ADNAN OKTAR: Fəth surəsi, 11. "Bədəvilərdən geridə qalanlar", yəni İslamı təbliğ etməkdən, dini yaymaqdan geridə qalanlar, "sənə deyəcəklər ki: "Bizə mallarımız və ailələrimiz mane oldu". Bədəvi demək; hanzolar, yəni belə cahil, mədəniyyətsiz, elmsiz, xam, kobud insanlar. "Bu İslamı yaymaqdan, Allah yolunda cəhd etməkdən geri qalanlar, sənə deyəcəklər ki, bizə mallarımız, ailələrimiz mane oldu". Niyə sən deyirsən İslamı yaşamırsınız. Müsəlmanlarla birlikdə olmursunuz. "Ticarət edirik" deyir. "Axşama qədər ticarət işi, çeklər, sənədlər, heç vaxtımız olmur" deyir. Başqa? Bir də ailəmiz başımızı qatır. Xanımına kürk alacaq, oğluna ayaqqabı alacaq, mən bunlarla məşğul oluram", deyir. Allah onu onun içərisində boğur onsuz da. Yəni bütün vaxtını alacaq vəziyyətə gətirir Allah. Onsuz da mala və oğlunun içərisinə soxur. Onsuz da Allah Qurana, İslama, xidmətə niyyəti olmadığı üçün, Allah onu, o sistem içərisində boğur. "Bundan ötrü bizim üçün bağışlama dilə". Bir də bizə bağışlanma istə deyirlər, üzr bəyan edirlər. Yəni biz bunu edirik, amma məcburuq. Müəyyən mal qazanmağımız lazımdır, uşaqlara baxırıq. Ona görə, bizə dua et, deyirlər. "Bağışlanma dilə" deyirlər. "Onlar ürəklərində olmayan şeyi dilləriylə söyləyirlər". Çünki bunlara İslamı, Quranı yaysanız, sizə 100 milyard verəcəyik desən, nə malı, nə o ailəsi, nə bir şeyi vecinə alar. Dəlilər kimi gecəli gündüzlü. Yəni belə bir iş görəcəyik; adama gedib bir şirkətin təqdimatını edəcəksən desən, sənə 100 milyard verəcəyik. Ayda 100 milyard alacaqsan desən, adam gecəsini gündüzə qatar, edər. Yəni bir çox insan edər. Amma Allah üçün et dedikdə nə deyir? "Mallarımız, ailələrimiz mane oldu" deyir və bəhanəsi olur. "De: “Əgər Allah sizə bir zərər yetirmək və ya bir xeyir vermək istəsə, Onun edəcəyi işin qarşısını kim ala bilər? Xeyr, Allah etdiklərinizi xəbər alandır". Məsələn, Allah onu bir xərçəng xəstəsi edə bilər, ani bir enmə meydana gətirə bilər, iflic edə bilər. O zaman nə ailəsiylə bağı qala bilər, nə malıyla əlaqəsi qala bilər. Allah gizlicə bir bəla ilə təhdid edir. "Xeyr, Allah etdiklərinizdən xəbərdar olandır " deyir Allah. "Bir fayda diləyəcək olsa", məsələn, istəsə çox zəngin edər. Sağlam da edər Allah.