Bosniyanın iqtisadi problemləri necə həll edilə bilər?
ucgen

Bosniyanın iqtisadi problemləri necə həll edilə bilər?

2232

Türkiyə Bosniyaya uzun illərə söykənən yaxınlığını istər siyasi, istərsə də iqtisadi münasibətlərində daima hiss etdirməyə çalışır. Təbii ki, Türkiyənin Bosniya üçün etdikləri ilə kifayətlənmək olmaz. 2011-ci ildə Türkiyə bu ölkəyə birbaşa investisiya qoyan ölkələr sırasında 9-cu yeri tutdu. Bu və digər iqtisadi göstəricilərə əsasən Türkiyənin Bosniya iqtisadiyyatındakı rolunun nə çox zəif, nə də yüksək səviyyədə olduğunu deyə bilmərik.  

Bosniyanın ən çox məhsul ixrac etdiyi ölkələr Almaniya, Xorvatiya, İtaliya, Serbiya, Avstriya və Sloveniya, ən çox məhsul idxal etdiyi ölkələr isə Almaniya, Xorvatiya, Rusiya, Serbiya, İtaliya və Çindir.  Gördüyümüz kimi, bu ölkələr arasında Türkiyə yoxdur. 

Bosniyanın idxal və ixracatında çoxsaylı etnik mənsubiyyət faktorunun və coğrafi mövqeyinin rolu aydın sezilir. Bosniyalı serblər və  xorvatlar ticari əlaqələrində, təbii olaraq, birinciliyi Xorvatiya və Serbiyaya verirlər. Daha sonra isə xorvatlar Almaniya və Avstriya, serblər isə Rusiya ilə əməkdaşlığa üstünlük verirlər. 

Türkiyə və Bosniya arasındakı ticarət həcminin arzu olunan səviyyəyə çatmamasında müxtəlif amillərin təsiri var. Bu amillərin müəyyən bir hissəsi fiziki səbəblərdən qaynaqlansa da, böyük bir qsimi siyasi şəraitə əsaslanır. Eyni zamanda qlobal səviyyədəki iqtisadi inkişafın bütün ölkələrə güclü təsir göstərdiyini də unutmaq olmaz.  

Bosniyanın siyasi baxımdan parçalanması və cəmiyyətin 3 yerə bölünməsi nəticəsində  hər bir cəmiyyət, xüsusilə, xorvat və serblər özlərinə yaxın hesab etdikləri ölkələrlə güclü əlaqələr qururlar. Türkiyənin boşnaklarla əlaqələrini inkişaf etdirmə cəhdlərinə isə “yeni osmanlıçılıq” kimi dəyərləndirilib əngəl olmağa çalışırlar.  

Buna görə Türkiyə təkcə boşnaklarla yaxınlaşma siyasəti yürütmür, Xovatiya və Serbiya ilə də isti münasibətlər qurmağa çalışır. Bununla Türkiyə yeni bir münaqişə təhlükəsinin qarşısını almağa və münaqişə vəziyyəti yaranarsa bütün tərəflərə müraciət edə bilmə məqsədini güdür. Hətta Türkiyənin Xorvatiya və Serbiyadakı iqtisadi rolunun bu məqsədə xidmət etdiyini deyə bilərik. 

Sahibkarların bir ölkəyə sərmayə qoyarkən ilk tələbləri təhlükəsizlik olur. Heç bir iş adamı daxili münaqişə və müharibə riski daşıyan bölgəyə investisiya qoymaq istəmir. Çox təəssüfki,  Bosniyada hələ də bu risk var. Bu addımı atanlar isə ölkənin siyasi vəziyyətindən qaynaqlanan bir sıra mənfi hallarla qarşılaşırlar. Müharibədən sonra meydana gələn struktur problemləri Bosniyanın  iqtisadi vəiyyətinin pisləşməsinə və xarici investisiyaların arzulanan səviyyədə olmamasına gətirib çıxarır. Ölkədəki qeyri-stabil siyasi vəziyyət, struktur islahatlarının zəif gedişatı və qanuni nizamlamaların tətbiqində yaranan çətinliklər xarici investorların Bosniya və Herseqovinaya sərmayə qoymaqdan çəkinmələrinə səbәb olur.

