Darvinistlərin ənənəvi üsullarından biri tarixin keçmiş dövrlərinə aid fosilləri təkrar-təkrar gündəmə gətirmək və eyni fosillərlə bağlı yeni hekayələr ortaya atmaqdır. Bu, onların məğlubiyyəti qəbul etmək istəməmələri və əllərində başqa bir dəlilin olmaması ilə bağlıdır. Son nümunə isə “Homo naledi” adı verilən fosillərlə bağlı “National Geographic”, “Washington Post” kimi media orqanlarında çıxan xəbərlərdir. 2013-cü ildən etibarən hər il bu fosil haqqında yeni iddialar ortaya atılıb təcrübələr aparılsa da, heç bir nəticə əldə edilməmişdir.
Unudulmamalıdır ki, 2013-cü ildə Cənubi Afrikada 1.450 metr dərinlikdə bir mağarada 15 fərqli insana məxsus olduğu iddia edilən 1.500-ə yaxın fosil tapılmışdı. Cəmiyyətə ilk çatdırılan məlumatlar bu insanların kəllə qutusu həcminin portağal böyüklüyündə, barmaq sümüklərinin isə qıvrım olması ilə bağlı idi. Bununla da fosillərin "meymun xüsusiyyəti daşıdığı” iddia edilmişdi. Halbuki ortada bütöv kəllə qutusu fosili yox idi və dörd qədim kəllə sümüyü bir-birinə dəyməyəcək şəkildə yerləşdirilmişdi. Buna baxmayaraq, canlının 500 qram ağırlığında beyinə və portağal böyüklüyündə kəllə qutusu həcminə malik olduğunu iddia etdilər.
Həmin fosillərlə bağlı xəbərlərin həqiqətləri əks etdirməməsi, onların yaşı və xüsusiyyətləri tam müəyyənləşdirilmədən təkamülçülərin önmühakiməli şərhlər verməsini əvvəlki məqalələrimizdə bildirmişdik. Kəllə qutusunun həcminə görə təkamül sıralamasının mümkün olmamasına dair 2015 və 2016-cı ildə verdiyimiz cavabı iki fərqli məqaləmizdə oxuya biləsiniz. (__web_url__tr/NetCevap/208902/evrimcilerin-%E2%80%9CHomo-naledi%E2%80%9D-senaryosu-bos və http://www.harunyahya.org/tr/NetCevap/231166/CNNde-Darwinist-Masallar-Tekrarlaniyor-Homo-Naledi)
Ancaq Homo naledi fosilləri ilə bağlı 2017-ci ildə də spekulyativ xəbərlərin yayımlanması davam etdiyi üçün mövzunu təkrar gündəmə gətirmək və darvinistlərin oyunlarını ifşa etmək lazımdır:
Homo naledi 2,5 milyon deyil, 250 min yaşındakı canlılara aiddir
Homo naledi fosilləri ilk dəfə tapıldığı zaman yaşlarının 2,5 milyon il olduğu ictimaiyyətə bildirilmişdi. Hətta bu yaşa görə təkamül ssenarilərinə uyğun olacaq şəkildə sıralama aparılmış, xəyali təkamül ağacları çəkilmişdi. Hətta o qədər irəli getmişdilər ki, canlının avstralopiteklə Homo erectus arasındakı dövrə aid "itmiş halqa" olduğu iddia edilmiş, bir çox mətbuat orqanında bu məlumatlar elm adı altında cəmiyyətə təqdim olunmuşdu. Ancaq müəyyən müddət sonra müasir ölçmə metodları ilə yaşın təyin edilməsi nəticəsində Homo naledi fosillərinin 236-335 min il yaşı olduğu məlum oldu. Bu nəticə təkamülçüləri sanki şoka saldı və naledinin yaşı ilə bağlı yazılmış keçid forma ssenarisinin elmdən uzaq hekayədən ibarət olduğu bir daha aydın oldu. Baş verənlər təkamülçülərin sırf kəllə qutusu sümüyünün həcmi kimi anatomik ölçülərlə apardıqları saxta təkamül sıralamalarının hamısına şübhə ilə baxılmasını zəruri edir.
2017-ci ildən əvvəlki təkamül ssenarilərində Homo naledi insanın təkamül prosesində keçid forma kimi təqdim olunmuşdu. Halbuki son tədqiqatlarla təsdiq edildi ki, Homo naledi təqribən 200 min illik tarixi olduğu düşünülən bir insan irqi ilə təqribən eyni dövrdə yaşayıb. Bu isə elmi dəlil olmadıqda təkamülçülərin fantaziyalarının nələrə səbəb olduğunu sübut etmək baxımından əhəmiyyətlidir.
Yaşın təyin edilməsi metodları qəti nəticə verməkdən uzaqdır
Dövrümüzdə yaşı təyin etmək üçün iki əsas metoddan istifadə edilir. Bunlardan biri müxtəlif yer təbəqələrinin yaşının təyin edilməsi ilə eyni təbəqədə yerləşən fosillərin həmin dövrdə yaşadığına dair müqayisə üsuludur. İkincisi isə fosillərin kollagen toxuma nümunələrində olan karbon, uran kimi radioaktiv atomların parçalanmasına əsaslanan radioaktiv tarixvermə metodudur. İki üsulun da yanılma ehtimalı var.
Yer qatı yaşının təyini ancaq vulkanik və tortul qayalara aiddir. Bu təbəqələrin yaşı təyin edilsə belə, fosil əmələ gəldikdən sonra layların yer dəyişdirib dəyişdirmədiyindən dəqiq əmin olmaq olmaz. Layların formalaşmasının məhdud olduğu mağara və ya layların axar sularla yuyulduğu hallarda yanılma payı artır.
Eyni şəkildə radioaktiv pozulmaya əsaslanan üsullarla da dəqiq məlumat almaq olmur. Radioaktiv metodun yaş təyinində istifadə edilə bilməsi üçün qapalı sistem olmalıdır. Qapalı sistem fosilin torpağa basdırılmasından sonra radioaktiv maddə əlavə olunmasının dayandığı və daha sonra yeni maddə əlavə edilmə ehtimalı qəbul edilərək aparılır. Əks təqdirdə, yəni maddə axını davam edərsə "açıq sistem" halında parçalanma miqdarı səhv nəticə verəcəyindən yaş təyinində istifadə edilə bilməyəcək. Ancaq fosilin qapalı və ya açıq sistemə məruz qaldığını müəyyən edə bilən bir üsul olmadığı üçün heç bir fosil üçün "açıq sistemə məruz qalmadı" deyə qəti hökm vermək olmaz.
Radioaktiv yaş təyini metodlarının etibarlılığını şübhə altına alan digər bir məhdudlaşdırıcı hal isə eyni fosil üzərində müxtəlif regionlardan alınan nümunələrə müxtəlif yaşlar verilməsidir. Bunun səbəbi kimi də yuxarıda qeyd etdiyimiz açıq sistemin fərqli toxumalarda müxtəlif təsirlərə səbəb olması göstərilir.
Belə ki, naledi fosilləri üçün də nəzərdə tutulan yaş aralığı 100 min il kimi olduqca böyük tarixdir. Bu da üsulun az etibarlı olduğunun göstəricisidir. Bu qədər böyük il fərqinə baxmayaraq, naledinin daha gənc və ya yaşlı olmadığı da qəti olaraq məlum deyil.
DNT haqqında məlumat olmadan verilən şərhlər elmi deyil
Naledi nümunəsində olduğu kimi, keçmişə aid fosillər üzərində anatomik xüsusiyyətlərə əsasən irəli sürülən fikirlərin hamısı spekulyativdir. İstər növlərarası, istər növdaxili fenotip fərqləri tapılan fosilin hansı növə aid olduğu elmi yox, təkamülçü inanca əsaslanan şərhlərə imkan verir. Belə ki, tarix topoqrafik xüsusiyyətlərə əsaslanaraq ortaya atılmış "elmi" yalan və saxtakarlıqlarla doludur.
Bir fosilin hansı növə aid olduğunun qəti sübutu ancaq o fosilə məxsus DNT düzülüşünün məlum olması ilə mümkün ola bilər. Amma DNT uzun illər ərzində sıradan çıxdığı üçün fosillərdə DNT düzülüşünü əldə etmək mümkün deyil. Bəzən təkamülçülər tərəfindən fosillər üzərində aparılan DNT tədqiqatları statistik hesablara əsaslandığına, digər canlılara aid DNT ilə qarışa bildiyinə və DNT sıradan çıxıb parçalana biləcəyinə görə qəti nəticə verə bilməz. DNT haqqında məlumat olmadan verilən şərhlər elmilikdən uzaqdır.
Naledinin yeni yaşından sonra təkamül ssenarisi yenidən yazıldı
İlk anda 2,5 milyon yaşında “keçid” forma kimi göstərilən Homo naledinin təxminən 250 min il yaşı olduğu müəyyən edildikdən sonra yazılan bütün təkamül ssenariləri çökdü. Lakin darvinistlər yenə də boş dayanmadılar. Keçid forma iddiası yenidən ciddi yoxlanıldı, başqa bir ssenari ortaya atıldı. 250 min il əvvəl Homo sapienslə birlikdə yaşadığı məlum olan Homo naledinin bu dəfə 2 milyon il əvvəl meydana çıxmış və dəyişmədən 250 min il bundan əvvələ qədər yaşamış "insan" olduğu iddia edildi.
İlk ssenari necə əsassız olaraq ortaya atılmışdısa, bu ssenari də heç bir elmi əsasa söykənmir. Naledinin 2 milyon il əvvəl ortaya çıxmış hər hansı bir fosili yoxdur. Mövcud olan tək şey təkamülçülərin elmdən kənar fantaziyalarıdır.
Meymunu insana bənzətmə səyi faydasızdır
Yalnız beyin həcminə görə Homo naledinin 2,5 milyon il əvvəl yaşadığı fərz edilmişdi. İnsan fosil qeydlərində bir anda ortaya çıxdığı üçün təkamül ssenarisinə görə əvvəlində keçid formalar olmalı idi. Darvinistlər Homo naledini bu məqsəd üçün istifadə etməyə çalışdılar, ancaq bu, qısa müddət çəkdi və Homo naledinin yaşı haqqında iddialar da əsassız hala gəldi.
Əldə edilən fosillərdən görünür ki, Homo naledi kiçik beyin həcmi və qıvrım barmaq sümükləri olan bir meymun növüdür və insanla eyni dövrdə yaşamışdır. Bu vəziyyətdə insanın "əcdadı" olması ilə bağlı darvinist iddia da öz mənasını itirir. Naledi 2,5 milyon il əvvəl yaşamış olsa idi belə, bu, onu keçid forma kateqoriyasına salmazdı. Çünki naledi hər orqan və funksiyası ilə qüsursuz ortaya çıxmış canlıdır. Belə olan halda isə təkamülçülərin məqsədlərinə xidmət edəcək heç bir tərəfi yoxdur.
Elmi dəlilə ehtiyac olmadıqca sonsuz sayda ssenari yazıla bilər. Ancaq bunun heç bir əhəmiyyəti yoxdur, yanlışlıqlar həqiqətləri heç vaxt örtə bilməz. Tarix səhnəsində bir dövr yaşamış və sonradan nəsli kəsilmiş Homo naledi meymun növüdür və hər canlı növü kimi Allah tərəfindən yaradılmışdır.
Mənbələr:
http://www.harunyahya.org/tr/NetCevap/231166/CNNde-Darwinist-Masallar-Tekrarlaniyor-Homo-Naledi
http://podcast.harunyahya.com/tr/NetCevap/208902/Evrimcilerin-%E2%80%9CHomo-Naledi%E2%80%9D-Senaryosu-Bos-Cikti
https://www.washingtonpost.com/news/speaking-of-science/wp/2017/05/09/humanitys-strange-new-cousin-is-shockingly-young-and-shaking-up-our-family-tree/?utm_term=.e492420cbe60
https://elifesciences.org/articles/09561#fig6
https://elifesciences.org/articles/09560
https://www.nature.com/scitable/knowledge/library/dating-rocks-and-fossils-using-geologic-methods-107924044