Keçdiyimiz günlərdə milliyyət.com.tr saytında itlərin təkamülü iddiasına əsaslanan təbliğat xəbəri yer aldı. Xəbərdə bir çox it irqinin 100 il əvvəlki fotoşəkilləri ilə günümüzə aid olanlarla müqayisə edilirdi. İtlərin görünüşlərinə dair kiçik fərqlər guya təkamüllü dəyişikliyə dəlilmiş kimi təqdim edilirdi. Bu yazımızda sözü keçən iddiaların elmi baxımdan etibarsızlığı ələ alınacaq. Bundan əlavə süni cütləşdirmə yoluyla əldə edilmiş it irqlərinin eyni növ içində məruz qalınan mutasiyalar və variasiyanın nəticəsi olduğu detallarıyla açıqlanacaq.
Eyni ailənin fərqli üzvləri
Variasiya, genetika elmində istifadə edilən termindir və “növlərə ayrılma” deməkdir. Bu genetik hadisə, bir canlı növünün içindəki fərdlərin ya da qrupların, bir-birlərindən fərqli xüsusiyyətlərə sahib olmasına səbəb olur. Məsələn, yer üzündəki insanların hamısı təməldə eyni genetik məlumata sahibdirlər, amma bu genetik məlumatın icazə verdiyi variasiya potensialı sayəsində bəzisi qıyıq gözlüdür, bəzisi qırmızı saçlıdır, bəzisinin burnu uzun, bəzinin boyu qısadır.
Təkamülçülər isə, bir növün içindəki variasiyaları nəzəriyyəyə dəlil olaraq göstərməyə çalışırlar. Halbuki variasiya təkamülə dəlil yaratmaz, çünki variasiya, onsuz da var olan genetik məlumatın fərqli uyğunlaşmalarının ortaya çıxmasından ibarətdir və genetik məlumata yeni xüsusiyyət qazandırmaz. Variasiya hər vaxt genetik məlumatın sərhədləri içində olar. Genetika elmində sözü küçən sərhədə “gen hovuzu” deyilir. Bir canlı növünün gen hovuzunda olan bütün xüsusiyyətlər, variasiya sayəsində müxtəlif formalarda ortaya çıxa bilər.
İt müxtəlifliyi növ içindəki variasiyaya gözəl nümunədir. Günümüzün fərqli it irqləri, süni cütləşdirmə və populyasiya dinamikləri kimi genetik mexanizmlərin genetik limitlər daxilində qarşılıqlı təsiri ilə çıxarılmışlar. İt növlərinin içində digərinə görə bir az daha uzun quyruqlu ya da bir az daha qısa ayaqlı cinslər ortaya çıxa bilər, çünki qısa ayaq məlumatı da, uzun ayaq məlumatı da itlərin gen hovuzunda vardır. Amma variasiya bu canlıları başqa bir canlıya çevirə bilməz. Çünki bu cür dəyişim canlının genetik məlumatında artım olmasını tələb edir, lakin variasiyalarda belə vəziyyətdən söhbət gedə bilməz.
Nə var ki, bu genetik həqiqətlərə baxmayaraq bəzi təkamül tərəfdarları fərqli it irqlərini “təkamül müddətinə nümunə” kimi təqdim etməyə davam edirlər. Halbuki fərqli görünüşlərə sahib olsalar da, itlər həmişə it növü içindədirlər.
Canavarlar, çaqqallar, vəhşi itlər və tülkülər kimi müxtəlif növ itlərin (Canidae) ailəsinə aiddir. Bu ailənin ən tanınmış mənsubu olan itin (Canis lupus familaris) insanların əlində artmış 400-ə yaxın bir-birlərindən çox fərqli görünüşlərə sahib irqi var. Ancaq itin balası həmişə it olaraq doğular.
Süni cütləşdirmə - süni seleksiya yeni canlı növü meydana gətirməz
Təbiətdə sərbəst yaşayan canlılar coğrafi məhdudlaşdırma ilə qarşılaşdıqlarında dar populyasiya dinamikası dövrəyə girər. Bir-birindən uzaq coğrafiyalarda fərqli insan irqlərinin müşahidə olunması bunun rəngli və gözəl nümunəsidir. Dərisinin və gözlərinin rəngi bir-birindən fərqli olsa da, üz xətləri və boyları dəyişiklik göstərsə də, yer üzündəki bütün insanlar həmişə insan növünün fərqli variasiyalarıdırlar.
İtlərdə də vəziyyət eynidir. Təbiət şərtlərinə bağlı zəruri cəmiyyət izolyasiyası yaşanmamış ancaq şüurlu olaraq itlər əhliləşdirilib sonra öz aralarında cütləşdirilərək, seçilmiş xüsusiyyətlərin təkrar etməsi təmin edilmişdir. Burada edilən şey “süni seleksiya”dır. Tamamilə şüurlu olaraq həyata keçirilən bu proses genetik variasiya potensialını daraldarkən, eyni zamanda DNT üzərindəki müəyyən mutasiyaların da təkrar edərək davamına səbəb olmuşdur.
Ev itlərinin varlığı insanlıq tarixi ilə birgə seyr edir və tarixin axınında kiçik dəyişikliklərə də uğrayır. İnsan əlində şəkillənən it cinslərinin zaman içində dəyişiklik göstərdiyi isə bilinən genetik həqiqətdir. Aparılan tədqiqatlara görə vəhşi təbiətdə olan boz qurd (Canis Lupus) insanlar tərəfindən əhliləşdirilmiş və əsrlər boyu süni cinslər əldə edilmişdir. Larson və yoldaşları genomlar ilə arxeoloji məlumatların müqayisə edilməsi nəticəsində piramidalar üzərində təsvir edilən it cinslərinin əslində antik olmadığı nəticəsinə gəlmişlər. Qədim Misir şərtlərində, yenə coğrafi və mədəni izolyasiya nəticəsində əldə edilmiş günümüz it cinslərinə bənzər cinslər olduğu nəticəsinə gəlmişlər. Bu araşdırmaya görə, daha əvvəllər antik olduğu düşünülən Yapon akita, Əfqan tazısı, Afrikalı basenji, Avstraliyalı dingo, Çinli şar-pei it cinslərinin zaman içində böyük nisbətdə dəyişikliyə uğradıqları müəyyən olunmuşdur. (Rethinking dog domestication by integrating genetics, archeology and biogeography, Greger Larson et al, PNAS, June5, 2012, vol.109, no. 23, 8881) Çarpaz cütləşdirmə, insan köçləri və Dünya döyüşlərinə bənzər tarixi fəlakətlər, ev it populyasiyalarının dəyişməsində rol oynayan faktorlar olmuşlar.
Bu ailənin təbiətdə sərbəst gəzən vəhşi üzvü “boz qurd”un ən geniş genetik variasiya potensialına sahib olduğu qəbul edilir. Evcilləşdirmə işlərinin də ilk olaraq vəhşi canavarlarla başladığı bilinməkdədir. İnsan və canavarlar arasındakı bu əlaqə isə çox əvvələ əsaslanır. Minlərlə il əvvəlinə aid arxeoloji məskunlaşma yerlərində canavar qalıqları insanlarla eyni mühitdə olmuşdur. (Galibert, F.; Quignon, P.; Hitte, C.; Andre, C. (2011). “Toward understanding dog evolutionary and domestication history.” Comptes Rendus Biologies 334 (3): 190-196. doi 10.1016/j.crvi.2010.12.011)
Təbii mühitdə sərbəst cütləşən canavarların, sahibləri tərəfindən müəyyən xüsusiyyətlərə sahib olması üçün seçilərək cütləşdirilməsi “süni seleksiya”dır. Əldə edilən ev it cinslərinin xüsusiyyətləri mühafizə edilmişdir. Burada şüurlu müdaxilədən söz gedir. Bu cür seçmə genetik variasiya potensialını azaldarkən, mutasiyaların yığılmasına da səbəb olar. Buna görədir ki, saf irqlərdə istənilən fiziki xüsusiyyətlərin əldə edilməsinə baxmayaraq, bir çoxları xəstəliklə doğulurlar. Fino itlərində (kaniş) xərçəng, epilepsi, glokom, omba çıxığı və hipotiroidizm kimi xəstəliklərin çox görülməsinin səbəbi budur.
Mutasiyaların zərərlərinin yaşanan nümunələri
Mops iti
Mutasiyalar və rekombinasiyaların seçilməsi nəticəsində orijinal baş formasının dəyişdiyi irqdir. Başın uzun əksi şaquli olaraq dönmüş və beləcə üz yerə doğru baxar haldadır. Burun və gözlər yuxarı və geriyə doğru yer dəyişdirmiş, üst-çənə də qısalmışdır. Alt çənə isə, üst çənəyə otura bilmək üçün, yuxarı doğru dönmüşdür.
Bunun bir itə edilə biləcək çox ağıllı cəhd olduğunu düşünə bilərsiniz, amma vəziyyəti bir də it baxımından ələ alaq. Üst çənənin qısalmasına baxmayaraq, dərinin çoxu eyni qalmışdır. Uzun burnu örtməyə uyğun olan dəri indi qısa burun üzərindədir. Nəticə olduqca problemlidir və bu dəyişmənin özü dermatit, ekzema kimi dəri problemləri ilə mübarizə aparmaq məcburiyyətində qalınar.
Sallanan qulaq sindromu
Basset, qulaqlarındakı quruluş dəyişmə səbəbiylə sevimli görünən itlərdir. Bunun səbəbi qulaqları dikməyə yarayan əzələlərin zəif olmasıdır. İtlər səsin qaynağını qulaqları köməyi ilə təyin edə bildikləri üçün bu it növü demək olar ki, bu qabiliyyətdən məhrumdur. Ovunu ya da gələcək təhdidləri lazım olduğu kimi təyin edə bilməz. İsti və örtülü qalan qulaqları parazitlər üçün uyğun mühitdir. Qulaqlarını qaşımaq istədiyində isə yalnız özünə zərər vermiş olar. İrəliləyən dövrdə karlıq çox rast gəlinən nəticədir.
Xoloitzcuintle - Tüksüz Meksika iti
Tüksüz olması ilə diqqət çəkir. Mövcud mutasiya dırnaqların da asan düşməsinə səbəb olarkən, dişləri də əksikdir. Tüksüz olmaları soyuğa dözə bilməmələri nəticəsini doğurur. Bu it növü günəş işığından qorunmalı, dəri quruluğuna qarşı tədbir görülməlidir.
Bladhaund - Qan tazısı
Uzun üzü, sallanan qulaqları və qırışıq dərisi ilə xarakterizə olunur. Qan tazısı deyilməsinin səbəbi, qanlı gözləri səbəbiylədir. Çünki göz qapaqları quruluş olaraq xaricə çıxıqdır, buynuzlu qişanı kifayət qədər qorumaz. Dəri problemləri (dermatit), buynuzlu qişa problemləri (ektropion, entropion) omba və bilək oynaq xəstəlikləri, mədə dönməsi və qalxanvarı vəzin az çalışması (hipotiroidizm) bu it növündə sıx görülən sağlamlıq problemləridir.
Pekines
Damağı daha uzundur, diz qapağı çıxığı çox görülür, burun dəlikləri daralmışdır, uzun tükləri və göz içinə doğru böyüyən kirpikləri səbəbiylə gözləri tez-tez cızılmalara və infeksiyalara məruz qalır.
Qalxanvarı vəzi həddindən artıq işləyir. Belə ki, ayağını basdığı qar istidən əriyər. Ancaq həyatda qala bilməsi üçün həmişə böyük miqdarlarda yemək yeməsi əsas şərtdir, əks halda aclıqdan ölə bilər.
Taksa
Mutasiya nəticəsində ayaqları qısadır. Dar tunellərə girə bilməsi ilə faydalı ov itidir. Ancaq təbiətdə, vəhşi həyatda qısa ayaqlar onun üçün mənfi cəhətdir. Maneələrin aradan qaldırılması üçün ətrafından gəzmək məcburiyyətində qalarkən, uzun ayaqlı itə görə daha çox yorulur. Uzun onurğası səbəbiylə disk xəstəliklərinə məruz qalır.
NƏTİCƏ
İnsanlara sadiq yoldaşlıqlarıyla sevilən, fərqli görünüşə sahib it cinslərinin varlığı görüldüyü kimi yeni növlərin meydana gəldiyi mənasını verməz. Yığılan mutasiyalar, süni olaraq insan əliylə seçilən və davam etdirilən xüsusiyyətlər, həmişə eyni növ içində qalmağa davam edər. Cütləşdirmə işlərinə əsaslanan bu proses, yeni genetik məlumatın aşkar edilmədiyi müddətdə növün sabit qaldığına və qalacağına da dəlildir. Bu vəziyyət inəklərdə də bənzər şəkildə yaşanan genetik həqiqətdir. Minlərlə ildir davam edən bu və bənzəri işlər, yeni növün nə təbiətdə, nə də laboratoriya mühitində, heç vaxt ortaya çıxmayacağını göstərir. Yoxdan yaratma yalnız Allaha aiddir.