A9 TV, 5 yanvar 2017
(Bir müddətdir ictimai mediada “Niyə İzmirdə bir partlayış olmur?” şəklində provokativ tweetler atılırdı. Bunun dərhal ardından bu gün İzmirdə məhkəmə binası yaxınlığında iki ayrı partlayış meydana gəldi. İzmir icra hakiminin etdiyi şərhə görə, iki terrorist vurularaq, ölü olaraq ələ keçirildi. Biri hələ də axtarılır. Bir polis və bir məhkəmə işçisi şəhid oldu. Beş nəfər yaralandı. Şəhid olan polisimiz Fethi Sekin, maşını şübhəli görərək dayandırmaq istədi.)
Fethi, Allahın fəthidir. Fethi igid imiş, dəliqanlı imiş. Fethi səni təbrik edirik. Sən cansan, nə gözəl mövqeyə çatdın. Sənə qibtə edirik. Allah bizə də nəsib etsin.
(Şəhid polisimiz gülləsi bitənə qədər atışıb, sonra şəhid olub.)
İgidin şanındandır. Ancaq polisin bir az silah keyfiyyətini artırsaq daha yaxşı olar. Sırf tapança deyil məsələn, uzi tərzi avtomatik silah da verilə bilər. Bir az da sursatının daha çox olması lazımdır. Maqazin sayı artırılsa yaxşı olar.
(Bəylik tapançası var imiş ancaq. Şəhid polisimiz terroristləri dayandırmasaydı, daha böyük insan itkisi ola biləcəyi deyilir. Polisimizin açdığı atəş nəticəsində terroristlər qaçmaq məcburiyyətində qalıb və qaçarkən avtomobillərini partladıblar. Terroristlərin yanında iki kalaşnikov, 8 bazuka, 8 əl bombası ələ keçirildi. Hücumun PKK tərəfindən reallaşdırıldığı bildirildi.)
Bu məmləkətdə igid dolub-daşır. Çox səhv ünvana gəldilər. Heç bir nəticə ala bilməzlər. Heç bir şey edə bilməzlər. Boş yerə məşğul olurlar. Yəni bir gedərik, min gələrik. Onsuz, onların da fərqinə vardıqlarını zənn edirəm. Bu cür hadisələrdən heç təsirlənmərik, heç. Daha da əzmimiz artır, daha da şövqümüz artar. Bunun xaricində heç bir şey edə bilməzlər.
(Baş Nazirin müavini Numan Kurtulmuş, son edilən hücumlarla bağlı belə bir şərh etdi; “Bundan sonra belə sistemli bir zərbə yerinə fərdi sui-qəsdlər ola bilər. Mənim ən çox narahat olduğum bu sui-qəsdlərdir. Siyasətçilərin belə bir təhdid altında olduğu açıqdır. Çox ciddi kəşfiyyatlar gəlir. MHP Lideri Bahçeliyə, ya da CHP Lideri Kılıçdaroğluna bir sui-qəsd edildiyini düşünün -Allah qorusun.- Bağçalı zirehli maşın istəmədi. Tədbirli olması lazımdır” dedi.)
Bahçeli igiddir onun üçün. Amma təbii ki, zireh Peyğəmbərimiz (s.ə.v)-in sünnəsidir. Quranda tövsiyə edilən bir xüsusdur. Bunda bir şey yoxdur. Amma təbii ki hörmətli Bahçeli zireh istəmirəm deməsi, bəlkə belə düşünür, “vətəndaş zirehli avtomobillə gəzmir, heç kim zirehli avtomobillə gəzmir mən niyə zirehli avtomobillə gəzim” deyir ola bilər amma liderlərdə bir imtiyaz olması lazımdır. Bir iyerarxiya baxımından çünki məsələn, mənə bir şey olsa heç nə olmaz, başqasına bir şey olsa heç nə olmaz, amma dövlətin başına məsələn respublika başçısına, hörmətli Bahçeliyə, digər şəxslərə edilən çirkin hücumlar riskli olar, sarsıdıcı olar, ona görə lazımdır. Hörmətli Bahçeli insanlıq baxımdan qiymətləndirir, igidlik ruhu ilə qiymətləndirir amma bu məntiqlə qiymətləndirsin mənim xahişim, mütləq zirehli avtomobil istifadə etsin. Çünki, bu bir mübarizə strategiyasıdır çünki, liderə bir şey olduğunda cəmiyyətə də tərs təsir edər bu. Amma mən məsələn, vətəndaşım heç bir təsiri olmaz elə deyil amma lider çox ayrı bir şeydir onun üçün yaxşı olar, lazımdır. Mən bir qardaş olaraq xahiş edirəm, hörmətli Bahçelinin qəbul edəcəyini də düşünürəm. Amma avtomobili göndərsinlər. “Göndərəkmi?” olmaz. Birbaşa avtomobili Milliyyətçi Hərəkət Partiyasının binasının qarşısına gətirsinlər, hökumət göndərsin. Minər və ya minməz ayrı məsələ amma avtomobil orada dayansın.
Orta Şərqi paramparça edən xəritə, başında Çörçilin olduğu “40 quldurlar” olaraq adlandırılan qrup tərəfindən çəkilmişdir
Birinci dünya müharibəsi əsnasında Osmanlı böyük cihad çağırışı etdi, nəyə qarşı? İngiltərəyə qarşı. İngiltərə də buna qarşı İslam birliyinin ortaya çıxmasına maneə törətmək üçün ərəbləri ayağa qaldırdı, Məkkə Şərifi Hüseynlə əlaqəyə keçdilər. Hüseynə əgər Osmanlıya qarşı üsyan başlatsa irəlidə böyük Ərəbistan kralı olacağı vədini verdilər. Halbuki məşhur “Sykes-Picot” razılaşmasına görə Ərəb bölgəsi müxtəlif hakimiyyət zonalarına ayrılmışdı onsuz da. Amma sizə tək dövlət verəcəyik dedilər, böyük Ərəbistan; o yazıq da inandı ona. Halbuki böyük Ərəbistan kralı deyə bir şey yox idi. Ondan sonra da Osmanlıya qarşı Ərəbləri ayağa qaldıranda Osmanlı parçalanmış oldu, İslam birliyi də pozulmuş oldu İngilis dərin dövlətinin oyunu ilə. Həqiqi mahiyyətini mən açıqlayıram, bax sənədlər göstərirəm. Bu açıq, açıq-aşkar bir həqiqətdir, böyük bir fəlakətdir, bu fəlakət indi də davam edir bax, bütün ziyalılar vəziyyətin fərqinə vardılar. Çörçil hıçqırığı ilə əlaqədar bu xəritə 1921-ci ildə Qahirə yığıncağında qırx İngilisin iştirakı ilə edilir bax, qırx, xüsusi seçilmiş bir sayıdır. İngilis dərin dövlətinin müqəddəs bildiyi bir sayıdır “qırx”. Çörçil bu qatılanlara deyir “bunların adı” deyir “qırx quldurlardır” deyir. Adam yerinə qoymur. Və Osmanlı torpaqları bu qırx quldurlar tərəfindən yağmalanır. Özü deyir “Qırx quldurdur bunların adı” deyir. Və Osmanlı torpaqları paramparça edilir bu adamların cədvəlləri ilə. Xəritəni çəkən Çörçil və adamlarıdır. Budur qırx quldurlar dedikləri qrup.
Mehdiyyətə qarşı mübarizə uğursuzluq gətirər. Misir, İraq, Suriya Mehdiyyətə qarşı münasibət ortaya qoydular, hamısına uğursuzluq gətirdi
Tayyib hocamın canını sıxacaq içəridə də irəliləyişlər var amma millət olaraq yanındayıq. Bu dürüst, səmimi yolunu davam etdirsin, Mehdiyyət tərəfdarı xəttini davam etdirsin, mehdiyyətə qarşı çıxanlara üz verməsin. Bu çünki, çox ciddi bir uğursuzluq meydana gətirər, çox ciddi bir uğursuzluq meydana gətirər. Mehdiyyət xəttində yoluna davam etsin, yolu açıq olacaq. Mehdiyyət xəttində davam etdiyi müddətcə yolu açıq olacaq, rahat olsun. Amma Mehdiyyətə qarşı mübarizə uğursuzluq gətirər. Dünyanın harasında olursa olsun Mehdiyyətə qarşı məsələn, Misir müxalif oldu Mehdiyyətə uğursuzluq gətirdi, İraq müxalif oldu uğursuzluq gətirdi, Suriya müxalif oldu uğursuzluq gətirdi. Liviya eyni şəkildə müxalif oldu, özünün Mehdi olduğunu iddia edərək ortaya çıxdı, adamın nə hala gəldiyini gördünüz, Allahın onu nə hala gətirdiyini gördünüz. İndi də Türkiyədə Mehdi əleyhdarı bir cərəyan başlatmaq istəyirlər, Tayyib hocam bunlara uymasın.
Peyğəmbərimiz Mehdinin zühurunda yaşanacaq hadisələri o dövrün kəslərinin adlarına qədər xəbər verir
Biharul-Ənvar 1-ci cild səhifə 188. “İmam Mehdinin paltarları işıq saçar parıldayar” deyir. Parlaq parçalar geyəcək demək ki, mübarək. Bəlkə də nələr olacaq içində parçanın? İpək olacaq. Necə parıldaya bilər? Qızıl amma indi eyham edirsən deyərlər, deməyək. Biz alırıqsa Mehdi (ə.s) da alar o parçaları niyə almasın? Mən demirəm bunu Rəsulullah (s.ə.v) söyləyir min dörd yüz il əvvəlindən söyləyir. Bax “Mehdinin paltarları işıq saçar parıldayar” demək ki, qızıllı, gümüşlü və yaxud ipəkli parlaq parçalar geyəcək.
“Rəsulullah (s.ə.v) dedi ki; baş döndürən bir qarışıqlıq olduğunda” terror anarxiya hər cür hadisələr olduğunda Axırzamanda “artıq üzünüzü Mədinəyə çevirib gözləyin. Dedik ki, hansı Mədinə Ya Rəsulullah? Dedi ki, bildiyiniz neçə dənə Mədinə var?” deyir Peyğəmbərimiz (s.ə.v). O dövrdə Mədinə deyə yəni böyük şəhər mənasında İstanbulun xaricində şəhər yox idi dünyada. Çünki bax deyir ki, hədis Mədinədə deyilir, onsuz da Peyğəmbər (s.ə.v)-in olduğu yerdə deyilir. Elə də olsa burada gözləyin, bura baxın deyərdi. Çünki hansı Mədinə necə desin? Mədinədə olan adam hansı Mədinə deyər? Peyğəmbər deyər “bax bura” deyəcək. Bura baxın deyərdi. İstanbul bundan altı yüz il əvvəlinə qədər şəhər olaraq dünyada bəhs edilən tək yerdir. Şəhər olaraq ancaq İstanbul üçün şəhər deyilir altı yüz il əvvəli. Hicaz yarımadasından şimali Avropaya Vikinqlərdən qalan yazılara qədər hər köhnə yazıda şəhər və ya səadət limanı ancaq İstanbul üçün istifadə edilib. Bununla birlikdə viza ilə girilən tək yer də yenə İstanbuldur. Viza olmadan girilmir yəni, hər kəs girə bilmir. Ən böyük şəhərdir. Yəni, onu gərəksiz görür. Peyğəmbər (s.ə.v). “Nəyini soruşursuz?” deyir. Sonra başqa bir hədisdə də yenə soruşurlar “hansı Mədinə Ya Rəsulullah?” “İstanbul” açıq şəkildə söyləyir orada təkidlə soruşduqları üçün hər səfərində “hansı Mədinə?” deyə soruşduqları üçün “neçə dənə Mədinə var?” kimi söyləyir Peyğəmbər (s.ə.v). “Bildiyiniz neçə dənə Mədinə var?” deyir. o Mədinədə olsa burada deyəcək onsuz da. İstiqamətinizi dönün deyir ona içindəykən istiqamətinizi dönün deyər? Demək ki adam çöldə olacaq ki istiqamətinizi ora doğru çevirin deyir. İçində olana elə deyilməz.
“Mehdi çıxmazdan əvvəl” deyir Peyğəmbərimiz (s.ə.v) bax təfərrüata bax “Sakaroğullarından bir nəfər qara bayraqları qanla qırmızıya rəngləyər” deyir. Bu Ala Sakar IŞİD-lə olan qarşıdurmaları ilə gündəmə gəldi. Hətta dünya səviyyəsində müsahibələr alındı. Azad Suriya Ordu birliklərinin başçısı olan bir adamdır bu. Azad Suriya Ordusunun başçısı olan məşhur liderdir bu. Adı Sakar “Mehdi çıxmadan əvvəl Sakaroğullarından biri qara bayraqları qanla qırmızıya rəngləyər” deyir. Eynisi. Yəni qan rəvan içində qalar deyir. IŞİD-lə qarşıdurma nəticəsində olduqca çox IŞİD-linin həqiqətən ölməsinə səbəb oldu. IŞİD bayraqları həqiqətən qana boyandı bu adamın səbəbi ilə. Bax, onun adı da verilir. Adla məsələn, Əsədin adı birbaşa Əsəd deyə, Bəşər adı da Bəşər deyə verilir. Öcalanın da adı Abdullah deyə açıq şəkildə verilir. “Dinsiz qrupun başında olacaq Fərat tərəflərdə” deyir. Bütün regionda olacaq hadisələrdə şəxslərin adlarını tək-tək verir.
Cənnətdə dünyadakı texnologiyanın daha gözəli olacaq
Cənnətdə də dünyadakı texnologiyanın daha təkmilləşmiş forması, daha gözəli olacaq. İndi necə beynimizdə bizə bunları göstərirsə Allah, bax fincanlar, bəzəklər, heykəllər hər şey. Məsələn, orada pişik heykəli birdən canlanar danışsan danışarsan. Orada quş, şüşədən quş bura gəl desən uçar gələr. Geri get desən gedər orada da quş var da. Cənnət quşu məsələn, o formada olur şəffafdır, uçar gələr. Cənnətdə dəniz də var, göl də var, çay da var. Ona görə hər cür dəniz vasitəsi də var, hava nəqliyyatı da var. Heyvanlar da istədiyində uçur məsələn at, qanadlı at olur, at yaqutdan, kristal, yaqutdan at belinə minir uçur. Normalda insan dünyada əcaib qorxar, orada qorxmursan. Düşmə təhlükən yox heç bir şey yox. İstədiyin yerə istədiyin kimi gedir. Cənnət evləri yüksəkdə büllurdan, şəffaf içi görülür “Ya Rəsulullah necə gedəcəyik ora?” deyir səhabələr, “havada dayanacaq” deyir, “uçaraq gedəcəksiniz” deyir. Adam istədiyində çox rahat uçur. Necə olacaq desən? Yuxunda görürsən uçmağı, adam təəccüblənir? Çox normal olaraq görür yəni, yuxusunda uçan adamın mən təəccübləndiyini heç görmədim. Necə olur demir. Çox təbii imiş kimi görür. Və uçarkən də istədiyi kimi istiqamətini tapır. Ağlından keçirməsi kifayət olur. Sürətini də özü nizamlayır istəsə, istədiyi qədər sürətləndirə bilir. Cənnətdə də eynisidir. Sürət qayıqları, idman avtomobilləri hər şey var cənnətdə. “İstədiyiniz hər şey” deyir Allah. Dünyada ağılınıza gələn hər şey. “Ancaq ağlınızdan keçirməniz kifayətdir” deyir Allah “dərhal yaradaram” deyir. Quran ayəsidir. “Ol! dediyimdə olar” deyir. Və heç bir şey tükənmir. Meyvə ağacları məsələn, daima meyvə var. Qoparıb yeyir, meyvəni qopardığı an meyvə yenidən orada olur. Amma burada səbəb aləmi var məsələn, bulağa gedirik bulağın dərhal ağzında yaradılar su, əslində amma su anbarından gəlir, borular filan dediyi üçün məqbul gəlir. Halbuki bulağın ağzında yaradılır. Məsələn bir elektrik cihazı, elektrikli işləyən bir cihaz pərvanə, tost maşını və s. ştepselə taxan kimi işləyir. Ştepsel dediyin isə bir boşluq, Allah onu vəsilə edir adam evini də isidir, pərvanə də çalışır, musiqi oxuyur, televizor işləyir, ev işıqlanır hər şey yarım millimetrlik boşluqdan qaynaqlanır, yarım millimetr. Onun içinə girdiyində nə istəsən olur. Kompüterin də işləyir, isidicilər, ağlına gələn bütün texnologiya hamısı işləyir. Amma adam onun oradan olacağına inandığı üçün olur. Əgər o oraya girmədən yəni naqil girmədən işləmiş olsa dərk etməz. Məsələn, boru, bulağın borusu qopuq olsa, amma su axsa, ağılını itirər adam. Amma, boru bağlı olduğu üçün məqbul gəlir. Bax səbəbdən ötəri məqbul gəlir. Əslində, səbəb olan heç bir şey yoxdur, cənnətdə olan eyni sistem var dünyada da. Hər şey eyni sistemdir. Məsələn, qardaşımız çay gətirir Allah tərəfindən gətirilir amma o gətirmiş kimi görünür. İçəridə mətbəx varmış kimi görünür. Fincan var, bax fincanı yaxınlaşdıran da Allahdır. Mən əlimlə yaxınlaşdırdığımı zənn edirəm halbuki, Allah yaxınlaşdırır. İçizdirəndə də Allah içizdirər. Cənnətdə də bu sistem var yəni, eyni, arada heç fərq yoxdur ancaq burada çox sıx səbəb sistemi vardır. Məsələn, gəmiyə minəndə benzin doldurmağın lazımdır, onu idarə edəcək bir kapitan olması lazımdır, küləkdən qorunmağın lazımdır. Cənnətdə bunların heç biri yoxdur.