Darvinistlər Avstralopiteklər üçün istifadə etdikləri eyni üsulu, adi bir insan nəsli olan Neandertallar üçün də istifadə etmişlər.
Neandertal adamı, 1856-cı ildə Almaniyanın Düsseldorf şəhəri yaxınlığındakı Neander vadisində tapılan fosillərlə elmi ədəbiyyata daxil oldu. Kəlləsi və bədənindəki sümüklərdə tapılan qıvrımlar, fosillərin təkamülçülər tərəfindən sözdə ibtidai bir insan növü olaraq dəyərləndirilməsinə yol açdı.
1908-ci ildə isə Fransanın La Chapelleaux-Saints bölgəsində Neandertal adamına aid olduğu bildirilən, hardasa qüsursuz bir skelet tapıldı. Sümüklər dövrün məhşur paleontoloq və geoloqu Marcellin Boule tərəfindən birləşdirildi. Bu birləşdirmə nəticəsində ortaya çıxan Neandertal adamı əyri duruşa, önə çıxan kəllə sümüyünə sahib idi. Bundan başqa ayaqları da oynaq yerlərində bir baz qapalı qalır, yəni tam düz bir duruş təmin edə bilmirdi.
Bu görüntü sayəsində, Neandertal adamı insanların zehnində ibtidai bir canlı olaraq qaldı. Neandertallar saxta şəkillərdə də meymunabənzər ibtidai insan olaraq göstərildilər.
Neandertal haqqındakı bu yanlış dəlil 100 ilə qədər çəkdi. Fəqət, 1950-ci illərdə La Chapelle skeleti üzərində aparılan analizlər, skeletin sahibi olan Neandertal insanında oynaq infeksiyasının olduğunu təyin etdi. Əslində isə sağlam fərdlər normal bir insan kimi dik yeriyə bilirdi.
1985-ci ildə eyni seklet, bu dəfə Erik Trinkhaus adlı antropoloq tərəfindən araşdırıldı. Bu araşdırma Neandertalların dik yeriyə bildiyini təsdiqləməklə yanaşı, o zamanadək gizli qalmış bir həqiqəti də ortaya çıxarırdı: Marcellin Boule, Neandertalı qəsdən əyri yerişli göstərmişdi. 1950-ci illərdə müəyyən edilən oynaq xəstəliyi bu canlının dik yeriməsinə əngəl deyildi. Aydın olan odur ki, Boule məhz darvinist olduğuna görə Neandertalın həqiqi bir insan kimi dik yeridiyini qəbul etmək istəməmişdi.
E.Trinkaus və W. W. Howells Scientific American jurnalına etdikləri açıqlamada bu mövzuda belə demişdilər:
Bugün bir çox elm adamı Neandertal insanının tamamilə dik olaraq ayaqda durduğu və xəstəlik olmadığı halda xüsusiyyətlərinin bugünkü insandan heç bir fərqi olmadığı qənaətindədirlər.
Digər tərəfdən Neandertalların kəllə həcminin böyüklüyü də təkamülçüləri bu mövzuda ziddiyyətli bir vəziyyətə saldı. Bunun səbəbi isə, Neandertalların kəllə həcminin 1700 cc civarında olması idi. Bu rəqəm günümüz insanınından 200 cc daha böyükdür. Homo Sapiensdən böyük kəlləyə sahib olan Neandertalların təkamül baxımından sözdə “ibtidai” bir növ olması, nəzəriyyə adına böyük bir təzaddır.
Neandertal mütəxəssisi Erik Trinkhaus bu növ ilə əlaqəli həqiqəti aşağıdakı sözlərlə etiraf etmişdir:
Neandertalların anatomiyasında ya da hərəkət, alət istifadəsi, zəka səviyyəsi və danışma qabiliyyəti kimi xüsusiyyətlərində modern insandan aşağı sayıla biləcək heç bir şey yoxdur.
Şübhəsiz ki, neandertallar, adi bir insan irqi olduqları üçün günümüzdəki irqlərlə eyni xüsusiyyətlərə sahibdirlər. Neandertal insanı bacarıqlı bir alət qurucusu və bacarıqlı bir ovçu idi. Hətta musiqi və sənətlə məşğul olurdu. Eyni günümüzdəki cəmiyyətlər kimi mədəni və sosial bir quruluşa sahib idi, dini inancları vardı. Dolayısı ilə Neandertalların meydana gətirdiyi mədəniyyət, günümüz mədəniyyətlərindən çox da fərqli deyildi.
Neandertallarla əlaqəli Darvinistləri çıxmazda buraxan bir başqa mövzu isə zamanlama problemidir. Tapılan fosillər, Neandertallarla günümüz insanının eyni zamanda yaşadığını, hətta müxtəlif vəziyyətlərdə daha sonra da yaşadığını göstərməkdədir. California universitetindən təkamülçü bioloq Francisco J. Ayala, bu vəziyyəti belə etiraf etməkdədir:
Neandertalların anatomik olaraq modern insanların əcdadı olduğu düşünülürdü, amma indi modern insanların ən azı 100 000 il əvvəl ortaya çıxdığını bilirik, Neandertal fosillərinin ortadan itməsindən çox daha əvvəllər. Orta Şərqdəki mağaralarda anatomik olaraq modern olan insanların fosillərinin həm Neandertalları təqib etməsi, həm də onlardan əvvəl gəlməsi təəccüblüdür. Bu mağaralardakı bəzi modern insanlar 120 000-100 000 il əvvələ aiddirlər, Neandertallar isə 60 000-70 000 illikdirlər; modern insanlardan 40 000 il sonra gəlirlər. İki formanın başqa bölgələrdən köç edərək təkrar-təkrar bir-birlərinin yerinəmi keçdikləri yoxsa bir yerdəmi olduqları və ya hibridləşməninmi olduğu diqqətə çarpan deyildir.
Dolayısı ilə insanın guya meymunabənzər əcdadı olaraq göstərilməyə çalışılan Neandertallar nəsli tükənmiş bir insan irqidir. Günümüzdə insanların öz irqlərinə məxsus fərqli xüsusiyyətlər göstərməsi kimi, bu növ də yalnızca fərqli irq xüsusiyyətlərinə sahibdir. Bu xüsusiyyətlərin təkamülə bir dəlil olaraq istifadə edilməsi böyük bir saxtakarlıqdır. Belə ki, Neandertal insanı fosili 1978-ci ildə ədəbiyyatdan çıxarılmışdır. Ancaq Neandertallar hələ də, təkamülün ən böyük isbatıymış kimi darvinist qaynaqlarda yer almağa davam etməkdədir.
Günümüzdə Neandertal insanı ilə əlaqəli spekulyasiyaların hələ də bəzi təkamülçü nəşrlərdə davam etdirilməsindəki məqsəd, Neandertallarla əlaqəli həqiqətləri bilməyən, bu saxta ara formanın elmi mənada ləğv edilmiş olduğunun fərqində olmayan adamlara təsir etməyə çalışmaq, onları aldada bilməkdir. Elə bu səbəblə Avstralopiteklar və Neandertallarla əlaqəli həqiqətlərin hər fürsətdə gündəmə gətirilməsi və darvinist satakarlıqlara son verilməsi böyük önəm daşıyır.