Həm hər cür pisliyi, həm də ondan çəkinməyi bilən nəfs insanın içindəki əmredici gücdür. Yəni bir insana bir hərəkəti etdirən, bir qərarı verdirən mənəvi güc nəfsdir. Allah Quranda nəfsin bu iki xüsusiyyətini belə bildirmişdir.
Nəfsə və ona bir nizam içində forma verənə; sonra ona fücurunu (sərhəd tanımaz günah və pisliyini) və ondan çəkinməyi ilham edənə (and olsun). Onu təmizləyən, həqiqətən, nicat tapmışdır". (Şəms surəsi, 7-9)
Ayələrdə insanların əxlaqsızlıqlarından, etdikləri pisliklərdən danışılarkən bu rəftarlarının qaynağı olaraq nəfsləri göstərilir. Nəfs bu cəhətdən insanın ən böyük düşmənlərindən biridir. Nəfs qürurlu, xəsis və eqoistdir, həmişə öz istək və həvəsini, öz qürurunu təmin etmək istəyər, öz rahatını, öz mənfəətini, öz məmnuniyyətini düşünər. İstəklərinə hər vaxt qanuni yollardan qovuşa bilməyəcəyi üçün də insana var gücüylə pisliyi əmr edər. Bu həqiqət Quranda hz. Yusifin sözləri ilə belə açıqlanır:
(Yenə də) Mən nəfsimi təmizə çıxara bilmərəm. Çünki, həqiqətən, nəfs, -Rəbbimin əsirgədiyindən başqa- var gücüylə pisliyi əmr edəndir. Şübhəsiz, mənim Rəbbim, bağışlayandır, əsirgəyəndir. (Yusif surəsi, 53)
Nəfsin insana var gücüylə pisliyi əmr etməsi Allahdan qorxan möminlər üçün çox əhəmiyyətli bir sirdir. Bu, nəfsin oyunlarının bir an belə bitməyəcəyini, davamlı olaraq insana pisliyi əmr edərək bütün gücüylə onu Allahın yolundan saxlamağa çalışacağını göstərər. Bu sirrə görə nəfs heç bir zaman susmayacaq, hər mövzuda özünü haqlı görəcək, bütün insanlardan daha çox sevəcək, təkəbbürlənəcək, hər cür nemətin özünün olmasını istəyəcək, rahatlığını düşünəcək, qısaca Allahın bəyəndiyi əxlaqın tam tərsini insana yaşada bilmək üçün hər yolu tətbiq edəcək.
Necə ki, inkar edənlərin, Quran əxlaqına uymayanların rəftarları və əxlaqları tamamilə nəfsləri tərəfindən şəkillənər. Onlar Allahdan qorxmadıqları üçün vicdanlarının əmr etdiyinə uya bilməz, yalnız nəfslərinin əmr etdiklərinə uyarlar. Din əxlaqından uzaq yaşayan cəmiyyətlərdə yaşanan döyüşlərin, mənfəət qarşıdurmalarının, bədbəxtliklərin mənşəyində hər kəsin nəfsinə uyaraq yalnız öz mənfəətini düşünməsi, gerçək sevgi, hörmət, fədakarlıq kimi insani xüsusiyyətlərini tamamilə itirməsi vardır.
Bu səbəblə, Allahın bildirdiyi bu sirr çox əhəmiyyətlidir. Əgər insan bu sirri unutmazsa, nəfsinə qarşı tədbir ala bilər. Ona görə bir əxlaq və rəftar göstərə bilər. Nəfs tənbəlliyi əmr etsə, onu qat-qat işlədərək, nəfs eqoizmi əmr etsə, daha fədakar olaraq, nəfs xəsisliyi əmr etsə, daha comərd olaraq, nəfsin əmr etdiyi hər cür pislikdə əksinə olan ən yaxşı rəftarı yerinə yetirərək onu öyrədə bilər. Allah, Şəms surəsindəki ayələrdə, nəfsə pisliklərlə yanaşı bu pisliklərdən çəkinməyin də ilham edildiyi bildirmişdir. Yəni insanın nəfsində pislikləri və əxlaqsızlıqları əmr edən, bunları asan və gözəl göstərən bir səslə yanaşı, yaxşı və gözəl olanı seçməsini də əmr edən vicdanı vardır. Hər insan içindəki bu səsləri bilər və hansının yaxşı, hansının pis olduğunu tanıyar. Ancaq yalnız Allahdan qorxub çəkininlər vicdanlarına uyarlar.