Bəla insanı tez-tez yoxlayar. Hər dəfəsində xeyir arxasında olduğunu
gördükdə buraxıb gedər
Bəla göyə çıxar, insanın üzərinə gələcəkkən bir xeyr, gözəllik olduğunu gördükdə üzərindən belə keçib gedər. Tam vuracaqkən bir xeyr, bərəkət olduğunda, orada bir gözəllik olduğunda, İslama Qurana bir xidmət olduğunda bəla keçər. Bəla bir daha yoxlayar, bir daha gələr. Baxar ki yenə Quranla məşğul, Kitabla məşğul, İslamı izah edir, Quranı izah edir yenə keçər. Bəla tez-tez yoxlayar insanı. Hər səfərində xeyr arxasında olduğunu gördükcə buraxıb gedər.
Hz. Mehdi (ə.s) zühur etdikdə dünyada lazımsız şeytani qorxuları gedəcək, onun yerinə Rəhmani qorxu, Allah qorxusu gələcək
Maidə surəsi, 21-ci ayə
Ey qövmüm! Allahın sizin üçün müəyyən etdiyi müqəddəs torpağa daxil olun və arxa çevirməyin ki, ziyana uğrayaraq dönməyəsiniz”.
“Ey qövmüm, Allahın sizin üçün y müəyyən etdiyi müqəddəs torpağa daxil olun –Qüdsə- və arxa çevirməyin -orada qalın- ki, ziyana uğrayaraq dönməyəsiniz”.
Buradan da anlayırıq ki yenə musəvilərin Qüdsdə olması, müqəddəs diyarlarda olması Qurana uyğundur. Lakin bizim onlara izah etmək istədiyimiz, Quranın bizə işarə etdiyi, Peyğəmbərimiz (s.ə.v)-in bizə izah etdiyi, Tövratın bizə izah etdiyi Kral Məsihə tabe olmalarıdır. Kral Məsihə uyduqlarında onlar orada rahat yaşayacaqlar. Mehdi (ə.s)-a uyduqlarında rahat yaşayacaqlar. Onun xaricində qorxu, iztirab, acı və gərginlik içində yaşayacaqlar. Hazırda Allah onlara qorxu libasını daddırır, qorxu içində yaşayırlar. Fələstin qorxu içində, musəvilər qorxu içində, Misir qorxu içində, hər kəs qorxu içində yaşayır. Kral Məsihlə yəni hz. Mehdi (ə.s)-la qorxu qalxır. Bir tək Allah qorxusu qalacaqdır Mehdi (ə.s) gəldikdə. Hal-hazırda dünyada hər cür qorxu var. Amma Allah qorxusu yoxdur. O qorxular gedəcək, əsl qorxu yerinə gələcək, sadəcə Allah qorxusu. Allah qorxusu, Allah eşqiylə iç-içə olan gözəl bir qorxudur. Lazımsız şeytani qorxuları gedir, onun yerinə Rəhmani qorxu, Allah qorxusu gələcək. İndi o zamandayıq.
Hörmətli Adnan Oktarın ayə izahları
Maidə surəsi, 19-cu ayə
“Ey Kitab əhli! Artıq sizə elçilərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə müjdələyən və qorxudan kəs gəlmədi” – deməyəsiniz deyə haqqı bəyan edən Elçimiz gəldi. Artıq sizə müjdələyən və qorxudan bir peyğəmbər gəldi. Allah hər şeyə qadirdir”.
“Ey Kitab əhli!” Yəni Yəhudi və Xristianlar. “Artıq sizə elçilərin ardı-arası kəsildiyi bir dövrdə …” Peyğəmbərlər gəlmir, artıq uzun müddət keçmiş, ““Bizə müjdələyən və qorxudan kəs gəlmədi” – deməyəsiniz deyə …” Demək ki, insanlar müjdə verən gözləyirmiş və xəbərdarlıq edən də gözləyirlər. “… haqqı bəyan edən Elçimiz gəldi. Artıq sizə müjdələyən və qorxudan bir peyğəmbər gəldi. Allah hər şeyə qadirdir”. Bu ayə əlbəttə Peyğəmbərimiz (s.ə.v)-ə xitab edir, amma Mehdiyyətə də açıq-aşkar işarə edir. Mehdi (ə.s)-ın xüsusiyyəti nədir? Həm müjdə verən, həm də qorxudan olmasıdır. Bir də Peyğəmbərimiz (s.ə.v)-dən bu yana 1433 il keçdi. Bu səbəbdən də o cəhətdən işarə edir Mehdi (ə.s)-a.
