A9 TV, 11 avqust 2015
(Əncirlikdən qalxan Koalisiya təyyarələri Suriya Atmada Nusraya aid bir silah-sursat anbarını vurdu. Silah-sursat anbarının yanındakı evlər də yerlə-yeksan oldu. 25 adam həyatını itirdi. Bir ailədən 10 nəfər həyatını itirdi, həyatını itirənlər arasında uşaqlar da var.)
Türkiyə də buna səbəb olmuş olur. "Gəlin hava limanından istifadə edin" deyir. Adamlar da gedib cinayət törədirlər. Bir də Atmada İŞİD adlı təşkilat yoxdur. Silah-sursat anbarı? Adam dəlidirmi ki, sənə qab kimi sursat anbarı düzəldəcək? Onsuz da sənin oranı vuracağın aydındır. Oraya heç sursat qoyarmı? Hər hansı boş bir binanı vururlar. Amma ətrafında insanlar var, məhəllələr var. Uşaq-muşaq yerlə bir olur. Onlar sursatları mağaralara, ora-bura, yeraltına qoyurlar. Yeraltında hörümçək toru kimi mağaralar düzəltmişlər. Bu səbəbdən sursat olmadığı halda sursat vurduq deyə dünyanı aldatmağın bir mənası yoxdur. Orada 25 məzlum, tifil, uşaq, qadın şəhid edilmiş və Türk hava limanından istifadə edilmişdir. Hava limanından istifadə etdirənlər mənəvi məsuliyyət altındadırlar. Axirətdə hesabını verərlər. Bu, çox böyük günahdır.
Dərhal hava limanlarımızı bağlasınlar. Əncirliyi də xarici təyyarələrin gəlməsinə görə bağlasınlar. Bu qırğın dayansın. Bu nəsillər boyu davam edəcək bir uğursuzluq meydana gətirər. Bu, çox qorxunc bir şeydir. Bunun mənəvi məsuliyyətini kimsə qaldıra bilməz. Bu günaha kimsə ortaq olmasın.
Əlaqəli şəxslər bunun axirətdə hesabını verə bilməz. Bax, Allah "bir adamı öldürmək bütün dünyanı öldürmək kimidir" deyir. Və qarşılığı əbədi cəhənnəm əzabıdır.
PKK alçaq, əxlaqsız, şərəfsiz və namussuzdur. Amerikan imperialistləriylə əməkdaşlıq edirlər. Oradakı bütün Kürd, Türk, Çərkəz, Zaza, kim varsa hamısını Amerikaya məhv etdirirlər. Bunlar namərd və alçaqdırlar. Bir də şərəfsizlər "xalqların tərəfdarıyıq" deyirlər. Amerikaya daima məlumat verirlər. Fotoşəkilləri də var. Əncirliyə, ora-bura komputerlə məlumat verirlər.
İndi şəhid sayı 40-a çatmışdır. 25 idi. Dayanmadan artır. Türkiyəni bu qanın içinə soxmasınlar.
Amerika, PKK-ya ən inkişaf etmiş silahları paylayır
İndi Amerikanın ən son, müasir silahları indi PKK-nın əlindədir. Ən inkişaf etmiş silahları. Öz ordusunda daha yeni paylanan silahlar indi PKK-nın əlindədir. 2014-2015 istehsalı silahlardır. Amerikanı, siz bunlara niyə silah verirsiniz deyə bütün dünyada biabır etməlidirlər. Bu silahların fotoşəkillərini göstərməlidirlər.
Xüsusi Təyinatlı Polislərimizin PKK-lıları həbs edib yerə yatırtması çox normaldır. Bu bütün dünyada belədir
Sən həbs etdiyin adamı necə yerə yatırdarsan? Qardaşım, adamda yüzlərlə fişəng, əl bombaları, bazukalar, roketlər var, hər şey tutulmuşdur. Polis də əllərini qandallayıb yerə yatırtmışdır. Sən necə edərsən? Bodrumda gəzməyəmi aparacağıq? Necə etməliyik? Yerə yatırtmaqdan normal nə ola bilər? Bütün dünyada bu belədir. Adam hücum edər. Ayaqda necə etsin? Başı ilə vurar, hər şey edər. Buradakı hadisələr polisi qorxutmaq, bezdirmək üçündürsə, polis bundan əsla bezməz. Hirsi daha da artar. Amma hüquqi bir səhv varsa, əlbəttə ki, qanun, hüquq nə lazımdırsa etsin. Amma yerə yatırtmaqda bir şey yoxdur.
Almaniya yeni istehsal etdiyi pulemyotları YPG-yə verib müsəlman xalqı üzərində sınatdırır
Almaniya PKK-ya dayanmadan zenit verir, anti-tank raketlər, minalar verir. Yeni çıxardığı pulemyotları YPG-yə verib müsəlman xalqın üzərində sınatdırır. Onların da video filmini istəyir. Almaniya onları silahların müvəffəqiyyətli olduğunu bilmək üçün videoya çəkir, fabrikə göndərirlər. Sınaq edirlər. Silah gücü və mənzil baxımından sınaq edirlər. Bu çox böyük bir əxlaqsızlıq və vicdansızlıqdır. Müsəlmanların böyük bir hissəsi də bunu seyr edir. İnanılır kimi deyil. Üstlərində bir qəflət pərdəsi var. Mən qızı kimlə evləndirsəm? Oğlana gəlinmi tapsam? Uşağın təhsili nə olacaq? PKK-nın dərdi nə, koalisiya təyyarələrinin dərdi nə, sənin dərdin nə? Qardaşım, böyük bir döyüş var. Hər an Türkiyəni işğal edə bilərlər.
Kobani dövründə Almaniya PKK-ya 13 milyon dollarlıq silah verdi. Kitab vermir, elmlə, mədəniyyətlə öyrətməni düşünmür, amma silah verir. Çünki müsəlman əhalisi yox olur.
Gənclik milli şüurla yetişdirilməlidir
PKK-lı qızlar qayaların aralarında yatır. Bizim gənc qızlarımızın böyük hissəsinə necə ər tapacaqları, necə evlənəcəkləri, nə cür iş görəcəkləri, necə mənfəət əldə edəcəyiylə bağlı təhsil verilir. Milli təhsil verilməlidir, milli şüur dərsi verilməlidir. Türk dövlətini yıxmaq üçün qayalarda özlərinə yer tapıb oralarda yatırlar. Müsəlmanların kökün kəsmək üçün cansiperhane cəhd göstərirlər. Bizim milli gəncliyimiz olmalıdır, milli şüurla yetişdirilməlidirlər.
(ABŞ Xarici İşlər Nazirliyinin spikeri Mark Töner tərəfindən verilən izahda, Türkiyə və ABŞ-ın Suriya sərhədində etibarlı bölgə mövzusunda razılaşma yolundakı şərhi yalan hesab etdi. Xarici İşlər Nazirliyi məsləhətçisi Feridun Sinirlioğlunun şərhini yalan saydı.)
Bu necə bir şeydir, biz kimə güvənəcəyik? Amerika başqa cür söyləyir, o başqa cür söyləyir. Feridun müəllim yenidən bir şərh etsin. Bunun protokolu və s. olmalıdır. Onun bunu niyə yalanladığını da anlayaq, yalanlamaqda əsl məqsədi nədir onu da söyləməlidir.
Mən üç ildən bəri söyləyirəm, PKK dayanmadan cənub-şərqdə silahlanır, deyirəm. Müddət deyə bir şey yoxdur. PKK-nın müddətdən anladığı, cənub-şərqin PKK-ya verilməsidir. Abdullah Öcalanın da oraya respublika başçısı olaraq təyin edilməsidir. Bu adamlar Türk millətini nə zənn edirlər?
Hökumət inadına yenidən İdris Naim müəllimi vəzifəyə gətirməlidir. Çox sakit idi, amma PKK-nı buldozer kimi əzirdi. Xeyli yol almışdı, PKK-nı az qala bitirəcəkdi, vəzifədən kənarlaşdırdılar. Bu güc kimdir, haradan gəlir bunun xəbəri anlamıram.
(Şırnak Akdizgin Polis bölməsinə terror təşkilatı PKK tərəfindən hücum edildi, bir əsgərimiz şəhid oldu. Ağrı dağında çıxan qarşıdurmada isə 5 PKK-lı təsirsiz hala gətirildi. Əsgər bağlanılan yolda saman yığınlarının arasında PKK-lıların izinə düşüldü.)
Meşəyə qaçır, "nə badə meşəyə zərər gəlməsin" deyirlər. Olmaz ki. Can itkisinin olmaması lazımdır, meşənin ağacı o qədər əhəmiyyətli deyil, insan əhəmiyyətlidir. Ağacmı, insanmı desək, insan əhəmiyyətlidir, orada meşə fəda edilər, nə lazımdırsa edilər. Meşədə it kimi qısqırtdırarsan, hara qaçacaq? Bu tip əməliyyatlarda əşya qorumaq, farforlar qırılmasın, samana zərər gəlməsin, otlara zərər gəlməsin, belə bir texnika olmaz. "Adam qaçdı" deyirlər, bu adam bir kilometrlik sahə içindədir, deyilmi, onsuz da piyada gedir, avtomobillə getmir, o sahənin içərisində sən onu qısqırtdırarsan. İti tutarmış kimi tutarsan.
Axırzaman və mehdiyyət ilə bağlı yeni hədis şərhləri
İmam Baqir (ə.s): "Qaim İmam Mehdiyə, düşmənlərinin ürəyinə Allah tərəfindən qorxu oyandırılaraq kömək ediləcək". (Kemalud-din, 1-ci cild, 32-ci fəsil, h. 16, səh-603) Hz. Mehdi (ə.s)-dən bir şəkildə qorxacaqlar .
Peyğəmbərimiz (s.ə.v) fərman verdi, buyurdu ki; "Bilin ki, Mehdi bütün elmlərin varisidir, bütün elmləri bilir". (Necmus-Sagib, səh. 193)
Peyğəmbərimiz (s.ə.v) İmam Mehdinin köməkçilərini tanıdarkən belə buyurdu, fərman verdi: "Onlar imamlarına itaət etmə mövzusunda çox qeyrətli, çalışqandırlar. (Yevmul-Halas, səh. 223)
Mehdi tələbələri miniklərinin üzərində Allahı təsbeh edərlər. (Bihar-ül Envar, 52-ci cild). Yəni vasitələrində dayanmadan Allahı təsbeh edərlər.
İmam Sadiq belə buyurmuşdur; "İmam Mehdinin sevdikləri çöldə Həzrətin ətrafında pərvanə kimi fırlanarlar, öz canları ilə onu qoruyarlar. (Bihar-ül Envar, 52-ci cild, səh-308). Deməli, tələbələri, onun ətrafında pərvanə kimi dolanacaq onu qoruyacaqmışlar. İnşaAllah, Mehdiyə tələbə olaram.
Mehdi və tələbələri, onlar Allah yolunda şəhid olmağı arzu edərlər (dua edərlər). (Bihar-ül Envar, 52-ci cild, səh-308) Açıb baxsınlar, Allahdan həmişə şəhadət istəyərlər, şəhid olmaq üçün dua edərlər, deyir.
İmam Əli Keremullahi Vəchə onları tanıdarkən belə buyurmuşdur: "Onlar yuvalarından çıxmış aslanlar kimidirlər, istəsələr dağları yerindən sökərlər". (Yevmul-Halas, səh. 224)
"Mehdi və tələbələri, onlar səbirlərinə və dözümlərinə görə Allaha minnət etməyə cəhd edən kəslər deyildirlər. Canlarını Allah yolunda fəda etməyə görə qürurlanmazlar" deyir. (Yevmul Halas, səh-224) "Biz bu qədər çətinliyə girdik, Ya Rəbb, bu qədər ağrılar çəkirik bunu bil" kimi, belə bir üslub içində deyildirlər, deyir, Əstəğfirullah.
İmam Əli Kərəmullahi Vəchə belə buyurdu: "Mehdi tələbələri, onların ürəkləri birdir, bir-birləri ilə razılaşarlar". (Yevmel-Halas, səh-223)
"Mehdi zamanında möminlər zülmün şərindən və fəsaddan qaçıb sığınacaq bir yer tapa bilməyəcəklər" (İkdud-Durer, səh-73) Hadisələri görürsünüz.
İmam Sadiq (ə.s) deyir ki: "Əgər Süfyanı görsən, insanların ən alçağını görmüsən deməkdir" (Kemalud-Din, 2-ci cild, 57-ci fəsil, 10-cu hissə, səh-557) Yəni hz. Mehdi (ə.s)-ın mübarizə apardığı əks sistem.
Esbağ ibn Nebate deyir ki, Əmirəlmöminin hz. Əli (ə.s), hz. Mehdi (ə.s) haqqında danışarkən belə buyurdular: "O (MEHDİ)nin ZÜHURUNDAN ƏVVƏL, CAHİLLƏR, "ALLAHIN ALİ-MƏHƏMMƏDƏ EHTİYACI YOXDUR" DEYƏCƏKLƏR" (Kemalüd-Din, 1-ci cild, səh-302)
Yəni "hz. Mehdi (ə.s)-a ehtiyacı yoxdur deyəcəklər" deyir. (Kemalüd-Din, 1-ci cild, səh-302)
"Qaim Allahu Təala onun (Mehdinin) ömürünü uzadacaq, sonra öz qüdrəti ilə onu qırx yaşından daha gənc görünüşlü olaraq aşkar edəcək" (Kemalüd-Din, 1-ci cild, səh-305) Yəni yaşca böyük olmasına baxmayaraq, 40 yaşındaymış kimi görünəcək. Məsələn, 60 yaşında, 70 yaşında və yaxud başqa cür bilmirəm. Gördüyümüzdə anlayacağıq.
Hz. Mehdi (ə.s), fərdi fikirlər Qurani-Kərimin qabağına keçdiyində də, düşüncələri Qurana doğru istiqamətləndirəcək və onu cəmiyyətə hakim edəcək. (Nehc'ul Belağa, Xütbə 138)
(Respublika başçısı Ərdoğanın "Həll müddəti soyuducudadır" sözlərinə istiqamətli)
Əslində həll müddəti betona basdırmalıdır. Dövlət silahı da gedib sıxışdırıb zorla almalıdır. Elə bir şeyi adamdan gözləsən olmaz. Zorla alacaqsan. Bunun üsulu budur. "Müsadirə", bax, məhkəmə qərarında belə "müsadirə" (əl qoyma) deyilir. Adama" Cənab zəhmət olmasa, silahını verərsənmi? Betona basdırmaq istəyirik, uyğunsa, basdırarsınızmı?" desən, adam sənə gülər. Amma adamın üstünə getsən, diz çökdürərsən, əlindən silahını alarsan, qandalı taxar, onu həbsə göndərərsən. Silahını da alıb dövlət inventarına keçirərsən. Niyə betona basdıraq? Əsgərə paylayarıq, təhlükəsizlik orqanlarına paylayarıq.
Atmada müsəlman xalqı bombalayan təyyarələr Türkiyədən qaldırıla bilər, xalqımız bu mövzuda səhv məlumatlandırılsa, günahın dərəcəsi daha da artar.
"Bu gün hücumda qalxan təyyarələr Qatar və Küveytdən qalxanlardır" deyir. Hər vəziyyətdə Türkiyə etiraz etsin. Bir də bu adamların sağı-solu müəyyən olmaz, çox diqqət yetirilməlidir.
Bu adamlar bu təyyarələri Türkiyədən qaldıra bilərlər. Türkiyəni aldada bilərlər. "O təyyarələr bu təyyarələrdir" demir ola bilərlər. Zibil kimi təyyarə gəldi. Həmişə Türkiyədən qalxırlar, bir şeylər edirlər. Bunlara nəzarət edilsin. Alçaq PKK-lılar dayanmadan radiyo ötürücüdən məlumat verirlər. Telefonla, kompüterlə məlumat verirlər, koordinat bildirirlər. Onlar da gəlib müsəlmanları bombalayırlar. PKK bölgədə müsəlman qoymadı, hamısını bombalatdı. Bir tək PKK-lılara həyat haqqı verirlər. Bu böyük bir fəlakətdir, lazım olan edilsin. Amerikanın sözünə inanmasınlar.
Amerikan dərin dövləti "Bizə müsəlman öldürmək ucuz gəlsin" kimi əxlaqa uyğun olmayan bir məntiqlə Əncirlik Hava Bazasından istifadə etmək istəyir, buna icazə verməyək
Amerika dərin dövləti çox arsızdır. Deyir ki, təyyarələr Qatardan qalxanda, çox benzin xərclənir, bu da bizə baha başa gəlir. Müsəlman öldürmə bizə pulsuz gəlməlidir, ucuz gəlməlidir. Onun üçün Türkiyədən vurmaq istəyirik deyirlər. Yəni Amerika pulumuz getməsin, adam öldürmə ucuz gəlsin, asan gəlsin, az pulla adam öldürək, biz bunu istəyirik, deyir. Sizə dərdimizi izah edə bilmədik, deyirlər. Onun üçün təyyarələri bura gətirdilər. Bunları bura soxmayaq. Təyyarələrini göndərək. Səhv bir şey edilir. Böyük günaha girmiş ola bilərlər. İndi məsələn, vurdular, təyyarələr başqa yerdən gəldi, deyirlər. Qardaşım, indi biz bununlamı məşğul olacağıq? Təyyarələr Türkiyədən qalxır, bir yerə gedir və geri gəlir, bir şey edirlər. Biz bunları vətəndaş olaraq tək-tək izləmək vəziyyətində deyilik ki.
"İraqın işğalında Türkiyə icazə vermədiyi üçün Amerika təyyarələrinə belə söyləyirlər; "Əgər Türkiyə icazə versəydi, indi İraqın işğalı hələ davam edirdi, icazə vermədiyi üçün döyüş xərcimiz 3-ə çıxdı, ona görə çəkilmək məcburiyyətində qaldıq"
Bax həmişə dərdləri puldur. İraqda 2 milyon müsəlmanı şəhid etdilər. Qadınlara təcavüz etdilər. Gəncləri üst-üstə lüm-lüt yığıb bir-birlərinin üstünə düzdülər. Uşaqların qulağını, burnunu, orasını-burasını kəsib özlərinə boyunbağı etdilər. İraqda 2 milyon şəhid verildi. Çıxıb getdilər. Türkiyə bizə icazə versəydi, daha da yaxşı adam öldürərdik, deyirlər. Ayıb etdiniz, deyirlər. Bizi qınayırlar. Bunları cavablandıracaq adamlar olsun. Bunu vətəndaş olaraq yalnız biz etməyək. Hökumət şərh etsin. Hökumətin şərh edəcəyi bir birlik olsun. Hətta vətəndaşları çıxarıb orada danışdırsınlar.
PKK-nın böyük şəhərlərdə etdiyi apardığı və bomba yığını üçün lazımi tədbirlər görülməlidir
PKK böyük şəhərlərdə geniş miqyasda silah və bomba topladı. Ümid edirəm, MİT izləyir, siyasi şöbə olsun, terrorla mübarizə şöbəsi olsun. Bütün bu silahlara, sursata nəzarət edilsin. Amerikadan ən təhlükəli ağır silahlar verildi. Amerikanın ən inkişaf etdirdiyi çiyində daşınan kiçik zenit silahları verdilər. PKK-nın əlində çoxlu miqdarda var. Onu böyük şəhərlərə də payladılar. Bu böyük bir təhlükədir.
(KCK dünən atəşkəs çağırışı etdi. Kürd problemini silahla həll etmə strategiyalarının olmadığını iddia edirlər. Belə şərh etdilər: "Kürd problemində həll iradəsinin və praktikasının ortaya qoyulmadığı mühitdə silahlardan əl çəkilsin, ya da partizan Türkiyə xaricinə çıxsın düşüncəsində olmaq, döyüşdə israr edəcəyik deməkdir. Həbslərin olmayacağı; polis bölməsi, əsgəri məqsədli anbar və yolların düzəldilməyəcəyi…")
Aydın oldu, bunlar baş qatırlar. Tezliklə anbarlar, polis bölmələri ən inkişaf etmiş şəkildə düzəldilsin, mövcud olanlara iki-üç dəfə çox polis bölmələri hazırlansın və sürətlə düzəldilsin. Əsgər toplanılsın və səfərbərlik elan edib ehtiyatlar əsgərə alınsın. Aydın olur ki, bu adamlar çətin vəziyyətdədirlər. Ağıllarınca belə qoçuluq edirlər. Türkiyəni idarə etməyə çalışırlar.
(Əl Nusra bir neçə gün əvvəl etibarlı bölgədəki qüvvələrini çəkəcəyi barədə şərh etmişdi. Financial Times qəzeti Əl Nusranın bu çəkilməni Türkiyənin tələbiylə etdiyini yazdı. Xəbərə görə Əl Qaidənin bir başqa qolu olan Ahrar-uş Şam da Türkiyənin yaratmaq istədiyi etibarlı bölgəyə tam dəstək olacağını açıqladı. Bölgədəki PYD güclərinə yaxın qaynaqlar isə Suriya qolu Əl Nusranın Türkiyə sərhədi boyunca çəkildiyi Nusra cəbhəsinin boşaltdığı bölgəyə Sultan Murad Tuqayı adı altında Türkmən görünüşüylə Türk əsgərinin girdiyini qarşıya qoydu.)
Bu adamlarda yalançılıq belə yüksək həddədir. "Sultan Murad", niyə ad verməyə ehtiyac duyursan? Girəcəksə, birbaşa Türk əsgəri girər. Sizdənmi çəkinəcəklər? Bu nə sözdür? Bunlar çox dedi-qoduçu, şərəfsiz, ləyaqətsiz, namussuz adamdırlar. Pislik güdürlər. Dedi-qoduçu, əxlaqsızlıq edən məhəllə qadınları kimidirlər, bu əxlaqsızlar da orada fitnə yaratmaqla məsuldurlar. Tamamilə şeytan ordusudur, iblis ordusudur. Gedin müsəlmanları öldürün deyir, gedib şəhid edirlər. Dayanmadan əxlaqsızlıq güdürlər. Bu pisliklər oradan təmizlənmədikcə hüzur olmaz.