A9 TV, 11 yanvar 2018
(“Qadınların olduğu mühitdə kişilər niyə söyüş söyür?” tamaşaçı sualı)
Mənə səlahiyyət versələr mən qanun çıxartdıraram, birbaşa oradakı şəxslərə təhqir hökmünə aldıraram. Bir ildən başlayaraq həbs cəzası və həmçinin yüksək pul cəzası. Yəni cəmiyyət içərisində söyüş söymək ordakı hər kəsə hörmətsizlik deməktir. Hörmətsizlik də cinayətdir. Yəni şəxsi hədəfləməsi şərt deyil ki. Orada söyüş söydümü toplumda nə deməkdir? “Mən sənə hörmət etmirəm” -deyir adam. “Və mən bunu da eşitdirmək istəyirəm sənə” -deyir. “Bu söyüşü eşitdirmək istəyirəm” -deyir. Bu, əslində təhqir əhatəsinə alınmalıdır. Cəmiyyət içərisində söyüş söyüldükdə bilavasitə təhqir hökmünə alınmağı lazımdır. Küçədə söyüş söymək nə deməkdir, bir gənc qızın yanında söyüş söymək? Çox böyük tərbiyəsizlik, çox böyük əxlaqi nöqsan, çox böyük vicdansızlıq və zülmdür. İndi xalq nə edə bilər; qınaya bilərsən “tərbiyəli ol, ağlını başına al, hörmətli ol, tərbiyəsizlik etmə” deyilə bilər. Amma bununla kifayətlənməmək lazımdır. Bu, qanun hökmünə alınmalıdır. Cəmiyyət içində söyüş söyüldükdə oradakı hər hansı bir kişinin o kişini şikayət etmə haqqı olmalıdır. Belə bir şey olsun və bunlar asan nəticələnsin. Bunların məhkəməsi ayaqüstü məhkəməsi olsun dərhal bitsin. Yəni həftələrcə, aylarca davam etməsin. Mənim gözəl üzlümün yanında, məsələn, biri söyüş söysə bu mənə təhqir olaraq gələr. Çünki, mənim sevdiyim bir insana adam hörmət etmir və həyasızlıq edir, bu meydan oxumaqdır. Bu, həzm ediləcək bir şey deyil. Oradakı dəliqanlılar da buna biganə qalmamalıdır. Onların ləyaqətinə, şərəfinə də hücum olmuş olur. Tərtəmiz bir xanım qızın yanında adam söyüş söyürsə, demək ki, səni heç yerinə qoyur, eyni zamanda da hörmətsizlik edir. Etdiyini burnundan gətirmək lazımdır. Nə ilə? Qanunla hüquqla.
(“Bütün peyğəmbərlər maddənin sirrini bilirdimi?” tamaşaçı sualı)
Peyğəmbərimiz (s.ə.v) bilir. Əbu Hureyrə (r.ə)-ə, Hz. Ömər (r.ə)-ə, Hz. Əbubəkir (r.ə)-ə, Hz. Osman (r.ə)-ə danışmışdı. Əbu Hureyrə (r.ə), “indi mən iki elm dolu qab aldım birini sizə danışdım, digərini danışsam dəli olduğumu düşünərsiniz. Bir də başımı kəsməyə cəhd edərsiniz” -deyir. “Ən yaxşısı danışmayım” -deyir. Peyğəmbərimiz (s.ə.v) bilir. Digər peyğəmbərlər də Hz. Musa (ə.s) çox zəkalı, çox ağıllı, yaman birisidir. Məsələn, bir quruluş yaradıb, o quruluş, bax, 3500 ildən bəri davam edir. Bu möhtəşəm bir şeydir, bu, özəl bərəkətli bir quruluşdur. 3500 il necə bir təriqət davam edər? Çox qəribədir. Ədalətlə hökm edən bir musəvi topluluq 3500 ildən bəri fəaliyyət halındadır.
Süni sevgilər bəzi gənclərin yalnızlığı seçməsinə səbəb olur, amma yalnızlığı seçməmək lazımdır. Allahı sevib, səni sevəni tapmaq üçün əzm göstərmək lazımdır.
Səbirli olsan, Allaha bağlayaraq sevgini ifadə etsən, Allah səni tək qoymaz, mütləq səni sevəcək insanı göndərəcək. Tək qalmazsan, elə bir şey olmaz. Amma uşaqlar, ümumiyyətlə təkdirlər, təbii ki, gənc qızlar; bu çox acıdır. Hansı gənc qızla danışdımsa, mütləq, amma mütləq 99.99 faizi kişilərin qəddarlığına məruz qalıblar. “Aman aman aman” -deyir “aman sevgimi?” “Ağzım elə yandı ki” –deyir. “Heç güvənə bilmərəm” -deyir. Bu necə bir bəladır? Bu necə bir dəccaliyyətdir heyrət ediləcək bir şeydir. Axırzaman çox şiddətlidir. Yox, bəlkə, min gənc qızdan, yüz gənc qızdan, üçünə-beşinə zərər vurmuş ola bilər dəccaliyyət, amma 99 faizinə zərər vurmuş, bu çox yüksəkdir. Həmişə yanırlar uşaqlar. İnanmır sevdiyinə, gözlərinə inanmır “ola bilməz belə şey” -deyir. Və çox pis təcrübələri var. Bu namərdlik, əclaflıq, vəfasızlıq, sədaqətsizlik dəhşət saçır dünyada.
(2019-cu il prezident seçkilərində MHP və Ak Partiya ittifaqına Büyük Birlik Partiyası də qoşulacağını açıqlayıb. Partiya sədri Mustafa Destici bunları dedi: “MHP və Ak Partiyamızın bu birliyindən, işbirliyindən və yaxınlaşmasından ən üst səviyyədə məmnun olduğumuzu ifadə edirəm. Buna da Büyük Birlik Partiyası bu günə qədər olduğu kimi bu birliyin yanındadır. Və bu birliyə dəstəyimiz davam edəcəkdir. BBP olaraq Türk milliyyətçilərinin mühafizəkarlarla mənəviyyatçıların birliyindən məmnun olduğumuzu və dəstəklədiyimizi, bu işbirliyinin yanında olduğumuzu çox güclü bir şəkildə ifadə edirəm. Hətta bu birliyə Saadet Partiyamızın da qoşulmasını arzu edirəm. İnşaAllah, qarşıdakı günlərdəki zamanda bu birliklər, bu işbirlikləri daha konkret hala gələcək və Türkiyəmiz üçün də çox müsbət nəticələrin əldə olunmasına səbəb olacaqdır”.
Halal olsun mərd insan, əlhəmdülillah. 15-20 dəfə dediyimiz bir mövzudur, Allah duamıza qarşılıq verdi, mükəmməl. Saadet Partiyasından da bunu gözləyirik, israrla deyirik. Amma özəl bir görüş təşkil etmək lazımdır. Bir də bəzi digər partiyalar var onlarla da görüşəcəyik, inşaAllah.
(“Hiyləgər və riyakar insanlara qarşı necə davranmalıyıq?” tamaşaçı sualı)
Adı üstündə hiyləgər deyirsən, yəni məxluq, şeytandan bəhs edirsən. Nə edəcəksən? Qaçacaqsan. Yəni həqiqətən elədirsə, hər şeydə elədirsə, qaçacaqsan. Çirkabla oyun olmaz ki. Heyvan gübrəsini torbaya doldurub gətirib adam stolun üstünə qoyub, “nə edəcəyik?” -deyirsən. Nə edəcəksən? Götürüb zibilliyə atacaqsan, edəcək bir şey yoxdur, çıxıb gedəcəksən oradan. Çirkabla məşğul olunmaz. Hiyləgərdirsə, başına bəladır deməkdir, durduq yerə başına niyə bəla alasan? Hə, amma, məsələn bir dəfə hiyləgər görünümlü bir hərəkət edib, bir dəfə, onu öyrədərsən, başa salarsan, o asandır, çaşıb etmiş də ola bilər, elə bir imic də sərgiləmiş ola bilər. Amma adam xəstəlik halındadırsa, təcrid, birbaşa təcrid edəcəksən, heç danışmayacaqsan.
(Prezident Ərdoğan və MHP lideri Devlet Bahçeli 2019 seçim ittifaqı üçün Beştəpədə bir araya gəldilər. İki liderin görüşü, təxminən, 40 dəqiqə çəkdi. Ərdoğan və Bahçeli ittifaq zirvəsində mediaya səmimi görüntülər verdilər.)
