Bədiüzzaman Səid Nursinin sözlərindəki mənanı tam anlaya bilmək üçün Ustadın sözlərini bütün olaraq oxumaq və yanaşmaq lazımdır. Bir-birini tamamlayan izahların olduğu bir sözün bir abzasını oxuyub, digər abzasını oxumadan Bədiüzzamanın nə demiş ola biləcəyi mövzusunda şərh etmək isə səmimiyyətə uyğun gəlmir.
Səid Nursi Risaləi-Nur Külliyyatında Hz. Mehdinin (ə) şəxs olaraq hicri 1400-cü ildə gələcəyini, üç vəzifəsinin olacağını, öz zamanında bu üç vəzifənin hamısının birdən reallaşdırıla bilməmiş olduğunu, ancaq Hz. Mehdinin (ə) bu üç vəzifəni tamamlayacağını, özünün Hz. Mehdi (ə) olmadığını ancaq Hz. Mehdinin (ə) öncüsü olduğunu açıq şəkildə bildirmişdir. Ustadın bu sözləri hər hansı ikinci izaha yer buraxmayacaq qədər açıq və dəqiqdir.
Səid Nursi Kastamonu Lahikasında yazdığı "Bəli, bu zaman həm iman və din üçün, həm həyatı ictimai və şəriət üçün, həm hüququ və İslam siyasəti üçün çox əhəmiyyətli bir mücəddid istər." sözündən Mehdilik vəzifəsinin 3 ayrı şəxs tərəfindən tamamlanacağı kimi bir məna çıxmır. Ustad bu zaman deyərkən öz zamanını nəzərdə tutur. Necə ki, o dövrdə yaşayan vəli şəxslər mücəddidlik vəzifəsini yerinə yetirmişlər. Belə ki, ardını oxuduğumuzda, Ustadın bu üç vəzifənin hamısını birdən, axır zamanda zühur edəcək olan Peyğəmbərizin nəslindən gələn Hz. Mehdi Əleyhissalamın yerinə yetirəcəyini söylədiyi açıq şəkildə görünür. Buna görə də Ustadın bu sözünü açıqlayarkən mütləq eyni sözün davamına da diqqət vermək və oxumaq lazımdır. Başqa halda səmimi yanaşma olmayacaq.
Ustad Bədiüzzamanın Kastamonu Lahikasında qələmə aldığı sözün hamısı bu şəkildədir:
Əziz, sadiq, möhtərəm qardaşımız Müəllim Haşmət!
Sənin mücəddid haqqındakı məktubunu heyrətlə oxuduq və Ustadımıza da söylədik. Ustadımız deyir ki:
Bəli bu zaman həm iman və din üçün, həm həyatı ictimaiyə və şəriət üçün, həm hüquq və siyasəti İslamiyə üçün çox əhəmiyyətli bir mücəddid istər. Lakin ən əhəmiyyətlisi hakaiki imaniyəyi mühafizə nöqtəsində təcdid vəzifəsi ən müqəddəs və ən böyüyüdür. Şəriət və həyatı ictimaiyə və siyasiyə dairələri ona nisbətən ikinci, üçüncü, dördüncü dərəcədə qalır.
Rivayatı hadisiyədə təcdidi din haqqında çox əhəmiyyət isə, imani hakaiktəki təcdid etibarıilədır. Lakin əfkarı ammədə, həyatpərəst insanların nəzərində zahirən geniş və hakimiyyət nöqtəsində cazibədar olan həyatı ictimaiyəni İslamiyə və siyasəti diniyə cəhətləri daha çox əhəmiyyətli göründüyü üçün, o adasa ilə o nöqtəi nəzərdən baxırlar, məna verirlər.
Həm bu üç vezaifi birdən bir şəxsdə, yaxud camaatda, bu zamanda olması və mükəmməl olması və bir-birini cərh etməməsi çox uzaq, sanki qabil görülmür. Axırzamanda Əhli Beyti Nəbəvinin (A. S. M.) camaati nuraniyəsini təmsil edən Həzrəti Mehdidə və camaatındakı şəxsi mənəvidə ancaq içdimə edə bilər. Bu əsrdə Cənabı Haqqa həddsiz şükr olsun ki, Risaləi Nurun həqiqətinə və şagirdlərinin şəxsi mənəvisinə, hakaiki imaniyə mühafizəsində tecdid vəzifəsini etdirmiş. İyirmi ildən bəri o vəzifəi kudsiyədə təsirli və fatihənə nəşri ilə çox dəhşətli və qüvvətli zındıka və dəlalət hücumuna qarşı tam qarşılıq verib, yüz minlər əhli imanın imanlarını qurtardığını kırkbinlər adam şahidlik edər.
Amma mənim kimi aciz və zaif bir biçarənin, belə minlər dərəcə həddimdən çox bir yükü yükləmək tərzində, şəxsimi medarı nəzər etməməli deyir və sizə salam edir. Biz də şəxsinizə və oradakı Risaləi Nurla əlaqədar olanlara salam edirik.
Risaləsi Nur şagirdlərindən
Əmin, Bolluğu, Kamil
Göründüyü kimi Səid Nursi bu üç vəzifənin öz dövründə eyni anda, tək bir şəxsdə, ya da tək bir camaatda olmasının çox uzaq bir ehtimal olduğunu, hətta sanki mümkün olmadığını bildirmişdir. Ustadın dediyi də eynilə reallaşmışdır. Necə ki, öz dövründə bu üç vəzifəni özü daxil olmaqla heç kim reallaşdırmamışdır. Ustad, bir zamanlar bu vəzifələri fərqli vəli şəxslər tək cəhətdə yerinə yetirmişlər, bu səbəbdən də bu üç vəzifənin bütününü birdən boynuna götürəcək və həyata keçirəcək olan axır zamanın Böyük Mehdisi ünvanını ala bilməmişlər. Ustad imani mövzularda, II Abdulhəmid siyasi mövzularda, digər vəli şəxslər də fərqli mövzularda vəzifələrini həyata keçirərək mücəddid hökmündə vəzifələnmişlər. Ancaq üç vəzifəni eyni anda yerinə yetirən bir şəxs olmamışdır. Ustad bu mövzu haqqında Emirdağ Lahikasında və Şüalar kitabında belə ifadə edir:
Hərçənd hər əsrdə hidayət edici, bir cür Mehdi və mücəddid gəlir və gəlmiş, lakin hər biri üç vəzifələrdən birini bir cəhətdə etməsi etibarı ilə, axır zamanın Böyük Mehdi ünvanını almamışlar. (Emirdağ Lahikası, s. 260)
"Böyük Mehdi”nin dörd əhəmiyyətli vəzifəsinin və daha əvvəl gəlib keçən kiçik Mehdilər "Böyük Mehdi"nin bəzi vəzifələrini bir cəhətlə (bir baxımdan) icra etdiklərini (yerinə yetirdiklərini) və şəriyyəti Məhəmmədiyəyi (A. S. M.) (Peyğəmbərimizin (s.ə.v.) yolunu, Quran əxlaqını) və həqiqəti furkaniyəni (Quran əxlaqının əsaslarını, həqiqətlərini) və sünnəti Əhmədiyəyi (A. S. M.) (Peyğəmbərimizin (s.ə.v) sünnəsini) əhya ilə (yenidən canlandırma ilə), elan və icra ilə (hər kəsə eşitdirərək və tətbiq edərək), baş komandanları olan "Böyük Mehdi"nin kamali ədalətini (uca ədalətini) və hakaniyətini (haqdan və düzgünlükdən ayrılmayan, doğruluğunu) dünyaya göstərmələri çox məqbul olmaqla birlikdə, çox lazım və zəruri və həyati ictimaiyəi insaniyədəki düsturların (cəmiyyət həyatına aid qaydaların) muktəzasıdır (gərəyidir). (Şüalar, s. 456)
Bədiüzzaman Səid Nursinin Hz. Mehdinin bir şəxs olacağı, hicri 1400-cü illərdə zühur edəcəyi, həm diyanət, həm siyasət, həm səltənət, həm də cihad aləmində işlər görəcəyi və bu vəzifələrin hamısının birdən Hz. Mehdi və camaatında toplanacağı ilə əlaqədar yazdığı onlarla konkret dəlil ehtiva edən sözü mövcud olduğu halda, bir insanın Ustadın sözlərinin yarısını oxuyub, digər yarısını oxumadan öz ağlındakı inanca görə heç bir sübutu olmayan izah gətirməyə çalışması səmimi, dürüst və vicdanlı münasibət olmayacağı çox açıqdır.