1- Hz. Mehdi (ə.s)-dan bəhs edilməsi və hz. Mehdi (ə.s)-ın müsəlmanlara müjdələnilməsi Peyğəmbərimiz (s.ə.v)-in bir sünnəsidir.
Hörmətli Adnan Oktar söhbətlərində mehdiyyət mövzusuna xüsusi əhəmiyyət verir və bu mövzuya geniş yer ayırır. Şübhəsiz ki, bu vəziyyət, hər mövzuda olduğu kimi Hörmətli Adnan Oktarın özünə Quran ayələrini və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini rəhbər etməsindən qaynaqlanır.
Allah Quranda, İslam əxlaqının bütün yer üzünə hakim olması üçün cəhd göstərmənin bütün müslamanların əhəmiyyətli bir məsuliyyəti olduğunu bildirmişdir. Quranda bu mövzuda çox ayə bildirilir və Allahın Adətullahı gərəyi, tarixin hər dövründə haqq dinin təbliğində müsəlmanlara öndərlik edən, onları hidayətə yönəldən mənəvi bir lider olmuşdur. Allah Quran ayələrində bütün cəmiyyətlərə, onlara yol göstərəcək bir elçi göndərdiyini bildirmişdir. Belə ki, axırzamanda müsəlmanları Quran əxlaqına və hidayətə yönəldəcək, onları birləşdirəcək olan adam da hz. Mehdi (ə.s)-dır. Peyğəmbərimiz (s.ə.v)-in təvatür (ağızdan-ağıza keçərək davam etməsi, içində yalan ehtimalı olmayan xəbər) dərəcəsindəki səhih hədisləriylə bu mövzu təxminən 14 əsr əvvəl insanlara müjdələnilmişdir. Peyğəmbərimiz (s.ə.v) bu mövzunun əhəmiyyətini hədislərində çox açıq bir şəkildə vurğulamış və müsəlmanların da bir-birlərini bu mövzunu gündəmə gətirərək müjdələmələrini bildirmişdir:
"HZ. MEHDİ İLƏ MÜJDƏLƏNİN. O Qureyşdən və Əhli-beytimdən bir adamdır." (Kitab-ul Burhan Fi Əlamət-el Axır zaman, səh. 13)
Bir başqa hədisində isə Peyğəmbərimiz (s.ə.v), "Mehdi zühur edər, HƏR KƏS YALNIZ ONDAN DANIŞAR, ONUN SEVGİSİNİ EHTİVA EDƏR VƏ ONDAN BAŞQA BİR ŞEYDƏN BƏHS ETMƏZLƏR." (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, səh. 33) sözləriylə hz. Mehdi (ə.s)-ın ortaya çıxacağı dövrdə hər kəsin bu mübarək şəxsdən bəhs edəcəyini xəbər vermişdir.
Hörmətli Adnan Oktar da, Peyğəmbərimiz (s.ə.v)-in bu hədisləri gərəyi, hz. Mehdi (ə.s)-ın gəlişini müsəlmanlara müjdələyir. Hz. Mehdi (ə.s)-ı insanlara tanıdır və Peyğəmbərimiz (s.ə.v)-in xəbər verdiyi kimi, söhbətlərində tez-tez hz. Mehdi (ə.s)-dan bəhs edir.
Peyğəmbərimiz (s.ə.v) də yaşadığı dövrdə, həm bərabərindəki müsəlmanlara, həm də özündən sonra yaşayacaq nəsillərə hz. Mehdi (ə.s)-ı tanıtmış və söhbətlərində hz. Mehdi (ə.s)-a geniş yer ayırmışdır. Əgər mehdiyyət əhəmiyyətsiz ya da üstündə dayanılmasına lazım olmayan bir mövzu olsaydı, əlbəttə ki, bunun tətbiqini ən başda Peyğəmbərimiz (s.ə.v)-in söhbətlərində görərdik. Ancaq tam tərsinə, Peyğəmbərimiz (s.ə.v), Allahın yol göstərməsiylə, həm özü bu mövzunu çox əhəmiyyətli görmüş, həm də müsəlmanları tarixin hər dövründə bu mövzunu gündəmə gətirməyə, bütün müsəlman aləmini bu mövzuyla müjdələməyə təşviq etmişdir.
2- 1400 ildən çox bir müddətdir bütün böyük İslam alimləri müsəlmanlara hz. Mehdi (ə.s)-ın gəlişini müjdələmiş, əsərlərində və söhbətlərində bu mövzuya geniş yer ayırmışlar
Peyğəmbərimiz (s.ə.v)-dən bu günə qədər, 14 əsrdən bəri yaşamış olan bütün İslam alimləri, Peyğəmbərimiz (s.ə.v)-in sünnəsi olan mehdiyyət mövzusunun üzərində lazımı qədər əhəmiyyətlə dayanmış, hədisləri köçürmüş və hz. Mehdi (ə.s)-ı insanlara tanıdan xüsusiyyətləri bütün təfərrüatlarıyla yüzlərlə səhifə boyunca açıqlamışlar. Bu kəslərin hər biri, İslam tarixində əhəmiyyətli yeri olan, müsəlmanlara bir çox mövzuda yol göstərmiş, yaşadıqları dövrlərin qütbü olmuş böyük alimlərdir. Yenə Əhli Sünnənin böyükləri olan hədis imamlarımız, məzhəb imamlarımız da, mehdiyyət mövzusuna böyük əhəmiyyət vermiş, əsərlərində mehdiyyət mövzusunu bütün təfərrüatlarıyla açıqlamışlar. Hz. Mehdi (ə.s) müjdəçisi, hicri 13-cü əsrin qütbü, böyük İslam alimi Bədiüzzaman Səid Nursi də əsərlərində yüzlərlə səhifəni hz. Mehdi (ə.s)-ın gəlişinə ayırmışdır.
Mehdiyyət mövzusunu əhəmiyyətlə vurğulayan və tarix boyunca müsəlmanlara yol göstərici olmuş bu böyük İslam alimlərindən bəzilərinin adları belədir:
1. İMAM-I ƏZƏM ƏBU HƏNİFƏ
2. İMAM-I HƏNBƏLİ
3. İMAM-I ŞAFİİ
4. İMAM-I MALİKİ
5. İMAM MƏHƏMMƏD İBN İSMAYIL BUXARİ
6. ƏBUL-HÜSEYN MÜSLİM İBN HACCAC QUŞEYRİ (MÜSLİM)
7. BÖYÜK HƏDİS ALİMİ MƏHƏMMƏD İBN İSA TİRMİZİ
8. HAFİZ ƏBU DAVUD SÜLEYMAN İBN EŞAS SİCİSTANİ
9. ƏBU ABDULLAH MƏHƏMMƏD İBN YEZİD (İBNİ MACƏ)
10. MƏHƏMMƏD İBN RƏSUL BERZENCİ
11. ƏLƏDDİN ƏLİ İBN HİŞAM MUTTAKİ HİNDİ
12. ƏBDÜLQADİR GİLANİ
13. İMAM QƏZALİ
14. İMAM-I RƏBBANİ,
15. MUXYİDDİN ƏRƏBİ
16. İBN KƏSİR
17. İBN TEYMİYE
18. ZAHİDUL KÖVSƏRİ
19. CƏLALƏDDİN SUYUTİ
20. BƏDİÜZZAMAN SƏİD NURSİ
21. ŞƏHABƏTTİN İBNİ HƏCƏR ASKELANİ
22. HÜSEYN HELMİ İŞIQ
23. MAHMUD ESAD COŞAN
24. MAHMUD SAMİ RAMAZANOĞLU
25. ƏBU QASIM TƏBƏRANİ
26. ALMALILI HƏMDİ YAZAR
27. MƏHƏMMƏD İBN ƏLİ ŞÖVQƏNİ
28. MƏHƏMMƏD CƏMALƏDDİN ƏL-ƏZƏLƏMİ ƏL-DIMIŞKİ
29. KURTUBİ
30. İMAM MATURİDİ
31. İMAM ACCURİ
32. İBN HƏZM
33. PEZDEVİ
34. NƏSƏVİ
35. TƏFTAZANİ
36. İBNUL ƏRƏBİ
37. İMAM CƏFƏR ƏT TAHAVİ
38. BƏYAZİ
39. SEYİD ALUSİ
40. ƏBUL MÜNTƏHA
41. ƏS-SƏFFARİNİ
42. ABDULMUHSİN İBN HƏMD ƏL-ABBAD
43. ƏBU MƏHƏMMƏD HƏSƏN İBN ƏLİ ƏL-BERBEHARİ HƏNBƏLİ
44. MƏHƏMMƏD NƏSRƏDDİN ALBANİ
45. ŞƏMSƏDDİN MƏHƏMMƏD İBN ƏHMƏD SƏFƏRƏYNİ
46. ƏBU ABDULLAH MƏHƏMMƏD İBN CƏFƏR İDRİSİ KƏTANİ
47. ŞƏHABƏDDİN ƏHMƏD İBN MƏHƏMMƏD QUMARİ
48. HASANƏYN MƏHƏMMƏD MAHLUF ƏL-MISRİ
49. ƏBUL-HƏSƏN MƏHƏMMƏD İBN HÜSEYN ABURİ
50. SƏİD HƏVVA
51. ŞEYX HƏSƏN ADVİ HƏMZƏVİ
52. M. SIDDIK İBN HƏSƏN KUNUCİ
53. MƏHƏMMƏD İBN HƏSƏN ƏL-ƏSNƏVİ
54. NURƏDDİN ATAR
55. ƏBU ABDULLAH MƏHƏMMƏD İBN CƏFƏR İDRİSİ KƏTANİ
56. EBUS-SADAT MƏHƏMMƏD İBN MƏHƏMMƏD ƏBU ŞOHBE
57. ƏN-NƏVƏVİ
58. ƏBUL-FƏZL ABDULLAH İBN MƏHƏMMƏD ƏL-İDRİSİ
59. MƏHƏMMƏD ƏL-MƏKKİ
60. ƏBU BƏKİRƏHMƏD İBN MƏHƏMMƏD İSQAFİ
61. HAFİZ ƏBU BƏKİR İBN HEYSƏMƏ
62. ƏBUL BƏKİR MƏHƏMMƏD İBN İBRAHİM KELABAZİ BUXARİ
63. ƏBU QASIM ƏBDÜRRƏHMAN SÜHEYLİ
64. YUSUF İBN YƏHYA MAKDİSİ EŞ–ŞAFİ
65. ŞEYX İBRAHİM İBN MƏHƏMMƏD HAMVİNİ
66. İBNİ HƏCƏR EŞ–ŞAFİ ƏL–MƏKKİ
67. İBNİ HƏCƏRİ MƏKKİ
68. ŞEYX MƏHƏMMƏD İBN ƏHMƏD SƏFARİNİ ƏL-HƏNBƏLİ
69. SÜLEYMAN İBN İBRAHİM QUNDUZİ
70. SEYİD MƏHƏMMƏD SIDDIQ QANIÇI BUXARİ
71. ƏBULFAZL ABDULLAH İBN MƏHƏMMƏD SIDDIQ.
72. ALLAME ŞÖVQƏNİ,
73. HAFİZ ƏSKALANİ,
74. İBNİ HƏCƏRİ HEYSƏMİ,
75. ŞƏBLƏNCİ,
76. MİSİRLİ ŞEYX MƏHƏMMƏDİ HƏNƏFİ
77. ŞEYX MƏHƏMMƏD SABBAN
78. SÜVEYDİ
79. ƏHMƏD İBN ZEYNİ DEHLAN EŞ-ŞAFİ
80. ƏBDÜLVAHHAB ƏBDULLƏTİF
81. ALLAMƏ ƏBU TAYİP
82. SƏİD İBN CABİR
83. NİYAZİ MISRİ
84. ƏN NİFERİ
85. İMAMI ƏZƏM FİQHİ ƏKBƏR ŞƏRHƏRİNDƏ ALİYYUL QARİ
86. TAHTAVİ
87. ŞEYX MANSUR ƏLİ NASİF (TAC ELMİHALI)
88. SEYİD QÜTB
89. ŞEYX FAKİH İMANİ
90. ƏLİ ƏS SABUNU
91. MƏHƏMMƏD MEHDİ ƏL- XORASAN
92. ŞEYXÜLİSLAM MUSTAFA SƏBRİ ƏFƏNDİ
3- Uca Rəbbimiz, hz. Adəm (ə.s)-dan və dünyanın yaradılışından bu yana, bütün dünyanı mehdiyyət üçün hazırlamışdır.
Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra nazil etdiyimiz kitablarda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar. (Ənbiya surəsi, 105)
Dünyanın var olandan, hz. Adəm (ə.s)-ın yaradılışından bu yana, Allah bütün yer üzünü və tarixdə yaşanan bütün hadisələri mehdiyyət üçün hazırlamışdır. Hz. İsa (ə.s) zamanında İncil, hz. Musa (ə.s) dövründə Tövrat ilə, hz. Davud (ə.s) zamanında Zəbur ilə bütün insanlar hz. Mehdi (ə.s)-ın gəlişiylə müjdələnilmişlər.(İncildə Faraklid adıyla bildirilən hz. Mehdi (ə.s) ilə əlaqədar məlumatlar və Tövratda hz. Mehdi (ə.s)-ı izah edən surələr) Allah, hz. Mehdi (ə.s.) ilə İslam əxlaqını bütün yer üzünə hakim etmək üçün, hz. Mehdi (ə.s)-ın gəlişindən əvvəl dünyaya dinsizliyi hakim etmişdir. 20-ci əsrdə yaşanan bütün döyüşlər, I və II Dünya müharibələri, yer üzündə hökm edən terror və anarxiya hadisələri, müsəlmanların yaşadığı bir çox bölgədə hökm edən təzyiqlər, çətinlik və ağrılar, aclıq, səfalət və qarışıqlıqlar, həmişə hz. Mehdi (ə.s)-ın gəlişi əvvəlində xüsusi olaraq yaradılmış hadisələrdir. Allah, Peyğəmbərimiz (s.ə.v)-in hədisləriylə hz. Mehdi (ə.s)-ın çıxışını insanlara xəbər verən yüzlərlə hadisənin reallaşacağını bildirmiş və bu əlamətlərin çox böyük bir hissəsi də yenə bu dövrdə sırf hz. Mehdi (ə.s)-ın çıxışı üçün xüsusi olaraq reallaşdırılmışdır. (Hz. Mehdi (ə.s)-ın çıxış əlamətləri) Rəbbimiz, Öz Qatına yüksəltdiyi hz.İsa (ə.s)-ı, əsrlər sonra belə şərəfli bir hadisə üçün təkrar yer üzünə endirəcəyini bildirmişdir. Bütün bunlar dünyanın seyrini dəyişdirən, dönüş nöqtəsi olaraq ifadə edilən çox böyük və tarixi hadisələrdir.
Allahın, bütün bu tarixi inkişafları, sırf hz. Mehdi (ə.s)-ın inkişaf etməsinin hazırlıq mərhələləri olaraq yaratmış olması, şübhəsiz ki, mehdiyyət mövzusunun əhəmiyyətini ortaya qoyur. Buna baxmayaraq mehdiyyəti və hz. Mehdi (ə.s)-ı əhəmiyyətsiz görmək və davamlı gündəmə gətirilməsinə gərək olmadığını düşünmək son dərəcə səhv bir dünyagörüşüdür.
Allah Peyğəmbərimiz (s.ə.v)-in bir hədisində:"Dünyanın tək bir günlük ömrü belə qalmış olsa, hz. Mehdi (ə.s)-ın gəlişi üçün bu vaxtı uzadacağını"–deyə bildirmişdir. Təkcə bu hədis belə, mehdiyyətin nə qədər əhəmiyyətli olduğunu müsəlmanların qavraması baxımından son dərəcə açıqlayıcıdır.
Abdullah (r.ə)-dan rəvayət edilmişdir: Rəsulullah (s.ə.v) buyurdu ki: “ƏHLİ BEYTİMDƏN ADI ADIMA UYĞUN OLAN BİR ADAM (hz.Mehdi (ə.s)) BAŞA KEÇƏCƏK... DÜNYANIN ANCAQ BİR GÜNLÜK ÖMRÜ QALMIŞ OLSA, ONUN (HZ. MEHDİ (Ə.S)-IN) BAŞA KEÇMƏSİ ÜÇÜN ALLAH O GÜNÜ ƏLBƏTTƏ Kİ, UZADAR." (Süneni Tirmizi 4/92)
4- Quranda İslam əxlaqının bütün yer üzünə hakim olacağı vəd edilmişdir. Peyğəmbərimiz (s.ə.v) də 14 əsrdir həsrətlə gözlənilən bu böyük hadisəyə hz. Mehdi (ə.s)-ın vəsilə olacağını bildirmişdir. Mehdiyyətdən bəhs edilməsini əhəmiyyətsiz və gərəksiz görmək, İslam əxlaqının hakimiyyətini də əhəmiyyətsiz görməkdir.
Allah Quranın bir çox ayəsi ilə, İslam əxlaqını bütün dünyada hakim edəcəyi bir dövr olacağını vəd etmişdir. Hədislərdə də bu vədin hz. Mehdi (ə.s) vəsiləsiylə reallaşacağı bildirilmişdir. Buna baxmayaraq mehdiyyətin, Quranın, İslamın əhəmiyyəti yoxdur demək, (Allahı tənzih edərik), İslam əxlaqının dünya hakimiyyətinin də əhəmiyyətini təqdir edə bilməyən bir dünyagörüşü olduğunu göstərər.
Halbuki Allahın Quranda bildirdiyi ayələr çox açıqdır. Allah, haqq din olan İslamı dünyaya hakim edəcək. Allah, hər dövrdə müsəlmanları xəbərdar edib qorxudan, onları hidayətə yönəldən, onları tək bir birlik altında yığan bir elçi göndərir. Bu Allahın Adətullahıdır və Allah, Peyğəmbərimiz (s.ə.v) ilə, axırzamanda müsəlmanların bu mənəvi liderinin, dünyada İslamın hakimiyyətinə vəsilə olacaq olan şəxsin hz. Mehdi (ə.s) olduğunu bildirmişdir. İslam aləmi, Peyğəmbərimiz (s.ə.v)-dən bu yana 1400 ildən çox bir müddətdir ki, mehdiyyəti eşqlə, şövqlə gündəmdə tutmuş, hz. Mehdi (ə.s)-ı sevgiylə anmış və onun dövründə yaşayanlardan ola bilmək üçün Allaha könüldən dua etmişlər. Hz. Mehdi (ə.s)-ın az qala bütün həyata keçmiş əlamətlərinin reallaşdığı, yaşadığımız axırzamanda isə, əlbəttə ki, mehdiyyət bütün müsəlmanların dillərindən düşürməmələri lazım olan bir mövzudur. Bütün müsəlmanların mehdiyyət mövzusundan şövqlə bəhs etmələri, əzm və səylə gündəmdə tutmaları və bütün dünya müsəlmanlarını da, bu əsrdə reallaşacaq olan bu tarixi hadisəni müjdələmələri son dərəcə əhəmiyyətlidir.
Allahın Quranda İslam əxlaqını yer üzünə hakim edəcəyini bildirdiyi və hz. Mehdi (ə.s)-ın gəlişinə işarə edən ayələrdən bəziləri belədir:
Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, ÖZLƏRİNDƏN ƏVVƏLKİLƏRİ VARİSLƏR ETDİYİ KİMİ ONLARI DA YER ÜZÜNÜN VARİSLƏRİ EDƏCƏK, MÖMİNLƏR ÜÇÜN ONLARIN ÖZÜNÜN BƏYƏNDİYİ DİNİNİ MÖHKƏMLƏNDİRƏCƏK VƏ ONLARIN QORXUSUNU SONRA ARXAYINÇILIQLA ƏVƏZ EDƏCƏKDİR. ONLAR MƏNƏ İBADƏT EDİR VƏ HEÇ NƏYİ MƏNƏ ŞƏRİK QOŞMURLAR. BUNDAN SONRA KÜFR EDƏNLƏR – MƏHZ ONLAR FASİQLƏRDİR. (Nur surəsi, 55)
Sevdiyiniz başqa şey də vardır: ALLAH TƏRƏFİNDƏN KÖMƏK VƏ YAXIN QƏLƏBƏ. Möminləri bununla müjdələ. (Saff surəsi, 13)
Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra nazil etdiyimiz kitablarda da yazmışdıq ki, YER ÜZÜNƏ MƏNİM ƏMƏLİSALEH QULLARIM VARİS OLACAQLAR. (Ənbiya surəsi, 105)
Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi: “HƏQİQƏTƏN, ONLARA KÖMƏK GÖSTƏRİLƏCƏKDİR. BİZİM ƏSGƏRLƏRİMİZİN MÜTLƏQ QƏLƏBƏSİ LABÜDDÜR”. (Saffat surəsi, 171-173)
Allah əzəldən belə yazmışdır: “MƏN VƏ ELÇİLƏRİM HÖKMƏN QALİB GƏLƏCƏYİK!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir. (Mucadilə surəsi, 21)
Müşriklərin xoşuna gəlməsə də, İSLAM DİNİNİ BÜTÜN DİNLƏRDƏN ÜSTÜN ETMƏK MƏQSƏDİLƏ ÖZ ELÇİSİNİ HİDAYƏT VƏ HAQQ DİNLƏ GÖNDƏRƏN ODUR. (Saff surəsi, 9)
İSLAMI BÜTÜN DİNLƏRDƏN ÜSTÜN ETSİN DEYƏ ÖZ ELÇİSİNİ HİDAYƏTLƏ VƏ HƏQİQİ DİNLƏ GÖNDƏRƏN ODUR. Şahid kimi Allah kifayətdir. (Fəth surəsi, 28)
Müşriklərin xoşuna gəlməsə də, İSLAMI BÜTÜN DİNLƏRDƏN ÜSTÜN ETMƏK ÜÇÜN Öz Elçisini doğru yol göstəricisi və haqq din ilə göndərən Odur. (Tovbə surəsi, 33)
VƏ ONLARDAN SONRA SİZİ O YERDƏ SAKİN EDƏCƏYİK. Bu, hüzurumda durmaqdan qorxanlar və təhdidimdən çəkinənlərə aiddir”. Elçilər qələbə istədilər. Hər bir inadkar dikbaş da ziyana uğradı. (İbrahim surəsi, 14-15)
ALLAHIN KÖMƏYİ VƏ QƏLƏBƏ GƏLDİYİ ZAMAN, İNSANLARIN DƏSTƏ-DƏSTƏ ALLAHIN DİNİNƏ GİRDİKLƏRİNİ GÖRDÜKDƏ həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir! (Nəsr surəsi, 1-3)
Həqiqətən, BİZ SƏNƏ AYDIN BİR QƏLƏBƏ VERDİK Kİ, Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni düz yola yönəltsin və Allah sənə böyük bir qələbə ilə kömək etsin. (Fəth surəsi,1-3)
… Allah sizin bilmədiklərinizi bilir. O, BUNDAN QABAQ (MƏKKƏYƏ GİRMƏZDƏN ƏVVƏL SİZƏ) YAXIN BİR QƏLƏBƏ DƏ BƏXŞ EDƏCƏKDİR. (Fəth surəsi, 27)
... KAFİRLƏR AXİRƏT YURDUNUN KİMİN OLACAĞINI BİLƏCƏKLƏR. (Rəd surəsi, 42)
De: “HAQQ GƏLDİ, BATİL PUÇ OLUB GETDİ. Həqiqətən də, batil puçluğa məhkumdur!” (İsra surəsi, 81)
Musa ilə olan zəif qövmü isə yer üzünün xeyir-bərəkət verdiyimiz şərq və qərb bölgələrinə varislər təyin etdik. ... (Əraf surəsi, 137)
Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. ALLAH İSƏ BUNA YOL VERMƏZ, KAFİRLƏRİN XOŞUNA GƏLMƏSƏ DƏ, O, ÖZ NURUNU TAMAMLAYAR. (Tovbə surəsi, 32)
Onlar Allahın nurunu öz ağızlarından çıxanlarla söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, ALLAH ÖZ NURUNU TAMAMLAYACAQDIR. (Saff surəsi, 8)
ALLAH SİZİ ONLARIN YERLƏRİNƏ, YURDLARINA VƏ MALLARINA, ÜSTƏLİK DƏ AYAĞINIZ DƏYMƏYƏN BİR YERƏ VARİS ETDİ. Allah hər şeyə qadirdir. (Əhzab surəsi, 27)
Günahkarlar istəməsələr də ALLAH ÖZ KƏLMƏLƏRİ İLƏ HAQQI BƏRQƏRAR EDƏCƏK. (Yunus surəsi, 82)
ƏGƏR ONLARA YER ÜZÜNDƏ HÖKMRANLIQ VERSƏK, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir. (Həcc surəsi, 41)
Acizlik göstərməyin və kədərlənməyin. MÖMİNSİNİZSƏ, ÜSTÜN OLACAQSINIZ. (Ali İmran surəsi, 139)
5- Quranda, tarix boyunca pislərlə yaxşıların, dəccaliyyət ilə mehdiyyətin, batil ilə haqq dinin bir mübarizəsi olduğu bildirilmişdir. Elə axırzamanda dəccaliyyəti məğlub edəcək olan güc və hər problemin həlli də mehdiyyət olacaq
Allahın Quran ayələrindəki vədləri və Peyğəmbərimiz (s.ə.v)-in hədislərində verilən məlumatlar mehdiyyət mövzusunun əhəmiyyətini açıqca ortaya qoyur. Quranda, tarix boyunca yaşanmış olan hər dövrdə dəccalların və Mehdilərin mübarizəsinin var olduğu bildirilir. Və bu iki fikrin; yəni inananlarla inanmayanların, haqq ilə batilin mübarizəsi qiyamətə qədər də davam edəcək.
Məsələn, hz. İbrahim (ə.s) yaşadığı dövrün Mehdisi, Nəmrud da o dövrün dəccalı olmuşdur. Hz. Musa (ə.s) öz dövrünün Mehdisi və Firon da o zamanın dəccalı olmuşdur. Tarixin hər mərhələsində, dəccalların və Mehdilərin sinə-sinəyə çox güclü bir mübarizəsi vardır.
Peyğəmbərimiz (s.ə.v) axırzamanda çıxacaq olan dəccalın, bu günə qədər gəlmiş keçmiş ən təsirli və ən güclü Dəccal hərəkəti olacağını bildirmişdir. Allah məhz buna qarşılıq axırzaman Mehdisini də o cür əhəmiyyətli etmiş, hz. Mehdi (ə.s)-ın dəccal ilə olan mübarizəsini və bunun nəticəsindəki qalibiyyətini də o cür böyük bir hadisə olaraq yaratmışdır.
Bədiüzzaman Səid Nursi həzrətləri risalələrində, axırzaman Mehdisinin çıxacağı içində olduğumuz bu zamanı, "axırzamanın ƏN BÖYÜK FƏSADI dövrü" (Məktubat, səh. 411 - 412) sözləriylə təyin etmişdir. Həqiqətən də yaşadığımız bu dövrdə, dünya tarixinin gəlmiş keçmiş ən böyük fəsadı yaşanır. Hz. Adəm (ə.s)-dan bu yana, bu dövrə qədər bu dərəcə böyük bir fəsad nə Nəmrud, nə Firon, nə də Hülakü dövründə heç olmamışdır. Bu qədər böyük bir fəsad ilk dəfə yaşanır. Axırzaman dəccalı artıq çıxmışdır. Dəccal dünya tarixinin gəlmiş keçmiş ən böyük fəsadıdır. Belə ki, tarix boyunca bütün peyğəmbərlər, axırzaman dəccalının şərindən Allaha sığınmışlar. Hal-hazırda tarix boyunca yaşamış olan bütün fironların, Nəmrudların və dəccalların cəmindən daha şiddətli bir küfr dünyaya hakim olmuşdur. Bu səbəbdən əlbəttə ki, axırzamanda gələcək olan hz. Mehdi (ə.s) da bu cür əhəmiyyətli bir şəxs və mehdiyyət də bu cür əhəmiyyətlə üstündə dayanılması lazım olan bir mövzudur.
Tarixdə ilk dəfə bu qədər böyük bir Dəccal və bu qədər şiddətli bir küfr hakim ikən, mehdiyyətin əhəmiyyətsizliyindən bəhs etmək və hz. Mehdi (ə.s)-ın gəlməyəcəyini iddia etmək, Allahın Quran ilə bildirdiyi Adətullahına da uyğun deyil. Rəbbimiz dünya tarixi boyunca hər vaxt belə bir Adətullah yaratmışdır. Hər vaxt küfr olmuşdur, dəccallar olmuşdur və bunların qarşısında da mehdilər olmuşdur. Amma bu dövrdə ən böyük dəccallar ən böyük nəmrudlar, ən böyük fironlar ortaya çıxmışkən, bu dövrdə "hz. Mehdi (ə.s) yoxdur, gəlməyəcək" deyilməsi Quranın məntiqinə uyğun deyil. Dəccal varsa mütləq hz. Mehdi (ə.s) da vardır. Bu səbəbdən də belə bir dövrdə hz. Mehdi (ə.s)-dan bəhs etməmək olmaz. Çünki həll mehdiyyətdədir. Hz. Mehdi (ə.s) vəsiləsiylə müsəlmanların yaşadığı bütün çətinliklər, ağrılar sona çatacaq. Yer üzündə hökm sürən dinsizlik yerlə bir olacaq, nəmrudlar, fironlar, dəccallar ancaq hz. Mehdi (ə.s) vəsiləsiylə məğlub olacaqlar.
6- Bir sıra insanların hz. Mehdi (ə.s)-ın gəlməsini istəməmələrinin altında dünyaya istiqamətli mənfəət qayğısı yatır
Bəzi insanların mehdiyyət mövzusuna həmişə şübhə və tərəddüd ilə yaxınlaşmalarının, hz. Mehdi (ə.s)-ın gələcəyini bildirən açıq-aşkar dəlillərə belə davamlı olaraq müxalif çıxmalarının altındakı ən əhəmiyyətli səbəb "mənfəət qayğısı"dır. Hz. Mehdi (ə.s)-ın gəlişi və mehdiyyət mövqesi bütün inananlar üçün bir rəhmət olduğu, onun vəsiləsiylə bütün İslam aləminə barış, ədalət, bolluq, bərəkət, dinclik, rifah, xoşbəxtlik gələcəyi halda, yenə də bəzi kəslər hz. Mehdi (ə.s)-ın gəlməsini istəmirlər.
Əlbəttə ki, bu son dərəcə diqqət çəkici və düşündürücü bir vəziyyətdir. Bir müsəlmanın, dünyadakı bütün müsəlmanların yaxşılığını, rahatlığını, həmrəylik və birliyini, təhlükəsizlik və rifah içərisində yaşamalarını istəməsi lazımdır. Amma buna baxmayaraq bəzi kəsləri bu vəziyyətə vəsilə olacaq adamın gəlməsi istəmirlər. Bunun altında yatan səbəblər şübhəsiz Rəhmanı deyil, eqoistdir. Bəziləri sakit, öz halında, nizamlı, tərtibli bir həyat yaşamaq üçün, bəziləri təşkilatı nizamlarının pozulmaması, hadisə çıxmaması, işlərinə, evliliklərinə, ictimai həyatlarına zərər gəlməməsi üçün, bəziləri də mehdilik xüsusiyyətini öz bağlı olduqları müəllimlərini bağişlaya bilmək və beləliklə də özlərinin mövqesini, etibarını qorumaq məqsədiylə hz. Mehdi (ə.s)-ın gəlməsini istəmir və mehdiyyət mövzusundan bəhs edilməsindən də narahat olurlar. Bundan başqa əgər hz. Mehdi (ə.s) gəlsə, ona dəstək olmaları, onunla birlikdə bir çox fədakarlığı, çətinliyi götürmələri, lazım olduğunda ailə və işlərinə istiqamətli mənfəətlərindən keçmələri, gələcəyə istiqamətli dünyəvi planlarından imtina etmələri əlaqəli, hz. Mehdi (ə.s) mövzusunun günlük ekrana gəlməsindən qaçırlar.
Ancaq bilinməlidir ki, bu kəslərin içərisində olduğu vəziyyət, tarixin hər dövründə və Peyğəmbərimiz (s.ə.v) zamanında da yaşanmışdır. Hər müsəlman cəmiyyətində, iman şövqü az olan, İslamın mənfəətlərindənsə öz mənfəətlərini öndə tutan və dünya həyatının cazibədarlığına qapılan insanlar olmuşdur. Quranda, Peyğəmbərimiz (s.ə.v) müsəlmanları hicrət etməyə, mübarizəyə yaxud döyüşə çağırdığında, ailəsini, işini, uşaqlarını bəhanə edərək geridə qalan insanların vəziyyətini izah edən bir çox ayə vardır. Bu kəslər Peyğəmbər (s.ə.v) ilə birlikdə Allah üçün çətinliklərə, fədakarlıqlara dözməyi sanki bir kabus kimi görmüş və etinayla uzaq durmuşlar.
Axırzamanda hz. Mehdi (ə.s)-ın gəlməsini, hz. Mehdi (ə.s)-dan bəhs edilməsini istəməyən kəslərin vəziyyəti də bundan fərqli deyil. Səmimi müsəlmanlara hz. Mehdi (ə.s)-ın gəlişi bir nur kimi gəldiyi halda, dünya həyatını hədəfləyən insanlar bu vəziyyətdən şiddətlə çəkinirlər. Bir ayədə Allah bu kəslərin vəziyyətini belə açıqlayır:
Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol onlara çətin gəldi. Onlar: “Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!” – deyə Allaha and içəcəklər. Onlar özlərini həlak edirlər. Çünki Allah onların yalançı olduqlarını bilir. (Tövbə surəsi, 42)
7 - Hz. Mehdi (ə.s)-ın gəlişi Allahın yaratdığı bir qədərdir (alın yazısı, tale). Əleyhində icra edilən heç bir səy, bu müjdənin reallaşmasına maneə ola bilməyəcək.
Allah bir ayəsində, “Müşriklərin xoşuna gəlməsə də, İslam dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur.” (Saff surəsi, 9) şəklində buyurmuşdur. Bu ayə bizə çox əhəmiyyətli bir həqiqəti xəbər verir. Nə dəccalların, nəmrudların, fironların mübarizəsi, nə də ürəklərində xəstəlik yaxud imanlarında zəiflik olan kəslərin səyləri Allahın Adətullahına əsla təsir edə bilməz. Allah hər nə olursa olsun, vədini yerinə yetirəndir. Allah, Peyğəmbərimiz (s.ə.v)-in hədisləri ilə hz. Mehdi (ə.s)-ın bu əsrdə gələcəyini və İslam aləmini şərəfləndirəcəyini xəbər vermişdir. Allah vədini reallaşdıracaq və inşaAllah hz. Mehdi (ə.s) bütün müsəlmanların mənəvi lideri olaraq yer üzünə Quran əxlaqını hakim edəcək.