Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (1 dekabr 2011, 20.00)

Adnan Oktar: Səba surəsi, 11, şeytandan Allaha sığınıram; "geniş zirehlər düzəlt". Deməli hər dövrdə müdafiə əhəmiyyətlidir. Hazırda tanklar, qalalar həmişə geniş zirehlərlə təchiz edilmişdir, elə deyil? Məsələn, Cənub-Şərqi Anadolu bölgəsində zirehə böyük ehtiyac duyulur, geniş zirehə. "Nizam formaya sal və hamınız saleh əməllər işləyin. Həqiqətən, Mən, sizin etdiklərinizi görənəm (deyə vəhy etdik)". Bu nizamlı formanın meydana gəlməsini yenə Allah yaradar, qulunu vəsilə edər. Allah burada texnologiyaya diqqət çəkir. Texnoloji alətləri görürsünüz, ülgüc kimi texniki hissələr heyrətamiz şəkildə mükəmməldir. Hamısı nizamlı şəkildə meydana gəlir. Məsələn, evdə baxıram televiziya var, Allah yaratmışdır, heyrət içində qalıram. Düşünürəm ki, qələm yaradır, radio yaradır, televiziya yaradır, göstərir bizə. Yəni Allahın varlığının dəlili o qədər aydındır ki. Televiziya yaratmışdır, radio yaratmışdır. Yəni insan hələ də: "Allah vardır, ya yoxdur?" deyir, haşa. Qardaşım, indi sənin qarşında kompyuter yaratmışdır, kran yaradır, su axır oradan. Kranda su yaradır. Hər şey orijinaldır, fövqəladə və möcüzədir. Buna baxmayaraq, Allah inanmayan insanlar yaradır, bu da təəccüblüdür, yəni imtahanın bir tələbidir.