Axır zamanın bir başqa müjdəli mövzusu olan Hz. İsanın ikinci dəfə yer üzünə gəlişi mövzusu bəzi insanlar tərəfindən örtbasdır edilərək unutdurulmağa çalışılır.
Halbuki Hz. İsanın ikinci dəfə yer üzünə gəlməsi Quran ayələrində və Peyğəmbərimizin (s.ə.v.) hədislərində iman edənlərə müjdələnilmiş bir gerçəkdir. Bu hədislərdən bəziləri belədir:
“Həyatım əlində olan Allaha and içirəm ki, Məryəm oğlu (İsa Əleyhissəlam)ın ədalətli bir hakim olaraq sizin aranıza enməsi şübhəsiz yaxındır. ” (Sahihi Müslim, 6/532)
“İsa bin Məryəm mənim ümmətim içində ədalətli bir hakim və (rəhbərlikdə) ədalətli bir imam olacaq, xaçı qırıb əzəcək və donuzu öldürəcək… Qab su ilə dolduğu kimi yer üzü barışla dolacaq. Din birliyi də olacaq, artıq Allahdan başqasına tapınılmayacaq.” (Sünen-i İbn-i Mace, 10/334)
Peyğəmbərimizin (s.ə.v.) hədislərində bildirildiyi kimi, bundan iki min il əvvəl Allahın Öz Qatına yüksəltdiyini (Nisa Surəsi, 158) bildirdiyi Hz. İsa axır zamanda yer üzünə təkrar gələcək, Hz. Mehdi ilə birlikdə yer üzündə barışın və dincliyin təmin edilməsinə Allahın iznilə səbəb olacaq. Üstəlik son vaxtlarda yaşanan bir çox hadisə və inkişaf bu qiymətli qonağın zühurunun yaxınlaşdığını da göstərir. (Ən doğrusunu Allah bilir.)
Bu səbəblə yaşadığımız bu qiymətli dövr çox yaxşı qiymətləndirilməli, Hz. İsa gəldiyində peşman olunacaq hər cür rəftar və əxlaqdan çəkinilməlidir. Bu səbəblə səmimi iman edənlərin Allahın bu müqəddəs elçisinin minlərlə il sonra yenidən yer üzünə gəlməsinin nə qədər fövqəladə bir hadisə olduğunu hər zaman gündəmdə tutmaları, bəzi insanlarda ortaya çıxa biləcək zəiflik və şövqsüzlüyə maneə törədilməsi baxımından əhəmiyyətlidir.
Ədalətə, dincliyə, nizama və gözəl əxlaqa həsrət olanların gözlədikləri qurtuluş Allahın izni ilə çox yaxındır. Yaşanan bir çox hadisə bu qurtuluşun yaxınlaşdığının bir əlamətidir.
Bu əlamətlərə şahidlik edən insanlar Allahın iznilə Hz. İsanın və Hz. Mehdinin zühurunun yaxınlaşdığına ümid edə bilərlər. Hər bir əlamət bizə çox müqəddəs bir dövrdə yaşadığımızın xatırladır. Əsrlərdir gözlənilən bu tarixi müjdə-Allahın iznilə- reallaşmaq üzrədir.
Son dövrdə yazılı və vizual mətbuatda İslam Birliyindən daha çox bəhs edilir. Heç şübhəsiz, İslam dinini əslinə çevirəcək, insanların imanına vəsilə olacaq, müsəlmanlar arasında böyük birlik təmin edəcək müqəddəs dövrdə yaşamaq müsəlmanlar üçün çox böyük nemətdir. Bütün İslam aləminin gözlədiyi böyük və müjdəli hadisələrə qarşı maraqsız qalmaq Hz. İsa və Hz. Mehdinin -Allahın iznilə- gəlişlərilə birlikdə bu rəftarı sərgiləyənlər üçün böyük bir utanc ola biləcəyi də unudulmamalıdır. Rəbbimiz Quranda bu müqəddəs dövrü belə xəbər vermişdir:
Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə – yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə – onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, əsl fasiqlərdir! (Nur Surəsi, 55)