Hər bir ana ətrafındakı təhlükələrdən xəbərsiz və müdafiəsiz körpəsinə dərin şəfqət hissi duyur. Allah insanları dünyaya gəldikləri andan etibarən qorumaq üçün anaların ürəyinə şəfqət hissi ilham edir. İnsandakı şəfqət hissi Allahın Rəhman və Rəhim isminin təcəllisidir.
Allah anaların övladlarına qarşı hiss etdikləri dərin şəfqət hissini heyvanlarda da yaratmışdır. Heyvanların balalarını müdafiə etmək üçün göstərdikləri fədakarlıqlar elm adamları tərəfindən təəccüblə izlənilir. Əlbəttə ki, Allah heyvanların davranışlarında insanlar üçün ibrət və nümunələr yaratmışdır.
Allahın insanların qəlbinə ilham etdiyi şəfqət hissinin bir çox hikməti var. Həyata gözlərini açdığı andan etibarən yaşayacağı dünya haqqında heç bir məlumatı olmayan, yaxşını-pisi, doğrunu-yanlışı, rahatlığı və təhlükəni bilməyən, özünü qoruya bilməyən, ehtiyaclarından və bunları necə həll edəcəyindən bixəbər olan bir varlığı Allah ana şəfqəti vasitəsilə qoruyur.
İnsanların bir-birlərinə olan münasibətində də ana şəfqəti ölçü və nümunə olmalıdır. Belə ki, bir ana müdafiəsiz körpəsinə necə diqqət və şəfqət göstərirsə və onu özbaşına buraxmırsa, hər an, hər yerdə üstünlüyü körpəsinə verirsə, ideal şəfqət anlayışında da məhz bu davranış əsas götürülməlidir. Ana heç bir mənfəət güdmədən fədakarlıq edir, nə olursa olsun, uşağının rahatlığını, güvənini və ehtiyaclarını özününkündən üstün tutur. İnsanlar da bir-birlərinə qarşı belə şəfqətlə yanaşmalıdırlar. Belə ki, ana nə qədər yorğun, yuxusuz, gücsüz, xəstə olsa da, şəfqət və qayğısını əksiltmir. İnsanlar arasındakı mərhəmət də bu cür olmalıdır.
Belə güclü şəfqət anlayışını yalnız Allah qorxusu ilə qazanmaq mümkündür. Allah uşaqların qorunması üçün anaya şəfqət hissini ilham edərək onlarla necə davranacağını bildirir. Ancaq insan şəfqət anlayışını həyatı boyu davam etdirmək üçün mütləq Allahdan qorxmalı, Quran əxlaqına tabe olmalıdır.
İman gətirməyən insanlar belə dərin mərhəməti ancaq mənfəət güddükləri insanlara göstərirlər. Bunu da ancaq müvəqqəti davam etdirirlər.
Möminlər isə Allahın insanlara nümunə göstərdiyi ana şəfqətini xarakterlərinin bir hissəsi kimi dəyərləndirirlər. Birlikdə olduqları möminləri ananın övladını qoruduğu kimi, hətta daha çox qoruyurlar.
Müsəlman bacı-qardaşlarını dostu və yaxını kimi sevər, hörmət edər, onlara qarşı hörmətsizlik etməz. Şəfqət göstərərkən bir ananın övladına sahib çıxıb, onun hər ehtiyacını, sıxıntısını, qəlbindən keçəni dilinə gətirmədən dərhal hiss edərək həll edərlər. Onların problemlərini, ehtiyaclarını, sıxıntılarını özlərininkindən üstün tutarlar. Ən çətin şəraitdə belə ilk növbədə müsəlman bacı-qardaşlarını qorumaqdan boyun qaçırmazlar.
Ancaq ana şəfqəti dedikdə, əlbəttə ki, qarşısındakı insanı uşaq yerinə qoyaraq, özünü ondan daha təcrübəli, daha ağıllı, daha elmli göstərmək başa düşülməməlidir. Şəfqət anlayışı təvazökarlıq çərçivəsindən kənara çıxmamalıdır. Bəzən bir insanın şəfqət göstərdiyi şəxs özündən daha yaşlı ola bilər. Burada əsas şərt ondan ibarətdir ki, insanı qoruyarkən ehtiyacını ona hiss etdirmədən fədakarlıq etmək lazımdır. Möminlərdə olan ana şəfqəti iman gətirənlərin bir-birlərinə duyduqları sevginin əsas əlamətidir. Çünki mənfəət güdmədən, yalnız Allah rizası üçün sevən bir insan yüksək əxlaq göstərə bilər. Bu əxlaqını müsəlmanlar arasında ayrı-seçkilik etmədən və daima göstərməsi insanın səmimi iman gətirməsinin əsas əlamətidir.
Quranda möminlərin bir-birlərinə qarşı göstərməli olduqları şəfqət anlayışını Allah bir ayədə belə bildirmişdir: