Hörmətli Adnan Oktarın yeni şərhləri (11 dekabr 2015-ci il; 10:00)
ucgen

Hörmətli Adnan Oktarın yeni şərhləri (11 dekabr 2015-ci il; 10:00)

1664

NƏFSƏ TABE OLMAQ, ÖZÜNÜ YAXŞI GÖRMƏK İNSANI DƏLİ EDƏR, TƏNQİD BU XƏSTƏLİYİ DÜZƏLDƏR VƏ ADAM MƏQBUL, ƏSASLI, MÜVAZİNƏTLİ BİR İNSAN HALINA GƏLƏR

Tənqid edilməzsə nəfs insanı ruhi xəstə edər, dəli edər. Özünü də, başqasına da tənqid edəcək. Bunu etdiyində çox müvazinətli, tutarlı, normal, məqbul bir insana çevrilir. Ruhi xəstəliyi varsa üstündən gedir. Dəlilik gedir, təcavüzkarlıq gedir. Manyaklığı, uyğunsuzluğu, özünə əzab verməsi ortadan qalxır. Əks təqdirdə məsələn, mən baxıram bəzi gənc qızlara, çöldə demək olar ki, hər gün ağlayırlar. Hər gün bir gərginlikləri var. Ağlamağı çox normal bir şey görür. Biri bir şey söyləyir ağlayır, bir şey danışır ağlayır. Son dərəcə bədbəxt, hər gün gərgin. Tənqid et özünü, başqası da tənqid etsin. Bəla üstündən getsin. Hüzur içində yaşa. Normal ağlı başında bir insan ol. Niyə qaçırırsan bu imkanı?

 

İNSAN QURANDAKI GÖZƏL ƏXLAQ XÜSUSİYYƏTLƏRİNİ YERİNƏ YETİRDİYİNDƏ AĞILLI OLAR, GÖZƏLLƏŞƏR, ƏSASLI HALA GƏLƏR

Quranda Allah insanın normal ağılda olmasını təmin edəcək çox gözəl sirlər vermişdir. Məsələn, özünü Allaha həsr etməsi bütün əxlaqsızlığı ortadan qaldırır, anormallığı ortadan qaldırır. Məsələn, təvəkküllü olması özünə etdiyi əziyyəti ortadan qaldırır. Yəni təvəkkül etdikdə bədəninə etdiyi bütün əziyyət ortadan qalxır. Səbirli olduğunda hər kəslə dost olur. Yəni səbirli olduğunda düşmən olduğu, ayrıldığı heç kim qalmır. Vəfalı olduğunda hər kəsin sevəcəyi bir şəxsiyyət olur. Özünü tənqid etdiyində ağlı yerinə gəlir. Başqasını tənqid etdiyində də tamamilə belə məqbul, əsaslı bir insan halına gəlir, sevilən bir insan halına gəlir. Bu sirlər Quranın içinə qoyulmuş. İnsanlar da bunları oxuyub keçirlər. Sanki hər hansı bir şeymiş kimi gəlir. Halbuki, bütün bu tətbiqlər edildiyində insan ağıl tarazlığının  mükəmməl hala gəldiyini bilmir. Bir çox insan bilmir. Zənn edir ki, özündən olur. Halbuki, o hökmləri etdiyi üçün ağlı yerinə gəlir. Yoxsa havalanar və dəli olduğundan xəbəri belə olmaz. Anormal olduğundan xəbəri belə olmaz.  Allahın bir sirri var. Məsələn, ağıl əldən alındığında, həmin şəxs ağlının əlindən alındığından xəbəri belə olmaz.  Ağıl geri verildiyində də xəbəri olmaz. Anlamır. Yalnız normal, məqbul, əsaslı bir müsəlman halına gəlmiş olur.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr