Bosniyaya dostluq və vəfa üçün uzanan əl
ucgen

Bosniyaya dostluq və vəfa üçün uzanan əl

450
Ölkələrin başqa ölkələrlə münasibətlərini mənfəətləri və ya təhlükəsizlik prinsiplərinə görə təşkil etdiyi bir dövrdə yaşayırıq. Qaynaqları məhdud, təhlükəsizlik baxımından məsuliyyətli və ağır bir müharibənin yaralarını sağaltmağa çalışan Bosniya bu gün dostluq və vəfaya əsaslanan bir münasibətə ehtiyac duyur.
 
Osmanlının Balkanları tərk etməsindən sonra bosniyalıların bir qismi də onunla birlikdə Anadoluya çəkildi. Əslində bu bir qopma, bir ayrılma deyildi. İstər boşnak mənşəli olsun, istərsə olmasın, Anadolu insanının qəlbində Bosniyaya olan sevgi həmişə var oldu. Məhz bu gün mövcud olan bu əlaqə, aralarında min kilometr olsa da, Türkiyəni Bosniyaya bağlayır.
 
Türkiyə ilə Bosniyanın izlədikləri xarici siyasət hər zaman üçün uyğunluq içində, yaxşı niyyət və yardımlaşma təməlli olmuşdur.
 
Bosniya Herseqovinanı dərindən yaralayan müharibədə Türkiyə Bosniyaya yardım üçün əlini uzadan bir neçə ökədən biri idi. O zamandan bəri də Türkiyə Bosniya Herseqovina iqtisadiyyatının gücləndirilməsi üçün xüsusilə də müharibənin yol açdığı problemlərin həll edilməsi üçün cəhd edir. Türkiyə bu günə qədər Bosniya Herseqovinada yaradılan BMT Müdafiə Gücü, Sülh Sanksiyası Gücü və Sülh Sabitliyi Gücü, 2004-cü ilin dekabrından bəri isə Avropa Birliyi Gücü və NATO Sarayevo Qərargahında  Bosniya Herseqovinada sülhün qorunması layihəsində iştirak etməyə davam edir.
 
Türkiyə Avropa Birliyi qərargahına bağlı olaraq yer aldığı mövqedə din, dil, irq ayrıseçkiliyi etmədən hər təbəqədən boşnak, serb və xorvat üst səviyyəli rəhbərlərlə görüşür, xalqın nəbzini tutur və sülhün davamlılığını təmin etmək üçün müxtəlif fəaliyyətlər göstərir.
 
Türk əsgəri Bosniyada xidmət etdiyi 21 illik müddət ərzində sülhü qorumaq vəzifəsi ilə yanaşı müxtəlif sahələrdə 400-dən çox layihə reallaşdırdı. Bu gün Türkiyənin eyni isti və səmimi münasibətini başqa sahələrdə də görmək mümkündür.
 
Bu münasibətin ən son göstəricilərindən biri Türkiyə Ət və Süd Təşkilatının rəhbərliyinə Bosniya Herseqovinadan ediləcək mal əti idxalı üçün  kontingent açılmasıdır. Türk hökuməti 15 min tonluq bu kontingenti bir istisna olaraq sel fəlakəti yaşayan Bosniya Herseqovinaya dəstək olmaq məqsədi ilə açdı.
 
Şübhəsiz, Türkiyə və Bosniya Herseqovina arasındakı əlaqəni göstərən sadəcə bu kömək deyil. İki ölkə arasındakı ticarət həcmi 2005-ci ildə 143.3 milyon dollar ikən, 2012-ci ildə bu rəqəm 363.3 milyon dollara çatdı. Bu günə qədər türk podratçıları Bosniya Herseqovinada telekommunikasiya infrastrukturunun təsis edilməsindən hidroelektrik stansiyasının inşasına,  körpü, xəstəxana və mənzil inşasına qədər bir çox layihəni tamamladı.
 
