Allah`ın yaratma sənətinin bir nümunəsi: Əzələ və sümük
ucgen

Allah`ın yaratma sənətinin bir nümunəsi: Əzələ və sümük

780

Quranın bənzərsiz üslubu və hikmətləri onun aləmlərin Rəbbi olan Allah`ın sözü olmasını bir daha təsdiq edir. Bununla yanaşı, Quranın Allah qatından göndərildiyini isbat edən bir çox möcüzəvi cəhətlər vardır. Bu cəhətlərdən biri 20-ci əsr texnologiyası ilə ortaya çıxarılan bəzi elmi həqiqətlərin 1400 il əvvəl Quranda xəbər verilməsidir. Quranın elmi möcüzələrini başa düşmək üçün ilk növbədə bu ilahi kitabın göndərildiyi dövrdəki insanların elm səviyyəsinə nəzər salmaq lazımdır. Quranın göndərildiyi 7-ci əsrdə ərəblər elmi məsələlərlə bağlı saysız xurafat və batil inanclara sahib idilər. Kainatı və təbiəti tədqiq etmək üçün texnologiyaya malik olmayan ərəblər nəsildən-nəslə ötürülən əfsanələrə inanırdılar. İnsanların astronomiya, fizika ya da biologiya haqqında çox az şey bildikləri belə dövrdə göndərilən Quran kainatın yaradılışından insanın meydana gəlməsinə, atmosferin quruluşundan yer üzündəki tarazlıqlara qədər bir çox mövzuda mühüm məlumatlar verir.

Əlbəttə ki, Quran sırf elm kitabı deyil. Lakin müxtəlif ayələrində son dərəcə dolğun və hikmətli üslubla qeyd edilən bəzi elmi həqiqətlər yalnız 20-ci əsr texnologiyası ilə kəşf edilib. Quranın göndərildiyi dövrdə elmi izahı mümkün olmayan bu məlumatlar Quranın Allah sözü olduğunu insanlara bir daha sübut edir.

Sümüklərin əzələ ilə örtülməsi haqqında Quran ayələrində xəbər verilən elmi həqiqətlərdən biri də insanın ana bətnindəki əmələ gəlmə mərhələləridir. Ayələrdə ana bətnində əvvəl sümüklərin əmələ gəlməsi, daha sonra isə əzələlərinin yaranaraq bu sümükləri örtməsi və əhatə etməsi xəbər verilir:

Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər uludur!(Muminun surəsi, 14)

Ana bətnindəki inkişafı araşdıran elm sahəsi embriologiyadır. Embriologiya elmi isə yaxın zamana qədər belə hesab edirdi ki, ana bətnindəki dölün sümükləri ilə əzələləri eyni vaxtda əmələ gələrək paralel şəkildə inkişaf edir. Buna görə bəzi adamlar uzun müddət bu ayənin elmlə uyğun olmadığını iddia ediblər. Ancaq inkişaf etmiş texnologiya sayəsində aparılan daha qabaqcıl mikroskopik araşdırmalar Quranda bildirilənlərin hamısının nöqsansız şəkildə doğru olduğunu ortaya qoydu.

Bu mikroskopik araşdırmalar da göstərir ki, ana bətnindəki inkişaf prosesi məhz ayələrdə izah edildiyi kimi inkişaf edir. Əvvəl embriondakı qığırdaq toxuması sümüyə çevrilir. Daha sonra isə əzələ hüceyrələri sümüklərin ətrafındakı toxumadan ayrılaraq bir yerə yığışır və bu sümükləri əhatə edir.

Bu proses “Developing Human”, yəni (İnkişaf edən İnsan) adlı bir elmi jurnalda belə izah edilir: “6-cı həftədə qığırdaqlaşmanın davamı olaraq ilk sümükləşm, körpücük sümüyündə ortaya çıxır. 7-ci həftənin sonunda uzun sümüklərdə də sümükləşmə başlayır. Sümüklər meydana gəlməyə davam edəndə əzələ hüceyrələri sümüyü əhatə edən toxumadan ayrılaraq əzələ kütləsini əmələ gətirir. Əzələ toxuması, beləliklə, sümüyün ətrafında ön və arxa əzələ qruplarına ayrılır.” Qısacası, insanın Quranda təsvir edilən əmələ gəlmə mərhələləri müasir embriologiyanın kəşfləri ilə uyğunluq və harmoniya təşkil edir.


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr