Peyğəmbərimizin (səv) Allah yolundakı qətiyyətli və təmkinli mübarizəsi nəticəsində haqq din ən gözəl və ən doğru şəkildə insanlara çatdırılmışdır. İstər keçmişdə, istərsə də hazırkı dövrdə insanların əksəriyyəti xaraktercə zəif və dünya hərisidirlər. Bir çoxları da dini qəbul etmələrinə baxmayaraq, hərisliklərinə məğlub olurlar. Zəiflik və istəklərini tərk etmək yerinə, dinin hökmlərindən uzaqlaşırlar. Məsələn, dostlarının, yoldaşlarının, qohumlarının nə deyəcəyindən çəkinərək dinin bəzi hökmlərini yerinə yetirmirlər və yaxud dinin xoş qarşılamadığı bəzi vərdişlərini tərk edə bilmirlər. Bu səbəbdən dini öz mənfəətlərinə görə izah edirlər, özlərinə uyğun gördükləri hökmləri qəbul edir, digərlərini görməzlikdən gəlirlər.
Peyğəmbərimiz (səv) isə bu cür insanların istəklərinə heç vaxt güzəştə getməmiş, Allahın endirdiyini heç bir dəyişiklik etmədən, heç kimdən mənfəət güdmədən, yalnız Allahdan qorxub çəkinərək Quranı insanlara təbliğ etmişdir. Allah Peyğəmbərimizin (səv) bu nümunəvi xüsusiyyətini Quranda belə bildirir: