəfinə çəkməyə nail olmuşdur.
Belə ki, xəyanəti həyat forması olaraq mənimsəyən bu kommunist təşkilatın status qazanan kimi heç tərəddüd etmədən Şanxay birliyinə qoşulması heç də uzaq ehtimal deyil. Bu vəiyyətdə Qərbli super güclərin bölgədə özlərinə aid hərbi baza olaraq təsis etməyi planlaşdırdıqları satellit dövlətin bir anda fərqli blokların hakimiyyəti altına girməsi an məsələsi olacaq.
Belə ki, PKK-nın siyasi təmsilçisi qismində HDP-nin Çin Kommunist Partiyasının dəvəti əsasında ötən günlərdə həyata keçirdiyi ziyarət bu baxımdan başa düşüləndir.
İllər boyu kommunizmə qarşı qərarlı şəkildə mübarizə aparmış ABŞ-ın belə bir təşkilatla əməkdaşlığa girməsinin istər özü, istərsə də müttəfiqləri baxımından müsbət nəticə verməyəcəyini, ABŞ və onun rəhbərliyindəki koalisiya dövlətlərinin yenidən dəyərləndirməsində fayda olduğunu hesab edirik.
Hörmətlə,
Milli Dəyərləri Qoruma Vəqfi Fəxri Sədri
Adnan Oktar