Senzurasız proqramında zülalın özbaşına meydana gələ bilməməsi həqiqəti qarşısında olduqca çətin anlar yaşayan darvinistlər, zülala aid yüzlərlə şərtdən biri olan peptid bağlarından yalnız birinin laboratoriyada yaradıla bildiyi iddiasını qarşıya qoymuşlar. Halbuki, belə bir iş görülmüş olsa belə, mövcud həyati sistemlər daxilində şüurlu və idarəli mühitdə reallaşdırılan yalnız tək bir kimyəvi bağın varlığının zülalın varlığını açıqlamanın yanına belə yaxınlaşa bilmədiyi aydındır. Darvinistlər, tamamilə funksional zülalın iddia etdikləri şəkildə TƏSADÜFƏN və tam olaraq necə ortaya çıxdığı mövzusunda hələ cavabsızdırlar.