Tampon ərazi suriyalılar üçün təhlükəsiz sığınacaq yeridir
ucgen

Tampon ərazi suriyalılar üçün təhlükəsiz sığınacaq yeridir

2055
 
Müharibələr təkcə hərbi ünsürləri yox, eyni zamanda uşaq, qadın, yaşlı demədən  sadə vətəndaşları vurmağa, şəhərləri yerlə yeksan etməyə, ölkələri məhv etməyə səbəb olur. Zülmün ən böyüyü isə insanların bir-birinə qarşı nifrətlə və sevgisiz şəkildə münasibət göstərməsidir. İnsanın həyat mənbəyi, ruhunun qidası olan sevgi olmasa, hər yeri qəddarlıq və nifrət bürüyər. 2011-ci ilin mart ayında başlayan daxili münaqişə minlərlə insanın ölümünə səbəb olub və məhv edilmiş “ölü şəhərlər” yaranmağa davam edir.
 
Bir tərəfdən,  rejim təyyarələri şəhərləri barel bombaları ilə yerlə yeksan edir, digər tərəfdən də müxtəlif müxalif qruplaşmaların öz aralarındakı ərazi əldə etmək məqsədi ilə münaqişələri davam edir. İndi buna bir də İŞİD-i məhv etmək üçün başladılan beynəlxalq koalisiyanın bombaları əlavə olundu.
 
Suriyada 3 milyondan çox bina uçuruldu, 160 min nəfəri sadə vətəndaş olmaqla 200-dən çox insan həyatını itirdi.
 
Ən az 6 min insana işgəncə verildiyi müşahidə edilir, həmçinin aclıq, susuzluq və sağlıqlarının pisləşməsi isə həyat standartlarını daha da çətinləşdirir.  Əgər düşünsək ki, həyatını itirən sadə vətəndaşların 18 min nəfəri uşaq, 16 min nəfəri qadınlardır, onda ölkədəki faciəvi vəziyyəti daha da yaxşı başa düşərik.
 
Məhz bu dəhşətli vəziyyətdən yaxa qurtarmaq üçün qaçmağa çalışan 10 milyon məzlum suriyalı evlərini tərk etməyə məcbur oldu. Bunların 4 milyona yaxını da xarici ölkələrdə qaçqın kimi sığındı.
 
Suriya ilə 911 km-lik sərhədlə qonşu olan Türkiyə isə təxminən 1,5 milyon qaçqına qapı açaraq onlara sahib çıxdı. Türkiyə bu insanlara hər biri bir rayon böyüklüyündə olan 24 çadır şəhərciyi qurdu, bu müddətdə 3,5 milyard dollar pul xərclədi. Qaçqın sayının isə ilin axırına qədər 2 milyona çatacağı təxmin edilir.
 
Son zamanlarda təkcə İŞİD hücumlarından qaçan 170 min suriyalı qısa müddətdə Türkiyəyə sığındı. Hətta bunların 138 min nəfəri 2-3 gün ərzində köç edərək ölümdən xilas olmaq üçün qaçıb gəldilər.
 
Bu rəqəm Avropanın 3,5 ildə qəbul etdiyi qaçqın sayına bərabərdir. (Çətin vəziyyətdə qaldıq deməmək üçün nəzakətlə) Suriyadan 2 milyona yaxın insan can hayı ilə qaçarkən onları sərhəddə gözlətmək düzgün deyil. Çünki onlar ölə bilərlər. Eynilə, sərhəd belə nəzarətsiz vəziyyətdə olarkən gələn insanları yoxlamaq çox çətindir. Əgər gələnlər arasında beynəlxalq terror cinayətkarı varsa, bu şəraitdə onları ayırd etmək də mümkün deyil. Ölkəyə daxil olan insanlar yenidən Suriyaya qayıtmaq istədikdə də kimin nə üçün qayıtmaq istədiyini müşahidə etmək də çətindir. Beləliklə, oradakı təhlükəli xətt sadəcə ölüm təhlükəsinə deyil, dünyanı da təhlükəyə salan təcavüzkar qrupların ərazidə asanlıqla yerləşməyinə səbəb olur.
 
Münaqişədən, davadan, ölümdən qaçan insanların təhlükəsiz şəraitdə yaşayacaqları bir əraziyə ehtiyacları var. Bu cəhətdən bəşəriyyət üçün ən doğru beynəlxalq qərar Suriyanın Türkiyə sərhədi boyunca təhlükəsiz ərazi yaratmasıdır. Əsəd rejimindən, İŞİD-dən, PKK-dan və digər bütün təhlükəli qruplaşmalardan qoruna biləcəkləri, oradakı xalqın təhlükəsiz yaşayacağı bir sahə yaratmaq ən vacib şərtdir. Beləliklə, BMT-in qərarı ilə yaradılacaq tampon ərazi qərarı ilə milyonlarla insanın təhlükəsiz və dinc yaşayacağı şərait yaranacaq.  Beləliklə, insanlar bütün dünyada sevginin məhv olmadığını, sevginin nifrətə qalib gəldiyini görəcəklər. Deməli, bu bəşəriyyəti rahatladan bir qərar olacaq.
 
ABŞ Baş Qərargah Rəisi Dempsey tampon ərazinin bir nöqtədə bir ehtimal olacağını, ancaq davam edən aksiyanın bir parçası olmadığını bildirir. ABŞ Konqresinin Xarici İşlər Komitəsinin nümayəndəsi və cumhuriyyətçi vəkil Adam Kinzinger isə Suriya –Türkiyə arasındakı sərhədə ziyarətindən sonra Suriyada insani səbəblərə görə uçuş üçün qadağa edilən ərazi elan edilməli olduğunu bildirir. Təcili olan da elə budur. İndi artıq suriyalılara sevgimizi, şəfqətimizi, zalımlara da dünyanın sahibsiz olmadığını göstərməyin vaxtıdır.
 
Adnan Oktarın Arabian Gazettedə nəşr edilən məqaləsi:
 
PAYLAŞIN
logo
logo
logo
logo
logo