Keçən yaz Bosniyada yaşanan sel fəlakətindən sonra Türkiyə dostluq və yardım əlini bir daha buraya uzatdı. BFövqalədə Hal və Təcili Yardım Nazirliyinin hazırladığı və içində qum torbaları, ədyallar, generator və başqa vəsaitlərin tapıldığı yardım vəsaitləri Sarayevo Hava limanına hərbi təyyarələrlə çatdırıldı.
 
İnsan Haqq və Azadlıqları İnsani Yardım Vəqfinin təşkil etdiyi bir təcili yardım və su altı xilasetmə qrupu sel fəlakəti yaşanan Bosniya Herseqovinaya getdi.
 
Türkiyə Beynəlxalq Əməkdaşlıq və İnkişaf Agentliyi sel fəlakətində Bosniyaya ən çox kömək edən təşkilatlardan biridir. Agentlik seldən ən çox zərər çəkən bölgələrdən Jelyezno Polye, Topçiç Plye, Jepçe, Begovhan, Doboy və Doboy Yug bölgələrindəki vətəndaşlara insani yardım vəsaitləri çatdırdı.
 
Agentliyin Bosniya ilə əlaqəsi sadəcə sel zamanındakı yardımlarla məhdud deyil. Bu Bosniya Herseqovinanın inkişaf etməsinə kömək məqsədi ilə bir çox iqtisadi, ticarət, sosial, mədəni layihəni həyata keçirir. Bosniyadakı bütün etnik ünsürlərin bir ayrıseçkilik görmədən faylana bildiyi çox saydakı layihədən bəziləri bunlardır:
 
  • Sarayevo Universiteti Klinik Mərzəzi Uşaq Cərrahiyyə Şöbəsinə urodinamik cihazı təmin edilməsi,
  • Sarayevodan kənarda yaşayan və ali məktəb tələbələrinə xidmət edən tələbə yataqxanasına 300 çarpayı, ədyal və yastıq, 600 ədət kətan dəsti,
  • Gorajda Kanton Xəstəxanasına əlavə binanın inşa edilməsi,
  • Banja Lukada 2000-dən artıq uşağın təhsli aldığı 22 orta məktəbin bağlı olduğu  Banja Lukada məktəbə qədərki təhsil mərkəzinə avadanlıq dəstəyi,
  • Emberiya Düzənliyindəki Biyelina və Yanyada vəqf ərazilərinin əkinçiliyə hazırlanmasına yönəlmiş layihəyə əkinçilik maşınlarının dəstəyi,
  • Bosniya Herseqovina dövlət arxivlərinə aid zərər görən sənədlərin qurtarılması,
  • Bosniya Herseqovina təhlükəsizlik təşkilatının mənsublarına yönəlmiş olaraq təcrübələrin qarşılıqlı paylaşılması, cinayətlə mübarizədə ortaq şüur inkişaf etdirmə və iki ölkə polis təşkilatlarının terminologiyalarında birliyin təmin edilməsi məqsədi ilə tətbiq edilməli təlimin verilməsi,
  • Bosniya Herseqovina Radio Televiziyasının rəqəmsal prosesinin texniki olaraq dəstəklənməsi.
Agentliyin Bosniya Herseqovinaya olan bu dəstəyi və yaratdığı təşkilatlar iki ölkə arasındakı münasibətlərin çox köklü tarixi təməllərə əsaslandığının bir göstəricisidir. Türkiyənin Bosniya Herseqovinaya olan marağı imperial məqsədlərə əsaslanmır. Türkiyə hər şeydən əvvəl Bosniya Herseqovinaya ehtimal olunan yeni bir qarşıdurmanı əngəlləmək və çox böyük çətinliklərlə təmin edilmiş birlik və bütövlüyün qorunmasını istəyir. Bosniya Herseqovinada olan bütün etnik ünsürlər bir arada sülh, hüzur və rifah içində yaşamalıdır. Türkiyə bunu öz vətəndaşlarının sabitliyi, hüzuru və rifahı qədər əhəmiyyət verir.
 
Ankaradan Sarayevaya uzanan bu dost əl bosniyalıları heç bir zaman və heç bir şərtdə yalnız buraxmayacaq.
 
Adnan Oktar'ın The Balkan Chronicleda yayımlanan məqaləsi:
 
 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr