HÖRMƏTLİ ADNAN OKTARIN ƏNAM SURƏSİNDƏN AYƏ İZAHLARI
Ənam surəsi, 123-cü ayə
Beləliklə hər bir ölkədə oranın günahkarlarını başçılar təyin etdik ki, onlar orada mümkün qədər yaramaz işlər görsünlər. Halbuki onlar o yaramaz işləri yalnız özlərinə qarşı edirlər və bunu da hiss etmirlər.
Beləliklə hər bir ölkədə oranın günahkarlarını Oradakı zəngin, idarəçi yəni, oranın dərin dövləti kimi tiplər. -onlar orada mümkün qədər yaramaz işlər görsünlər- günahkarlarını başçılar təyin etdik. Kapitalist bəzi zənginlər, bəzi rəhbərlər, bəzi siyasətçi olur, bürokrat olur, yəni dərin dövlət təşkilatı. "Oranın bəla çıxaran, çirkab çıxaran adamları etdik" deyir Allah. Halbuki onlar o yaramaz işləri yalnız özlərinə qarşı edirlər. Öz başlarını bəlaya salırlar, deyir Allah. Həqiqətən, baxırsan dərin dövlət çaqqalları sonunda sürünürlər. Ya öldürülürlər, ya həbs edilirlər, ya alçaldılırlar, ya malı mülkü əllərindən gedir, mütləq bir rüsvayçılıqla qarşılaşırlar. Bunu da hiss etmirlər. Başa düşmür adam, yenə eyni şeyi edir.
Ənam surəsi, 125-ci ayə
Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə cəzalandırar.
Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. İnsan iman etmək istəməyəndə Allah, belə bir şey edə biləcəyini söyləyir. Allah iman gətirməyənləri beləcə cəzalandırar. Allah, "sarsıdaram" deyir. Məsələn, bu məlum olmayan bir həqiqətdir. "İman etməyənləri sarsıdaram" deyir Allah. "Sıxıntı verərəm onlara" deyir. "İman edəndə üzərlərindən sıxıntını qaldıraram" deyir.
Ənam surəsi, 128-ci ayə
Allah onların hamısını bir yerə toplayacağı gün deyəcəkdir: “Ey cin tayfası! Artıq siz insanlardan bir çoxunu özünüzə tabe etdiniz”. Onların insanlardan olan dostları isə deyəcəklər: “Ey Rəbbimiz! Biz bir-birimizdən faydalandıq və bizim üçün müəyyən etdiyin əcəlimizə yetişdik”. Allah deyəcək: “Sizin qalacağınız yer Oddur. Allahın istədikləri kəslərdən başqa siz orada əbədi qalacaqsınız”. Həqiqətən, Rəbbin Müdrikdir, Biləndir.
Ey cin tayfası! Artıq siz insanlardan bir çoxunu özünüzə tabe etdiniz”. Cinlərin təsiri altında olan çox insan olur. Məsələn, bu da məlum olmayan bir həqiqətdir. Adam onlara görə hərəkət edir. Bir çox icma var; Cinlərin verdiyi təlimata görə hərəkət edir.