Darvinistlər üçün insanın təkamülü mövzusu həyati əhəmiyyət daşıyır. Onların illərdir təlqin etdikləri şey in
sanın təkamülləşmiş heyvan olması yalanıdır. Bu yalanı ayaqda saxlamaq üçün var güclərilə çabalayırlar, dayanmadan əlaqəsiz mövzularda belə insana əcdadlarının heyvan olduğunu yeritməyə çalışırlar. Aldatmaq metodları isə heyrətvericidir. Çox zaman əlaqəsi olmayan fosil tapıntıları belə, şəkildən-şəklə salınaraq insanabənzər bir varlıq kimi göstərilir. Belə ki, darvinistlər yabanı donuza aid olan bir diş fosilindən Nebraska adamının ailəsi ilə birlikdə şəklini çəkməkdən çəkinməmişlər. Bu cəhdin əhəmiyyətli nümunələrindən biri də, avstralopiteklərin insanların meymunabənzər əcdadı olduğuna dair iddialardır.
Avstralopiteklər nəsli tükənmiş meymun növləridir. “Cənub meymunu” mənası daşıyan bu canlılar darvinistlər tərəfindən insanların ilk meymunabənzər əcdadları kimi qəbul etdirilməyə çalışılır. Bu meymun növünün nəsli tükəndiyindən, digər nümunələrdə olduğu kimi, təkamülçülər tərəfindən spekulyasiya vəsaiti kimi istifadə edilmişdir. Lakin darvinistlərin avstralopiteklər üzərində qurduqları ssenarilər digər nümunələrdə olduğu kimi, yenə də aldatmaq metoduna əsaslanır.
Avstralopiteklər ilk dəfə Afrikada 4 milyon il əvvəl ortaya çıxmış və 1 milyon il əvvələ qədər də varlıqlarını davam etdirmişlər. Qeyd etmək lazımdır ki, avstralopiteklər günümüzdəki meymun növlərinə bənzəyirdilər. Onların beyin həcmləri şempanzelərin beyni ilə eyni və ya onlarınkından daha kiçik idi. Dörd ayaqları üzərində yeriyirlər. Əllərində və ayaqlarında ağaclara dırmaşmaq üçün çıxıntılar vardı və ayaqları budaqlara tutunmaq üçün uyğun şəkildə yaradılmışdı. Boyları qısa idi (ən çox 130 sm.) və eynilə günümüzdəki meymunlardakı kimi erkək avstralopitek dişisindən daha iri idi. Kəllələrindəki yüzlərlə detal - bir-birinə yaxın gözlər, sivri azı dişləri, çənə quruluşu, uzun qollar, qısa ayaqlar - bu canlıların günümüzdəki meymunlardan fərqli olmadıqlarını göstərir.
Avstralopiteklər meymun növü olmalarına baxmayaraq, darvinistlər tərəfindən iki ayaq üzərində yeriməyi bacaran canlılar kimi göstərilirlər. Bu bir aldatmacadır, çünki avstralopiteklərlə əlaqəli olaraq əldə edilən fosillərdən bu xəyali ssenarini təsdiqləyən bir nümunə belə tapılmamışdır. Dolayısı ilə bu canlılar üzərində təkamül ssenarisinin heç bir elmi dayağı yoxdur.
Darvinistlərə görə, avstralopitek cinsinin müxtəlif növləri tapılsa da, sadəcə avstralopitek afarensis (1974-cü ildə tapılanda dünyaya insanın təkamülünün isbatı kimi təqdim olunan “Lüsinin təmsil etdiyi növ”) insanın birbaşa əcdadı qəbul edilir. Lakin adı çəkilən canlının insanın əcdadı sayıla bilməyəcəyi darvinistlər tərəfindən də qəbul edilmişdir. Məhşur fransız darvinist elmi jurnalı “Science et Vie” 1999-cu ilin may sayında bu mövzunu üz qabığı etmişdir. Avstralopitek afarensis növünün əhəmiyyətli fosil nümunəsi sayılan Lüsini əsas götürən jurnal “Adieu Lucy” (Əlvida, Lüsi) başlığından istifadə edərək avstralopitek meymunlarının insan nəslinin əcdadı olmadığını və bu canlıların nəsil ağacından çıxarılmasının vacibliyini vurğulamışdır.
Cəlal müəllim təhsildə - dərs 27
Dünyaca tanınmış təkamülçü paleoantropoloq Riçard Likey də Lüsinin təkamül dəlili olmadığını bu sözlərlə bildirir:
Bununla yanaşı, avstralopiteklər üzərində aparılan çalışmalar nəticəsində təkamülçü Lord Zukerman da avstralopiteklərin sadəcə adi bir meymun növü olduqları və qəti şəkildə dik yerimədikləri nəticəsinə gəlmişdir.
Bu mövzudakı araşdırmaları ilə məhşur olan digər təkamülçü anatomist Çarlz E. Oksnard da avstralopiteklərin skelet quruluşlarının günümüzdəki oranqutanlara bənzədiyini etiraf etmişdir.
1994-cü ildə İngiltərədəki Liverpul Universitetinin əməkdaşları, həmçinin Fred Spur avstralopitekin skeleti ilə əlaqədar dəqiq nəticə əldə etmək üçün araşdırma aparmışdır. Skeletlərdə bədənin yerə görə mövqeyini müəyyən edən ilbiz adlı orqan üzərində araşdırmalar həyata keçirmişdir. Spurun gəldiyi nəticə ondan ibarət olmuşdur ki, avstralopitek insanlarda olduğu kimi yerimə formasına sahib deyil.
2000-ci ildə B.G.Riçmond və D.S.Strait adlı elm adamlarının həyata keçirdiyi və “Nature” jurnalında nəşr olunan bir araşdırmada isə avstralopiteklərin ön qol sümükləri araşdırılmışdır. Müqayisəli anatomik araşdırmalar bu növün günümüzdə yaşayan və 4 ayaq üzərində yeriyən meymunlarla eyni ön qola malik olduğunu müəyyənləşmişdir.
Bütün dəlillər avstralopiteklərin bir meymun növündən başqa bir şey olmadığını göstərir. Belə ki, “Lüsi” fosilini kəşf edən təkamülçü paleoantropoloq Donald Cohanson və T. D. Vayt “Science” jurnalında bu mövzu ilə əlaqədar belə demişdilər:
Aparılan çalışmalar avstralopiteklərin insanın xəyali əcdadı olduğuna dair iddiaların hamısını yalanlamışdır. Avstralopiteklər bir meymun növüdür və onların insanın əcdadı adlandırılması yalnız darvinistlərin xəyali və saxta nəzəriyyələri üçün istifadə etməyə çalışdıqları bir ssenaridir.