Bütün xam maddəsi əlində olduğu halda, insanın yarada bilmədiyi ən böyük nemətlərdən biri “su”dur. Həyat üçün ən böyük ehtiyac olan su Allah tərəfindən insanlara hazır halda verilmişdir. Suyun əmələ gəlməsini laboratoriyada izləyə bilməz və onu yarada bilmərik. Su dünya yaranan zaman meydana gəlmiş və canlılara verilmişdir. O vaxtdan indiyə qədər canlı həyatın davam etməsini təmin edən su eyni sudur.
Susuz bir həyatın mövcud ola bilməsi mümkün deyil. Su, həyatın təməli olması üçün Allah'ın xüsusi olaraq yaratdığı, hər cür fiziki və kimyəvi xüsusiyyəti ilə həyat üçün mövcud etdiyi bir maddədir. Yer üzündəki milyonlarla növ canlı bu su sayəsində həyatını davam etdirir, həyat üçün lazım olan tarazlıqlar da suyun varlığı ilə davamiyyətlərini qoruyurlar.
Bilindiyi kimi, su iki hidrogen və bir oksigen atomunun birləşməsi nəticəsində yaranan bir molekuldur. Oksigen və hidrogen atomları təbiətdə bol miqdarda mövcuddur. Amma bunlar heç vaxt bir anda bir-birlərinə bağlanaraq suyu yarada bilməzlər. Hidrogen və oksigen atomlarının birləşərək suyu əmələ gətirmələri üçün toqquşmaları lazımdır. Toqquşma əsnasında hidrogen və oksigen atomlarını əmələ gətirən tellər zəifləyir və bu atomlar yeni bir molekul olan suyu əmələ gətirmək üçün birləşirlər. Suyun yaranması üçün lazım olan məhz bu toqquşma ancaq çox yüksək bir temperaturda və yüksək bir enerji səviyyəsində mümkün ola bilir. Hazırda yer üzündə suyun əmələ gəlməsinə şərait yaradacaq qədər yüksək temperatur yoxdur. Buna görə də yeni su molekullarının yaranması qeyri-mümkündür. Dünyada hal-hazırda mövcud olan, içdiyimiz, istifadə etdiyimiz, dənizləri, okeanları əmələ gətirən su dünyanın yaradılışı zamanı yüksək istilik nəticəsində yaranan sudur. Ancaq suyun möcüzəvi xüsusiyyətləri bunlarla məhdudlaşmır.
Suyun varlığı üzərində düşünməyin əhəmiyyəti
Günəş sistemindəki digər 63 göy cismindən heç birində həyatın təməl şərti olan su mövcud deyil. Halbuki yer üzünün böyük bir hissəsi sularla əhatə olunub. Okeanlar və dənizlər yer səthinin dörddə üçünü meydana gətirir. Həmçinin, quruda da xeyli göl və çay vardır. Hündür dağların zirvələrindəki qarlar isə suyun donmuş halıdır. Dünyadakı suyun əsas hissəsi də səmadadır. Buludların hər birində minlərlə, bəzən milyonlarla ton su olur. Bu suların bir qismi də bəzən damcı halında yerə enir, yəni yağış olur. Hal-hazırda tənəffüs etdiyiniz havanın içində də mütləq müəyyən miqdarda su buxarı vardır.
Yağışlar, dənizlər, çaylar, axar sular, okeanlar, kranı açdığınız zaman axan içməli su… İnsanların böyük əksəriyyəti suyun varlığına o qədər vərdiş ediblər ki, yer üzünün böyük hissəsinin sularla əhatə olunmasının əhəmiyyətini, bəlkə də, heç düşünmürlər. Halbuki su kosmosda həqiqətən çox nadir rast gəlinən bir birləşmədir. Bu səbəbdən də bilinən bütün göy cisimlərinin içində yalnız dünyada suyun mövcud olması, üstəlik bu suların içməli olması olduqca möcüzəvi bir haldır.
İnsan qidasız 1-2 həftə yaşaya bildiyi halda, su içmədən 3-4 gündən çox yaşaya bilməz. 55-75 %-i sudan ibarət olan insan bədənində tərləmə və tənəffüs kimi fəaliyyətlər nəticəsində gündə 2-3 litr su itirilir. İtirilən su susama duyğusunun ardından içilən su ilə bərpa edilir.
Bədənimizdəki su xəfiyyəsi hipotalamus
İnsan bədəni üçün bu qədər mühüm olan suyun miqdarında gün ərzində baş verən kiçik dəyişiklikləri belə qəbul edən sistemlər vardır. Bunların başında beynimizin bir noxud dənəsi böyüklüyündə olan, hipotalamus adlanan hissəsi gəlir. Qandakı su miqdarı azalanda hipotalamus bunu dərhal aşkar edir. Buna qarşı bir tədbir olaraq hipotalamusun altında yerləşən 1 sm böyüklüyündəki hipofiz adlı vəz "ADH" adlanan bir hormon ifraz edir.
Bu hormon qan dövranı vasitəsi ilə uzun bir səyahətə çıxır və böyrəklərə çatır. Böyrəklərdə eynilə bir qıfılın açara uyğun gəldiyi kimi tamamilə bu hormona uyğun xüsusi qəbuledicilər vardır. Hormonlar bu qəbuledicilərə çatdıqları anda böyrəklərdə dərhal su qənaəti nizamına keçilir və suyun xaric olması çox az bir səviyyəyə endirilir.
Əgər hipofiz hormonu və bu hormonun gətirdiyi "suyun istifadəsini azaldın" əmrini anlayıb həyata keçirən böyrək hüceyrələri olmasaydı, susuzluqdan ölməmək üçün gündə 15-20 litr su içmək məcburiyyətində qalardıq.
Su bütün canlılar kimi insanlar üçün də ən mühüm həyat mənbəyidir. Bədən temperaturunun tənzimlənməsi, qida maddələri və oksigenin daşınması, tullantı maddələrinin hüceyrələrdən uzaqlaşdırılması və həzmin asanlaşdırılması kimi insan bədənində baş verən, demək olar ki, hər funksiyada iştirak edir. Eyni zamanda, orqan və toxumaların qorunmasını təmin edir. Məsələn, hüceyrələrimizi əhatə edən suyun sadəcə 2 %-ni itirdiyimiz zaman təxminən 20 %-lik enerji itkisinə məruz qalır və əldən düşürük. Hətta sadəcə bu da insan həyatında suyun nə qədər vacib olduğunu anlamaq üçün kifayətdir.