Darvinistlər üçün insanın təkamülü mövzusu həyati əhəmiyyət daşıyır. İllərdir insanlara təlqin etməyə çalışdıqları şey, insanın guya təkamülləşmiş heyvan olduğu yalanıdır. Bu yalanı ayaqda tuta bilmək üçün var gücləriylə səy göstərər, heç dayanmadan ən maraqsız mövzularda belə insanın guya heyvan ataları olduğu düşüncəsini yerləşdirməyə çalışarlar. Bu mövzuda üz tutduqları yalanlar isə heyrətvericidir. Çox vaxt heç əlaqəsi olmayan fosil tapıntıları da, şəkildən şəkilə salınaraq insani varlıqmış kimi göstərilməyə çalışılar. Belə ki, darvinistlər, sonradan çöl donuzuna aid olduğu aydın olan tək bir diş fosilindən Nebraska adamını meydana gətirmiş, bu xəyali insana oxşarın ailəsiylə birlikdə ictimai həyatını çəkməkdə qorxu görməmişlər. Bu təəccüblü səyin ən əhəmiyyətli nümunələrindən biri də uzun zamandır davam etdirilən Australopithecusların insanların guya meymunabənzər atası olduğuna dair iddialardır. Australopithecuslar, soyu tükənmiş meymun növləridir. “Cənub meymunu” mənasını verən bu canlılar, darvinistlər tərəfindən insanların guya ilk meymunabənzər ataları olaraq qəbul etdirilməyə çalışılar. Soyu tükənmiş olmaları səbəbiylə bütün digər nümunələrdə olduğu kimi bu meymun növü də, təkamülçülər tərəfindən fərziyyə vəsaiti olaraq istifadə edilmişdir. Lakin darvinistlərin Australopithecuslar üzərinə qurduqları ssenarilər, digər bütün nümunələrdə olduğu kimi yenə yalana əsaslanır.
Australopithecusların ilk olaraq Afrikada 4 milyon il qədər əvvəl ortaya çıxdıqları və 1 milyon il əvvəlinə qədər də varlıqlarını davam etdirdikləri sanılır. Burada əhəmiyyətlə ifadə edilməli olan gerçək isə, Australopithecusların hamsının, günümüz növlərinə bənzəyən soyu tükənmiş meymunlar olmalarıdır. Hamısının beyin həcmləri, günümüzün şimpanzelərinkiylə eyni və ya onlarınkından daha kiçikdir. Dörd ayaqları üzərində gəzərlər. Əllərində və ayaqlarında günümüz meymunlarındakı kimi ağaclara dırmaşmağa yarayan çıxıntılar mövcuddur və ayaqları budaqlara yapışmaq üçün qavrayıcı xüsusiyyətlərə malikdir. Boyları qısadır (ən çox 130 sm) və eyni günümüz meymunlarındakı kimi erkək Australopithecus, dişisindən çox daha iridir. Kəllələrindəki yüzlərlə təfərrüat, bir-birinə yaxın gözlər, iti azı dişləri, çənə quruluşu, uzun qollar, qısa ayaqlar kimi bir çox xüsusiyyət, bu canlıların günümüz meymunlarından fərqli olmadıqlarını göstərən dəlillərdir.
Australopithecuslar açıq şəkildə meymun növü olmalarına baxmayaraq, darvinistlər tərəfindən iki ayaq üzərində gəzməyi bacaran canlılar olaraq qeyd olunur. Bu bir yalandır, çünki Australopithecuslar ilə əlaqədar olaraq əldə olan fosillərdən bu xəyali ssenarini təsdiqləyən tək bir nümunə belə yoxdur. Bu səbəbdən bu canlılar üzərində təkamül ssenarisi, elmi heç bir dəlilə əsaslanmır.
Darvinistlərə görə Australopithecus cinsinin müxtəlif növləri olsa da, yalnız Australopithecus afarensis (1974-cü ildə tapıldığında dünyaya guya insanın təkamülünün isbatı olaraq təqdim edilən “Lusinin təmsil etdiyi növ) insanın birbaşa atası qəbul edilir. Lakin bəhsi keçən canlının insanın atası sayıla bilməyəcəyi darvinistlər tərəfindən də qəbul edilmiş vəziyyətdədir. Məşhur Fransız darvinist elm jurnalı “Science et Vie”, may 1999 tirajında bu mövzunu üz qabığı etmişdir. Australopithecus afarensis növünün ən əhəmiyyətli fosil nümunəsi sayılan Lusini mövzu edən jurnal, “Adieu Lucy” (Əlvida Lusi) başlığından istifadə edərək Australopithecus növü meymunların insan soyunun atası olmadığını və bu canlıların soy ağacından çıxarılmalı olduğunu yazmışdır.
Dünyada tanınmış təkamülçü paleoantropoloq Riçard Liki də, Lusinin təkamül dəlili olaraq heç bir etibarlılığının olmadığını bu sözlərlə ifadə edir:
Lusinin (Australopithecus afarensis) bir piqmey şimpanze qarışığından başqa bir şey olmadığı çox əzici və qarşı qoyulmayacaq şəkildə ehtimaldır. Meymundan insana keçidə dair fərz edilən dəlillər qane edici olmaqdan həddindən artıq dərəcədə uzaqdır.
Bütün bunlarla yanaşı, Australopithecuslar üzərində görülən işlər nəticəsində təkamülçü Lord Zakermen də, Australopithecusların yalnız sıradan meymun növü olduqları və qətiyyən dik getmədikləri nəticəsinə çatmışdır.
Bu mövzudakı araşdırmalarıyla məşhur digər təkamülçü anatomiyaçı Çarlz E. Oksnard da Australopithecusların skelet strukturlarının günümüz oranqutanlarınınkına bənzədiyi şərhini etmişdir.
1994-cü ildə İngiltərədəki Liverpul universitetindən Fred Spur və qrupu, Australopithecusun skeleti ilə əlaqədar qəti nəticəyə çatmaq üçün əhatəli tədqiqat icra etmişdir. Skeletlərdə, bədənin yerə görə mövqeyini təyin edən “ilbiz” adlı orqan üzərində araşdırmalar reallaşdırılmışdır. Spurun çatdığı nəticə, Australopithecusun insanlarınkına bənzər yürümə şəklinə sahib olmadığıdır.
2000-ci ildə B. G Riçmond və D. S Streyt adlı elm adamlarının reallaşdırdığı və “Nature” jurnalında nəşr olunan tədqiqatda isə Australopithecusların ön qol sümükləri araşdırılmışdır. Müqayisə etməli anatomik araşdırmalar, bu növün indiki vaxtda yaşayan və 4 ayaq üzərində gəzən meymunlarla eyni ön qol anatomiyasına sahib olduğunu göstərmişdir.
Bütün bu dəlillər Australopithecusların bir meymun növündən başqa bir şey olmadığını açıq şəkildə ortaya qoyur. Necə ki, “Lucy” fosilinin kəşfiyyatçıları təkamülçü paleoantropoloq Donald Cohanson və T. D. Uayt, “Science” jurnalına etdikləri şərhdə bu mövzuyla əlaqədar olaraq bunları söyləmişlər:
Australopithecus fosilləri olduqca təfərrüatlı şəkildə araşdırıldı: yürümə formaları, qulaqlarının quruluşu, diş inkişafı nümunələri, uzun və güclü ön qollar, qısa arxa ayaqlar, ayaqlarının forması, kiçik beyinləri, meymuna olduqca bənzəyən kəllələr, çənələri və üzləri. Bunların hamısı Australopithecusların meymun olduğunu və insan ilə heç bir əlaqələrinin olmadığını göstərir. Lusini kəşf edən Donald Cohansonun özü belə bir müddət sonra Australopithecus Africanus (Lusi)nin insanlarla heç bir əlaqəsi olmadığı nəticəsinə çatmışdır.
Xülasəylə, elmi olaraq görülən işlər Australopithecusların insanın xəyali atası olduğuna dair iddiaların hamısını yalanlamışdır. Australopithecuslar meymun növüdür və insanın atası yaraşdırması yalnız darvinistlərin xəyali və saxta nəzəriyyələri üçün istifadə etməyə çalışdıqları ssenaridir.