Qalıqların da isbat etdiyi kimi, bütün bitki növləri xüsusi və orijinal olaraq yaradılmış növlərdir və bir-birləri arasında hər hansı bir təkamül əlaqəsi yoxdur. Təkamülçü paleontoloq E. C. Olsonun qəbul etdiyi kimi: "Bir çox yeni bitki qrupu birdən ortaya çıxır və onlara oxşar heç bir ataları yoxdur". (E. C. Olson, The Evolution of Life, 1965, s. 94) Bu həqiqətin dəlillərindən biri də şəkildə görünən 50 milyon yaşındakı palıd yarpağı qalığıdır. Palıd ağaclarının 50 milyon ildir eyni qaldığını göstərən bu tapıntı təkamülü əsassız edir.