Tayyip hocamı övladı kimi sevir cənab Bahçeli, hiss olunur. Tayyip hocam da onu atası kimi çox sevir, güvənir. İkisi də tərtəmiz vətən övladlarıdır. İkisi də tərtəmiz insanlardır, ikisi də özlərini Allaha həsr etmiş insanlardır. İkisi də min bir əziyyətdən keçmiş insanlardır. İkisi də dəccaliyyətin, bəlanın fərqində olan insanlardır. İkisi də pozitiv, müsbət, məqbul, məntiqli və tutarlı insanlardır, dostluqları çox gözəldir, bağlılıqları çox gözəldir. Allah şövqlərini, səylərini daha da artırsın. Allah uzun ömür, bərəkət versin. Həqiqətə də Allah qoruyur, görürsünüz, maşaAllah.
Gənclərə qızlarla oğlanların çox gözəl dost ola biləcəkləri qısaca izah edilsə, onlar çox gözəl dostluqlar qurarlar
Qızın olmamağı məktəbdə çox çətindir, oğlan-oğlana. Bİr də mənası da qəribədir. Allah əsirgəsin çox pis hadisələr olur elə şeylərdə. Səudiyyə Ərəbistanında filan elədir. Mənim bildiyim, 70-80 faiz səviyyəsində gənclərdə pozulma olur qız-oğlan ayrı olanda. Dilim gəlmir deməyə, siz anladınız, bütünlükdə təxribat olur 70-80 faiz səviyyəsində. Səudiyyə Ərəbistanı filan, hamısı elədir. Bu faciədir, yəni mütləq qız-oğlan qarışıq olmalıdır. Amma qızlara çox hörmət edilməsi lazımdır. Məsələn, məktəblərdə qızları incidirlər, əsəbiləşdirirlər filan, buna heç icazə verilməməlidir. Əslində, köklü, qısa bir təlimlə bu həll olar. Qızlarla oğlanların necə dost ola biləcəkləri heç cür izah olunmur. Halbuki, gənclərə izah olunsa, onlar çox gözəl dost olarlar, çox səmimi dost mühitləri də olar. Heç kim izah etmir, heç izah edən yoxdur. Tamamilə sərbəst buraxılmış vəziyyətdədir. Qızlara qabalıq öyrədilir, qabalıq deyil də hiyləgərlik, bir qisminə. Məsələn, gənclərə də, bir qisminə, hiyləgərlik öyrədilir. Adam bıçaqlamaq, adam döymək, kiçik-kiçik qruplar qurmaq, rüsvayçılıq aşıb-daşır. Halbuki, bir-birilərini sevməyin, dost olmağın, tanış olmağın yolu göstərilsə, mükəmməl dost olarlar və qızları müqəddəs bir əmanət olaraq çox gözəl qoruyarlar. Və qızlar da o məktəblərin möhtəşəm bəzəkləri olarlar. Təzyiqdən başqa bildikəri bir şey yoxdur bəzi insanların.
(PYD-li üst səviyyəli terrorist Rusiya mediasına verdiyi bəyanatda ABŞ-ın sözdə Şimali Suriya Federasiyasını tanıdığını, ancaq rəsmi tanınmanın addım-addım həyata keçəcəyini bildirdi.)
Dediyimi dərhal eləsələr, bu olmaz. Çünki indi praktikada Suriya Dövləti deyə bir şey yoxdur. Yağmalanır. Hamı yağmalayır. PKK yağmalamağa girişib. Əvvəlcə, dövləti bir tanıyaq, höküməti tanıyaq, başını tanıyaq. Azad Suriya Ordusu ləğv edilsin. Yəni Suriya ordusuna qoşulsun. PKK-nı tamamilə bölgədən, yəni sıfırdan siləcək şəkildə əvvəlcədən razılaşma əldə edilsin. Məsələ bitirilsin. Rusiya, İran, Türkiyə birləşərək ondan sonra ümumi seçimlər edilsin. Nə olacaqsa, olsun ondan sonra.
(ABŞ-ın Ankara Səfirliyinin müvəqqəti işlər vəkili Philip Kosnett, Suriya məsələsi ilə əlaqəli olaraq Xarici İşlər Nazirliyinə çağırıldı. Görüşdə Suriya məsələsi gündəmə gəldi. Philip Kosnett-ə ABŞ-ın PYD terror təşkilatı üzvlərinə silahlı təlim verdiyinə görə Türkiyənin narazılığının çatdırıldığı öyrənildi.)
Aylardan bəri deyirik narazı olduğumuzu. Bir insana bir dəfə deyilər. Onsuz da, bunu deməyə ehtiyac yoxdur. Adamlar açıq-açıq edirlər. Orada edilməli olan, otuz dəfə demişəm, Suriya Dövlətini tanımaq, Suriya hökumətini tanımaqdır. O hökumət, o dövlət deyəcək ki, “gəlin bura müdaxilə edin” -deyəcək. “Gəlin” deyəcək, “məni xilas edin. Burada PKK işğalı var, qanunsuzdur” -deyəcək. Bunu NATO da qəbul edər, Bİrləşmiş Millətlər də, bütün ölkələr qəbul edər. Qanuni bir şeydir. Tamamilə təmizləyə bilərik. Amma hal-hazırda Suriya sahibsiz bir ölkə vəziyyətindədir. Qısacası, edəcək bir şey yoxdur. Əvvəlcə, mövzu həll edilməlidir.
(“Saf sevgidən yaradılan bir insan varmı?” tamaşaçı sualı)
Məsələn, Peyğəmbərimiz (s.ə.v) elədir, çox sevgi doludur. Amma çox mərhəmətli, şəfqətli, yəni belə bir insan, həqiqətən, görünməyib. İsa Məsih (ə.s) də elədir. Amma onun, əlbəttə, bir az mələklik cəhəti var. Bildiyimiz kimi insan deyil. Yaradılışı da bildiyimiz insanlar kimi deyil. Mələkliklə insanlıq arası bir xüsusiyyət göstərir. Amma Peyğəmbərimiz (s.ə.v) heyrət ediləcək şəkildə şəfqətlidir. Yəni əmisini öldürən adam gəlir, bağışlayır. Başını kəsməyə çalışan adam olur, bağışlayır. Hamısını bağışlayır, yəni çox şəfqətlidir. Çox nəzakətli bir insandır. Amma, əlbəttə, münafiqlər çox azmış və ondan istifadə etmişlər.
(“İnsanın öz iradəsi varmı?” tamaşaçı sualı)
Daha yaxşıdır öz iradəmizin olmaması. Öz iradəmiz olsa, Allah verməsin, yəni faciə olar. Yəni müstəqil bir varlıq olduğumuzu düşünün. O anda ölərik. Darmadağın olarıq, yəni. Elə bir bədən yaşayarmı heç, qardaşım? Ayaqda durarkən belə ayağımız qanqren olar. Yəni o təzyiqə görədir, dizlərə və ayaq dabanına ağıl almaz təzyiq var. Orada çox rahat qidalanır. Normalda qidalana bilməz. Kapilyar damarların üstünə çıxdınmı sən kapilyar damar ölər. İncə bir şeydir. Yəni insanın yaşamasının heç bir açıqlaması yoxdur. Ürək niyə işləsin durduğu yerdə? Yəni nə əlaqəsi var, nəyə görə, yəni? Tık deyə dayanar. Yox, bir dəfə döyünər, iki dəfə döyünər, yəni getməz. Sinir sistemi niyə belə müntəzəm işləsin və hüceyrələr hər gün trilyonlarla hüceyrəni gedib yoxlayır, xərçəng hüceyrələri tək-tək yox edilir, nəyə görə? Haradan diaqnoz qoyacaq? Diaqnoz qoysa da, niyə müalicə etsin? Necə müalicə edəcək, yəni, nə etsin? Yəni, düşünülsə, yəni Allahın bizi belə başıboş buraxmaması möhtəşəm bir şeydir. O anda ölərik. Elə bir şey olmaz.
(İzmir Seyid Şanlı Məsləki və Texniki Anadolu Liseyində 20 qız tələbə 2 qız tələbəni dəmir çubuqlarla huşlarını itirənə qədər döyüblər. B.G. daha əvvəl də ölümlə hədələndiyini deyib. Təcili yardımla aparıldıqları Ege Universiteti Xəstəxanası təcili servisində gözlərini açan Ç.D. və B.G. özlərinə hücum edən tələbələrdən şikayətçi oldular.)
Hər məktəbdə polis olsun demişdim. Vacib olduğu görünür. Hər məktəbdə ən az 2 polis olsun. Bax, hədələyir, əvvəlcədən deyir. Yəni birdən-birə ortaya çıxmır bunlar. Hədələyəndə, hədələmək çox ağır bir cinayətdir. Çox vacib bir mövzudur. Alıb asayiş şöbəsinə aparacaqlar. Məsələn, 10 gün filan vaxt alsınlar. Qruplaşma halında olurlar, adətən, təşkilat halında. Bunun zarafatı olmaz. Diqqətə almırlar. Bilmirəm, yəni lazımsız bir rahatçılıq var. Məsələn, adam boru ilə, dəmirlə istədiyi kimi döyə bilir. Ancaq bunlar, əlbəttə, sahibsiz bilinən insanlardır. Məsələn, o xanımla əlaqəli tanışlar, mən bir daha deyirəm. Onlar kimlərdirsə, o tanışların telefon nömrələrini tək-tək alsınlar. Biz o xanıma sahib çıxırıq. Yəni bacımız olaraq görürük. Anamız və bacımız olaraq görürük. Ona edilən bir hücumu mən özümə edilmiş kimi qəbul edəcəm. Yəni ona görə də qarşılıq verərəm. Hüquqi, qanuni qarşılığını verərəm. Bacarırlarsa, hər hansı bir şəkildə narahat etsinlər və yaxud telefonla belə narahat etmələri cinayətdir onu deyim. Varmı o xanımın şəkili? O adamlara tək-tək zəng edin. Xanıma yardım olunacaq, polisə, prokurorluğa şikayət edilsin. O bəylərə də vəkillə birlikdə zəng edək. Yəni biz hamilik edirik o xanıma. Anamız, bacımız qəbul edirik. Hər hansı bir söz və yaxud hərəkət bizə edilmiş olaraq qəbul edərik. Şəxsən mənə edilmiş kimi qəbul edərəm. Və bu məni incidər, çox narahat olaram belə bir şeydən, xoşumun gəlməyəcəyi bəllidir. İşimi-gücümü buraxar, qanunla, hüquqla 20 il də olsa, məşğul olaram. Özbaşınalıq istəmirik, sahibsiz görüb təpəsinə çıxmaq məsələsi olmaz. O gənc qıza da eynilə adamlar, mənim gördüyümə görə, bir qrup əmələ gətiriblər, qruplaşmadan istintaq açılsın. Məsələn, neçə nəfərdir bunlar? 5 nəfər, 10 nəfər, hamısı da şəbəkə. Şəbəkə mahiyyətində nəzərə alınsın. Başqa yolu yoxdur, bu qudurqanlığın qarşısına mütləq keçilməlidir. Dəmir çubuqla tələbə döymək nə deməkdir? O tələbələri də izləyək, prokurorluq, məhkəmə mərhələlərində, hamısında izləyək.
Qadınlar mələk kimidirlər, son dərəcə yüksək əxlaqa sahibdirlər. Mükəmməl analiz qabiliyyətləri var. Saniyələr içində yüzlərlə detalı görə bilirlər
Qadınlar çox incə və dərin düşünən, mübarək varlıqlardır, mələk kimidirlər qadınlar. Elə yanlış bilinir xalq arasında. Cinsiyyət orqanı vardır, gedərsən başını aldadarsan, cinsi əlaqəyə girərsən, işin bitəndə də göndərərsən. Bir daha gəlməsə, çəkdiyin şəkilləri də göstərib hədələyərsən yaxud ağzını burnunu qırarsan, belə bilinir. Belə bir şey yoxdur, qadın mələk kimidir, mələyi xatırladır. Son dərəcə yüksək əxlaqa sahibdir, mükəmməl analiz qabiliyyəti vardır, çox incə düşünər, yəni yüzlərlə detalı saniyələr içərisində görər, baxar-baxmaz üzünə baxar belə, sənin nə olduğunu deyər. Hansı cümləni nə üçün qurduğunu, hansı vurğunu niyə etdiyini həmin anda başa düşər. Və çox həssas bir varlıqdır, çox diqqət etmək lazımdır qadına. Adamlar hər tərəfdən çıxılmaz vəziyyətə salıblar -bir yandan xurafatçı, bir yandan kommunist sistem- ikisi də heyvan qəbul edir, böyük bir qismi, əz ki əzəsən düşüncəsində idi. İndi baxaq, edə bilirlərmi?. Bundan sonra icazə yoxdur.
(“Ruh sahibi bir insan qorxarmı?” tamaşaçı sualı)
Qorxar, əlbəttə, qorxmasa Allah qorxusunu da bilməz. Qorxu duyğusu vardır, amma qorxar deyərkən indi iki cür qorxu vardır: adam qorxar qaçar, amma adam qorxar əli ayağı boşalar, darmadağın edər. Məsələn, şir də üstünə gəldisə, qorxar, balasının üstünə gedir adam, amma paramparça edir heyvan. Müsəlman da qorxar, amma qanunla, hüquqla lazım olanı edər. Qorxu adrenalin deməkdir. Yəni həyəcan, qəzab, qəzab-ı şəhanə, məsələn, münafiqə qarşı sən, müsəlmanda nə olar? Qəzab-ı şəhanə olar, lazım olanı edərsən, qanunla, hüquqla.
(“İnsan cənnətə və ya cəhənnəmə gedəcəyini bilə bilərmi?” tamaşaçı sualı)
Cənnətə gedəcəyini bilər, yəni təxmin edər, onsuz da, bilməsə, yaşaya bilməz, çox sıxılar. Cəhənnəmə gedəcək olan da bilməz, çox rahat olar. Yəni o mövzuda rahat olar. Onsuz da, deyirlər gəldiklərində “biz nə etdik ki?” filan deyirlər. Allah sorğu-sual, nə etdiklərini “get özün düşün” -deyir. Sorğu-sual etmir Allah, aldığı kimi cəhənnəmin dibinə atır. Bilməmiş olarmı? Çox yaxşı bilir. Başa düşülməyəcək bir şey yoxdur. Müşriklər də elədirlər, “biz” deyirlər “şirk qoşanlar deyildik, niyə belə oldu?” -deyirlər. “Haradan oldu ki, görəsən?” -deyirlər. Sən hansı ayəyə inandın, həmişə xurafata inanmadınmı, niyə heyrətlənirsən? Allahdan qorxmadın, “Allahın kitabı yetərlidir” -deyildi, amma inanmadın, təbii ki, cəhənnəmin dibinə gedəcəksən.
(“Qadınlara qarşı necə incə davranmalıyıq?” tamaşaçı sualı)
Qadınlar, səmimi deyirəm, metafizik varlıqlardır. Yəni çox incə varlıqlardırlar. Çox diqqətli olmaq lazımdır. Təbii ki, qadına şeytan çox rahat təsir edə bilər, bunu diqqətə almaq lazımdır, əvvəlcə, şeytanın təsirindən xilas etmək lazımdır, onun üçün çox dindar olmasını təmin etmək lazımdır. Allah qorxusu və Allah sevgisi verilməlidir yoxsa şeytan dadanar, onunla əlaqə qurmaq çox çətinləşər, gəlib-gəlib gedər. Gəlib-gəlib gedər, hər zaman əlaqə qopuqluğu olar. Sağlam əlaqə qurmaq çox çətin olar. Çox dindar olarsa, əlaqə qurmaq çox asandır.
(“Yaşlı birini necə xoşbəxt edə bilərik?” tamaşaçı sualı)
Yaşlı birisi sevgini xoşlayar, sevdikləri yanında olmalıdır. Qayğını çox xoşlayarlar. Canlı bir həyat, yəni insandan uzaq tutmamaq lazımdır yaşlıları. Kənarlaşdırmaq təhlükəlidir. Məsələn, bazara aparacaqsan, insanlarla iç-içə etmək lazımdır. Ruh sağlamlığı cəhətdən çox yaxşı olar. Sağlam bir insan yalnız yaşaya bilər, amma yaşlı bir insan üçün bu risklidir, olmaz, yəni çoxluq içində yaşatmaq lazımdır. Uşaqları maraqlanacaq, sevənləri maraqlanacaq. Lazımsız bir varlıq olduğuna dair bir qərara gəlinməyəcək. Dəyərli olduğu anlaşılacaq, Dəyərli olduğunu hiss etdirəcəksən. Allah əsirgəsin, maazAllah, başqa cür ölüm qərarı ala bilər. Ölüm qərarı alsa, ölümü tezləşər, ölər yəni. Çox rahat ölər. Ölməmək qərarı alsa, Allah ömür verər, inşaAllah, müəyyən bir miqdar ona, ola biləcək qədər uzun ömür verər. Amma bir çoxu ölüm qərarı alır, hərkəs maraqlanmayanda. Ölüm, xilas olum deyə fikiləşirlər. Çox günahdır, çox yazıqdır, çox ayıbdır, olmaz.
(Prezidentin Baş müşavri İlnur Çevik “Yeni Birlik”-dəki bugünkü köşəsində bu müzakirəyə işarəd edərək “çözüm sürəcini Hasip Kaplan düşüncəsi bitirdi” -dedi.)
O saç-saqqal təraşını buraxsın, çözüm sürəci deyə bir şey yoxdur. Türkiyəni adam bizə ver deyir, Cənub-şərqi Anadolunu, bu qədər, sözü uzatmağa ehtiyac yoxdur. Versən, bir müddət qan tökmərik deyir, bu qədər. Onsuz da, hal-hazırda Türkiyənin cənub-şərqində adamlar bir dövlət qurmaq üzərədirlər, tez bir zamanda Suriya ilə işbirliyi qurub oranı təmizləmək lazımdır. Bunun xaricində bu hekayələrə ehtiyac yoxdur, “çözüm sürəci” deyə bir şey yoxdur. Bizim istəmədiyimiz bir şey əsla olmaz Türkiyədə. Kənardan-bucaqdan gələnlərə ehtiyac yoxdur. Xeyr dedimi, xeyrdir, bitdi, bu mövzu qapandı.
(Suriyadakı Rus hava bazalarına dünən 13 pilotsuz uçuş aparıtı ilə hücumlar təşkil edilmişdi. Milli Müdafiə Jurnalının Baş redaktoru İqor Korotçenko məsələ ilə bağlı bunları dedi: “Bunun beynəlxalq terror tarixində yeni bir səhifə olduğunu deyə bilərik. PUA-ların son dərəcə uzaq məsafədə göndərildiyini deməliyik. Bu, bütün kəşfiyyat servislərinin diqqətə almalı olduğu bir təhdiddir. Qlobal terror bütün ölkələrə yenidən meydan oxudu. Bugünkü PUA-lar onlarla ölkə tərəfindən istehsal edilir. Militanların digər ölkələrin yardımı olmadan əldəqayrılma bombalarla təchiz edilmiş çoxlu PUA hücumu təşkil edə bilməyəcəkləri son dərəcə aşikardır”.)
İndi sözü uzatmağa ehtiyac yoxdur. PUA-ları havada yox edəcək bir silah düzəltsinlər, məsələ həll olunsun. Hamısını armud kimi salarlar. Havaya bir raket göndərərsən, təkli raket, məsələn, on ədəd PUA varsa, onuna birdən atəş açar, armud kimi hamısını tökər aşağı. Çox sadə bir texnologiya ilə olar bu. İHV nədir? Çox bəsit bir texnoloji təyyarədir, sürəti yavaş, hərəkəti ağır, yəni çox zəif bir silahdır. Onu endirmək dərddirmi? Avtomatik silahla belə olar. Avtomatik silahla güllələsələr, enər aşağı. O qədər dərd etmələrinə ehtiyac yoxdur. Yaxud havanı, göyü yandırarsan. Havaya hər şeylə müdaxilə mümkündür. Oturub mən silahmı təsvir edim?
(“İranı münafiqlərmi qarışdırırlar?” tamaşaçı sualı)
İranı, yəni yeni deyil qarışdırmaq işi. Çox qədimdir. Amma münafiqlər ilk qarışdırma prosesini Həzrəti Adəm (ə.s) dövründən bəri edirlər. Onların vəzifəsidir. Yəni münafiqlik öz-özündən, anidən çıxmış bir şey deyil. Davamlı olaraq Allah tərəfindən yaradılır. Var olan bir varlıqdır. Məsələn, normalda bizdə münafiq çıxmamalıdır. Yəni mühit uyğun deyil. Amma çıxır. Çünki hər cür rahatlıq var, hər cür gözəllik var. Məsələn, Rəsulullah (s.ə.v) dövründə çətinliklər var. Çox böyük çətinliklər var. Ona görə münafiqlər daha rahat uyğunlaşa bilirlər. Daha asandır. Amma burada hər cür rahatlıq var, buna baxmayaraq, münafiq yenə çıxır. O bir möcüzədir, mütləq ki, olur.