Bosniyada oyanış
ucgen

Bosniyada oyanış

1901

Bosniyanın1992-ci ildə müstəqillik qazanmasından 1995-ci ildə NATO-nun müdaxiləsinə qədər keçən 3 ili çox qanlı bir dövr idi. Serbiyalılarla aparılan müharibədə sürgünlər, köçlər, təcavüzlər və qırğınlar oldu. Müsəlman olan Bosniya xalqı dünyanın gözü önündə etnik soyqırıma məruz qaldı.

Serbiyalılar istər Yuqoslaviya dövründə, istərsə də 1992-1995-ci illərdə yaşanmış müharibədə bosniyalıları assimilyasiya etmək məqsədi ilə xüsusi strategiya həyata keçirdilər. Bosniya müharibəsində boşnak xalqına qarşı vəhşicəsinə cinayət törədilmişdir. Müharibədə serbiyalıların ikinci strateji hədəfi isə Osmanlı dövründən bugünə qədər böyük məsuliyyətlə qorunan Bosniyanın tarixi arxivləri idi. Bu arxivləri ələ keçirmək üçün dəfələrlə hücum etdilər, lakin Bosniya xalqı bu arxivləri şəhid vermək bahasına qorudu. Qorudu, amma...

Bosniyada keçən ay küçələrdə başverən hadisələrdə Saraybosnadakı Federal Hökumət və prezident binaları yandırıldı. Yandırılan prezident binasında milliyətçi serbiyalıların illərlə yox etmək istədiyi Bosniya-Herseqovina arxivinin mövcud olması təəccüblü idi. Onu da bildirək ki, bosniyalı gənclər serbiyalıların ən böyük xəyallarını küçə hadisələri zamanı yandıraraq həyata keçirmiş oldular.

Bəs Bosniya xalqını küçələrə salan səbəb nə idi? Bosniyada 1995-ci ildə tərəflər arasında imzalanan Daynot müqaviləsi ilə qarışıq və idarə edilməsi qeyri-mümkün olan bir sistem yaradıldı. Bu müqaviləyə əsasən ölkədə müharibənin bitirilməsi və ölkədəki milliyətçilərin yerinə birliyin qurulması planlaşdırılmışdı. Qərb ölkələri yaratmağa çalışdıqları cəmiyyəti Açıq Cəmiyyət Partiyası adlandırdılar. Lakin Açıq Cəmiyyət Partiyasının yaranması üçün strateqlərin önündəki ən böyük maneə müsəlman boşnakların dinlərinə bağlılığı idi.

Bosniyada müsəlmanlardan başqa ortodoks və katoliklər də yaşayırdı. Bosniyada xalqların milliyətçilik anlayışları da dini ayrı-seçkiliyə görə yaranırdı. Bildiyimizdən fərqli idi, yəni xalqa deyil, dinə əsaslanan bir milliyətçilik idi. Bosniyada boşnaklar müsəlman olduqları üçün boşnak, xorvatlar katolik olduqları üçün xorvat və serbiyalılar ortodoks olduqları üçün serbiyalılar adlanırdı. Bunun xaricində cəmiyyətdə həyat, mədəniyyət, adət-ənənələr, yəni hər şey eyni idi.

Ölkədə uzun müddətdir ki, müsəlman əhaliyəhücum edilir. Boşnakların və Bosniyanın mövcudluğunun davam etməsi üçün müsəlmanların qorunması və yayılması olduqca əhəmiyyətlidir. Bosniyada mərhum Aliya İzzetbegoviçin partiyası SDA-nın miladi müsəlman (gənc müsəlmanlar) adlanan gənclik qolu xorvat və serbiyalıların milliyyətçilik təbliğatlarına qarşı boşnak gənclərinə təməl dini yaratma istiqamətində çox əhəmiyyətli fəaliyyətlərgöstərir.

Yazının əvvəlində Bosniyada yaradılmaq istənilən Açıq Cəmiyyət Partiyasından bəhs etmişdim. Avropa Birliyinin Bosniyadakı planı gənclərin milliyətçilik və dini fəaliyyətlərini qloballaşma və qardaşlıq adı altında yox etməkdir. İndiki vəziyyətə baxdıqda bu istiqamətdə müəyyən məsafə qət ediblər. Çünki gənclər ölkədəki xarici əsgərlərin və milliyətlərin həyat tərzlərini nümunə götürürlər. Onlar bu həyatı bəyənirlər. Gənclər ölkədə qalıb çətinliklərlə mübarizə aparmaqəvəzinə başqa ölkələrə gedib rahat yaşamaq istəyirlər.

Dayton müqaviləsindən sonra ölkədəki siyasi sistemdə qarışıqlıq yarandığına görə hər hansı birqərar vermək qeyri-mümkündür. Eyni zamanda qurulan sistemə görə ölkə büdcəsinin 60%-dən çoxu bürokratiyaya, maaş ödəmələrinə gedir. Təbii ki, bürokratların bu qədər çox olması da çətin bir dövlət quruluşu yaradır. Ölkədə işsizlik səviyyəsi də yüksəkdir. 3.800.000 əhalisi olan Bosniyada iki nəfərdən biri işsizdir.Yuqoslaviyanın güclü sənayesi özəlləşdirmə nəticəsində artıq böhran nöqtəsindədir.

Bosniyadakı küçə hadisələrindən və Osmanlı dövründən bugünümüzə qədər gələn arxivlərin bu hadisələr nəticəsində yandırılaraq yox edildiyini söyləmişdik. Bu hadisələrə qoşulanların 25 yaşa qədər olan gənclər olduğunu gördük. Hadisələrdə iştirak edənlər arasında ac, işsiz, qazilər, döyüş qurbanı olan insanlar yoxdur. Bosniyada belə hadisələri törədən oranın qəhrəman xalqı deyil, qərb ölkələrinin təsiri ilə yaradılan, öyrədilən, milli və mənəvi duyğulardan uzaq Açıq Cəmiyyətin gəncləridir...

Hal-hazırda Bosniyada silahlar susub, lakin mənəvi müharibə hələ də davam edir. Dayton müqaviləsindən sonra Aliya İzzetbegoviç bu müqavilə ilə müharibənin bir hissəsinin bitdiyini, amma əsas müharibənin, yəni inkişaf müharibəsinin təzə başladığını söyləmişdi. İndi Bosniyada mübarizə bu istiqamətdədir. Avropa Birliyi Bosniyada müsəlmanlıq xüsusiyyətlərinin aradan qaldırılması ilə bu bölgədə qarşıdurmaların sona çatacağı qənaətindədir. Məhz buna görə Açıq Cəmiyyət Partiyası ilə Bosniyadakı müsəlmanlıq anlayışı hədəf alınır. Boşnaklar da özlərini, dinlərini və mədəniyyətlərini qorumaq üçün böyük bir fədakarlıqla buna qarşı çıxırlar.

Boşnaklar arasında çox fərqli fikirlər mövcuddur. Bu fikirlər arasında "tariximiz və milliyətimiz əhəmiyyətli deyil, təki firavan bir həyat üçün Avropa Birliyinin istədiyi kimi Açıq Cəmiyyət Partiyasına keçib, dünya vətəndaşı olaq" deyənlərdən radikal islami düşüncələrə qədər bir çox fərqli düşüncə və fikri axın var. Bəli, boşnaklar arasında da bir bölünmə var. Ölkədə yaşanan iqtisadi böhran və qeyri-müəyyən vəziyyətlər də bölünməyə təsir edir. Lakin bunlar həll olunmayan problemlər deyil.

AB və ABŞ Bosniyada serbiyalı, xorvat və boşnakların milli mənəviyyatlarını qoruyaraq onları birlikdə yaşamağa təşviq edən siyasi vəziyyəti yaratmağa çalışmalıdır. Boşnaklar arasındakı mübarizəni dayandırmalı və ölkədə birliyi təmin etmək yolunda səy göstərməlidirlər. Bosniyada xalqlar bir araya gəlib problemləri birlikdə həll etməlidirlər. Öz aralarında razılıq və həmrəylik içində olmaları bunun tək yoludur.

Türkiyə Osmanlının mirası olan Bosniyada yaşananlara qarşı hər zaman çox həssas olmuş, Bosniya xalqına qarşı şəfqət və mərhəmətli davranmış, oranın maddi və mənəvi inkişafında çox fəal iştirak etmişdir. Türkiyənin Bosniyada həyatın normala qayıtması, əmin-amanlığın və sabitliyin təmin edilməsi üçün hökumətə, qeyri-hökumət təşkilatlarına və xalqa verdiyi dəstək və bu dəstəyin davamlılığı çox əhəmiyyətlidir.

Dayton müqaviləsinin Bosniyada kilitlədiyi rəhbərliyi və dövlət idarəçiliyini yenə Bosniya xalqı açacaq. Boşnaklar milli birliklərini qorumaq üçün gəncləri mənəvi cəhətdən gücləndirməlidirlər. Təbii ki, bunun üçün əvvəlcə ölkədəki müsəlmanlar bir araya gəlməli və siyasi münaqişələri bir kənara qoyaraq Allah`a inanan boşnak, xorvat və serbiyalıların rahat və etibarlı şəkildə yaşayacaqları bir birlik üçün çalışmalıdırlar.

Cənab Adnan Oktar'ın The Bosnia Times'da yayımlanan məqaləsi:

http://www.thebosniatimes.com/en/awakening-bosnia/

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr