Yarı insan yarı meymun canlılar heç vaxt yaşamamışdır. Elmi dəlillərin göstərdiyi gerçək, insanın həmişə insan olaraq mövcud olduğudur. Ancaq təkamülçülər bu gerçəyi gizlədər, müxtəlif saxtakarlıqlara müraciət edərək əksini iddia edərlər.
“Bəzi insanlar fosillərin Darvinin həyatın tarixi haqqındakı fikirlərinə dəlil olduğunu zənn edir. Halbuki, bu, tamamilə səhv bir düşüncədir”. (1) (Çikaqo Təbiət Tarixi Muzeyi, Geologiya bölməsinin rəhbəri təkamülçü Dr. David Raup)
Hər hansı bir təbiət tarixi muzeyini gəzən ziyarətçilərin qarşılaşdıqları ən əhəmiyyətli şeylərdən biri, geniş bir təkamül təbliğatıdır. Qarşılarında xəyali rekonstruksiyalar və xəyali əcdadlara aid saxta əl işi sümüklərdən başqa bir şey yoxdur. Təkamül üçün heç bir dəlil meydana gətirməyən canlıların fosilləşmiş kiçik bir parçası balıqdan amfibiyaya xəyali keçidin ən əhəmiyyətli “aralıq forma dəlili” olaraq təqdim edilir. Əslində açıqca Yaradılış gerçəyini dəstəkləyən amma təkamülçülər tərəfindən tərsinə çevrilərək “təkamülə ən böyük dəlil” olaraq təqdim edilən bir qabırğa sümüyü böyük bir qürurla sərgilənir. Bunları araşdıran ziyarətçilərin böyük bir qisimi bu uydurma fosilləri təsvir edən geniş izahlara və verilən latınca adlara baxaraq, aldanıb gerçəklərlə qarşı-qarşıya olduqlarına qane olarlar. Amma əslində buradakı məqsəd, olmayan bir şeyi varmış kimi göstərmək, olmayan bir şey üzərindən təbliğat etməkdir. Və təkamülçülər bu üsulla, bu məqsədlərinə çatdıqlarını hesab edirlər. Çünki muzey ziyarətçiləri bəlkə də, təkamülü dəstəkləyən HEÇ BİR ARA FOSİLİN OLMADIĞINI və -təkamül nəzəriyyəsinin iddiasının əksinə- milyonlarla ildir dəyişməmiş canlıların fosillərinin, sərginin düz altındakı anbarlarda gizlədildiyinin fərqində deyillər.
Əslində təkamülçülərin göstərdikləri səy, nəticəsiz bir səydir. Yer üzündə təkamülü sübut edən heç bir aralıq-keçid fosili tapılmamışdır. Milyonlarla il ərzində yaşadığı güman edilən bu xəyali, qəribə, yarı inkişaf etmiş canlılardan əsər-əlamət yoxdur. Təkamül prosesi yalnızca bir inancdır, darvinistlərin olmasını çox istədikləri bir xəyaldır. Amma fosil qeydləri bu xəyalı reallaşdırmamışdır. Yer üzünün haradasa hər tərəfindən saysız fosil çıxarılmışdır. Amma Darvinin dövründə tapıla bilməyən ara fosillər, hələ də yoxdur. Və tapılması da qeyri-mümkündür. Çünki təkamül baş verməmişdir. Darvinistlər xəyali təkamülə; saxta nəzəriyyələr uyduraraq, xəyali aralıq-keçid formalarını gips və bakelit ilə özləri hazırlayaraq, aralıq formaların sözdə həyatlarını hekayələşdirib təsvir edərək həyat verməyə çalışarlar. Halbuki, bununla heç bir nəticəyə çatmaq olmaz. Şərtlər, Darvin dövründən fərqlidir. Artıq elmi gerçəklər açıqca gün üzünə çıxmaqda, elm Yaradılış gerçəyinin dəlillərini davamlı ortaya qoymaqdadır. Heç bir Darvinist, fosil qeydlərinin yetərsiz olduğunu iddia edə biləcək vəziyyətdə deyil. Elmi məlumatlar və fosil qeydləri qəti gerçəkləri göstərmişdir. Ara fosillərin yoxluğu, artıq təkamülçülərin gizləyə bilməyəcəkləri qədər açıqdır.
Təkamülçülərin bu böyük xəyal qırıqlığını, Kaliforniya Universitetindən D. S. Woodroff, “Science” jurnalında bu şəkildə ifadə etmişdir:
Amma fosilləşmiş növlər, tarixlərinin böyük bir hissəsində dəyişmədən qalmışlar və fosil qeydləri heç bir aralıq-keçid nümunəsi təqdim etmir. (2)
Darvinistlər, ara fosil araşdırması etdikləri laylar üzərində, davamlı olaraq milyonlarla ildir dəyişikliyə məruz qalmamış, heç bir şəkildə təkamül keçirməmiş olan canlıların qalıqları ilə rastlaşırlar. Yaradılış gerçəyinin dəlilləri hər keçən gün milyonları aşmaqda, amma təkamülçülərin böyük bir həvəslə gözlədikləri ara fosillər görünməməkdədir. Məhz bu səbəblə, artıq Yaradılış gerçəyini göstərən dəlilləri ara fosil olaraq göstərməyə belə cürət etmişlər. Milyonlarla il əvvələ aid son dərəcə inkişaf etmiş və kompleks canlıları, müxtəlif təbliğat üsulları ilə öz nəzəriyyələrinə dəlilmiş kimi göstərməyə çalışmaqdadırlar. Qalıqlar üzərində şərhlər edərək, bir quşun son dərəcə inkişaf etmiş və kompleks quruluşdakı qanadlarını inkişaf etməkdə olan qanadlar, bir balığın üzgəclərini isə quruya çıxmağa hazırlanan ayaqlar olaraq tanıtmağa cəhd etmişlər. Sudan quruya keçid üçün Selekantı (Coelacanth), qurudan havaya keçid üçün isə Arxeopteriksi (Archaeopteryx) bu üsullarla təkamül dəlili olaraq önə sürməyə çalışmışlar. Halbuki bu canlıların fosilləşmiş izləri belə canlıların son dərəcə kompleks xüsusiyyətlərə sahib olduğunu göstərməkdə və heç bir aralıq forma xüsusiyyəti təqdim etməməkdədir. Necə ki, təkamülçülərin spekulyasiyalarına məruz qalan bu canlılardan Selekant 1938-ci ildə, yəni fosilləşmiş nümunəsindən təxminən 400 milyon il sonra, canlı nümunəsinin dərin sularda kəşf edilməsi təkamülçüləri tam mənası ilə xəyal qırıqlığına uğratmışdır. Elmi araşdırmalar, bütün xüsusiyyətləri ilə tam bir quş olduğu ortaya çıxan Arxeopteriks üçün də təkamülçülərə bənzər bir məyusluq yaşatmaqdadır. İllərcə qurudan havaya xəyali keçidin ən əhəmiyyətli dəlili olaraq təqdim edilən Arxeopteriks, sahib olduğu qüsursuz uçuş əzələləri, uçuşa uyğun tükləri və mükəmməl qanad quruluşu ilə əlaqədar detalların kəşf edilməsi ilə təkamülçülər bu mövzuda səssizliyə bürünmüşdür.
Təkamülçülərin aralıq-keçid mövzusunda düşdükləri çıxılmaz vəziyyəti gözlər önünə sərən digər nümunələr isə, insanın sözdə təkamülünə dəlil göstərilən Piltdoun və Nebraska adamlarıdır. Aralıq formaların yoxluğu qarşısında yaşadıqları böyük çarəsizlik təkamülçüləri yeni ölmüş bir insanın kəllə sümüyünə oranqutan çənəsi birləşdirməyə, bunu Piltdoun adamı olaraq adlandırmağa və bu saxtakarlığı 40 il boyunca sərgiləməyə qədər aparmışdır. “British Museum”da sərgilənən bu saxta qalıq, sözü gedən yalanın başa düşülməsi ilə tələm-tələsik muzeydən çıxarılmışdır. Nebraska adamı isə, təkcə bir donuz dişindən yola çıxılaraq çəkilmiş saysız xəyali şəkil və rekonstruksiyadan ibarətdir. Təkcə bir dişi nəzərdən keçirən təkamülçülər bunun insanlarla meymunların ortaq xüsusiyyətlərini daşıyan bir aralıq-keçid fosili olduğunu iddia etmiş, ancaq daha sonra bu dişin çöl donuzuna aid olduğu aydın olmuşdur. Məhz bir təkamül muzeyində ziyarətçilərin sözdə “təkamül dəlili” olaraq qarşılaşdıqları fosillər, belə saxtakarca bir məntiqin məhsuludurlar.
Amerikan Təbiət Tarixi Muzeyindən təkamülçü paleontoloq Corc Qaylord Simpson təkamülçülərin aralıq-keçid problemini, bu şəkildə etiraf edir:
Bu, məməlilərin 32 dəstəsi üçün də doğrudur... Hər dəstənin bilinən ən köhnə və ən ibtidai üzvü, onsuz da bütün təməl xüsusiyyətlərə malikdir və heç bir şəkildə bir dəstədən bir başqa dəstəyə davamlı bir keçid sırası göstərməzlər. Əksər halda, aradakı fərq elə kəskin və aradakı boşluq elə böyükdür ki, dəstələrin mənşəyi olduqca spekulyativ və çox şübhəlidir...
Aralıq formaların heç bir şəkildə mövcud olmaması, yalnız məməlilərlə məhdud deyil. Bu, indiyə qədər paleontoloqların sənədləşldirdiyi qədəriylə, demək olar ki, ümumi bir faktdır. Bu vəziyyət, həm onurğalılar, həm də onurğasızlar olmaqla heyvanların demək olar ki, bütün sinifləri üçün etibarlıdır. Həm siniflər üçün, həm ən böyük heyvan filumları, həm də bitkilərin bənzər kateqoriyaları üçün də eyni şəkildə doğrudur. (3)
Bütün bu dəlilsizliyə baxmayaraq, təkamülçülər davamlı “canlılar təkamülləşmişdir” iddiasındadırlar. Bu iddiada, milyonlarla “meydana gəlməsi qeyri-mümkün” olan varlıq vardır. Amma bunların necə olduğu açıqlana bilməyən xəyali bir təkamül prosesində meydana gəldikləri iddia edilməkdədir. Zülalın şüursuz bir mühit içində öz-özünə meydana gəlməsinin qeyri-mümkünlüyü isbat edilmişdir. Amma təkamülə görə bir möcüzə olmuş və zülal təsadüflərin əsəri olaraq meydana gəlmişdir. Hüceyrənin bütün orqanoidləri ilə birlikdə təsadüfən meydana gəlməsi qeyri-mümkündür. Amma təkamülə görə bir möcüzə olmuş və meydana gəlmişdir. Hüceyrə nüvəsi, genlər, DNT, fermentlər və daha saysız kompleks struktur, indiki vaxtda şüurlu müdaxilə ilə laboratoriya şəraitində belə yaradıla bilməməkdədir. Amma təkamülə görə bir möcüzə olmuş və bunların hamısı kor təsadüflərin nəticəsində meydana gəlmişdir. İndi də, təkamülçülər fosil qeydlərində bunların izlərini axtarmaqdadırlar. Ancaq yenə təkamülçülərə görə bir möcüzə olmuş və fosil qeydlərindəki bu izlər silinmişdir.
Bu sistem, bir yerdə çalışmaq məcburiyyətində olan iç-içə bir sistemdir. Biri olmadan digəri ola bilməz. Bir parçası yerində olsa belə, sistemin digər parçaları olmadan bu parça heç bir işə yaramaz.
Qısacası,
BİR ZÜLALIN MÖVCUD OLMASI ÜÇÜN HÜCEYRƏNİN HAMISI lazımdır. Hüceyrə, bu gün araşdırdığımız və çox az bir qisimini anlaya bildiyimiz mükəmməl kompleks quruluşu ilə mövcud olmadığı müddətcə, BİRCƏ ZÜLAL BELƏ YARANA BİLMƏZ.
Təkamüldə məntiq məhz budur: təkamül, milyonlarla meydana gələ bilməzin siyahısından meydana gəlməkdədir. Və təkamülə görə bunlar, kor və şüursuz təsadüflərin əsəri olaraq mövcuddurlar. Allahı inkar edən, fövqəltəbii hadisələri rədd edən darvinizm, nədənsə milyonlarla meydana gələ bilməzin “möcüzə əsəri” mövcud olduğunu iddia etməkdən çəkinməməkdədir. Məhz elmi don geydirilməyə çalışılan təkamül nəzəriyyəsi əslində saysız möcüzədən, təsadüfləri ilah qəbul edən bir inancdan meydana gəlməkdədir.
Təkamül nəzəriyyəsi, tək bir zülalın öz-özünə meydana gələ biləcəyini sübut edə bilməmiş, canlıların təkamülləşdiklərini göstərən heç bir aralıq-keçid nümunəsi verə bilməmişdir. Nəzəriyyə, ən böyük iki dayağı tərəfindən təkzib edilmişdir və böyük bir çıxılmaz vəziyyət içindədir. Bu gerçək, fosil qeydlərindəki ara fosil yoxluğunun örtbas edilməsi və hər keçən gün sayı artan yaşayan fosil nümunələrinin gizlədilməsi ilə ortadan qaldırıla bilməz. Əksinə, dəlilsizlik qarşısında, darvinistlərin saxtakarlıq üsulları növlərə ayırılmaqda və insanlar təkamülün elmi səbəblərlə deyil, tamamilə ideoloji səbəblərlə dəstəklənməyə çalışıldığını çox daha yaxşı anlamaqdadırlar. Darvinistlərin, olmayan aralıq-keçid fosillərini varmış kimi göstərməyə çalışmaqlarının və Yaradılışa dair dəlilləri muzey anbarlarında gizlətməklərinin səbəbi aydındır. Onlar, saysız və qəti dəlillərlə yer üzündə hakim olan Allahın varlığının dəlillərinin fərqindədirlər. Və Allahın varlığına qarşı mübarizə apardıqları üçün bu gerçəyi gizlətməyə çalışırlar. Amma Allah, Öz varlığının təcəllilərini saysız dəlil ilə gözlər önünə sərməkdə və darvinistlərin planlarını davamlı olaraq boşa çıxarmaqdadır.
Məgər kafirlər Bizim, yer üzünə gəlib onu bəzi tərəflərindən azaltdığımızı görmürlərmi? Allah istədiyi kimi hökm verir. Onun hökmünü ləğv edən olmaz. O, tez haqq-hesab çəkəndir. Onlardan əvvəlkilər də hiylə qurdular. Halbuki bütün hiylələr Allaha aiddir. O, hər kəsin nə qazandığını bilir. Kafirlər Axirət yurdunun kimin olacağını biləcəklər. (Rad Surəsi, 41-42)
TƏKAMÜLÇÜLƏRİN YER ÜZÜNDƏ MÖCUD OLDUĞUNU İDDİA ETDİKLƏRİ ANORMAL QURULUŞA SAHİB ARALIQ-KEÇİD FOSİLLƏRİNDƏN BİR ƏDƏD BELƏ YOXDUR
Təkamül nəzəriyyəsi canlıların mutasiyaların təsiriylə guya inkişaf edərək başqa-başqa canlılara çevrildiyini iddia edir. Halbuki, bunun böyük bir yalan olduğunu müasir elm bütün açıqlığı ilə ortaya qoymuşdur. İndiki vaxtda canlıların kiçik dəyişikliklərlə fərqliləşdiklərini göstərən heç bir aralıq-keçid nümunəsi də yoxdur.
Təkamül nəzəriyyəsinin iddiasına görə, yer üzündə yaşayan və keçmişdə yaşamış bütün canlı növləri bir-birlərindən törəyərək ortaya çıxmışlar. Növlərin bir-birlərinə çevrilməsi isə təkamül nəzəriyyəsinə görə, yavaş-yavaş və mərhələ-mərhələ olmuşdur. Bu səbəbdən, bu iddiaya görə iki canlı növü arasındakı keçid dövrünü əks etdirən və hər iki növə aid bəzi xüsusiyyətlər daşıyan bəzi canlıların yaşamış olması zəruridir. Məsələn, təkamülçü iddiaya görə balıqlar quruya çıxıb sürünənlərə çevrilənə qədər mütləq yarı qəlsəməli yarı ağciyərli, yarı üzgəcli yarı ayaqlı növdən bəzi canlıların milyonlarla il boyunca yaşamış olmaları lazımdır. Təkamülçülər, keçmişdə yaşamış olduqlarına inandıqları bu xəyali canlılara “aralıq-keçid forması” adını verirlər.
Əgər təkamül nəzəriyyəsi doğru olsaydı, bu cür canlıların keçmişdə yaşamış olmalı, bunların sayları və növləri milyonlarla hətta milyardlarla olmalı idi. Və bu qəribə canlıların qalıqlarına fosil qeydlərində rast gəlinməli idi. Ancaq bu günə qədər qalıq qeydlərində heç bir aralıq-keçid forması fosilinə də rast gəlinməmişdir. Necə ki, təkamül nəzəriyyəsinin qurucusu Çarlz Darvin, Növlərin Mənşəyi kitabının “Nəzəriyyənin Çətinlikləri” (Difficulties on Theory) adlı hissəsində belə yazmışdır:
“Əgər həqiqətən növlər digər növlərdən yavaş-yavaş inkişaf edərək meydana çıxmışdırsa, nə üçün saysız-hesabsız aralıq-keçid formalarına rast gəlmirik? Nə üçün bütün təbiət qarmaqarışıq vəziyyətdə deyil, məhz yerli-yerindədir? Saysız-hesabsız aralıq-keçid formaları olmalıdır, lakin nə üçün yer üzünün sayıla bilməyəcək qədər çox təbəqəsində onları tapa bilmirik... Nə üçün hər geoloji quruluş və hər təbəqə belə keçidlərlə dolu deyil?... Bəlkə də bu, mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq”. (Charles Darvin, The Origin of Species, s. 172, 280)
Təkamülçü paleontoloqlar, Darvinin bu sözlərinə əsaslanaraq XIX əsrin ortasından bu yana dünyanın dörd bir tərəfində fosil tədqiqatları apardılar və bu aralıq-keçiş formalarını axtardılar. Bütün səylərə baxmayaraq, bu formalara heç bir zaman rast gəlinə bilmədi. Aparılan qazıntılarda və araşdırmalarda əldə edilən bütün tapıntılar, təkamül nəzəriyyəsinin nəzərdə tutduğunun əksinə, canlıların yer üzündə birdən-birə, əskiksiz və qüsursuz bir şəkildə ortaya çıxdıqlarını göstərdi. Məşhur İngilis paleontoloq (fosil alimi) Derek W. Ager, təkamül nəzəriyyəsini mənimsəməsinə baxmayaraq bu gerçəyi belə qəbul edir:
Problemimiz budur: fosil qeydlərini detallı olaraq araşdırdığımızda, növlər ya da siniflər səviyyəsində olsun, davamlı olaraq eyni gerçəklə qarşılaşarıq; mərhələli təkamüllə inkişaf edən deyil, birdən yer üzündə yaranan qruplar görürük. (Derek A. Ager, “The Nature of the Fossil Record”, Proceedings of the British Geological Association, cild 87, 1976, s.133)
Bir başqa təkamülçü paleontoloq Mark Czarnecki isə bu şərhi edər:
Nəzəriyyəni (təkamülü) isbat etməyin önündəki böyük bir maneə, hər vaxt üçün fosil qeydləri olmuşdur... Bu qeydlər heç bir zaman üçün Darvinin fərz etdiyi aralıq formaların izlərini ortaya qoymamışdır. Növlər birdən meydana gəlirlər və yenə birdən yox olurlar. Və bu gözlənilməz vəziyyət, növlərin yaradıldığını müdafiə edən arqumenti dəstəkləyir. (Mark Czarnecki, “The Revival of the Creationist Crusade”, MacLean’s, 19 yanvar 1981, səh. 56)
Darvinistlərin iddiaları doğru olsaydı, fosil qeydlərində şəkillərdə göründüyü kimi çox sayda göz çuxuru olan, fərqli yerlərdə burunları olan, həm qabaqda, həm arxada çənəyə sahib, kəllə anormal şəkildə inkişaf etmiş və s. bir çox qəribə canlının izlərinə rast gəlinməli idi. Ancaq 150 ildir aparılan tədqiqatlar nəticəsində heç belə bir fosilə rast gəlinməmişdir. Tam əksinə əldə edilən bütün fosillər, bütün canlıların var olduqları ilk andan etibarən qüsursuz və əskiksiz olduqlarını və var olduqları müddətcə də heç dəyişmədiklərini göstərməkdədir.
Məşhur bioloq Francis Hitching də, The Neck of the Giraffe: Where Darvin Went Wrong (Darvinin yanıldığı yer: Zürafənin boynu) adlı kitabında belə qeyd edir:
Əgər fosillər tapırıqsa və əgər Darvinin nəzəriyyəsi doğrudursa, o halda qayalarda müəyyən bir qrup varlığın, daha kompleks bir başqa qrup varlığa doğru kiçik addımlarla təkamülləşdiyini göstərən fosillər ortaya çıxmalıdır. Bu nəsildən-nəsilə irəliləyən “kiçik fərqlərin” son dərəcə yaxşı qorunmuş olması lazımdır. Amma vəziyyət heç də belə deyil. Əslində, bunun tam əksi doğrudur. Darvinin “saysız aralıq forma olmalıdır, amma bunları niyə yer üzünün saysız təbəqəsində tapa bilmirik” deyərkən narazılığnı bildirdiyi kimi. Darvin, fosil qeydlərindəki bu “fövqəladə əskikliyin” yalnız daha çox fosil qazıntısı etməklə əlaqədar olduğunu düşünmüşdür. Amma hər nə qədər yeni fosil qazıntısı edilirsə edilsin, tapılan növlərin təxminən hamısının, istisnasız, bu gün yaşamaqda olan heyvanlara çox bənzədiyi ortaya çıxmışdır. (Francis Hitching, The Neck of the Giraffe: Where Darvin Went Wrong, Tichnor and Fields, New Haven, 1982, səh. 40)
Darvinin və fikirlərinə yer verilən digər kəslərin yuxarıda qeyd edilən sözləri ilə ifadə etdikləri kimi bu günə qədər heç bir aralıq-keçid fosilinin tapılmaması təkamül nəzəriyyəsinin etibarsızlığını açıqca gözlər önünə sərməkdədir. Çünki hər şeydən əvvəl əgər canlılar başqa canlılara çevrildisə, çevrilmə mərhələsində çox sayda ara canlı mövcud olmalı, yer üzünün dörd bir tərəfi təkamülləşmə mərhələsindəki canlıların qalıqları ilə (ara fosillərlə) dolu olmalıdır. Halbuki, bu günə qədər çıxarılmış olan 100 milyona yaxın fosilin hamısı bu gün də bildiyimiz tam və əskiksiz canlılara aiddir.
Fosil qeydləri canlı növlərinin həm bir anda və tamamilə fərqli strukturlarda ortaya çıxdıqlarını, həm də çox uzun geoloji dövrlər ərzində dəyişmədən sabit qaldıqlarını göstərməkdədir. Harvard Universiteti paleontoloqlarından və təkamülçü Stephen Jay Gould, bu gerçəyi belə qəbul edir:
Fosilləşmiş növlərin çoxunun tarixi, mərhələli təkamüllə ziddiyyət təşkil edən iki fərqli xüsusiyyət ortaya qoymaqdadır:
1) Sabitlik: Çox növ dünya üzərində var olduğu müddət boyunca heç bir istiqamətdə dəyişiklik göstərməz. Fosil qeydlərində ilk ortaya çıxdıqları andakı strukturları nə isə, qeydlərdən yox olduqları andakı strukturları da eynidir. Morfoloji (şəkil) dəyişmə ümumiyyətlə məhduddur və müəyyən bir istiqaməti yoxdur.
2) Birdən ortaya çıxış: Hər hansı bir lokal bölgədə bir növ, əcdadlarından mərhələli fərqliliklərə uğrayaraq mərhələ-mərhələ ortaya çıxmaz; bir anda və “tamamilə formalaşmış” olaraq meydana çıxar. (S. J. Gould, “Evolution”s Erratic Pace”, Natural History, cild 86, may 1977)
Halbuki, təkamül reallaşmış olsaydı, yer üzü milyardlarla ara canlıya aid fosil ilə dolu olmalı idi. Həm də sayı milyonlarla olan bu canlıların mutasiyaların təsiri səbəbiylə son dərəcə anormal varlıqlar olmaları lazım idi.
Təkamülçülərin iddiasına görə bütün canlılar və bu canlılara aid bütün orqanlar təsadüfən meydana gəlmiş mutasiyalar nəticəsində yaranmışdır. Bu vəziyyətdə funksiyalarının inkişafı mərhələsində anormal quruluşa sahib bir orqan dəfələrlə mutasiyaya məruz qalmış olmalı, hər səfərində anormal bir haldan başqa bir anormal hala çevrilməli idi. Bu günkü ən mükəmməl və estetik görünüşlü canlılar meydana gəlmədən əvvəl, bu canlıların anormal orqanları və estetik olmayan görünüşləri olmalı idi. Məsələn, iki qulaq, iki göz, burun və ağızdan ibarət olan son dərəcə simmetrik insan üzü yaranmazdan əvvəl, simmetriyası pozulacaq şəkildə çox sayda qulağı və gözü olan, burnu iki gözü arasında və ya çənəsində olan, gözlərinin bir qisimi başının arxasında və ya yanaqlarının üzərində olan, burnu qulağının yerində olub boynuna qədər uzanan və bu şəkildə milyonlarla hətta milyardlarla fərqli şəkildə nümunə verə biləcəyimiz anormal üzlər meydana gəlməli idi.
Əgər darvinistlərin iddiaları doğru olsaydı, təsadüflərin və mutasiyaların insan bədənində bir çox nisbətsizlik, qeyri-sabitlik və qəribəlik meydana gətirməli idi. Qüsursuz və müntəzəm olan insan bədənində, kəllənin omba sümüyü üzərində inkişafı, çiyinlərdən birdən çox qol sümüyünün çıxması, qabırğa sümüklərinin və ya omba sümüyünün çox sayda olması kimi anormallıqlar ortaya çıxardı. Qol və ya ayaq sümükləri indi olduğu kimi düz deyil, əyri olmalı idi. Ancaq bu şəkildə tək bir nümunə belə yoxdur. Bu günə qədər yaşamış və indiki vaxtda yaşayan milyardlarla insanın hamısının bədəni eyni simmetriyaya, tarazlığa və nizama malikdir. Bu vəziyyət darvinistlərin, “təsadüflər və mutasiyalar nəticəsində mərhələli olaraq inkişaf” iddiasını yerlə bir etməkdədir.
Əgər canlılar on minlərlə kiçik dəyişiklikdən keçərək bu günki quruluş və görünüşlərinə qovuşdularsa, o zaman bu xəyali inkişafı göstərən saysız fosil nümunəsi tapılmalı idi. İki beyinli, üç onurğalı, dörd gözlü, iki çənəli, üç burunlu, yeddi barmaqlı, üç ayaqlı anormal varlıqların fosilləri tapılmalı idi. Ancaq bu günə qədər tapılan milyonlarla fosilin hamısı, insanların həmişə insan olaraq mövcud olduğunu göstərməkdədir.
Hətta bu mərhələyə gəlmədən əvvəl ayağının altında qulağı və ya kürəyində gözü olan, ağızı qarınında olan, kəllə sümüyünün içində, bir yerinə 2-3 ayrı beynə sahib, diz qapaqları hələ meydana gəlmədiyi üçün ayaq üstə dayana bilməyən, gövdəsinin iki yanından bir yerinə 3-5 ədəd fərqli uzunluqda qol çıxan, ayaq sümükləri tarazlıqda dayana biləcəyi şəkildə önə deyil arxaya və ya yana baxan qəribə varlıqlar da yaşamalı idi. Bu iddiaya görə yeraltında hər mərhələsi ayrı anormallıqlara sahib bu strukturların fosillərindən milyonlarla olması lazım idi. Amma tək bir ədə belə yoxdur. İki, üç, dörd, beş başlı insanlar, böcəklər kimi yüzlərlə gözə sahib, bir çox qolu olan və hətta 2-3 metrlik qolları olan və bu tərzdə anormallıqlara sahib bir çox insan fosili olmalı idi. Eyni bu şəkildə hər heyvan və bitki növü üçün də anormal nümunələr olmalı idi. Bütün dəniz heyvanlarının da ara fosilləri son dərəcə anormal varlıqlara çevrilməli idi. Ancaq bunlardan da tək bir ədəd belə yoxdur. Milyonlarla fosil nümunəsinin hamısı normal canlılara aiddir.
Bu gerçək, təkamül nəzəriyyəsinin süqutunun açıq bir ifadəsidir. 140 ildir tapılan hər fosilin təkamülü təkzib etməsinə baxmayaraq, hələ “bir gün tapılar” ümidi ilə bu nəzəriyyəni müdafiə etmək ağıl sahibi bir insanın edəcəyi şey deyil. Aradan 140 il keçdi, dünyada qazılmamış fosil yatağı qalmadı, milyardlarla dollar xərcləndi, amma Darvinin nəzərdə tutduğu ara canlılara aid fosillər tapılmadı. Tapıla da bilməz. Çünki darvinizmin dəlil olaraq istifadə edə biləcəyi tək bir ara fosil yoxdur. Buna qarşı “Yaradılış gerçəyi”ni göstərən milyonlarla “yaşayan fosil” var.
GÖZ KOR TƏSADÜFLƏRİN DEYİL, ÜSTÜN AĞIL SAHİBİ RƏBBİMİZİN ƏSƏRİDİR
Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allahdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər xeyirxahdır! (Mömin surəsi, 64)
Təkamülçülər isə gözün bu qüsursuz quruluşa təsadüfi mutasiyaların təsiri ilə mərhələ-mərhələ sahib olduğunu iddia edərlər. Bu iddiaya görə milyonlarla il boyunca ard-arda kor və şüursuz təsadüflər meydana gəlmiş və dolayısilə göz bu qüsursuz quruluşa çatana qədər milyonlarla fərqli anormallığa sahib olmuşdur. Məsələn, insanın başında deyil ayağında və ya kürəyində yerləşən, simmetrik şəkildə yerləşdirilmiş iki ədəd yerinə arılarınkı kimi pətək şəklində çox sayda olan, gözyaşı vəzi olmadığı üçün qısa müddətdə quruyub kor olan, buynuz qişası şəffaf olmadığı üçün işığı keçirməyən və dolayısilə görmə funksiyası olmayan, qüzehli qişa hələ meydana gəlmədiyi üçün kiçik bir işıq dəyişikliyində belə görmə funksiyasını itirən gözlər meydana gəlmiş olmalıdır. Həm də bunlar yarana biləcək anormallıqların çox kiçik bir qisimidir, gözün bütün orqanoidləri və funksiyaları nəzərə alındıqda bu şəkildə milyonlarla anormal göz şəkli düşünülə bilər.
Halbuki, bu günə qədər bəhs edilən anormal və qüsurlu quruluşlu gözlərə sahib tək bir canlı belə tapılmamışdır. Fosil qeydlərindəki bütün canlılar özlərinə xas mükəmməl göz sistemlərinə sahibdirlər. Bu gerçək göstərir ki, təkamül nəzəriyyəsinin kiçik dəyişikliklərlə yaranan canlılar iddiası qəti bir yalandır.
1) Dr. David Raup (Chicago Doğa Tarihi Müzesi, Jeoloji Bölümü Başkanı) SBS Vital Topics, David B. Loughran, Nisan 1996, Stewarton Bible School, Stewarton, Scotland
2) D.S.Woodroff, Science, cild 208, 1980, səh. 716 - http://www.genesispark.org/genpark/after/after.htm
3) George G., Simpson, Tempo and Mode in Evolution, Columbia University Press, New York, 1944, səh. 105, 107 - http://www.arn.org/docs/abstasis.htm
Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş, sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş, sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz! ( Səcdə surəsi,7-9)