Bədiüzzaman Səid Nursinin axırzamanda hz. Mehdinin zühuru və İslam əxlaqının dünya hakimiyyəti haqqında verdiyi izahlar bütün müsəlmanlara yol göstərən məlumatlardır. Ancaq unudulmamalıdır ki, Bədiüzzamanın dediklərinin mənası çox aydındır, bunları anlamaq üçün yenidən təfsir etməyə ehtiyac yoxdur. Sözlərin mənalarını dəyişmək çox yanlışdır. Bədiüzzaman əsərlərində bu mövzunun əhəmiyyətini bir neçə dəfə vurğulayıb və sözlərinin təfsirə ehtiyacı olmadığını, ehtiyac olsa mətnlər üzərində əlavə izahlar verilməsinin düzgün olduğunu bildirmişdir. Hətta əgər belə bir təfsir edilsə, bundan sui-istifadə edilə biləcəyini və bu yolla risalələrdə bəhs edilən həqiqətlərin əsl mənasından uzaqlaşıb dəyişə biləcəyini xatırlatmışdır.
Beləliklə, Bədiüzzamanın hər sözü buna əsasən qiymətləndirilməli, bəhs etdiyi mövzuların izahı yenə də risalələrdəki hikmətli sözlərdə axtarılmalıdır. Bədiüzzamanın sözlərinə bəzi yazıçıların izahları ilə cavab verilməsi, yaxud bəzilərinin “risalələrdə bu mövzunun əsli yoxdur, gəlin biz sizə başa salaq” deməsi düzgün deyildir.
Bədiüzzamanın sözləri çox açıqdır. Bədiüzzamanın hər sözündə böyük hikmət var. Hər kəlməsində həqiqət olan bu risalələr Bədiüzzamanın vəfatından öncə nəşr edilmiş, əsərlərdəki hər sözü Bədiüzzaman özü təsdiq edib düzəltmişdir. Hər hansı bir mövzunu anlamaq üçün Bədiüzzamanın bütün bu sözlərindən istifadə edərək orijinal qaynaqlara müraciət etməkdənsə, gəlin bunları yazıçıların fikirləri ilə başa düşün”, “risalələrin yerinə yazıçıların yazılarından faydalanın” demək çox yanlış düşüncə tərzidir.
Bundan əlavə, Bədiüzzamanın sözlərinin doğruluğunu araşdırmaq da olar. Bədiüzzaman əsərlərində seyid olmadığını və bunun da, Mehdi olmadığına bir dəlil olduğunu bildirmişdir. Bədiüzzamanın bütün bu sözlərinə baxmayaraq, onun əslində seyid olduğunu, amma müxtəlif səbəblərə görə bunu gizlətdiyini demək çox yanlışdır. Bu mövzunu araşdırmaq heç də çətin deyildir. Bədiüzzaman Bitlisin Hizan rayonunun İsparit qəsəbəsinin Nurs kəndində anadan olub. Bədiüzzaman əsərlərində bütün ailəsinin kürd olduğunu dəfələrlə qeyd etmişdir. Bütün ailəsi kürd olduğu halda, təkcə Bədiüzzamanın seyid olması mümkün deyil.
Bundan əlavə, əgər bu mövzunu sübut edən hər hansı bir sənəd varsa, bu dəlillər ortaya çıxarılmalıdır. Əgər Bədiüzzamanın sözlərinə və risalələrdə verilən məlumatlara inanılmırsa bu, Bədiüzzaman kimi, yaşadığı əsrin mücəddidi olan böyük İslam alimini “yalan danışmaqda ittiham etmək” mənasını verər. Bu da böyük böhtan olar. Buna görə də, Bədiüzzamanın seyid olduğu halda bu həqiqəti inkar etdiyini deyənlər sənədlərlə bu iddialarını sübut etməlidirlər.
Bədiüzzaman risalələrdə Peyğəmbərimizin (s.ə.v.) hədisini xatırladaraq, seyid olan birinin öz seyidliyini gizlətməsinin qeyri-mümkün olduğunu bu sözləri ilə ifadə etmişdir:
"Seyid olmadığı halda “seyidəm” və seyid olduğu halda “seyid deyiləm” deyənlər, ikisi də günahkar olduğu kimi... hədis və Quranda bu qadağan edilmişdir." (Muhakemat, s. 52)
Bədiüzzaman Səid Nursinin səmimiliyi onun ən üstün xüsusiyyətlərindən biridir. Bədiüzzaman kimi Allah’dan çox qorxan insanın seyid olduğu halda bunu rədd etdiyini demək heç də düzgün deyil. Bədiüzzaman məhkəmələrdə yalan danışmamağı və səmimiliyi ilə tanınır. İstiqlal məhkəmələrində belə, bu xüsusiyyətindən əl çəkməmiş, həmişə düz danışmışdır. Düz danışdığı üçün qarşılaşa biləcəyi heç bir çətinlikdən qorxmadığını bu sözlərlə ifadə etmişdir: “Başım bədənimdən ayrılmadıqca və ya boynuma ip bağlanıb asılmadıqca bu təklifinizi mənə qəbul etdirə bilməzsiniz” (Bədiüzzaman və Tələbələrinin Məhkəmə Müdafiələri, s. 379)
Bundan əlavə, Bədiüzzamanın məhkəmədə seyidliyini rədd etməsi üçün heç bir səbəb yoxdur. Belə ki, bir insanın sadəcə seyid olmağı onun hz. Mehdi olduğuna dəlalət etmir. Bir insanın hz. Mehdi olduğunu deyə bilmək üçün bu şəxsin Peyğəmbərimizin (s.ə.v.) hədislərində və Bədiüzzamanın izahlarında bəhs etdikləri “üç böyük vəzifəni” yerinə yetirməsi vacibdir. Bu vəzifələr İslam birliyini təsis etmək, bu birlik nəticəsində xristian dünyası ilə ittifaq qurmaq, İslam əxlaqını bütün dünyaya hakim etmək və hz. İsa ilə görüşməkdir. Bir insanda bu xüsusiyyətlər təzahür etməsə, o şəxs sadəcə seyid olsa bu onun hz. Mehdi olduğunu göstərməz.
Bura qədər izah edilənlər Bədiüzzamanın ifadə etdiyi bəzi həqiqətləri heç bir dəlil olmadan “şərh etmək, təfsir etmək” adı altında ört-basdır etməyə çalışmağın nə qədər yanlış olduğunu göstərir.
BƏDİÜZZAMAN HƏR ƏSİRDƏ HZ. MEHDİ MÖVZUSUNDAN BƏHS ETMƏYİN VACİB OLDUĞUNU BİLDİRMİŞ, HZ. MEHDİ MÖVZUSUNU GİZLƏTMƏYƏ EHTİYAC OLMADIĞINI AÇIQLAMIŞDIR
Bütün bunlara baxmayaraq, müəyyən şəxslər tərəfindən Bədiüzzamanın əsərlərində geniş yer alan Mehdiyyət mövzusundan açıq şəkildə bəhs edilməsinin yanlış olduğu deyilir. Halbuki Mehdiyyət məsələsi gizlədilməməli, müjdələnməlidir. Hz. Mehdinin gəlişi Peyğəmbərimiz (s.ə.v.) tərəfindən müjdələnmişdir və Peyğəmbərimizin (s.ə.v.) bu mövzuda səhih qəbul edilən çox saylı hədisi var. Peyğəmbərimiz (s.ə.v.) bir hədisində “HZ. MEHDİ İLƏ MÜJDƏLƏNİN. O Qüreyşdən və Əhli Beytimdən olan biridir” (Kitab-ul Burhan Fi Alamet-il Ahir zaman, s.13) sözləri ilə bu mövzunun müsəlmanlar üçün müjdə olduğunu bildirmişdir. Peyğəmbərimiz (s.ə.v.) başqa bir hədisində “Hz. Mehdi zühur edər, hər kəs sadəcə Ondan danışar, Onun sevgisini içər və Ondan başqa heç nədən bəhs etməzlər” (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 33) sözləri ilə hz. Mehdinin zühur edəcəyi dövrdə, hamının bu mübarək şəxsdən bəhs edəcəyini xəbər vermişdir. Peyğəmbərimizin (s.ə.v.) bildirdiyi bu hədislər hal-hazırkı dövrdə reallaşmağa başlayıb. Hamı hz. Mehdidən bəhs edir.
Bədiüzzaman da əsərlərinin yüzlərlə səhifəsini bu mövzuya həsr etmişdir. Əgər Bədiüzzaman bu mövzunun gizlədilməsini və ya oxunmasını istəməsəydi, bu izahları risalələrinə yerləşdirməzdi. Çünki Bədiüzzamanın da dediyi kimi, “gizli olan nəşr edilməz” (Bədiüzzaman və Tələbələrinin Məhkəmə Müdafiələri, s. 187) Lakin Mehdiyyət mövzusunda bunun əksi labüddür. Bədiüzzaman “Hz. Mehdinin zühurunu izah edərək bu mövzunu gizlətməyin düzgün olmadığını bildirmişdir.” Belə ki, risalələr illərdir milyonlarla insan tərəfindən oxunur. Deməli bu mövzu gizli deyil, hamının bildiyi mövzudur. Bədiüzzaman hz. Mehdi haqqında olan sözlərinin birində bu həqiqəti belə ifadə etmişdir:
Bədiüzzaman bu sözləri ilə “hz. Mehdi mövzusundan bəhs etməyin” deyənlərə ən gözəl cavabı verib. Bədiüzzaman hz. Mehdi mövzusunu gizlədin demir, əksinə hər əsrdə və bu əsrdə möminlərin buna ehtiyacı olduğunu bildirmiş və bu mövzunun əhəmiyyətini xatırlatmışdır.