Onun (Hz. Mehdinin (ə.s.)) xətrinə zəlzələləri dayandıraram.
(Şeyx Məhəmməd b. İbrahimi Numanı, Gaybeti Numanı s. 70)
Böyük islam alimi Bediüzaman Səid Nursinin sözlərindən biri belə idi, "Allah insanları Hz. Mehdi (ə.s.) vəsiləsilə Öz əzabından qoruyacağini” bildirmişdir:
 
(Hz. Mehdinin) ikinci vəzifəsi:
Xilafəti Məhəmmədiyə (a. s. m.) ünvanı ilə (Peyğəmbərimizin (s.ə.v.) xəlifəsi, yəni Müsəlmanların mənəvi lideri ünvanı ilə) şeair-i İslamiyəyi (İslam əxlaqının əsaslarını) canlandırmaqdır (yenidən canlandırmaqdır). Aləmi İslamın vəhdətinə (İslam aləminin birliyini) istinad edib (dayaq nöqtəsi edib) BƏŞƏRİYYƏTİ (insanlığı) MADDİ VƏ MƏNƏVİ TƏHLÜKƏLƏRDƏN VƏ QƏZƏBİ İLAHİDƏN (Allahın əzabından) QURTARMAQDIR...
(Emirdağ Lahikası, s. 259)
 
 
ZƏLZƏLƏLƏRİN OLMASI QİYAMƏT ƏLAMƏTİDİR
 
…Zəlzələlər çoxalmadıqca, fitnələr zahir olmadıqca, cinayətlər çoxalmadıqca qiyamət qopmaz.
(Qiyamət Əlamətləri, s. 109)
 
"Ümmətimdə zəlzələlər olar. Belə ki, bu zəlzələlərdə on min, iyirmi min, otuz min adam ölər. Allah, bu ölümü münafiqlərə öyüd, möminlərə rəhmət, kafirlərə isə əzab edər."
(İbni Asakır, Gələcəyin Tarixi 1, Orxan Bəydən, Mövsüm Nəşriyyat, sf.81)
 
Elm aradan götürülməyincə, zəlzələlər çoxalmadıqca, zaman qısalmadıqca, fitnələr zahir olmadıqca, cinayətlər çoxalmadıqca qiyamət qopmaz.
(Buxari, İbni Macə, Qiyamət Əlamətləri, s. 108)
 
* Əbu Abdullah Nuaym b. Hammadın Abdullah b. Məsuddan rəvayətə görə, Rəsulullah (s.ə.v.) belə buyurmuşdur:
"... gecə olanda səmada şiddətli bir səs olacaq. O səs yatanı oyandıracaq, oturanı qaldıracaq. Belə bir gecə zəlzələlərin çox olduğu ilin gecələrindən olacaq..." (99 Zəlzələsinə işarə)