Nisa surəsi, 72-ci ayə
“İçərinizdə elələri də var ki, cihada çıxdıqda özlərini yubandırar və sizə bir müsibət üz vermiş olduqda: “Allah mənə mərhəmət göstərdi ki, mən onlarla birlikdə bəlaya düçar olmadım” – deyər”.
Şübhəsiz ki, aranızdan ağır tərpənənlər vardır. Məsələn İttihad-ı İslamı yaymada ağır davranır, Quranın dünyaya hakim olmasında ağır davranır. Əgər, sizə bir müsibət üz versə: Məsələn həbs edilsələr müsəlmanlar və yaxud çətinə düşsələr yaxud münafiqlərin hücumuna uğrasalar “Allah mənə lütf etdi ki, onlarla birlikdə olmadım” deyər. Yəni müsəlmanlardan uzaq olmağa sevinir bu səfər. Halbuki başına müsibət gəlməməsi onsuz da onun üçün bəladır. Başına müsibət gəlsə xilas olar. Başına müsibət gəlməməsini qurtuluş olaraq görür. Halbuki cəhənnəmdə sonsuza qədər qalacaq. Ağılsızca bir seçim etmiş olur.
Nisa surəsi, 65-ci ayə
“Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar”.
“Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə …” Məsələn, məzhəb mövzularında hansı mövzuda razılaşa bilmirsə səni hakim edib müsəlmanların lideri kimdirsə ona işarə edir Allah. Peyğəmbərimiz (səv)-ə işarə var burada, amma əsrimizdə müsəlmanların lideri kimdirsə, bir lideri olmalıdır, ona xitab var müsəlmanların hakimi olaraq, ədaləti təmin edən olaraq. Mehdi (ə.s)-ın bir xüsusiyyəti nədir? Hakimlik. “... sonra da verdiyin hökmlərə görə”, Ədalət paylayan biri olaraq verdiyin hökmə, məhkəmə hökmünə “özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar”. Onun üçün Mehdi (ə.s)-a tabe olanlar necə olacaqlar? İçlərində heç bir sıxıntı duymadan verdiyi hökmə tam təslimiyyətlə təslim olacaqlar. O zaman dünyada heç bir anlaşılmazlıq olmayacaq. Şiə, Ələvi, Sünni, Vəhhabi çəkişməsi bu ayənin hökmüylə ortadan qalxmış olur. Mehdi (ə.s)-ın hakim olması, ədalət paylayan olması və hökmünə hər kəsin razılaşmasıyla o sıxıntı, o gərginlik qalxır. Amma hazırda hər başdan ayrı bir izah gəlir.
Nisa surəsi, 59-cu ayə
Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə şəriətə uyğun şəkildə itaət edin. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və Onun Elçisinə müraciət edin. Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.
“Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə”. Əmr sahibi (rəhbər) nədir? Mehdi (ə.s). Bax, Mehdi (ə.s)-a itaətin vacib olduğunu açıqlayan Quran ayəsi. “Əgər bir şey haqqında mübahisə etsəniz”, Məzhəblər, camaatlar, qrupların ayrılığı “Allaha və Axirət gününə inanırsınızsa, Allaha və Onun Elçisinə müraciət edin”. Yəni Qurana və Peyğəmbər (s.ə.v)-in sünnəsinə uyğun hala gətirin. Əgər Allaha və axirət gününə inanırsınızsa. “Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşıdır”. Yəni Allaha demək, Qurana tabe olmaq. O dövrdə elçi hökmündə olan yəni imam olan kimdir? Mehdi (ə.s). Mehdi (ə.s)-a tabe olun, deyir Allah.
Nisa surəsi, 58-ci ayə
“Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir”.
“Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı istəyir” -deyir Allah. İttihad-ı İslamın başına keçəcək insan kimdir? Hər hansı bir kimsə olmaz.
Ali İmran surəsi, 200-cü ayə
“Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, sərhəd boyu növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!”
“Ey iman gətirənlər, səbir edin və dözümlü olun, sərhəd boyu növbə ilə keşik çəkin”. Keşik çəkin demək davamlı Allah yolunda mübarizə apararkən təyin olunmuş yerlərdə olun, yığılın və cəhd edin. “Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” Səbr etmək əhəmiyyətlidir.