Bu problemin aradan qaldırılmasında isə Türkiyə ilə yanaşı beynəlxalq təşkilatlar da məsuliyyət daşıyır. Onlar siyasi baxımdan parçalanmış Bosniya və Herseqovinanı bu vəziyyətdən xilas edən, ölkənin ehtiyacı olan  siyasi dəstəyi verə bilmirlər. Bosniya və Herseqovina üçün hazırlanan iqtisadi islahatlar və yenidəqurma layihələri gecikdirilir. İqtisadi cəhətdən parçalanmanın ən mühüm göstəricisi ölkədə müxtəlif vahidlərə bölündüyü üçün vahid bazarın olmamasıdır.

Bütün bu maneələrə baxmayaraq Türkiyə boşnaklara daha çox yardım göstərməyin yollarını tapmalıdır. Türkiyə ilə Bosniya və Herseqovina arasındakı köklü tarixə və bəşəri dəyərlərə əsaslanan münasibətlər bunu zəruri edir. Türkiyə bu ölkəyə daha böyük dəstək verməlidir, hətta bu məsələdə Serbiya və Xorvatiyadan daha öndə olmalıdır. Çünki müharibədə böyük zülm görən Bosniya xalqı buna layiqdir. 

İki ölkə arasındakı ticari əlaqələrinin inkişafına mane olan amillərdən biri biri də Türkiyədən qaynaqlanır. Türkiyə son 10-12 ildə iqtisadi cəhətdən böyük uğurlar əldə etdi. Ancaq bu inkişafa baxmayaraq, iqtisadi gücü bir çox Avropa ölkəsindən çox aşağıdır. Türkiyənin iqtisadi vəziyyəti hələ ətrafındakı ölkələri qoruyacaq, onlara böyük iqtisadi dəstək verəcək səviyyədə deyil. 

Bosniyanın ən vacib ehtiyacı iqtisadiyyatını stabilləşdirmək və sağlam təməllər üzərinə oturtmaqdır. Xorvatlara və serblərə dəstək olan ölkələr olduğu halda, boşnakların söykənəcəyi bir ölkə yoxdur. Türkiyə məhdud imkanları ilə yardım göstərməyə çalışır, ancaq bu, kifayət deyil. Buna görə Türkiyə ilə yanaşı digər İslam ölkələri də Bosniyaya dəstək olmalıdırlar. Bir çox müsəlman ölkəsi təbii qaz və neft başda olmaqla, böyük enerji ehtiyatlarına və təbii sərvətlərə sahibdirlər. Lakin bu ölkələr nə Bosniya ilə,  nə də digər müsəlman ölkələri ilə əməkdaşlıq etmədikləri üçün sahib olduqları ehtiyatları lazımi şəkildə dəyərləndirə bilmirlər.

Türkiyənin və Bosniya və Herseqovinanın da daxil olduğu əməkdaşlıq təşkilatının yaradılması gələcəkdə müsbət nəticələr verə bilər. Bu birliyə digər müsəlman ölkələri də daxil olduqda bölgədə iqtisadi canlanma və sürətli inkişaf meydana gələr ki, bu da xorvatlar və serblər üçün də faydalı olar. Əməkdaşlıq nəticəsində qərb ölkələrinin Türkiyə və digər İslam ölkələri ilə həyata keçirdikləri idxal-ixrac əməliyyatlarında və ölkə daxilində heç bir problem yaranmaması istər ABŞ, istərsə də Avropa Birliyində etibar yaradacaqdır. Bununla qərb ölkələrinin Türk-İslam ölkələri ilə həyata keçirdikləri ticarət dövriyyəsi artacaq və daha əvvəl istifadə edə bilmədikləri bütün imkanlar dəyərləndiriləcəkdir.

Adnan Oktarın “Balkah Chronicle”da nəşr olunan məqaləsi:

http://www.balkanchronicle.com/index.php/home/news/buletin-board/bc-special/3254-how-can-the-economic-problems-in-bosnia-be-resolved


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr