Bədiüzzaman Səid Nursi həzrətləri, müsəlman türk millətinin mənəvi şəxsiyyətinə olan inancını əsərlərində bir neçə dəfə vurğulamışdır. Nəcməddin Şahinər "Bilinməyən tərəfləriylə Bədiüzzaman Səid Nursi" adlı kitabında Bədiüzzaman Səid Nursinin müsəlman türk millətinə olan bu inancını yenə Bədiüzzamanın öz sözləriylə belə ifadə etmişdir: 

"Allahu Zülcəlal həzrətləri, Qurani Kərimdə " …ALLAH ONUN ƏVƏZİNƏ ÖZÜNÜN SEVDİYİ VƏ ONU SEVƏN, MÖMİNLƏRƏ QARŞI MÜLAYİM, KAFİRLƏRƏ QARŞI İSƏ SƏRT OLAN, ALLAH YOLUNDA CİHAD EDƏN VƏ TƏNƏ EDƏNİN TƏNƏSİNDƏN QORXMAYAN BİR CAMAAT GƏTİRƏR... " buyurmuşdur (Maidə surəsi, 54). Mən də bu bəyani İlahi qarşısında düşündüm.  BU QÖVMÜN MİN İLDƏN BƏRİ ALƏMİ İSLAMIN BAYRAQDARLIĞINI EDƏN TÜRK MİLLƏTİ OLDUĞUNU BAŞA DÜŞDÜM." (Nəcməddin Şahiner, Bilinməyən Tərəfləriylə Bədiüzzaman Səid Nursi, səh. 233-234.)

Bu səbəbdən Bədiüzzaman Səid Nursi həzrətlərinin diqqət çəkdiyi Maidə surəsinin 54-cü ayəsi, türk qövmündən çıxacaq olan və axırzamanın ən böyük qütbü əzəmi olan hz. Mehdi (ə.s)-a, Allaha və Peyğəmbərimiz (s.ə.v)-ə hörmət və sevgiylə bağlı olan xas tələbələrinə də işarə edir. Allah ayədə;

“Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah hər şeyi Əhatə edəndir, Biləndir.”(Maidə surəsi, 54) şəklində bildirir.

Görüldüyü kimi Allah, din əxlaqının və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsi səniyyəsinin tərk edildiyi bir dövrə diqqət çəkir. İçində yaşadığımız axırzaman tam olaraq bu vəziyyətin yaşandığı bir dövrdür. Xüsusilə bu əsrdə insanlar din əxlaqından, Peyğəmbərimiz (s.ə.v)-in sünnələrindən uzaqlaşmışlar və iman cəhətdən zəiflik içinə girmişdirlər. Bu səbəbdən də Quran əxlaqının yayılması vəzifəsini boynuna götürən müsəlmanların sayı çox azalmışdır. Bax belə bir dövrdə Allah, səmimi dindar olmaları və cəhdlərindən ötrü cəmiyyət tərəfindən qınanan, İslam dininə qəlbi ilə bağlı, çox dözümlü, Allaha ürəkdən təslim olmuş, İslam əxlaqının dünya üzərində hakim olması vəzifəsini yerinə yetirmə əzminə tam sahib, Allahın sevdiyi bir birlik gətirəcəyini açıq bir şəkildə ifadə edir.